b) Sarı Aşığın bağlama bayatıları. Sarı
Aşığın tarixi xidməti cinas qafiyəli bayatılar
yaratması ilə məhdudlaşmır. O, aşıq ədəbiy-
yatında təcnis yaradıcılığının geniş inkişafı üçün
zəmin yaratdığı kimi, bağlama-bayatıları və
qıfılbəndlərin inkişafı üçün də xeyli iş
görmüşdür.
Bayatı-bağlamalar Sarı Aşıq yaradıcılığının
bü
töv bir qolunu təşkil edir. Xalq məişətinə
105
dərindən bələd olan Sarı Aşıq tapmacalarından
istifadə yolu ilə kamil bayatı-bağlama nümunələri
yarat
mışdır. Onun yaratdığı bu səpgili bayatıları
tapma
calarla qıfılbənd formalı şerlər arasında
bir ke
çid, bir körpü səviyyəsində dayanmışdır.
Gör
kəmli sənətkarın bu sıradan yaratdığı bədii
nümu
nələrin mənzərəsindən də göründüyü kimi,
onun bayatı-bağlamalarında da, cinaslı bayatı-
larında olduğu kimi, yüksək sənətkarlıq keyfiy-
yətləri aparıcıdır.
Sarı Aşıq bədii sözün yaratdığı rəng çala-
rından məharətlə istifadə edərək, mükəmməl, bit-
kin, mənalı, insanı dərindən düşünməyə vadar
edən bayatı-bağlamalar düzüb qoşmuşdur. O, tək-
cə “göy” ifadəsi ilə əlaqədar bir neçə bayatı-
bağlama yaratmışdır.
Mən aşiq, göydə nə var?
Göy yemiş, göy dana var.
Ayaqları yerdədir,
Tap görüm,
göy də nə var?
Bu bayatı-bağlamada adamı çaş-baş salan
“göydə nə var?” ifadəsidir. Qarşıdakı elə başa
düşür ki, ondan göydə - asimanda, ərşdə nə
olduğu soruşulur. Halbuki, burada asimandan,
göydən deyil, göy zəmidən, göy çəməndən söhbət
106
gedir. Hətta, ikinci misrada sualın cavabı da var
ki, göydə “göy yemiş, göy dana var”. Burada
söz oyununa qarşı diqqətli olmalı, sözü sözdən
seçmək, incə mətləbi sezmək və çaşmamaq
lazımdır. Belə nümunələrdə əsas məqsəd qarşıda-
kının dilin incəliklərinə nə qədər bələd olduğunu
yoxlamaqdır. Diqqət verin: birinci misrada aşıq
soruşur: göydə nə var? İkinci misrada göy
dananın göy taxıl və ya göy ot yediyi, üçün-
cüdə dananın ayaq üstə, yəni ayaqları üstə
dayand
ığını, ayaqları yerdə olduğu, dördüncü də
isə dananın bədəninin tamam göy olduğu
aydınlaşır. Bu həm də bir növ, “göy” ifadəsinin
təkrarı ilə yaradılmış cinasdır ki, burada mətləb
cinaslar arasında gizlədilmiş, bir növ, bilərəkdən
dolaşdırılmışdır. Əslində isə adi bir mənzərə
təsvir olunur. Bu adicə bayatı-bağlama deyil, həm
də mükəmməl yanıltmac nümunəsidir.
Sarı Aşıq mövzu obyektini dəyişib, “göy”
ifadəsi əsasında ikinci bir bayatı-bağlama da
yaratmışdır.
Mən aşığam, Qəmər hey,
Harayladı, Qəmər hey.
Göydə bir madyan otlar,
Yerdə qulun əmər, hey.
107
Burada Qəmər ya atın, ya da bir xanımın
adına işarədir. Bu bayatı-bağlama yanı qulunlu
atın göy otluqda otlaması ilə əlaqədardır. Birinci
misrada qu
lunun anasını dayanmadan əmməsin-
dən, ikincidə örkənin belinə kəmər kimi dolan-
ma
sından, üçüncüdə göy zəmidə, göy otluqda bir
madyanın otlamasından, dördüncüdə yerdə, yəni
ayaqları yerdə anasının altında qulunun əmmə-
sindən söhbət gedir. Birinci bayatı-bağlamada
ol
duğu kimi, burada da çaşqınlıq törədən “göy-
də bir madyan otlar” misrasıdır. İlk baxışda ada-
ma elə gəlir ki, madyan göydə - asimanda, ul-
duz
ların yanında otlayır. Onu da yerdəki qulun
əmir. Göründüyü kimi yenə də əsas məqsəd
qarşıdakının həssaslığını, fəhmini yoxlamaqdır.
Sarı Aşıq bayatı-bağlamalarında sözlə-söz
ara
sında, qafiyə və cinas qafiyələr arasında mət-
ləb gizlətmək yolu ilə qarşıdakını, dinləyicini
düşündürmək üsulundan bacarıqla istifadə
etmi
şdir.
“Göy” sözünün, cinasının həm göyü – asi-
manı, həm də zəmini, göy otu, otlağı bildirmə-
sindən, onun müxtəlif məna çalarından istifadə
edərək, Sarı Aşıq dəfələrlə bir-birindən qiymətli,
məzmunlu bayatı-bağlamalar yaradıb meydana
çıxarmışdır.
108
Sarı Aşığın aşağıdakı bağlama-bayatısı da
çoxvariantlıdır. Əyanilik naminə həmin variantları
ardıcıl qaydada təqdim edirik.
Mən aşiq, budaq atar,
O dağı, bu dağ atar.
Torpaqsız yerdə bitər,
Yarpaqsız budaq atar.
Mən aşıq, haçalandı,
Ay
doğdu, haçalandı.
Torpaqsız yerdə bitdi,
Yarpaqsız haçalandı.
Mən aşıq, haça verim,
Sana, gör, neçə verim?
Torpaqsız yerdə bitib,
Yarpaqsız haça verim.
Aşıq, gələn hacıdır,
Əlində ağacıdır,
Budaq verər, bar verməz,
Görən nə ağacıdır?
Bu bayatı-bağlamalarda rəngarəng, müxtəlif
şəkildə təsvir və tərənnüm olunan, qeyri-adi gö-
rünən, heyrət doğuran torpaqsız yerdə bitən,
bar verməyən maralın buynuzudur.
109
Sarı Aşıq bayatı-bağlamalarının ilk misrasını
elə qurur ki, adi söz sual, sorğu təsiri bağışlayır,
bununla da vəziyyəti dəyişir, bilərəkdən sınaq
məqsədilə dolaşıqlıq yaradır.
Mən aşıq, onda nə var,
Qarşıda on dana var.
Yüz yaşlı qarı gördüm,
Hey deyir: on dana var.
Aşıq “onda nə var ?”, “on dana var” ifadə-
lərini yanaşı elə işlədir ki, eyni şəkildə səslənir,
başlanğıcda ifadələri bir-birindən fərqləndirmək
olmur. Daha eşitdiyinə inanmırsan, gözünlə söz-
lərə diqqətlə baxırsan. Aydın olur ki, birinci
mis
rada belə deyilir: Onda nə var, nə varı var,
on da
nadan başqa. Yüz yaşlı qarı da hey deyir
ki, on dana var. Ya qarı dananın azlığından
şikayət edir, ya on dananı çox bilir, ya da itik
axtarana on dananın qarşıda olduğunu, gördüyünü
deyir. Beləliklə, adi sözlərlə, ifadələrlə qurulmuş
bayatı-bağlamanı adilikdən çıxarır, əsl mənanı
müxtəlif yollarla gizlətməyə, ört-basdır etməyə
çalışır.
Başqa bir nümunəyə diqqət yetirək:
Mən aşıq, qoyun dərdi,
Çobanın qoyun dərdi.
110
Bağban bir gül üzməmiş,
Çoban bir qoyu
n dərdi.
1
Bu bayatı-bağlama “qoyun” cinası üzərində
qurulmuşdur. Birinci misra mətləbi açmağa hazır-
lıq görür, ikincidə çobanın qoyun-quzu dər-
dindən, qayğısından danışılır. Üçüncü misrada
mənanı açmağa açar verilir. Belə məlum olur
ki, bağban bağdan, güllükdən bir gül üzməmiş,
çoban bir qucaq, yəni bir qoyun-qoltuq gül
yığmışdır. Burada bir incə mətləb də var. Bağban
gülü bir-
bir üzür, hətta gülü üzməyə əli də gəlmir.
Çoban isə nə varsa dərməyə çalışır. Gülü otla
qarışıq yolmaclayır.
Başqa bir nümunə:
Mən aşığam, buz bağlar,
Qışda çaylar buz bağlar.
Aşıq bir hikmət görüb,
Od içində buz bağlar.
İlk beytdə qışda çayların buz bağlamasından
söhbət gedir. Burada təəccüblü, anlaşılmaz heç nə
yoxdur. Müəmma aşığın öz gözləri ilə gördüyü
hikmətdədir. Əsrarlı görünən, “Od içində buz
1
Sədnik Paşayev, “Üzük tapdım, qaşı yox”, “Azərbaycan müəl-
limi ” qəzeti, 16 aprel 1976-cı il. Sədnik Paşa Pirsultanlı, “Azər-
bay
can folkloruna dair tədqiqlər”, Gəncə, “Pirsultan” 2006,
səh.251-252.
111
bağlayan” nədir? Bunu bilmək üçün gərək ocaq
üs
tə bişən südün yavaş-yavaş “buz bağladığını”,
qaymaq tutduğunu öz gözlərinlə görmüş olasan
və bədii təxəyyül gücünə onu obrazlı şəkildə
mənalandıra biləsən. Soyuduqca suyun üzündə
buz qalınlaşdığı kimi, südün üzündə də qaymaq
qat bağlayır. Bütün bunlar Sarı Aşığın geniş
müşahidələrinin, zəngin biliyinin və poetik təxəy-
yülünün məhsuludur.
Sarı Aşıq nadir adam adlarından istifadə
yolu ilə də bayatı-bağlamalar yaratmışdır.
Mən aşıq, boğazdadı,
Dad, ləzzət boğazdadı.
Axşamdan öküz öldü,
Sabahdan boğazdadı.
1
Sarı Aşıq kənd həyətına, elat camaatına, məi-
şətinə elə dərindən bələddir ki, o, ən kiçik görü-
nən həyat hadisələrinə elə diqqət yetirir ki, onlar-
dan poetik nəticə çıxarır.
Burada fikir d
olaşıqlığı yaradan axşam –
sabah antonimlərdir. Adam inana bilmir ki,
axşamdan ölən öküzü niyə sabah boğazlasınlar,
1
Sədnik Paşayev, “Sarı Aşığın bağlama bayatıları”, “Yüksəliş”
qəzeti, 17 dekabr 1970-ci il. Sədnik Paşa Pirsultanlı, “Azərbaycan
folkloruna dair tədqiqlər”, Gəncə, “Pirsultan” 2006, səh. 253
112
kəssinlər? Burada müəmmanı yaradan “Sabah-
dan” sözüdür. Dərindən təhlilə keçdikdə aydın
olur ki, axşamdan ölən öküzü “Sabahdan” adlı
oğlan boğazlamış, yəni öküzün başını o kəsmişdir.
Sarı Aşıq antonimlərdən, cinas sözlərdən,
xeyli aralı görünən fəsil adlarından istifadə yolu
ilə də yaddaqalan, mənası, məzmunu olan, heyrət
doğura bilən, qarşısındakını düşündürən maraqlı
bayatı-bağlamalar da qurur.
Mən aşiqəm, gələn yaz,
Al əlinə qələm, yaz.
Aşı Payız bişirdi,
Yağın tökdü Gələnyaz.
Burada müəmma Payız və Gələnyaz adlı
qızların adlarının misralarda xüsusi bir tərzdə
işlədilməsi yolu ilə yaradılmışdır. Bayatı-bağla-
manı araşdırdıqda asanca anlaşır ki, aşı Payız
adlı qız bişirmiş, yağını isə Gələnyaz adlı qız
tökmüşdür.
Adların özü də təbii olaraq bunların dünyaya
gəlməsi ilə yaranmışdır. Sabahdan – yəni oğlan
sabah dan üzü, səhərə yaxın doğulduğu üçün,
qızın biri payız, o biri isə yazda doğulduğu üçün
onlara bu adlar verilmişdir. Xalqımızda bu
ənənə indi də yaşayır. Səhər, Bahar və b. adlar
113
onların dünyaya gəldikləri vaxtla, zamanla əlaqə-
dardır.
Sarı Aşığın olduqca maraqlı çoxvariantlı
ba
yatı-bağlamalarının başqa nümunələrinə diqqət
yetirək. Təhlilə cəlb edəcəyimiz həmin nümunələr
arasında fərqlər az da olsa, onların əlimizdə olan-
larının hamısını təqdim etməyi məqsədyönlü
sayırıq.
Mən aşığam, ay mələr,
Bulud altdan ay mələr.
Dəryada bir gül bitib,
Su deyibən ay mələr.
Mən aşıq, süsən ağlar,
Sünbülü kəsən ağlar.
Dəryada bir gül bitib,
O da su deyib ağlar.
Aşıq, su deyin ağlar,
Sünbül su deyin ağlar.
Dəryada bir gül bitib,
O da su deyin ağlar.
Bu bağlama-bayatılarda fikir “dəryada bitən
gülün” su deyin ağlamasında gizlənibdir. “Dərya-
114
da bitən gül” ürəkdir, onun hər tərəfi qan – su
olsa da, yenə də su istəyir.
Məlumdur ki, dəyirmana dən hazırlanarkən
buğda duru suda yuyulur, palazın üstə sərilir,
möh
kəm qurulduqdan sonra dəyirmanlıq olur. Də-
ni
dəyirmançının gözü önündə sərib qurudurlar və
sonra üyüdür
lər. Sarı Aşıq müşahidə edib görür
ki, iki qadın əlində çubuq dəyirmanlıq dəni
gözləyirlər. Dənə can atan quşu vurmağa cəhd
göstərirlər. Bu mənzərəni görən Sarı Aşıq poetik
bir bağlama-bayatı yaradır.
Mən aşiq Alıncadan,
Xəbər var Alıncadan.
B
ir quş yüz bəla çəkər,
Sərgidən alınca dən.
Bağlama, qıfılbənd yaratmaq meyli bütün
sənətkarlarda eyni dərəcədə olmamışdır. Ustad
sənətkarların bəziləri bu janra ara-sıra, yeri dü-
şəndən-düşənə müraciət etmiş, beləliklə də, onla-
rın yaradıcılığında ardıcıl sistem şəklini alma-
mışdır. Sarı Aşığın yaradıcılığına güclü meyl
gös
tərən Xəstə Qasım və Aşıq Ələsgər aşıq ədə-
biy
yatında onun ənənələrini davam etdirmiş və
dərin məzmunlu qıfılbəndlər yaratmışlar. Aşıq
poeziyasında Xəstə Qasımın və Aşıq Ələsgərin
115
bir sıra mürəkkəb qıfılbəndləri bu günə qədər
açılmayıb, bağlı qaldığı kimi, Sarı Aşığın da
bəzi maraqlı bayatı-bağlamaları açılmamış qal-
mışdır. Məsələn: “qoç bir quzu doğub” kimi
qəribə fikir üzərində qurulmuş çoxvariantlı
bayatı-bağlamalar buna misal ola bilər.
Mən aşığam, ay mələr,
Bulud altdan ay mələr.
Bir qoç bir quzu doğub,
Məmə deyin ay mələr.
Mən aşığam, ay mələr,
Bulud altdan ay mələr.
Cəzirədə qoç doğub,
Məmə deyin ay mələr.
Mən aşığam, ay mələr,
Bulud mələr, ay mələr.
Doğmamış qoyun gördüm,
Quzu deyin ay mələr.
Sarı Aşığın bayatılarının çoxvariantlı olması
təəccüb doğurmamalıdır. Çünki bu, onun yaradı-
cılığında bir ənənədir.
Zəkalı, dərin biliyə malik olması və hazırca-
va
blığı hələ özünün sağlığında Sarı Aşığa böyük
şöhrət gətirmiş, onu el içərisində məşhurlaşdır-
116
mışdır. Həyatla, təbiətlə, kainatla bağlı bayatı-
bağlamalarının sorağını eşidib, onunla deyişmə-
yə, bəhsləşməyə, döyüşməyə, söz güləşdirməyə
gələnlər olmuşdur. Bu istiqamətdə “yurd”u olan
bir neçə sınaq-imtahan bayatısı da el arasında
yayılmışdır.
Mən aşiq, ay qonaqlar,
Xoş gördük ay qonaqlar,
Deməyin yoxsuldu aşıq,
Sizi bir ay qonaqlar.
Sarı Aşıq belə imtahanlara dönə - dönə
düşmüş və hər dəfə də sınaq meydanından
istedadının qüdrəti ilə üzü ağ çıxmışdır.
Cinas bayatılar və təcnislər söz ehtiyyatının
zənginləşməsinə geniş imkan yaratdığı kimi, ba-
yatı-bağlamalar və deyişmələr də fikrin, beynin,
zehnin itiləşməsinə və dərinləşməsinə kömək
etmişdir. Sarı Aşığın bu sahədə bədii fikrimiz
üçün gördüyü xidmətləri misilsizdir və bu
estetik məziyyətlərin sanballı və ciddi filoloji
təhlilə cəlb olunması zəruridir.
