74. Ədəbi dilin leksik normasının əsas şərti:
A) Sözün mənasına bələd olmaq, onu yerində və düzgün işlətmək
B) Sözü düzgün yazmaq
C) Söz və cümlələr arasındakı əlaqələri nitqdə düzgün qurmaq
D) Poetik funksiyaya malik sözlərdən istifadə etmək
E) Sözü düzgün tələffüz etmək
75. İş adamları üçün uğurlu addım - nitq mədəniyyəti: biri səhvdir.
A) Nitq mədəniyyəti biznesə, işgüzar fəaliyyətə tətbiq edilir; məqsəd natiqlik
məharətindən istifadə etməklə, bəzən ritorik şəkildə məntiqli və ardıcıllıqla, fikirləri
dəqiq, düzgün ifadə etmək bacarığıdır
B) İş adamları üçün başlanğıc, uğurlu addım nitq mədəniyyəti qaydalarına
yiyələnməkdir. İşgüzar münasibətlərin etikası münaqişələrin, maneələrin və
qarşılıqlı iddiaların sayını azaldan, düzgün qərarlar verən vasitədir, onun əsas aləti
nitq mədəniyyətidir
C) Nitq mədəniyyəti fikir və istəkləri dəqiq ifadə etmə bacarığıdır, bu onun
effektivliyinin ən vacib şərtidir. Bəlağətli, savadlı çıxış edən bir insanı dinləmək
xoşdur
D) Nitq mədəniyyəti aşağı səviyyədə olan, fikirlərini aydın ifadə etməyi
bacarmayan, nitqdə səhvlərə yol verən insan kommunikativ uğursuzluqlarla
rastlaşacaq
E) Şifahi nitqin xüsusiyyətlərini bilmək, işgüzar söhbət aparmaq rəhbər, qulluqçusu
üçün xüsusilə vacib deyil
Dostları ilə paylaş: