Az ərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 2



Yüklə 6,6 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix04.01.2017
ölçüsü6,6 Mb.
#4429
1   2   3   4   5   6   7

Klinik mənzərə

HBV  kəskin  və  xronik  infeksiya  yaradır.  Virusla  ilk  kontakt 



kəskin hepatit B-nin inkişafı ilə nəticələnir. Kəskin infeksiyanın ilkin 

mərhələsində  zərdabda  HBeAg,  HBsAg  və  HBV  DNT  yüksək

səviyyədə  qeyd  olunur,  lakin  qaraciyər  xəstəliyinin  simptomları 

olmur.  Sonradan  HBeAg  və  HBV  DNT  zərdabda  azalır,  lakin     

ALT-nin  miqdarı  yüksəlir  və qaraciyərin iltihabi  dəyişiklikləri artır. 

Qanda  HbcAg-yə  və  HbeAg-yə  qarşı  anticismlər  əmələ  gəlir,  HBV     

DNT-nin  səviyyəsi  azalır  və  zərdabda  təyin  olunmur.  Anti-HBs 

əmələ  gəlməsi  xəstəliyin  kəskin  fazasının  başa  çatdığını  göstərir. 

Kəskin  HBV infeksiyası  müalicə  tələb  etmir  və  böyüklərin             

90-95%-də spontan sağalma ilə nəticələnir.

Kəskin infeksiyadan sonra immun sistemi hepatit B virusunu tam 

eliminasiya  edə  bilmirsə,  bu  halda  6  ay  ərzində  xronik  hepatit  B 

infeksiyası  yaranır.  İltihab  və  nekroz  nəticəsində  qaraciyərin 

hepatositləri  fibroz  toxuma  ilə  əvəz  olunur.  Fibroz  kompensə 

olunmuş  qara  ciyər  sirrozu  ilə  nəticələnir.  Dekompensasiya  zamanı 

klinik  əlamətlər:  sarılıq,  anoreksiya,  halsızlıq,  ürəkbulanma  və 

qarında ağrı.  Terminal  mərhələdə aşağıdakılar  müşahidə edilə bilər: 

assit,  qida  borusu  venaların  varikoz  genişlənməsi,  qaraciyər 

çatışmazlığı, hepatosellyulyar karsinoma.

Hamiləliyin gedişatına və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Ü ST-nin  tövsiyələrinə  əsasən  qaraciyərin  sirrozu  və  qaraciyərdə 

aktiv  proseslər  qeyd  olunmayan  xronik  hepatit  B-li  qadınlara 

hamiləlik  əks  göstəriş  deyil.  Hepatit  B  teratogen  infeksiya  deyil.

Keçirilmiş 

hepatit 


nəticəsində 

HBsAg 

daşıyıcılarında 



aşağıdakıların başvermə təhlükəsi yüksəkdir: 

düşük qorxusu 



vaxtından əvvəl doğuş

dölyanı mayenin vaxtından əvvəl axması



doğuş zəifliyi

hamiləlik və doğuş zamanı qanaxma təhlükəsi



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



51

dölün hipotrofiyası



asfiksiya

perinatal ölüm



Hamiləliyin  II  yarısında  hepatit  B  virusu  kəskin  qaraciyər 

çatışmazlığı,  ensefalopatiya  və  koma  ilə  ağırlaşa  bilər. Hamiləliyin 

III  trimestrində  sarılıq  və  intoksikasiyanın  artması,  əksər  hallarda 

dölün bətndaxili ölümünə və vaxtından əvvəl doğuşa gətirib çıxarır. 

Bu  isə  öz  növbəsində  ananın  qaraciyərinin  massiv  nekrozu  və 

qadının ölümü ilə nəticələnə bilər.



Diaqnostika

Hepatit  B  mütləq  qeydə  alınmalıdır.  HBV infeksiyasının

diaqnozu, adətən,  virusun  zülallarının  və  anticisimlərin  seroloji 

identifikasiyasına əsaslanır.