Sarı Aşığın hiss və həyəcanları əsasən ənə-
nəvi bayatılarında, cinaslı bayatılarında; həyata
ba
xışı, fəlsəfi düşüncələri, mühakimələri, bilik
117
dərəcəsi isə bayatı-bağlamalarında və deyişmə-
lərində öz əksini tapmışdır.
Xalq poeziyasında özünə əbədi və ölməz
abidə qoymuş Sarı Aşığın ecazkar sənətinin sirləri
açıldıqca, onun böyüklüyü daha aydın görünür.
Sarı Aşığın bayatılarının ürəklərdə yurd –
yu
va bağlamasının səbəblərindən biri, bəlkə
də, başlıcası, həmin bayatıların böyük məharətlə,
sənətkarlıqla yaradılması və oradakı səmimi və
ülvi hisslərin yüksək və bədii bir dildə tərənnüm
olun
masıdır.
Sarı Aşıq nəinki bayatı janrını öz şeirləri
üçün bir forma olaraq sevib seçmiş, eyni zaman-
da o öz sənətkar qüdrəti ilə onu başqalarına da
sevdirə bilmişdir. Onun xeyirxah təsiri nəticə-
sində yazılı və şifahi poeziyanın bir sıra ta-
nınmış nümayəndələri bu sahəyə ciddi maraq
göstərmiş və onlar özləri də qiymətli sənət in-
c
iləri yaratmışlar.
Sarı Aşığın poeziyasında gülüş də var, göz
yaşı da, sevinc də var, kədər də. Ancaq bütün
bunlarla yanaşı hicran və həsrət nisgili daha
çoxdur. Şeirlərinin şah damarında vüsal həsrəti
döyünür və bu döyüntü o dərəcədə səmimi və
inandırıcıdır ki, həmin həsrətli bayatıları eşidən
hər bir kəsin də niskilli qəlbi Aşıq könlü ilə
bərabər çırpınır, ürəyi döyünür.
118
Aşıq, sazına qurban,
Güllü yazına qurban.
Baxıb Yaxşıdan doymaz,
Sərraf gözünə qurban.
İstedadının qüdrəti ilə bayatılara yeni bədii
boya
lar vuran, onu mənaca, məzmunca, formaca
gözəlləşdirən, zənginləşdirən, məşhurlaşdıran,
şöhrətləndirən Sarı Aşıq Azərbaycan ədəbiyya-
tında tükənməz irs, iz və bu sahədə ölməz
ənənələr qoyub getmişdir.
Aşağıdakı nümunə bayatı-bağlamaya bən-
zəsə də, mənzum tapmaca olaraq, ondan seçilir.
Burada müraciət, deyim tərzi başqa cür olur.
Ay doğdu, ha ay doğdu,
Göydən yerə nur yağdı.
Anası Beşikdəykən,
Qızı bir oğlan doğdu.
Mənzum tapmacalarla bayatı-bağlamalar da-
h
a çox deyim tərzinə, ifadə seçiminə görə fərq-
lənirlər.
Burada insanı çaşdıran beşikdi. Əslində də
belədir: qızın anası Ağdamın Beşik kəndində
olarkən qızı öz evlərində, başqa kənddə bir oğlan
119
doğub. Bu məzmunda tapmacalar bayatı-bağla-
malara çox meyillidir.
Tapmacanı açmaq üçün zəngin biliyə, geniş
məlumata sahib olmaq tələb olunur. Yer və
Göy haqqında, torpağın faunası, florası haq-
qında zəngin məlumatın olduğu kimi, coğrafi
məkanları da yaxşı bilməlisən.
Bir yaradıcılıq prosesi olaraq tapmacalardan
sonra bayatı-bağlamalar formalaşıb yaranmışdır.
Məzmunu tapmaca, forması bayatı olan bayatı-
bağlamalara, ona görə, eyni zamanda tapmaca-
bayatı da deyilir.
Tapmacalar sadə, uşaqların yaş və psixolo-
giya
larına uyğun bir tərzdə qurulur. Lakin
eyni sözləri bayatı-bağlamalar haqqında demək
çətindir. Tapmaca ilə bayatı-bağlamaların özləri-
nə məxsus bir çox fərqli xüsusiyyətləri vardır.
Bayatı-bağlamalar, hər şeydən əvvəl, bir
poetik form
a kimi tapmacalardan fərqli olaraq
sənətkarlıqla yaradılır. Burada heca vəzninin
bütün qayda-
qanunlarına tam əməl edilir. Eyni
za
manda bayatı-bağlamalar örtülü, mübhəm, tə-
zadlı fikirlərlə dolu olması ilə də seçilir. Burada
fikir, mətləb bircə sözlə, sözlə-söz arasında elə
giz
lənə bilir ki, adam kiçik bir bədii parçanı
təhlil edib araşdırmaq üçün bəzən saatlarla,
gün
lərlə vaxt itirməli olur. Sözlərin yaratdığı
120
rənglər, lövhələr göz qamaşdırır, heyrət doğurur,
sa
də bir fikir beyində mürəkkəbləşir, əsil mətləb
cinaslarda, məcazlarda, bədii boyalar içərisində
birdən-birə yoxa çıxır, itir, batır, tapılmaz olur.
Lakin bayatı-bağlamalar nə qədər çətin qu-
rulursa, onu aç
mağa meyl, maraq, həvəs bir o
qədər güclü olur, insan öz zehnində təbiəti,
cəmiyyəti, məişəti, bir sözlə onu əhatə edən
aləmi araşdırır, qəribə-qəribə nəticələrə gəlir,
xəyalı yaxını-uzağı gəzir, nəticəni bildikdə isə
xalqın dühasına, müdrikliyinə, bayatı-bağlama-
ların necə ustalıqla, sənətkarlıqla yaradıldığına
heyran qalmaya bilmir.
Çox zaman epitetlər, bədii təsvir vasitələri
təbiətdən alınır, lakin təbiətin kiçik zərrəsi belə
həmişə cəmiyyətlə, insanla əlaqədə, vəhdətdə
verilir.
Sarı Aşıq bu bağlama-bayatıları dərin müşa-
hi
dələr əsasında yaradır. O, həm də elat həya-
tına yaxşı bələddir. Yayda camışlar günortadan
ta axşam sərinə qədər göldə yatışar. Aşıq da
baxır ki, göldə yeddi camış var. Camışlardan
üçü göyə çəkilir, yəni göy çəmənə otlamağa
gedir, dördü isə göldə qalır. Böyük sənətkarlıq
qabiliyyəti olan Sarı Aşıq bu mənzərəni seyr
edib aşağıdakı bayatı-bağlamanı yaradır:
121
Mən aşiqəm, bu göldə,
Yeddi can var, bu göldə.
Üçü göyə çəkildi,
Dörd
ü qaldı bu göldə.
Burada çaşqınlıq yaradan:
Yeddi can var, bu göldə,
Üçü göyə çəkildi -
misralarıdır. Aşıq burada da “göy” ifadəsindən
istifadə edir.
Elə bil ki, bu bayatı-bağlama yaradıcısı
şeir yaratmır, sözlərdən rəng alıb lövhə çəkir,
tablo yaradır. Bu cür bayatı-bağlamalar təkcə
adamı düşündürmür, eyni zamanda, ona bədii-
estetik zövq verir.
Sarı Aşıq məlumdur ki, cinaslı bayatı yara-
dıcısıdır. Aşığın bayatı-bağlamalara meyli də
bu
nunla bağlıdır. Demək olar ki, bayatı bağla-
ma
ların əksəriyyəti cinaslar üzərində qurulur,
köynəyi mənzum tapmaca olan bayatılar onunla
fərqlənir ki, bağlama-bayatılar cinas qafiyələrlə
düzəldilir. Mətləb cinasla cinas, sözlə - söz
arasında gizlənir, nəticədə bayatı-bağlamanı açan
da həmin cinas ifadələr olur.
122
Can evi tapmaca, köynəyi bayatı olan hər
bir tapmacaya bayatı-bağlama demək olmaz.
Bayatı-bağlamalar cinaslarla qurulduğu halda,
o biri bayatı şəkilli tapmaca sadə bir şəkildə
qurulur.
Açsan min-
min kitabı,
Tapammazsan cavabı.
Sümükdən şiş görmüşəm,
Qızıldandı kababı.
Açması: qızın sümük barmağı şiş, üzüyü
isə qızıldan kabab.
Cinaslarla qurulmuş, epitetlərlə bəzənmiş
bir bayatı-bağlamaya diqqət yetirək. Bu bayatı-
bağlama cinas üstə qurulmaqla bərabər, nə
qədər dərin mənaya malikdir.
Mən aşıq, lala dərdim,
Gül dərdim, lala dərdim,
Güneydə qarı gördüm,
Quzeydə Lala dərdim.
