AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu


Çanaq.  Ərzaq  vergisinin  tətbiqi



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   2   3   4   5   6   7   8   9   10   ...   37

Çanaq.  Ərzaq  vergisinin  tətbiqi.  YĠS-in  A zərbaycanda  tətbiqi 

kəndlilərdə  kənd  təsərrüfatı  məhsulları  istehsalını  və  əmək  fəallığını  artırmaq  

üçün  maraq  oyatdı.  Ərzaq  siyasəti  sahəsində  də  köklü  dəyiĢikliklər  baĢ  verdi. 

1921-c i  ildə A zərbaycan kəndlilərinə öz   məhsullarından istədikləri  kimi sərbəst 

istifadə  etmək  imkanı  yaradıldı.  Bununla  yanaĢı,  Azərbaycanın  dənli  bitkilər 

ixrac  edən  yo x,  ə ksinə  taxıl  id xal  edən  respublika  olması  da  nəzərə  a lın ırd ı. 

1921-c i  ildə  kəndlilə rin  ə rzaq  verg isindən  azad  edilməsi  Azə rbaycan  kəndinə 

böyük  yüngüllük  gətirsə  də,  o,  respublika  Ģəhərlərin i  taxılla  təmin  etmək 

iqtidarında  deyildi.  Sovet  Rusiyası  özünün  ərzaq  çətinliklərinə  ba xmayaraq, 

neftin naminə Bakın ı çörəklə təmin et məy i öz üzərinə götürmüĢdü. 

Ərzaq  vergisinin  tətbiq  olun masının  təxirə  salın ması  o  dövrdə 

Azərbaycanda  YĠS-in  tətbiqinin  xüsusiyyətlərindən  biri  id i.  1921-ci  ilin 

baĢlanğıcında  yaranmıĢ  ümumi  iqtisadi  böhran  və  kənd  təsərrüfatının  olduqca 

ağır  vəziyyəti  Ģəraitində  Respublikanın  ö z  daxili  ehtiyatları  hesabına  Bakı 

fəhlələrin i  təmin  etmək  üçün  imkanlar  axtarmaq,  fərdi  kəndli  təsərrüfatlarına 

necə  yanaĢmağı  müəyyənləĢdirmək  zəruri  id i.  Azərbaycan  Ģəraitində  kəndlilərə 

yeni münasibət N.Nərimanovun təĢəbbüsü ilə irəli sürülmüĢ və həyata keçirilmiĢ 

"çanağın"  toplanması  oldu.  1921-ci  ilin  mayında  Birinci  Sovetlər  qurultayı 

Azərbaycanda  ərzaq  vergisi  əvəzinə  "çanaq"  adlanan  könüllü  natural  rüsum 

tətbiq  etmək  barədə  qərar  qəbul  etdi.  Bu  rüsum  hər  təsərrüfatdan  kəndlilərin 

özlərin in  müəyyən  etdiyi  20  g irvənkə  taxıldan  ibarət  idi.  "Çanağ"ın  əsasını 

bərabərçilik  prinsipi  ilə  "evlər"  arasında  bölüĢdürülməsi  təĢkil  edirdi,  həm  də 

kəndli təsərrüfatlarının b ir-b irindən fərqlən məsi nəzərə alın mırd ı

50



ZəhmətkeĢ kəndlilər "çanaq" toplanması çağırıĢını rəğbətlə qarĢılad ılar. 

Bəzi  qəzalarda  kəndlilər  20  girvənkə  əvəzinə  bir  pud,  hətta  beĢ  pud  taxıl 



83 

 

verməyə hazır olduqlarını bəyan edirdilər.  Qazax qəzasın ın b ir ço x  kəndlərində 



"çanaq"  toplanmasını  kəndlilər  "Biz  Bakı  fəhlələri  üçün  hər  Ģeyi  etməyə 

borcluyuq!"

51

 Ģüarı ilə qarĢıladılar. 



Çanaq  hesabına  kəndlilər  yü z  min  puddan  çox  ərzaq  topladılar.  Lakin  

respublika üzrə yığılan "çanaq" bütövlükdə nəzərdə tutulduğundan xeyli az oldu. 