HBsAg – kəskin HBV infeksiya zamanı qanda meydana çıxan ilk 

göstəricidir.  HBsAg-nin  6  aydan  artıq  dövr  etməsi  hepatit  B-nin

xronik olmasını göstərir.

HBV  DNT  infeksiyalaşmadan  6  ay  sonra  qanda  aşkar  edilir  və 

virusun  replikasiya prosesinin  aktivliyini  göstərir.  Həmçinin  xronik 

infeksiya  zamanı əlavə  olaraq  qaraciyər  sınaqları  təyin  olunur:  bu 

zaman  aminotransferazalarının  səviyyəsinin  müəyyən  qədər 

yüksəlməsi qeyd olunur (100 IU/l az). Digər qaraciyər fermentlərinin 

səviyyəsi norma daxilində olur. Yalnız qaraciyər zədələnməsinin ağır 

gecikmiş  mərhələsində  qaraciyər  fermentləri  və  sınaqları  nəzərə 

çarpacaq səviyyədə dəyişilmiş olur.



Rutin skrininq

Bütün  hamilələrə  ilk  antenatal  gəlişində  səthi  HBsAg-yə  rutin 

skrininqin  aparılması  tövsiyə  olunur  (A). Hamilələrin  qadın 

məsləhətxanasına  ilk  müraciətində  (A),  həmçinin  hamiləliyin         

34-36-cı  həftəsində  qanın  plazmasında  ekspress  testlərlə  HBsAg 

təyin  olunmalıdır.  Testlərin  müsbət  nəticəsi  zamanı  müvafiq  olaraq 

HBeAg-nin  ekspress-testi  aparılır.  Nəticə  müsbət  olarsa,  plazma 

Respublika  QİÇ S-lə  Mübarizə  Mərkəzinə  göndərilir. Hamilənin 

doğum  evinə  və  ya müalicə  müəssisəsinə  müraciəti  zamanı  HBsAg 

statusu məlum deyilsə, onun təxirəsalınmaz təyini mütləqdir.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



52

Müalicə

HBsAg-müsbət 

qadınların

həkim-infeksionistin

qəbuluna 

göndərilməsi  tövsiyə  olunur  (C).  Kəskin  hepatit  B-nin  xüsusi 

müalicəsi  mövcud  deyil,  qadına  yalnız  köməkçi  tədbirlər  təklif 

olunmalıdır. Yüngül və sarılıqla müşayiət olunan (80%) orta ağırlıqlı 

kəskin  hepatitli  hamilənin  çox  miqdarda  maye  qəbul  edərək,           

III  səviyyəli  stasionarda  müalicəvi-qoruyucu  rejimdə  aparılması 

tövsiyə olunur (B). Müalicə infeksionistlə birlikdə təyin olunur (C).

Hospitalizasiya və izolyasiyaya göstəriş

İzolyasiyaya  ehtiyac  yoxdur.  Qadının  hospitalizasiyası  onun 

vəziyyətinin  ağırlığından  asılıdır.  Qusma,  dehidratasiya  və 

qaraciyərin dekompensasiyası əlamətləri ilə müşayiət olunan hepatit

B-nin ağır formasında III səviyyəli stasionara hospitalizasiya tövsiyə 

edilir  (B). Hepatit  B  virusu  daşıyıcısı/xəstə  hamilənin  doğuşu          

III səviyyəli stasionarda aparılmalıdır.

Profilaktika

Travmatizasiya təhlükəsi olduğundan hamilə və yenidoğulmuşda 

hər  hansı  bir  invaziv  manipulyasiyalardan  qaçmaq  tövsiyə  olunur.

Anada  hepatit  B  virusu  olduqda,  doğuşdan  sonra  12  saat  ərzində 

yenidoğulmuşa  200  IU/əzələdaxili  immunoqlobulin  və  hepatit  B

əleyhinə  vaksinin

istifadəsi 

ilə 


(A) 

kombinə  olunmuş 

immunoprofilaktikanın  aparılması  zəruridir  (A). Bu  vertikal 

transmissiyanı 90% azaldır.