Əslində burada söhbət qardan, lalədən, gü-
ney
dən, quzeydən getmir, bu təbiət təsvirləri,
epitetlər, bədii boyalar, bəlkə də fikri, xəyalı
ya
yındırmağa xidmət edir. Aşıq bu bayatısında
sa
dəcə olaraq gözəlin sifətini təsvir edir. Aşıq
123
güney tərəfdən baxanda gözəlin sifətinə qar
kimi bir ağlıq, quzey tərəfdən baxanda isə lalə
kimi bir qırmızılıq görmüşdür.
Ona görə də aşıq gözəlin ağlı – qırmızılı
sifətini böyük heyranlıqla təsvir və tərənnüm
edir.
Güneydə qarı gördüm,
Quzeydə Lala dərdim,
Eyni zamanda Lalə adlı qız guneydə çəmən-
likdə dayanmışdır.
Çoxsaylı bayatılarımız içərisində ictimai
məzmuna malik, məzaclarla bəzənmiş elə nümu-
nələrə rast gəlirik ki, onlar da çox zaman
bayatı-bağlamaların yerində işlənir. Xalq ədəbiy-
yatının özünəməxsus xüsusiyyətlərinə, bədii təs-
vir vasitələrinə bələd olmadan, bəlkə də həmin
bayatıların məzmununu açmaq, mənasını başa
düşmək çətin olar. Məsələn:
Bir at mindim başı yox,
Bir çay keçdim daşı yox.
Burda bir igid öl
müş,
Yanında yoldaşı yox.
124
Bayatının məzmununu və mənasını aydın-
laşdırmaq və açmaq üçün hər iki misraya xü-
susi diqqət yetirək.
Bir at mindim başı yox – məlumdur ki, qəm
atının nə başı olur, nə də cilovu, sən onu tutub
bir səmtə çəksən. Bir sözlə, o başsız at kimi
insan x
əyal onu istədiyi səmtə aparır.
Bir çay keçdim, daşı yox – çay neçə dağ-
dan, dərədən keçir, gah daşır, gah coşur, özü ilə
daş – çınqıl gətirir, çaylaş yaradır. Ona görə də
çayın dibində çaylaq daşları olur. Amma qanlı
müharibələrdə insan qanı çay əmələ gətirsə də,
çay özü ilə daş gətirmir, çaylaq yaranmır, belə
çaylarda əsasən daş olmur. Bu bayatının yaradı-
cısı da məhz belə bir dəhşətli səhnə ilə qarşı-
laşmış, daşsız çaya rast gəlmişdir. “Daşsız çay”ın
sahilində onun diqqətini daha çox yanında
yoldaşı olmayan, ölmüş bir igid cəlb etmişdir.
Burda bir igid öl
müş,
Yanında yoldaşı yox.
Əlbəttə, bu izah və təhlil müstəqil məna
daşıyır, məcazi mənada isə göz yaşı da daşsız
çaya bənzədilə bilər.
Bu c
ür tarixi mahiyyət daşıyan bayatılar
çoxvariantlı olurlar.
125
Məsələn:
Bir at mindim başı yox,
Üzük tapdım, qaşı yox.
Burda bir gözəl ölmüş,
Yanında qardaşı yox.
Deyərlər ki, qızın üzüyünün qaşı qardaşıdır.
Deməli qız ölərkən qardaşı yanında olmamışdır.
Bəzən belə iddia edirlər ki, qoşa bayatılardan,
təkrar olan bayatılardan birini seçib çap etmək
lazımdır. Bu doğru deyildir. Variant bayatıların
özündə elə mətləblər, elə ifadələr gizlənib qalır ki,
onlar böyük tarixi mənanı özlərində yaşadırlar.
Buna bir misal:
Mən aşiqəm, tamam qan,
Oxu dərsin tamam qan.
Bir dərya var lil axır,
Biri də var, tamam qan.
Mətləb son iki misradadır. Burada da qanlı
müharibələrdən söhbət gedir. Bildirilir ki, ölkənin
biri yavaş-yavaş qarışıb, suyu bulanmağa, lil
axmağa başlayıb, o birində isə “tamam qandır”,
qan tökülür, dəryası-dənizi qana boyanıb.
126
Eyni ölkənin daxilində gedən faciələr, qan-
qadalar isə başqa şəkildə mənalandırılır.
Mən aşiqəm, tamam qan,
Oxu dərsin tamam qan,
Bir dərya var lil axır,
Bir cülgəsi tamam qan.
“Cülgə” Kür kimi çaylardan kiçik su arxı
çəkib, cülgələr-gölməçələr, su tutarlar yaradılır
ki, onunla bostan suvarılsın, qoyun-quzu içsin.
İri çayların onlara xatası dəyməsin. Burada “cül-
gə” başqa mənada, bütöv ölkənin bir parçası
kimi verilmişdir.
Bu bayatının bir əhəmiyyəti də “cülgə”
ifadəsini yaşatmasıdır.
Tükənməz folklor xəzinəmizdə bu cür əvəz-
siz incilər, böyük sənətkarlıqla yaradılmış baya-
tılar, bayatı-bağlamalar çoxdur.
Bütün bunlar Sarı Aşıq və Xəstə Qasım kimi
nəhəng sənətkarların yaradıcılıqları üçün bir
qaynaq, qida mənbəyi olmuşdur. Xalq ədəbiy-
yatından bəhrələnən sənətkarların yaradıcılığı
ölməzlik qazanır, zaman-zaman yaşayır və sahi-
binə böyük şöhrət qazandırır.
127
Sarı Aşığın bir sıra bağlama-bayatıları son
zamanlara qədər bağlı qalmışdır. Onlardan biri
aşağıdakıdır.
Aşıq deyər, bir ata,
Bir oğuldu, bir ata,
Yeddi dəvə, qırx qatır,
Yüklənibdir bir ata.
Necə yəni? Yeddi dəvəni, qırx qatırı bir ata
necə yükləmək olar? Bu ki, ağlasığmazdır.
Açması belədir: Yeddi dəvənin yununu
qırxıb, onları bir-birinə qatıb bir ata yükləmək
olar.
Sarı Aşıq başqa bir bayatı bağlamasında
deyir:
Mən aşiq, bay keçdi,
Kasıbı bay keçdi.
Altı camış, yüz keçi,
Qucağında çay keçdi.
Bu sadə bir şəkildə qurulmuş bayatı-bağla-
madır. Altı camış dedikdə, say etibarı ilə altı ca-
mış nəzərdə tutulmur. Yüz keçi dedikdə yüz keçi
nəzərdə tutulmur. Yüz keçi üz keçi mənasındadır.
Sarı Aşıq bildirir ki, məstimin altı camış dərin-
128
sindən, üzü keçi dərisindəndir. Məstimi soyunub
qucağıma aldım və çayı keçdim. Əlbəttə ki, altı
camışı, yüz keçini qucağına alıb heç kəs çaydan
keçə bilməz. Bu bayatı bağlamalar əsrlərdən bəri
bağlı qalmışdı. Yüzlərlə sənətkar düşünmüş, da-
şınmış, lakin onu yozub bir yana çıxara bilmə-
mişdir. Bu dərin qıfılbəndi, bağlama-bayatını
Aşıq Şəmşir ona görə aça bilmişdir ki, o, Sarı
Aşıq yaradıcılığına dərindən bələd idi. Aşıq
Şəmşir də Sarı Aşıq kimi məişət müşahidələrinə
mey
dan verir, müəyyən nişanələrlə qapısı bağlı
sənət sarayına girə bilirdi.
1
Sarı Aşığın indiyə qədər açılmamış daha bir
bağlama bayatısına diqqət yetirək. Sarı Aşıq bu
bağlama bayatıları müşahidələrinə, el məişətinə,
bələdçiliyinə güvənərək yaradır.
Ağ at biyan içində,
Quyru
ğu qan içində,
Getdim atı tutmağa,
Qaldım biyan içində.
Biyan otundan şəkər-qənd-şirniyyat hazır-
lanır. Goranın Xanqərvəndə dönən yolunun
ətrafında biyan otu bitir. Biyan otları rəngarəng
1
Sədnik Paşa Pirsultanlı. “Aşıq Şəmşirin poetik aləminə səyahət”.
Bakı, “Təknur”, 2008. səh. 168-169
129
çiçəklər açsa da, daha çox ağ çiçək açırlar. Biyan
otunun bitkisi
böyüdükdə hər biri bir ağ ata
bənzəyir. Həmin bu ağ atın quyruğu hesab edilən
biyanın iç özəyi qan rəngində, qan damarı
rəngində olur. Hər hansı bir adam biyan otu olan
sahəyə girdikdə onun içərisindən çətinliklə çıxır.
Sarı Aşıq buradakı hər misranı müəmmalı şəkildə,
məcazi şəkildə dilə gətirir. Əgər biyan otu
haqqında məlumatın olmasa bu bağlama-bayatını
açmaq müşkül olardı.