Qəzalarında  çoxundakı  məhsul  qıtlığı,  yığımın  təĢkilində  yol  verilən  nöqsanlar, 

nəqliyyat  çatıĢma zlığı  "çanağ"ın  kifayət  qədər  səmərə li  olma masının  əsas 

səbəbləri id i

52



Buna baxmayaraq, "çanaq" kampaniyası  mühü m siyasi əhəmiyyət kəsb 

edirdi.  Ka mpaniya  za manı  kəndlərə  göndərilən  fəhlələ r  xeyli  ictimai-mədəni, 

maarif  və  təĢkilat  iĢləri  görür,  kəndlilərə  istehsalatda  kömək  göstərir,  kənd 

təsərrüfatı  alətlərini  təmir  edirdilər.  Bakı  fəhlələri  ilə  birlikdə  qəzalarda  o lan 

hökumət  baĢçısı  N.Nərimanov  "çanaq"  toplantısında  fəhlə  sinfi  ilə  kəndlilərin 

nail  olduqları  itt ifaqı  yüksək  qiy mət ləndirərə k  de miĢdi:  "Mən  təsdiq  edirə m  ki, 

indi fəhlələrlə kəndlilər arasında əlaqə yaran mıĢdır. 

Fəhlələr  baĢa  düĢürlər  ki,  müəyyən  güzəĢtlərə  getmək,  kəndlilərə 

kö mək  etmək  lazımdır.  Kəndlilər  də  baĢa  düĢürlər  ki,  fəh lələrə  kö mək  etmə k 

lazımd ır"

53



Azərbaycan kəndlilərin in ərzaq vergisindən azad edilməsi  respublikada 



əkin  sahəsinin  artmasına,  kəndli  kütlələrinin  kənd  təsərrüfatının  bərpası  iĢində 

daha  da  fəallaĢ masına  səbəb  oldu.  Kəndlilər  kəndli  konfranslarında  və  qəza 

sovetləri qurultay larında kənd təsərrüfatı ilə  bağlı məsələ lərin mü zakirəsində fəa l 

iĢtirak edirdilər. Məsələn, Tovuz qəza fövqəladə sovetlər qurultayı "torpaqlardan 

istifadəni  gücləndirmək,  əkin  sahələrini  geniĢləndirmək,  maldarlığ ın  artmasına 

nail o lmaq" barəsində xüsusi qərar qəbul et miĢdi

54



La kin  A zərbaycanda  ərzaq  vergisini  1922-c i  ildə  yenidən  tətbiq  etmək 



zəruriyyəti  meydana  çıxdı.  Bu,  respublikanı  ərzaq la  təmin  edən  Ukrayna  və 

Rusiyanın  taxıl  rayonlarında  həmin  il  baĢ  verən quraqlıq  nəticəsində  90  milyon 

əhalisi  olan  40  quberniyanın  qıtlıq  və  aclıq  çəkməsi  ilə  Ģərtlənirdi.  1922-ci  ilin  

ma rtında  Azərbaycan  MĠK-in  111  sessiyası  ərzaq  vergisinin  tətbiqini 

qanunlaĢdırdı. Aprelin  13-də A zərbaycan SSR  Xalq Ko missarları Soveti "1922-

ci  ildə  kənd  təsərrüfatı  məhsulları  ü zərinə  ərzaq  vergisi  qoyulması  haqqında" 

dekret verdi

55



1922-c i  il  mayın  3-də  Azə rbaycanın  II  Sovetlər  qurultayı  ərzaq  vergisi 

haqqında  dekreti  təsdiqlədi

56

.  Qurultayın  Xalq  Torpaq  komissarı  S.  M. 



Əfəndiyevin  məru zəsi  üzrə  qəbul  etdiyi  qətnamədə  "kənd  təsərrüfatında 

məhsuldar qüvvələrin artması və in kisafı təsərrüfat quruculuğunda birinci vəzifə 

kimi qeyd olundu. Kənd təsərrüfatını qaldırmadan sənayenin bərpasının mü mkün 

olmadığın ı  vurğulayıb,  sovet  hakimiyyəti  orqanlarına  Azərbaycanın  kənd 



84 

 

təsərrüfatını  dirçəltmək  üçün  konkret  tədbirlər  görməy i  təklif  edən  qurultay 



suvarman ı  və  əkinə  yararlı  torpaq  sahələrini  geniĢləndirməyi,  dövlot  to xu m 

fondu  və  kəndlərdə  aqronom  məntəqələri  Ģəbəkəsi  yaratmağı,  həmçinin  kənd 

təsərrüfatına verilən kred iti artırmağı zəruri saydı.  