Hepatit B antigeni müsbət olan yüksək infeksiyalaşmış analardan 

doğulmuş  yenidoğulmuşlara  hepatit  B-yə  qarşı  immunoqlobulin 

təyin olunmalıdır (C).

HBsAg statusu məlum olmayan anadan olmuş yenidoğulmuşlara 

doğuşdan  sonra  12  saat  ərzində  hepatit  B əleyhinə  vaksin 

vurulmalıdır (A). HBsAg statusu müsbət olan qadınların körpələrinə 

doğuşdan  sonra  7  gün  ərzində  (bundan  gec  olmayaraq),  imkan 

daxilində tez hepatit əleyhinə immunoqlobulin vurulmalıdır.

HBsAg  müsbət  olan  hamilələrə  məsləhətvermə  və  xüsusi  tibbi 

yardım hepatit B infeksiyasına dair müvafiq müalicə sxeminə əsasən 

aparılmalıdır. Hepatit  B  virusunun  cinsi  partnyora  yoluxmasının 

profilaktikası  və  peyvənd edilmiş  yenidoğulmuşların  ana  südü  ilə 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



53

qidalanmasının  təhlükəsiz  olması  mütləq  məsləhətvermədə  əks 

olunmalıdır.

Hamiləlik başa çatdıqdan sonra hepatit B-nin inkişafı və zahının 

vəziyyətinin  ağırlaşması  qeyd  olunur;  müəyyən  vaxtdan  sonra  isə 

fəsadlaşmaların meydana çıxması mümkündür (C).

Hamiləlik zamanı peyvənd edilməyə əks göstəriş yoxdur (C).

Cinsi partnyorun müayinə və müalicəsi – tövsiyə olunur.

Döşlə əmizdirmə – əks göstəriş yoxdur (B).

Xronik hepatit B-si olan qadınların immunoqlobulin ilə passiv və 

vaksin  ilə  aktiv  profilaktika  almış  körpələrinə  ana  südü  ilə 

qidalanmaq əks göstəriş deyil (A)



Doğuş

Hamilədə  hepatit  B  virusunun  olması  keysəriyyə  əməliyyatına

göstəriş deyil.

Doğuşun vaxtı barədə qərar mama-ginekoloq, həkim-infeksionist 

və neonatoloqun iştirakı ilə kollegial şəkildə qəbul olunur. Doğuşun 

vaxtının  təyin  edilməsi  üçün  əsas  meyar – dölün  biofizik  profili  ilə 

təyin olunan vəziyyətidir (USM, KTQ, doppler).

Hamiləliyin pozulmasına göstəriş

Hepatit B-nin kəskin dövrü  hamiləliyin pozulması  üçün göstəriş 

deyil.  Hamiləliyin  pozulması  hamilənin  arzusu  ilə  və  yalnız 

rekonvalessensiya dövründə mümkündür.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



54

M

M

Ə

Ə

X

X

M

M

Ə

Ə

R

R

Ə

Ə

K

K

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Məxmərək –  hamiləlik  zamanı  dölün  çoxsaylı  anadangəlmə 

qüsurlarına  səbəb  olan  yüksək  dərəcədə  yoluxucu  virus 

infeksiyasıdır.



XBT-10 ÜZRƏ TƏSNİFAT

B06

Məxmərək (alman qızılcası)



Z20.4

Xəstə ilə kontakt və məxmərəklə yoluxma imkanı



Törədici – toqavirus ailəsinin RNT tərkibli birzəncirli virusudur.

Ötürmə yolları:

hava-damcı yolu



birbaşa kontakt yolu

anadan dölə



İnkubasiya  dövrü:  2-4  həftədir. Virusun  ifraz  olunması  uzun 

müddət davam edə bilər.