Sarı Aşıq elə bağlama bayatılar yaradır ki, o
eyni zamanda möhtəşəm həyat nümunəsi kimi,
həm də yanıltmac kimi səslənir. Onları söz-söz
duya-
duya, düşünə-düşünə təhlil etmədən bayatı-
bağlamanın məzmununu açmaq olmur. Məsələn:
Mən aşiq, qardaşıdı,
Dağlardan qar daşıdı,
Anamın oğluydu,
Atamla qar daşıdı.
Bayatı-bağlamanın daxilinə, məzmununa
daxil olduqda mətləb daha asan, anlaşıqlı başa
düşülür. Birinci misrada qardaşımaqdan söhbət
gedir. İkinci misrada həqiqətən dağdan qar
daşınır, üçüncü misrada qız bildirir ki, bu oğlan
anamın oğludur, dördüncü misrada (mətləbi
130
çaşdıran misrada) bildirilir ki, qardaşımla qardaş
yox, atamla
qardaşım dağlardan qar daşıdı.
Bağlama-bayatıda əsl açar olan fikri və ifadəni
axtarıb tapmaq, ondan sonra bağlı qapıya açar
salmaq, qıfılı açmaq olar.
Sarı Aşıq həyat hadisələrinə, epizodik məsə-
lələrə böyük həssaslıqla yanaşır, onlardan nəticə
çıxararaq öz müşahidəsinə arxalanaraq yeni, oriji-
nal və bənzərsiz bayatı-bağlamalar yaradır. Az
qala onun bu səpkili bayatı-bağlamaları yanılt-
mac
lar qədər insanı çaşdıracaq bir mövqe qazanır.
Bir kişiyə müəyyən günahına görə cəza
verirlər ki, ona qırx gün yemək verilməsin, ac
qalsın, yaşasa yaşasın, ölsə ölsün kişinin qızı
atasını yaşatmaq üçün onun yanına gəlir,
ölməməsi üçün qırx gün atasına döşündən süd
verir. Bu hekayəti eşidən Sarı Aşıq onun əsasında
bir bayatı bağlama yaradır.
Mən aşiqəm, yazıyam,
B
aharıyam, yazıyam,
Atam mənim oğlumdur,
Bəs mən kimin qızıyam?
Buna bənzər bir bayatı-bağlama da yaradır.
Mən aşiqə ustakar,
Nədən olsun usta kar?
131
Süd istər, məmə istər,
Şagird laldı, usta kar.
Bu bayatı-bağlama ana ilə uşaq haqqında
düzəlmiş bayatı-bağlamadır.
Uşaq acıb məmə istəyir, süd istəyir. Lakin
şəyird olan körpənin dili açılmamışdır. O, laldır.
Usta olan ana isə yatdığı üçün kardır.
Sarı Aşığın başqa bir bayatı-bağlaması
belədir:
Mən aşiq ikisinə,
İki dil, iki sinə,
Bir ağacda beş alma,
Gün düşüb ikisinə.
1
Bu bayatı-bağlamada müəmma: bir ağacda
beş alma, gün düşüb ikisinə. Burada beş alma
“pənc -əl-əla” yəni beş rükət namazdan söhbət
açılır. Bu namazlardan birinci sübh namazının
üstə gün düşmür, ikinci yəni ikisinin – zöhr və əsr
nama
zlarının üstünə gün düşür, məğrib və işa
namazlarının üstünə isə gün düşmür. Gecəyarı
namaza kim gecikirsə ona qəza namazı deyirlər.
1
Sarı Aşıq. Şeirlər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı 1966. səh.
41
132
Həmin mətləbi Aşıq Ələsgər özünün “Yü-
küm” adlı divanisində geniş şərh etmişdir.
Ələstüdən bəli deyən əcəb xoş haldı yüküm,
Beş gözəlin aşiqiyəm vəmi camaldı yüküm,
Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin,
Zəhmətdə səbr, halal ləzzətdə baldı yüküm.
1
Sarı Aşıq özgə bir bayatı-bağlamasını belə
tamamlayır.
Mən aşıq qan ayağı,
Qan əli, qan ayağı,
Aşiq bir hikmət görüb,
Üç başı, on ayağı.
2
Burada müəmma son beytdədir. Aşıq bir
hikmət görüb, Üç başı on ayağı. Üç başı dedikdə
sağınçının, inəyin və buzovun başları nəzərdə
tutulur. On ayaqdan ikisi sağınçının, dördü inəyin,
dördü də buzovundur.
Sarı Aşığın bağlama bayatıları özünə məxsus
şəkildə qurulmuş və yaddaşlara həkk olunmuşdur.
Onun bayatı-bağlamaları çox orijinal və özünə-
1
Aşıq Ələsgər. (toplayanı İslam Ələsgərov). Bakı. “Elm” Nəşriyyatı.
1973. səh. 295
2
Sarı Aşıq. Şeirlər. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı 1966.səh. 37
133
məxsus keyfiyyətlərə malikdir. O, bu bağlama ba-
yatıları dərin müşahidələrinin köməyi ilə yaradır.
O dağları, çayları seyr edə-edə onun faunasına və
florasına diqqət yetirə-yetirə onlara uyğun, onların
təbiətinə uyğun nümunələr yaradır. Ona görə də
onun bayatı bağlamaları da cinaslı bayatıları kimi
bir sənət incisi kimi dərhal seçilir.
Bəzən Sarı Aşıq yaratdığı bağlama bayatının
özü ilə yanaşı cavabını da şeirlə dilə gətirir. Gü-
man edir ki, onun müəmma-bayatı şəklində düz-
düyü şeir parçasını hər kəs onun kimi müşahidə
edə billməz. Özü üçün sirli-sehrli bağlama baya-
tıları yaradarkən onun cavabını da söyləməyi
zəruri hesab edir.
Mən aşiq bar verər,
Dən-dən nübar verər,
O hansı ağacdır?
Çiçəkləməz bar verər.
Bioloqlar yaxşı bilir ki, dağdağan ağacı
çiçəkləmir, ona görə ki, onda daxilən mayalanma
gedir. Sarı Aşıq yaratdığı bağlamasının cavabını
belə dilə gətirir.
Mən aşıq bar verər,
D
ən-dən nübar verər,
Dağdağan ağacıdır,
134
Çiçəkləməz bar verər.
Başqa bir nümunə:
Zülfün ucu gümüşdür,
Sal boynuna ilişdir.
Bar verir, kölgə salmır,
Aşıq, o nə yemişdi?
Cavab:
Zülfün ucu ilandır,
Sal boynuma dolandır.
Bar verir, kölgə salmır,
Bilin, o d
ombalandır.
Sarı Aşığın elə bağlama-bayatıları vardır ki,
bəzən onun ümumi bayatı-bağlamalar içərisində
izini itirirlər. Məsələn:
Aşıq, beldən yuxarı,
Şana teldən yuxarı.
Aşıq bir hikmət görüb,
Dizi beldən yuxarı.
Hamının müşahidə etdiyi bu canlını heç kəs
nəzmə çəkib, özünəməxsus bir şəkildə bayatıya
gətirməmiş, ondan bayatı-bağlama düzəltməmiş-
135
dir. Gör Sarı Aşıq həmin bağlama-bayatının
cavabını nə ustalıqla dilə gətirir:
Aşıq beldən yuxarı,
Şana teldən yuxarı.
Buynuzlu çəyirtkədir,
Dizi beldən yuxarı.
Buna bənzər canlılar haqqında daha maraqlı
bayatı-bağlamaya nail olur. Məsələn:
Göydə uçur quş deyil,
Buynuzu var qoç deyil.
Üçcə günlük ömrü var,
O sən bilən quş deyil.
Bu cür mürəkkəb və cavabı çətin tapılan
bağlama bayatıları Sarı Aşıq özü öz bayatıları
ilə açır.
Qanadı var quş deyil,
Buynuzu var qoç deyil.
Üçcə günlük ömrü var,
Kəpənəkdir, quş deyil.
Yəqin ki, Sarı Aşığın bağlama bayatıları bu
deyilənlərlə tamamlanmır. Axtarışlar nəticəsində
Sarı Aşığın bağlama-bayatıları toplanılacaq, təh-
136
lilə cəlb ediləcək və onların haqqında daha dəyərli
sözlər deyiləcəkdir.
Sarı Aşıq bağlama-bayatıları elə asan
yaratmır ki, hər yetən bağlama-bayatı açan olsun.
Böyük sənətkarlar gələcəkdə dərin qıfılbəndlər
sarayı qurmaq üçün onun bağlamalarının qızıl
kərpiclərindən istifadə etsinlər. Xəstə Qasım, Aşıq
Ələsgər kimi böyük sənətkarlar dönə-dönə öz
sələfləri olan Sarı Aşığa əhsən desinlər.
NƏTİCƏ
137
ХВЫЫ ясрин нящянэ сималарындан олан
Сары Ашыьын байаты йарадыжылыьы
Азярбайжан ядябиййатында хцсуси бир
мярщяля тяшкил едир. Сары Ашыгдан яввял
вя
сонра
йашайыб-йаратмыш
байаты
йарадыжыларындан щеч бири онун фятщ
етдийи зирвяйя йцксяля билмямишдир.