Azərbaycanda  ərzaq  vergisinin  özünəməxsus  xüsusiyyətləri  var  idi: 

pambıq əkinləri və tut bağların ın sahibləri bu vergidən azad olun muĢ, üzü mçü lük 

və bostançılığa azald ılmıĢ vergi norması müəyyənləĢdirilmiĢdi

57



"Çanaq"dan  fərqli  o laraq  ərzaq  vergisin in  əsasını  hər  kəndli 



təsərrüfatının  məhsuldarlığından  və  həcmindən  asılı  olan  mütərəqqi  vergi 

prinsipi təĢkil ed irdi 

58



Beləliklə, 1922-ci  ildə A zərbaycan üzrə nə zərdə tutulan bir  milyon



 

pud 


əvəzinə iki  milyon pud ərzaq vergisi toplandı, ərzaq  vergisi planı  200 faiz yerinə 

yetirildi 

59

  ki,  bu  da  ümumi  ta xıl  yığ ımının  6,74  fa izi  qədər  idi.  Ərzaq  



vergisindən əldə edilən, inqilabdan əvvəl kəndlilə rin verdiyi vergidən 7,5 dəfə az 

olsa da, yeni Ģəraitdə qazanılan əhəmiyyətli  müvəffəq iyyət idi. Azərbaycan MĠK 

Rəyasət  heyəti  1922-ci  ilin  oktyabrında  xüsusi  müraciətlə  zəhmətkeĢ  kəndlilərə 

vətəndaĢlıq borclarını nü munəvi surətdə yerinə yetirdiklərinə görə təĢəkkür etdi. 

YĠS-in ilk  müsbət nəticələrindən biri də A zərbaycanda  kənd təsərrüfatı 

əkin sahələrin in fəlakətli Ģəkildə azalmasının 1922-ci  ildə nəinki dayandırılması, 

hətta  artmasında  dönüĢ yaradılması  o ldu.  Əgər  buğda  əkin  sahəsi  1920/  21  -ci 

ildə  288  min  desyatin  idisə,  1921/22-ci  ildə  514  min  desyatinə  çatdı

60

.  Ərzaq  



sapalağından  ərzaq  vergisinə  keçildi.  Ərzaq  vergisin in  ərzaq  sapalağından 

həcmcə  az  olması  kəndlilərə  xey li  yüngüllük  gətird i.  Ərzaq  vergiləri 

ödənildikdən  sonra  qalan  məhsul  kəndlin in  tam  ixtiyarına  keçdi,  onu  bazarda 

satmaq imkanı yaratdı. 

Dövlət  orqanlarının  nizama  saldığı  azad  ticarətə  icazə  verilirdi.  Ərzaq  

vergisinə  keçid  fəhlələr  ilə  kəndlilərin  iqtisadi  əlaqəsinin  inkiĢafı  üçün  xüsusi 

əhəmiyyətə malik id i. 

Kooper asiya.  Yeni  iqtisadi siyasətə keçid kooperasiyanın fəaliyyətində 

əsaslı  dəyiĢikliklərə  səbəb  oldu.  1921-ci  il  aprelin  15-17-də  Azərbaycan 

kooperativçilə rin in  birinci  quru ltayı  oldu.  Qu rultay  YĠS-i  bəyəndi  və 

Q.M.Musabəyovun  məruzəsi  ü zrə   qətnaməsində  vurğuladı  ki,  Azərkooperasiya 

ona  həvalə  olunmuĢ  vəzifəni  Ģərətlə  yerinə  yetirəcək  və  Azərbaycanın  Ģəhər 

sənayesi  ilə  kəndli  təsərrüfatı  arasında  ittifaqın  tam  möh kəmlən məsi  yoluna 

körpü olacaq"

61



1921-c i  il  iyunun  27-də  Azərbaycan  Xalq  Ko missarları  Soveti  xüsusi 

dekretlə  istehlak  kooperasiyasını özünü idarə edən  müstəqil ictimai təĢkilat elan  

etdi

62

.  Fəhlə  kooperativləri  haqqında  əsasnamə  təsdiq  olundu.  Onlar  bilavasitə 



sənayedə,  nəqliyyatda  və  baĢqa  müəssisələrdə  fəaliyyət  göstərir,  kooperativ 

85 

 