Klinik mənzərə

Yoluxma yolundan asılı olaraq xəstəliyin 2 forması ayırd edilir: 

anadangəlmə məxmərək



qazanılmış məxmərək

50%  uşaqlarda  və  böyüklərdə  məxmərək  əlamətləri  çox  zəif 

təzahür  edir  və  ya  xəstəlik  simptomsuz  keçir.  İnfeksiya  daşıyıcısı 

səpgilər  əmələ  gəldikdən  7  gün  əvvəl  və  səpdikdən  sonra  2  həftə 

ərzində virusu yoluxdurur.



Klinik əlamətlər:

ümumi zəiflik



mülayim ümumi intoksikasiya

baş ağrıları



konyunktivit

oynaq ağrıları



oynaqların iltihabı

qulaqdibi, ənsə, boyun-arxa limfa düyünlərinin böyüməsi



sifətdən başlayaraq bütün bədənə yayılan (ovuclardan başqa) 

diffuz ləkəli-papulyoz səpgilər.

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



55

Hamiləliyin gedişatına və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək teratogen 

təsirə  malik  olub  az  kütləli  döllə  doğuş,  katarakta,  anadangəlmə 

inkişaf  qüsurları,  əqli  inkişafın  ləngiməsi,  karlıq  və  ölüm  ilə 

nəticələnir.

Cədvəl 1. Hamiləliyin müddətindən asılı olaraq döl üçün təhlükə.

Hamiləlikdən əvvəl 

keçirilən məxmərək

Təhlükə

Şərhi

Son  aybaşıdan  əvvəl 

səpmə

Təhlükə yoxdur



Səpgilərin 

xüsusiyyətləri qadının 

immunitetinə 

müvafiqdir. Döl 

qorunur.

Son aybaşıdan sonra 

11 gün keçən 

müddətdə səpmə 

Təhlükə yoxdur

Səpgilərin 

xüsusiyyətləri qadının 

immunitetinə 

müvafiqdir. Döl 

qorunur.


Birinci trimestr

Təhlükə

Şərhi

Simptomlu məxmərək

80%

Bir  və  ya  bir  neçə 



anadangəlmə  inkişaf 

qüsuru


Simptomsuz 

məxmərək


Məlum deyil, 

80%-dən az

Ü rək və ya göz 

qüsurlarına daha     

tez-tez təsadüf olunur

Birinci trimestrdən 

sonra

Təhlükə

Şərhi

13-16 həftə

17%

Döl az zədələnir



17-20 həftə

6%

Retinopatiyalara  daha 



tez-tez  təsadüf  olunur 

və zehni problemlər

20 həftədən yuxarı

2%

Retinopatiyalara  daha 



tez-tez  təsadüf  olunur 

və zehni problemlər

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



56

Diaqnostika spesifik IgM və IgG anticisimlərin seroloji təyininə 

əsaslanır (A).

Sübutlu  kontaktı  (məxmərəkli  xəstə  ilə  bir  otaqda  15  dəqiqə 

ərzində üz-üzə olmaq) və vaxtından asılı olmayaraq qeyri-vezikulyar 

səpgiləri olan hamilələr məxmərək virusuna müayinə olunmalıdırlar (C).

Təsdiq olunmuş məxmərəkli hamilələrdə mütləq seroloji sınaqlar 

aparılmalıdır (A).

Seroloji müayinənin nəticələri:

IgM(+), IgG(-) kəskin birincili infeksiyaya dəlalət edir. Döl üçün

yüksək  dərəcədə

təhlükəlidir.  2  həftədən  sonra  müayinə 

təkrarlanmalıdır. 

IgM(+), IgG(+) birincili infeksiyaya dəlalət edir. Avidlik testi ilə 

yoluxmanın müddəti təyin edilir.

IgM(-), IgG(+) immunitetin mövcudluğuna dəlalət edir. Hamiləni 

sakitləşdirmək lazımdır.

IgM(-), IgG(-) məxmərək statusunun məlum olmamasına dəlalət 

edir. 3-4 həftədən sonra IgM və IgG-yə müayinə təkrarlanmalıdır. 