Сары
Ашыьын
Азярбайжан
ядябиййатындакы рол вя мювгейини йалныз
ХЫХ яср ашыг шеиримизин эюркямли
нцмайяндяси Ашыг Ялясэярля мцгайися етмяк
мцмкцндцр.
Сары
Ашыг
Азярбайжан
ядябиййатынын байаты, Ашыг Ялясэяр ися
гошма ганадыдыр.
Sarı Aşıq yığcam, lakonik tərzdə, dörd
misralı bayatıda öz hissini, məhəbbətini, istəyini
elə sənətkarlıqla çatdıra bilir, onu elə poetik dillə,
canlı, yaddaqalan bədii lövhələrlə verir ki, istər-
istəməz bunlar insanı ilhamlandırır, vəcdə gətirir,
mənən zənginləşdirib düşündürür, təsirləndirir;
yatmış fikir və duyğularını yenidən oyadır. Bax,
budur, Sarı Aşıq poeziyasının cazibə qüvvəsi,
fərdi məziyyəti.
1
Sarı Aşığın bayatıları folklor xəzinəsində öz
qiymətini saxlayan ləl daşlarıdır.
1
S.Paşayev. “Azərbaycan folkloru və Aşıq yaradıcılığı”. Azərbaycan
Dövlət Universiteti nəşriyyatı. Bakı, 1989. səh. 49
138
Xalq şeiri xalq düzgülərində, bayatılarında
dilimizin qızıl külcəsini təşkil etsə də, Sarı Aşığın
zərgər dəqiqliyi ilə işlənmiş cinaslı baytıları və
bağlama bayatıları əvəzedilməz sənət inciləridir.
1
Çünki o nümunələr Sarı Aşığın istedadının gücü
ilə yaranmışdır. Bunlar memarlıq abidələridir.
Sarı Aşığın insanı heyrətdə buraxan sənət dün-
yasıdır.
Sarı Aşıq özü də bunu qabaqcadan bilirdi
ki, “eşqdən Cünun olan”lar öz dərdlərinin təsəl-
lisini onda tapacaqlar. Çünki o, dərdiməndir,
dərdi də dərdiməndə deyirlər:
Mən aşıq, dərdi məndə,
De dərdin, dərdiməndə.
Eşqdən cünun olanın,
Tapılar dərdi məndə.
Sarı Aşıq qəlbini dərindən oxuyan, duyan
Zakir bir bayatısında belə deyir:
Gəldi bir yaxşı suvar
Gir bağa, yaxşı suvar
1
Sədnik Paşa Pirsultanlı. “Aşıq Şəmşirin poetik aləminə səyahət”.
Bakı, “Təknur”, 2008. səh. 167
139
Aləmin malı, mülkü
Aşiqin Yaxşısı var.
1
Bayatı Zakirə məxsus olsa da burada Sarı
A
şığın nəfəsi, amalı yaşayır. “Aləmin malı, mül-
kü var”, amma Sarı Aşığın bircə Yaxşısı.
Zakir də bu bayatıda Sarı Aşığın öz eşqindən
dön
məzliyini, yar yolunda mətinliyini, eyni za-
manda sevginin-
mənəvi dövlətin maddi sərvətdən
“malü-
mülk”dən üstünlyünü ifadə etmişdir.
Sarı Aşıqla Yaxşının eşq macərası özündən
sonra dillər əzbəri olmuş, çoxları bu eşqə həsəd
aparmışlar. Özünün Aşıqla, sevgilisini də Yax-
şıyla müqayisə edənlər də olmuşdur. Bunlardan
biri də Məhəmməd bəy Aşiqdir:
Qarşıda yaxşı Pəri,
T
ərlanın yaxşı pəri.
Mən Aşiqdən yaxşıyam,
Yaxşıdan yaxşı Pəri.
2
1
Q.Zakir. Əsərləri. Azərbaycan Elmləri Akademiyası Nəşriyyatı.
Bakı 1964. səh. 522
2
Sədnik Paşayev, “Xalq poeziyasında Sarı Aşıq ənənələri”,
“Kirovabad kommunisti” qəzeti, 29 sentyabr 1983-cü il. Sədnik
Paşa Pirsultanlı, “Azərbaycan folkloruna dair tədqiqlər”, Gəncə,
“Pirsultan” 2006, səh. 270
140
Sarı Aşıqdan əvvəl və sonra neçə-neçə is-
te
dadlı sənətkar bayatı düzüb-qoşmaq təşəbbü-
sündə olmuşdur. Lakin onlardan heç biri əvvəl-
lərdə də qeyd etdiyimiz kimi Sarı Aşığın fəth
etdiyi zir
vəyə yüksələ bilməmişdir. Azərbaycan
ədəbiyyatında cilalı, bitkin, bədii cəhətdən mü-
kəmməl bayatı yaratmaq ənənəsi Sarı Aşığın
adı ilə bağlı olaraq qalır. Sarı Aşıq məlumdur
ki, cinaslı bayatı yaradıcısıdır. Aşığın bayatı-
bağlamalara meyli də bununla bağlıdır . Demək
olar ki, bayatı – bağlamaların əksəriyəti cinaslar
üzərində qurulur. Mətləb cinasla-cinas, sözlə -
söz, arasında gizlənir, nəticədə bayatı-bağlamanı
açanda həmin cinaslardan biri olur.
Can ev
i tapmaca, köynəyi bayatı olan hər
tapmacaya bayatı-bağlama demək olmaz. Bayatı-
bağlamalar cinaslarla qurulduğu halda, o biri
bayatışəkilli tapmaca sadə bir şəkildə qurulur.
Sənətkarlıq baxımından tapmacaların yarat-
dığı bayatılar, ata sözlərinin meydana gətirdiyi
bayatılardan daha kamildir. Çünki tapmacalar
əsasında yaranan bayatı-bağlamarın cinaslı baya-
tılar əsasında qurulması nəinki, gələcəkdə qoşma-
qıfılbəndlər üçün, hətta təcnis binalarını qurmaq
üçün də bir zəmin, bir başlanğıc olmuşdur.
Sarı Aşığın bayatılarının ürəklərdə yurd–
yuva bağlamasının səbəblərindən biri, bəlkə də
141
başlıcası, həmin bayatıların böyük məharətlə,
sənətkarlıqla yardılması və oradakı səmimi və
ülvi hisslərin yüksək və bədii bir dillə tərənnüm
olunmasıdır.
Xalq ədəbiyyatı qaynaqlarından, xalq həyatı,
xalq dili və bədii təfəkküründən mayalanıb infişaf
etdiyini Sarı Aşığın yaradıcılıq üslubu da sübut
edir: o, bizim xalq ədəbiyyatının güclü qanadı
olan bayatılar şəklində yazıb-yaratmışdır. Əsərlə-
rində məhəbbətin tərənnümü böyük yer tutmaqla
bərabər, ictimai-siyasi motivlər də güclüdür. Onun
şeirlərinin lirik qəhrəmanı xəyali hurilər, qılman-
lar deyil, gözəl, təmiz, real insandır. O, gözəli
konk
ret insani cizgilərlə təsvir edir.
Yazılı və şifahi poeziyanın başqa janrları
ilə müqayisədə demək olar ki, bayatı xalq məişə-
tinə daha çox yaxındır. Bir qədər obrazlı desək,
bayatı xalqın bağrının başındadır. Məhz buna
görə də belə kütləvi poeziya xəzinəsi daxi-
lində “əriməmək”, fərdi mövqe qazanmaq ol-
duqca çətin bir məsələdir. Sarı Aşıq bu zəngin
xəzinə daxilində, nəinki itib-batmamış, hətta o, öz
istedadının qüdrəti ilə həmin sahədə xüsusi möv-
qe qazana bilmişdir. Bax, Sarı Aşığın bir sənət-
kar kimi böyüklüyü
, əzəməti bundadır.
Sarı Aşığın özünəməxsus bir ustalıqla
yaratdığı cinas qafiyəli bayatılar yeni təşbihlərlə
142
elə gözəl bəzənmişdir ki, istər-istəməz insanı
təsirsiz buraxmır.
Bizcə bundan sonra sənət meydanına gəlmiş
olan Xəstə Qasım bu zəngin xəzinədən istifadə
yolu ilə təcnisin binalarını qoymuşdur.