üzvlərinin  ü mu mi  yığıncağında  seçilən  idarə  heyətləri  tərəfindən  idarə 



olunurdular

63

.  Fəhlə



 

kooperativlərinə  daxil  olmaq  və  çıxmaq  könüllü  idi.  Fəhlə 

kooperasiyası  tezliklə  Bakıda  iri  fəhlə  kooperativləri  Ģəbəkəsinin  güclü 

təĢkilatına  çevrild i.  Ba kıda  üç  kooperativ  ittifaqı  var  idi:  A zərneft  sistemi 

fəhlələrin i  və  qulluqçularını  ö zündə  birləĢdirmiĢ  "Qornyak",  Bakının  digər 

müəssisə və təĢkilatlarının  öz sisteminə daxil etmiĢ "Bakısoyuz" ("Bakı ittifaq ı"), 

əsasən  su  nəqliyyatı  fəhlə  və  qulluqçularına  xid mət  edən  "KasTPO"

64



Dəmiryolçu  fəhlələrin  kooperativləri  Gəncə,  Hacıqabul,  Biləcəri,  Kü rdəmir  və 

Yevla xda  idi

65

.  O  vaxt  hərbi  kooperasiya  da  formalaĢdı.  Könüllü  hərbi  istehlak 



cəmiyyətləri  üzvləri  q ızıl  əsgərlərdən,  ko manda  heyəti  ailələri,  hərbi  və  dəniz 

idarələri  qulluqçularından  ibarət  idi

66

.  Xəzər  donanmasının  hərbi-dəniz 



kooperativi

67

  Türküstanda,  RSFSR-in  HəĢtərxan  vilayətində  və  Ġranda  özünün 



geniĢ alqı-satqı və əmtəə mübadiləsi əməliyyatlarını həyata keçirird i. 

Azərbaycan Kooperasiya Ġttifaqı (sonralar A zərittifaq) nəzd indəki  fəhlə 

kooperasiyasının fəaliyyətinə rəhbərlik etmək üçün 1922-ci  ilin əvvəllərində 104 

min  payçını  ö zündə  birləĢdirən  fəhlə  kooperasiyası  mərkəzi  -  "Fəhlə 

Kooperasiyası MK" yaradıld ı.  Fəhlə  kooperativlə ri ö z ü zvlərinə payla maq üçün 

taxıl, tərəvəz, düyü, qond, arĢınmalı və baĢqa zəruri mallar tədarük edirdi

68



Azərittifaq  taxılı  sərbəst  qiymətə  satın  almaqla  tədarük  edirdi.  Bundan 



baĢqa,  qəzalarda  mütəxəssislər  və  fəhlə  nü mayəndələrindən  ibarət  satınalma 

ko missiyaları  yaradılmıĢdı

69

.  Azərittifaq  tədarük  və  mal  mübadiləsi 



əməliyyatların ı  ö zünün  yerli  Ģöbələri,  satınalma  məntəqələri  və  agentlikləri 

vasitəsilə  həyata  keçirirdi

70

.  Nəhayət,  Azərittifaq  bütün  qüvvələri  səfərbər  edib, 



ağır  çətinlikləri  -  nəqliyyat  yoxluğu,  ağır  iq lim  Ģəraiti,  aclıq,  manatın  kursunun 

fəlakətli  surətdə  aĢağı  düĢməsi  hallarını  aradan  qaldıraraq,  dövlətin  1921-ci  il 

iyulun birinədək  100  min pud taxıl tədarük etmək tapĢırığını  100, ət tədarükünü 

isə 234 faiz yerinə yetirdi

71



Bakı  neftçiləri  isə  kənd  üçün  ağ  neft  və  baĢqa  neft  məhsulları,  ĢüĢə 



zavodu fəhlələ ri 125  min ədəd stəkan və 35  min  ədəd la mpa ĢüĢəsi

72

, toxucular 



10,5  min arĢından artıq lampa piltəsi, on minlərlə arĢın tikiĢ sapı, corab, cilov və 

s.  istehsal  etdilər

73

.  Bakıdakı  "ĠnĢaatçı"  fəhlə  kooperativi  kürək,  d ırmıq,  çəkic, 



qıfıl,  çapacaq,  vedrə  və  kənd  əhalisinin  ehtiyacı  olan  baĢqa  əĢyaları  hazırlamaq  