Rutin skrininq

Naməlum  peyvənd  edilmə  tarixçəsi  olan  hamilələrə  antenatal 

xidmət müəssisəsinə ilk gəlişdə məxmərəyə qarşı IgG anticismlərinin

skrininqi  təklif  olunmalıdır  (A). Mənfi  nəticə  alındıqda,  IgM 

anticismlərin təyini üçün əlavə testlər aparılmalıdır.

Müalicə

Spesifik  müalicə  mövcud  olmadığından,  yalnız  simptomatik 

terapiya aparılır.

Hospitalizasiya  və  izolyasiya – məxmərəkli  hamilə  digər 

hamilələrdən təcrid olunmalıdır.



Profilaktika

Əsas  profilaktik  tədbir  – peyvəndin  edilməsidir.  Hamiləliyi 

planlaşdıran  qadınlar  mütləq  məsləhət  almalı  və  onların  anticisim 

statusu təyin olunmalı, lazım gələrsə peyvənd olunmalıdırlar (A)

Hamilələr  məxmərəyə  qarşı  peyvənd  olunmamalıdırlar.  Qadın 

peyvənd edilmədən sonra ilk 3 ay ərzində hamilə qalıbsa, ona xüsusi 

diqqət  yetirilməlidir.  Hamiləlikdən  az  əvvəl  aparılmış  peyvənd 

edilmədən  sonra  anadangəlmə  məxmərək  sindromunun  yaranması 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57

haqqında  məlumat  olmadığından  hamiləliyin  pozulması  tövsiyə 

edilmir (B).

Naməlum  peyvənd  edilmə  tarixçəsi  olan  hamilələrə  doğuşdan, 

düşükdən və  ya  abortdan  sonra peyvənd edilmək  təklif olunur, belə 

ki,  yaxın  30  gündə  onların  hamilə  qalmaq  ehtimalı  çox  aşağıdır.

Hamiləliyin  erkən  dövründə  təsadüfən  peyvənd  edilmiş  və  ya 

peyvənd edilmədən dərhal sonra hamilə qalmış qadını sakitləşdirmək 

lazımdır.  Təsvir  edilən  halda  anadangəlmə  məxmərək  sindromunun 

inkişafı halları qeyd olunmayıb (B).



Döşlə əmizdirmə – əks göstəriş yoxdur.

Hamiləliyin pozulmasına göstəriş

Qadında  hamiləliyin  16-cı  həftəsinə  qədər  infeksiya  təyin 

olunduqda, ona hamiləliyin pozulması təklif olunmalıdır (B). Qadına 

məxmərək  infeksiyasının  dölə  təsiri  haqqında  dolğun  məlumat 

verildikdən  sonra  yalnız  qadının  yazılı  məlumatlı  razılığı  alındığı 

təqdirdə hamiləlik pozula bilər.

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



58

T

T

O

O

K

K

S

S

O

O

P

P

L

L

A

A

Z

Z

M

M

O

O

Z

Z

V

V

Ə

Ə

H

H

A

A

M

M

İ

İ

L

L

Ə

Ə

L

L

İ

İ

K

K

Toksoplazmoz –  müxtəlif  klinik  təzahürlərlə  səciyyələnən  və 

dəqiq simptomları olmayan parazitar xəstəlikdir.

Hamilə  qadınların  40-55%-i  seroneqativdir.  Hamiləlik  zamanı 

toksopazma  inyeksiyasına  birincili  yoluxma  tezliyi  Avropada         

2,4-16/1000, ABŞ-da 2-6/1000 təşkil edir. Hamiləlik zamanı birincili 

infeksiya  nəticəsində  dölün  anadangəlmə  infeksiyası  riski  20-50% 

arasında  tərəddüd  edir.  Diri  doğulmuşlarda  anadangəlmə

toksoplazmozun rastgəlinmə tezliyi 0,3/1000 təşkil edir. 