Sar
ı Aşığın xəmiri bayatı ilə yoğrulub,
kündəsi bayatı ilə tutulub. Yeddi hecalı bayatı,
dörd misralı, birinci, ikinci və dördüncü misraları
həmqafiyə, üçüncü misrası sərbəst olan bu kiçik,
lirik şeir parçasında bir tamlıq, bir bitkinlik vardır
ki, bu poetik aləmdə bir dünya yaşayır. Hiss və
həyəcan, emosiya onun canına hopmuşdur. Bu
kiçik poetik şeir forması – bayatı Sarı Aşığın
adına yazılmışdır. Sarı Aşıq sanki bu kiçik şeir
janrının sahibidir, varisidir. Azərbaycan poeziya-
sında Sarı Aşıq dedikdə bayatı, bayatı dedikdə
Sarı Aşıq yada düşür. Sarı Aşığın qızıl kərpiclərlə
tikilmiş, ucaldılmış bayatı sarayı zaman-zaman
yaşayacaq, nəsildən-nəsilə, əsrdən-əsrə soraq
verəcək. Onu yaddaşlarda yaşadanları, haqqında
bircə kəlmə söz deyəni özü ilə bərabər yaşada-
ca
qdır. Mən fəxr ediərm ki, o qızıl saraydakı qızıl
kərpiclərdən biri də mənimdir. Üzərinə “Sədnik
Paşa Pirsultanlı” yazılmışdır. Mən Sarı Aşığın
həyat və yaradıcılığını, bayatılarını toplamışam,
incələmişəm, haqqında qəzet və jurnallarda dəyər-
li məqalələr yazmışam. İndi isə “Azərbaycan poe-
143
zi
yasında Sarı Aşığın bayatı zirvəsi” adlı monoq-
rafi
yasını dünyaya gətirirəm. Bu mənim Azər-
baycan folkloruna, klassik sənətkarlara, ölməz
Sarı Aşığa hədiyyəmdir. Mən bundan milli qürur
duyuram. Yəqin ki, gələcək nəsillər Sarı Aşıq
kimi klassiklərlə yanaşı, məni də unutmayacaqlar.
Gələcək nəsillər zaman-zaman mənim bu tarixi
xidmətlərimi xatırlayacaqlar.
144
Sədnik Paşa Pirsultanlının
(Paşayev Sədnik Xəlil oğlu)
qısa tərcümeyi-hal
1.
Paşayev Sədnik Xəlil oğlu.
2.
Pirsultanlı.
3.
Şair.
4.
Filologiya elmləri doktoru, professor.
5.
1988-
ci ilin dekabr ayının 30-da “Əmək vete-
ranı”, 1992-ci ilin may ayının 4-də “Əməkdar
Mədəniyyət işçisi”, 2007-ci ilin yanvar ayında
“Qabaqcıl Təhsil işçisi”, Türkiyə Cumhuriy-
yəti Kültür Bakanlığının “Teşekkür belgesi”-ni
almışdır.
6.
20 may 1929-
cu il tarixdə Azərbaycan Res-
publikasının Daşkəsən rayonunun Qazaxyol-
çular kəndində anadan olub.
7.
1946-
cı ildə “Daşkəsən” qəzetində “Zəfər
bayramı” adlı ilk şeiri çap olunub.
145
8.
Natamam orta təhsilini Qazaxyolçular kən-
dində, orta təhsilini Dəstəfur internat məktə-
bində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Ki-
rovabad D
övlət Pedaqoji İnstitutunun (indiki
Gəncə Dövlət Universitetinin) birinci kursuna
qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və
ədəbiyyatı fakültəsini bitirib.
9.
2004-
cü ildən AYB-nin üzvüdür.
10.
1955-
ci ildən 1970-ci ilə qədər “Yeni Daş-
kəsən” (Daşkəsən), “Mübariz” (Goranboy) və
“Ye
nilik” (Kəlbəcər) rayon qəzetlərində re-
daktor, “Kirovabad kommunisti” qəzetinin mə-
sul katibi işləyib. 1970-ci ilin oktyabr ayında
H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji
İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul
olunub, baş müəllim, dosent vəzifələrində
işləyib. Hal-hazırda Gəncə Dövlət Universite-
tinin professorudur.
146
11.
1993-
cü ildə Ankarada keçirilən “İpək yolu
uluslararası xalq ədəbiyyatı simpoziumu”nda
və Nevşehirdə keçirilən “Hacı Veli Bektaşi”
törənində məruzəçi kimi çıxış edib.
1955-
ci ilin iyul ayından “Bilik” cəmiyyətinin,
1960-ci ilin iyun
ayından Jurnalistlər Birli-
yinin, 1989-
cu ilin aprel ayından Aşıqlar Birli-
yinin, 1998-ci ilin
oktyabr ayından Azərbaycan
Vətən Müharibəsi Veteranlar Birliyinin (fəxri),
2003-
cü ilin iyun ayından Yeni Azərbaycan
Partiyasının, 2004-cü ilin aprel ayından
Yazıçılar Birliyinin üzvüdür.
12.
Almaniya Avropa Türk-
İslam Birliyinin də-
vəti ilə “Yunis İmrəyə sevgi ili” kutlama-
larında məruzəçi kimi çıxış edib, Türkiyədə
elmi konfraslarda və simpoziumlarda iştirak
edib, İranda yaradıcılıq səfərində olub.
147
13.
2007-
ci ildə “Azərbaycan Respublikasının
Əməkdar müəllimi”, 2009-cu ildə “Tərəqqi”
medalı ilə təltif olunub.
14.
www.sednikpasapirsultanlı.net
15.
Kitablarının siyahısı
1.
Лалə. Ашыг Бəсти. Эəнcлик, Бакı, 1969,
55 səh. 10.000 nüsxə
2.
Йашайан əфсанəлəр, Эəнcлик, Bakı, 1973,
78 səh. 4.000 nüsxə
3.
Xəstə Гасым. Эəнcлик, Bakı, 1975, səh 64,
2.200 nüsxə
4.
Йурdумузун əфсанəлəри. Бакı, 1976, 45 səh.
30.000 nüsxə
5.
Низами вə фолклор. Билик, Бакı, 1976, 65
səh. 2.500 nüsxə
6.
Йанардаь əфсанəлəри. Эəнcлик, Bаkı, 1978,
160 səh. 20.000 nüsxə
148
7.
Азəрбайcан xалq йараdыcылыьынын inkişafı
Билик, Бакı, 1981, 40 səh. 1000 nüsxə
8.
Низами və xalq əfsanələri. Эəнcлик, Бакı,
1983, 128 səh. 4.000 nüsxə.
9.
Байатылар (топлайанлар: В.Вəлийев, С.Па-
шайев). Йазыçы, Бакı, 1985, 200 səh. 40.000
nüsxə.
10.
Azərbaycan əfsanələrinin öyrənilməsi. Билик,
Бакı, 1985, 70 səh, 500 nüsxə.
11.
Азəрбайcан xalq əфсанəлəри, Йазычы, Бакı,
1985, 285 səh, 50.000 nüsxə.
12.
Азəрбайcан mifoloji мəтнлəри, Елм, Бакı,
1988, (
топлайанлар Сəдник Пашайев,
Маqбет Əщмəдов, Ариф Рəщимов, Ариф
Аcаlov), 180 səh, 25.000 nüsxə.
13.
Азəрбайcан
f
олклору
вə
ашыq
йарадыcылыьы (дəрс vəsaiti), Азəрбайcан
149
Дöвлəт Университеtи Нəшрийyаты, Бакı,
1989, 88 səh, 500 nüsxə.
14.
Azərbaycan xalq dastanlarının tədrisinə dair
(metodik göstəriş), Bakı, 1989, 48 səh, 500
nüsxə.
15.
ХЫХ əsr Азəрбайcан ашыq йараdыcылыьы
(
дəрс vəsaiti), Азəрбайcан ДПИ-нин
нəшрийyаты, Бакı, 1990, 98 səh, 500 nüsxə.
16.
Öz səsim (şeirlər), İdeya nəşriyyatı, Gəncə,
1990, 72 səh, 500 nüsxə.
17.
Азəрбайcан xalq сюйлəмəлəри, Йазыçы,
Бакı, 1992, 211 səh, 10.000 nüsxə.
18.
Пирсултан булаьы (шeирлəр), Елм, Бакı,
1994, 110 səh, 1000 nüsxə.
19.
Инcичичəyим (шeирлəр), Эəнcə, 1996, 100
səh, 500 nüsxə
20.
Караьан Усубун lətifələri, Gəncə, 1997,
тəкрар nəşr. 2000, 2001, 37 səh, 1000 nüsxə.
150
21.
Xalqın söz mirvariləri, Азəрнəшр, 1999, 110
səh, 500 nüsxə.
22.
Илащи бир сəс (шeирлəр), Эəнcə, 1999, 110
səh, 500 nüsxə.
23.
Унну Аьcанын lətifələri, Еколоgiya nəş-
riyyatı, Эəнcə, 1999, 60 səh, 500 nüsxə.
24.
Ağdabanlı şair Qurban, Эəнcлик, Бакı, 2000,
177 səh, 500 nüsxə.
25.
Дабровол Qасымын lətifələri, «Əsgəroğlu»,
Gəncə, 2001, 62 səh, 200 nüsxə.
26.
Йəщйа бəй Дилгəмə el-oba məhəbbəti, Бакı,
Аэащ 2001, 105 səh, 600 nüsxə.
27.
Ашыq Бəсти “Bənövşələr” “Əсэəроьлу”,
Gəncə, 2001, 80 səh, 300 nüsxə
28.
Heca vəznli şeir və mənzum atalar sözləri,
Эəнcə, Аэащ, 2001, 110 səh, 200 nüsxə.
29.
Heca vəznli tapmacaların inkişafı, Agah
nəşriyyatı, Gəncə, 2001, 110 səh, 300 nüsxə.
151
30.
Азəрбайcан епосунуn əфсанə qaynaqları,
Азəрнəшр, Бакı, 2002, 102 səh, 500 nüsxə.
31.
Qaraxanlı Künə Dəmirin lətifələri, Gəncə,
«Pirsultan», 2002, 51 səh, 200 nüsxə.
32. Q
амышлы шаир Рцстəм, «Laçın qaya, çal
yadıma düşəndə», Gəncə, «Pirsultan», 2002,
80 səh, 300 nüsxə
33. Yuxular
олмасайды, «Pirsultan», 2002, 60
səh, 150 nüsxə.
34.
Озан-Ашыq сəнəтинин nəzəri мəсəлəлəри,
Бакı, Озан, 2002, 208 səh, 250 nüsxə.
35.
Озан-Ашыq
йарадыcылыьынa
dair
арашdıрмалар, Ы cилd, Эəнcə, «Pirsultan»,
2002, 203 səh, 150 nüsxə.
36.
Озан-Ашыq
йарадыcылыьынa
dair
арашdырмалар, ЫЫ cилd, Эəнcə,
«Pirsultan», 2002, 230 səh, 100 nüsxə.
152
37.
Бир ичим нəьмə (шeирлəр), Эəнcə,
«Pirsultan», 2003, 70 səh, 100 nüsxə.
38.
Щecа вəзнли байаты və qошма möcüzələri,
Gəncə, «Pirsultan», 2003, 80 səh, 100 nüsxə.
39.
Эəнcəбасар lətifələri, Эəнcə, «Аgah», 2005,
201 səh, 300 nüsxə.
40.
Бир чичəк дə Вəтəндir, Эəнcə, 2005, 127
səh, 200 nüsxə.
41.
Əsatirlər, əfsanələr, rəvayətlər (S.P.Pirsultanlı
və digər müəlliflər), “Şərq-Qərb”, 2005, 304
səh, 2500 nüsxə.
42.
Мир Cəфəр Баьыров йаddашларда, «Pirsul-
tan», Gəncə, 2005, 80 səh, 100 nüsxə.
43.
Елдəн-обадан eşitdiklərim, Gəncə, «Аgah»,
2005, 170 səh, 200 nüsxə.
44.
Yıldızdağdan əsən külək, Gəncə, 2006, 100
səh, 200 nüsxə.
153
45.
Azərbaycan folkloruna dair tədqiqlər, Gəncə,
2006, 402 səh, 200 nüsxə.
46.
Publisistika və folklor, Gəncə, 2007, 330 səh,
200 n
üsxə.
47.
Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi
abidələrimizlə müqayisəli tədqiqi, Elm, 2007,
310 səh, 500 nüsxə.
48.
Pirsultan Pinarı (Şeirlər), «Pirsultan», Gəncə,
2007, 666 səh, 100 nüsxə.
49.Azerbaycan efsane ve rivayetlerinin Edebi
Yapıtlarımızda Karşılaştırmalı Açıklaması Ba-
kü 2008
, Bilim yayınevi, 310 sayfa, 500 adet
50.
Saz nəfəsli şeirlərim, «Pirsultan», Gəncə,
2008, 121 səh, 200 nüsxə.
51.
Aşıq Şəmşirin poetik aləminə səyahət,
“Təknur”, Bakı, 2008, 295 səh, 500 nüsxə.
52.
Azərbaycan türklərinin xalq əfsanələri, Azər-
nəşr, Bakı, 2009, 427 səh, 200 nüsxə.
154
53. “Novruz-
Qəndab” və digər məhəbbət dastan-
larının müqayisəli tədqiqi, Azərnəşr, Bakı,
2009 112 səh, 200 nüsxə.
54.
“Aşıq Tifil Əsəd və Aşıq Ağbulaqlı Aqil”,
“Pirsultan”, Gəncə, 2009 114 səh, 100 nüsxə.
55.
“Qızıl beşik və Ana maral”, “Pirsultan”,
Gəncə, 2010, 126 səh, 100 nüsxə.
56.
“Lilpar bulağı”, “Pirsultan”, Gəncə, 2010,
120 səh, 100 nüsxə.
57.
Altın Beşik ve Anne Geğik. Gence 2010,
Pirsultan yayınevi, 130 sayfa, 100 adet
58.
Azərbaycan aşıq yaradıcılığına dair araşdırmalar,
“Azərnəşr”, Bakı, 2010, 260 səh, 200 nüsxə.
59.
Azərbaycan folklorunda gülüş”, Gəncə Dövlət
Universiteti
nəşriyyatı, 2010, 130 səh. 200
nüsxə
60. “
Azərbaycan yazarlar aləmində əfsanə inci-
ləri”. Bakı, 2010, 360 səh. 200 nüsxə
155
61
“Azərbaycan aşıq poeziyasında və yazılı poe-
ziya
da təcnisin inkişaf tarixi”, Bakı. “Azər-
nəşr”, 2010, 156 səh, 200 nüsxə
62. Azerbaycan Türklerinin Halk Efsaneleri,
Bakü, 2010
, Azerneşr yayınevi, 427 sayfa,
200 adet
63. “Xəstə Qasımın ədəbi irsinin tədqiqi”, Bakı,
“Azərnəşr”, 2011, 250 səh. 200 nüsxə
64. “XXI əsrdə Azərbaycan folklorundan incələ-
mələr”. Gəncə Dövlət Universiteti nəşriy-
yatı, 2010, 130 səh. 200 nüsxə
65. “Molla Nəsrəddin varislərinin lətifələri”,
Gəncə Dövlət Universiteti nəşriyyatı, 2011,
120 səh. 200 nüsxə
66.
Lilpar Çeşmesi (Türk dilinde) Gence 2011,
Pirsultan yayınevi, 157 sayfa, 100 adet
67. “Poeziya
mızda Sarı Aşığın bayatı zirvəsi”
Azərnəşr, 2011, 142 səh. 100 nüsxə
156
Sədnik Paşa Pirsultanlıya həsr
olunmuş kitablar
1.
Ələsgər Əlioğlu. “Sədnik Paşanın yaradıcılılıq
yolu”. “Səda”, Bakı, 1996. 52 səh. 100 nüsxə
2. Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı
haqqında. I hissə “Pirsultan”, Gəncə, 2003, 410
səh. 300 nüsxə
3. Seyfəddin Rzasoy. “Azərbaycan folklorşünaslıq
tarixi və Sədnik Paşa Pirsultanlı”. “Nurlan”, Bakı,
2008. 212 səh. 500 nüsxə
4.
Qasım Qırxqızlı. “Sədnik Paşa Pirsultanlının bədii
yaradıcılığı”. “Pirsultan”, Gəncə, 2010, 130 səh,
100 nüsxə
5. Şakir Albalıyev. “Sədnik Paşa Pirsultanlı poeziya-
sına bir baxış”. “Pirsultan”, Gəncə, 2011, 80 səh,
100 nüsxə
6. Köçəri Cəfərli. “Sədnik Paşa Pirsultanlının təqdi-
matında: Melodik musiqi çeşməsi və Aşıq
Şəmşir”. Bakı, “Azərnəşr”, 2011, 126 səh, 200
nüsxə
7. Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haq-
qında. II hissə Gəncə Dövlət Universiteti nəşriy-
yatı, 2011, 234 səh. 100 nüsxə
157
MÜNDƏRİCAT
Bayatı yaradıcısı Lələ və Sarı Aşıq ............. 3
I FƏSİL
Sari A
şığın həyatı və yaradıcılıq yolu ...... 27
a) Sarı Aşığın dastan yaradıcılığı ............... 47
II FƏSİL
Sarı Aşığın bayatı zirvəsi .......................... 65
a) Sarı Aşığın cinaslı bayatıları ................ 73
b) Sarı Aşığın bağlama bayatıları ............. 102
Nəticə ............................................................ 135
Sədnik Paşa Pirsultanlının
qısa tərcümeyi-halı ........................................ 142
158
Sədnik Paşa Pirsultanlı
Fil
ologiya elmləri doktoru, professor
Poeziyam
ızda Sarı Aşığın
bayatı zirvəsi
Operator
və dizayner:
Turanə Cəfərzadə
Yığılmağa verilmişdir: 10.08.2011
Çapa imzalanmışdır: 15.09.2011
Qiyməti müqavilə yolu ilə
Tiraj: 100
Document Outline - Аzərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor
Dostları ilə paylaş: |