üçün xüsusi istehsal sahəsi yaratdı

74



Koopcrativlər  vasitəsilə  qonĢu  respublikalarla,  xüsusilə  ġimali 



Qafqa z respublika lan və Ukrayna ilə ə mtəə  mübadiləs i  inkiĢaf edird i.  1921-c i 

ilin  yayında  bakılılar  11  min  pud  balığı  31,2  min  pud  Ukrayna  qəndinə 

dəyiĢmiĢdilər

75

.  1921-1922-c i  illərdə  Azə ritt ifaq  Moskva,  Kiyev,  Rostov, 



Krasnodar  və  Türküstanda  ticarət  və  əmtəə  mübadiləsi  əməliyyatları  həyata 

keçirirdi

76

.  Ümu mtürküstan  istehlakçıla rı  cəmiyyətləri  ittifaqı  ilə  A zərittifaq  



86 

 

arasında  müqavilə  bağlan mıĢdı.  Türkmənittifaq  1921-1922-ci  illərdə  15  min  



pud  ağ  neft  və  baĢqa  mallarla  dəyiĢmək  üçün  100  min  pud  taxıl  tədarük 

etməyi 


öhdəsinə  götürmüĢdü

77

.  Azərbaycan  nümayəndələri 



Kiyev 

quberniyasından neft, neft məhsulları və baĢqa ma lla r  müqabilində ta xıl, ye m 

taxılı, yağ, bitki yağları, qənd, Ģimiyyat məmulatı, ət və s. ala bilərdilər. 

Xarici ölkələrlə də müəyyən əmtəə mübadiləsi in kiĢaf edird i. Bu  məsələ 

ilə  hətta V.Ġ.Lenin də 1921-c i il iyulun 4-də ma raqlan mıĢ və "Bakı üçün və xa ric i 

ticarətin inkiĢafı üçün nə etdiyinizi b ild irin"

78

 - tələbini vermiĢdi. 



1921-c i  ilin  ya zında  Ġrana  e kspedisiya  göndərildi  və  Ən zə lidə  

Azərittifaqın  kontoru  açıld ı.  Bu  kontor  qısa  müddətdə  98,5  min  pud  düyü,  10 

min puddan artıq səbzə, düyü unu və s. satın alaraq Bakıya göndərdi

79



1921-c i  ilin  avqustunda  Azərittifaq  xa rici  ba zarla  bilavasit ə  əlaqə 

yaratmaq  üçün  Batu mda  öz  Ģöbəsini  açmıĢdı

80

.  Azərbaycan  Ģəraitində 



kooperasiyanın  ən  sabit  növü  istehlak  kooperasiyası  olmuĢdu.  Azərbaycan 

istehlak  kooperasiyası  1921-1922-ci  illə rdə,  YĠS  Ģəraitində  öz  iĢlərini  yenidən 

quraraq, xeyli müvəffəqiyyətlərə nail olmuĢdu. 

 

§ 2. YENĠ ĠQTĠSADĠ SĠYASƏTĠN ĠLK ADDIMLARl 



 

Xal q  təsərrüfatının  i darə  olunmasının  yeni dən  qur ul ması.  YĠS-ə 

uyğun olaraq bütün dövlət sənayesinin iĢini yenidən qurmaq tələb edilird i.  Belə 

ki,  sənayenin  idarə  o lunmasında  mərkəzi  orqanların   bəzi  vəzifələrini  ye rli 

orqanlara  vermək  zəru ri  id i.  VətəndaĢ  müharibəsi  dövrünün  olduqca 

mərkəzləĢdirilmiĢ  idarəetmə  metodu  dinc  quruculuq  Ģəraitində  özünü 

doğrultmur, eyni iqtisadi rayona 

aid  olan,  lakin  mü xtəlif  baĢ  idarələrin  tabeçiliyindəki  eynitipli  müəssisələr 

arasında  əlaqələrin  pozu lmasına  gətirib  çıxarırdı.  Təsərrüfat  hesabına  keçmək, 

maya  dəyərin i  aĢağı  salmaq,  müəssisənin  səmərəliliyini  təmin  etmək  tələb  

olunurdu. 

Sənayenin  təsərrüfat  hesabına  keçirilməsi  onun  trestləĢdirilməsi  ilə 

əlaqədar  idi.  Təsərrüfat  hesabına  keçməklə  trestlər  sənaye  istehsalını  on  iri  və 

texn iki  cəhətdən daha  yaxĢı  təchiz  edilmiĢ  müəssisələrdə  cəmləĢdirmək  imkanı 

əldə  etdilər.  Trestlərin  əsas  vəzifəsi  geniĢ  təkrar  istehsalı  təmin  edən  yığım 

mənbələrin i artırmaq id i. 