XBT-10 ÜZRƏ TƏSNİFAT

B58

Toksoplazmoz



B58.8

Digər orqanların zədələnməsi ilə gedən toksoplazmoz



B58.9

Dəqiqləşdirilməmiş toksoplazmoz 



O98.8

Hamiləliyi,  doğuşu  və  ya  zahılıq  dövrünü  ağırlaşdıran 

digər infeksion və parazitar xəstəliklər

Törədici – Toksoplazma gondii - ibtidailərə aiddir.

Ötürmə yolları:



alimentar - əsas mənbəkifayət qədər bişirilməmiş ət         

(30-63%), yuyulmamış meyvə-tərəvəz, torpaqla təmas       

(6-17%), xəstə pişiklərin nəcisində olan oositlərlə çirklənmiş 

su və torpaq



vertikal

Yalnız  hamiləlik  zamanı  birincili  infeksiya  hallarında 

Toksoplazma gondii anadan dölə yoluxa bilər.

Klinik mənzərə

Anadagəlmə və qazanılmış toksoplazmoz ayırd edilir. Hamiləlik 

zamanı  yalnız  birincili  toksoplazmoz  əhəmiyyət  kəsb  edir.  Birincili 

toksoplazmoz əsasən simptomsuz keçir, nadir hallarda qeyri-spesifik 

qripəbənzər  əlamətlər  müşahidə  olunur.  Birincili  infeksiya 

epizodundan  sonra  parazit  orqanizmdə  latent  sistlər  şəklində  qalır. 

Anadangəlmə  toksoplazmozlu  uşaq  üçün  aşağıdakı  simptomlar 

triadası xasdır:

kəllədaxili kalsifikatlar (15%) 



xorioretinit (15%) 

hidrosefaliya (yalnız 5% hallarda)



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



59

Hamiləlik  zamanı  toksoplazmozun  törədicisi  cift  vasitəsilə 

keçərək,  dölün  bətndaxili  ölümünə,  bətndaxili  inkişafının 

ləngiməsinə,  əqli  inkişafının  ləngiməsinə,  eşitmə  qüsurlarına  və 

korluğa  səbəb  olur.  Sarılıq,  trombositopeniya,  spastik  parezlər, 

mərkəzi  iflic,  epileptik  tutmalar,  gözün  xorioretinitindən  tutmuş, 

mikroftalmiya  və  göz  almasının  olmaması  kimi  kobud  üzvi 

pozulmalarla müşahidə oluna bilər.



Hamiləliyin gedişatına və dölün/yenidoğulmuşun sağlamlığına təsiri

Hamiləlikdən  əvvəl  toksoplazmoza  yoluxan  qadınlarda  (xronik 

və ya latent infeksiya) törədicinin dölə ötürülməsi sübut olunmayıb.

Bu  immun  sistemin  dölü  yoluxmadan  mühafizə  etməsi  ilə  izah 

olunur. Birincili yoluxma təhlükəsi hestasiya müddətinin artması ilə 

yüksəlir  (hamiləliyin  7-ci  həftəsində  –  6%,  hamiləliyin  34-cü

həftəsində – 93%). Anadangəlmə toksoplazmozun təhlükəsi və onun 

ağırlıq dərəcəsi hamilənin yoluxma vaxtından asılıdır: erkən yoluxma 

zamanı xəstələnmə riski aşağı olur, lakin onun əlamətləri özünü daha 

qabarıq  birüzə  verir.  Yoluxma  hestasiyanın  ilk  13  həftəsində  baş 

verdikdə  (61%),  xəstəliyin  klinik  əlamətləri  daha  qabarıq  təzahür 

edir. Yoluxma  hamiləliyin  III  trimestrində  baş  verdikdə,  xəstəliyin 

simptomsuz formaları üstünlük təşkil edir. Hamiləliyin 36-cı həftəsində

yoluxmada yalnız 9% hallarda klinik əlamətlər müşahidə olunur. 

Keçirilmiş infeksiya gələcək hamiləliyə təsir göstərmir.


Yüklə 6,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin