İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanılıb
Natiq Bağırov/AZADİNFORM. İrandan Azərbaycana narkotik keçirən şəxslər saxlanılıb. Bu barədə
“Azadinform”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
M
əlumata görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri
t
ədbirlərlə İran İslam Respublikasının vətəndaşları - 34 yaşlı Şəmsəli Dustər və 32 yaşlı Davud Nurinin
bu il aprelin 9-da dövl
ət sərhədini pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə
ölk
əmizin ərazisinə gətirdikləri müəyyən edilib.
H
əyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs yaxalanıb, onlardan 10 kiloqram həşiş və
soyuq silah olan 1
ədəd xəncər götürülüb.
İlkin dindirmə zamanı Şəmsəli Dustər və Davud Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində
cinay
ətin təşkilatçısı olan və hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi
adamlara t
əhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf
edibl
ər.
Fakt üzr
ə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hər iki şəxs
t
əqsirləndirilən qismində tutularaq istintaqa cəlb olunub.
Transmilli müt
əşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb
olunmaları istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dostları ilə paylaş: |