YĠS  Ģəraitində  neft  sənayesinin  idarə  olun masının  yenidən  qurulması 

xüsusi  əhəmiyyət  kəsb  edirdi.  A K(b)P  MK-nın  və  Azərbaycan  SSR  Xalq 

Ko missarları  Sovetinin  qərarına  uyğun  olaraq  1921-ci  ilin  sentyabrında  köhnə 

"Azərneftko m"  müstəqil  "Azərneft"  trestinə  çevrilərək  təsərrüfat  hesabına 

keçirildi.  Bu  yenidənqurma  neft  sənayesini  təsərrüfatın  təĢkili  cəhətdən 



87 

 

möhkəmləndirməyi, onun maddi-texniki təchizatın ı və neftçi fəhlələrin əməyin in 



ödənilməsini yaxĢılaĢdırmağ ı təmin etdi. 

Eyni  za manda  Mərkəzi  höku mət  Azərbaycan  xalq ının  "suveren" 

respublikasının  maraqla rın ı  nəzərə  almadan  bütün neft  iĢini  tama milə  ö z  əlində 

cəmləĢdirmiĢdi.  Azərneftin  Azərbaycan  XTġ-nin  tərkibindən  çıxarılıb,  RSFSR 

ÜXTġ-yə  verilməsi  buna  xid mət  edirdi.  RSFSR  ÜXTġ-si  1921-ci  ilin  

noyabrında  neft sənayesi  müəssisələrinə  600  milyon  manat  həcmində  dövriyyə 

vəsaiti  ayırmıĢdı

81

.  Neft  sənayesinin  ümu mittifaq  əhə miyyətli  olması  a mili 



pərdəsi  altında  Mərkəzin  hökmü   ilə  A zərbaycan  xalqının  əsas  təbii  sərvətini  - 

"qara  qızılı"  amansızcasına  istismar  edir,  əvəzində  isə  respublikaya  öz 

məqsədləri üçün, xalqın maddi-mədəni tərəqqisi üçün olduqca az pay verirdilər. 

Ancaq cəsarətli azə rbaycanlı  xad imlərinin təkid i ilə 1921-c i ilin yazında  

Azərneftə  neft  və  ağ  neftin  xaricdə  avadanlığa  mübadilə  edilməsi  ü zrə  xariclə 

ticarət  məsələlərində  əhəmiyyətli  dərəcədə  sərbəstlik  verildi.  Bir  qədər  sonra 

Azərneftdə  Zaqafqaziya,  Orta  Asiya  və  Yaxın  ġərq  (Türkiyə,  Ġran)  öl kələrində 

neft məhsulları ticarətini təĢkil edən ticarət idarəsi yaradıldı

82



Azərbaycan SSR XKS-n in tabeçiliyində isə yüngül, yeyinti, kimya, dağ-



mədən və tikinti  materialları sənayeləri, bəzi  metal emalı sahələri və baĢqa xırda 

müəssisələr qalırdı. 

Azərbaycan  Xalq  Təsərrüfatı  ġurası  aparatının  yenidən  qurulmasına 

baĢlandı.  YĠS  ərəfəsində  XTġ  sisteminə,  əsasən,  azsaylı  fahləyə  malik  dövlət 

təminatında  olan  iki  yüzdən  artıq  kiçik  müəssisə  daxil  id i.  XTġ  aparatının  iĢi 

kollegiallıq  əsasında  qurulmuĢdu.  Müəssisələrin  özünəxid mətə  keçirilməsi  və 

dövlətin  əlində  yaln ız  gəlirli,  xüsusilə  ümu mdövlət  əhəmiyyətli  müəssisələrin  

saxlan ması  məqbul  idi.  ġəxsi  əllərə  verilən  müəssisələrə  nəzarət  edilird i. 

Müəssisələrdəki  kollegiyala r  ləğv  edildi  və  təkbaĢına  rəhbərlik  prinsipi  ilə  

iĢləmək metoduna keçildi. 

Azərbaycan  XTġ  sənayesinin  təsərrüfat  hesabına  keçməsi  nəticəsində 

onun  tabeliyindəki  altmıĢa  qədər  kiçik  müəssis ə  1921-ci  ilin  axırlarında  icarəyə 

verild i.  Bunlar əsasən dəri ema lı, kimya, poliqrafiya,  metal  mə mu latı, toxuculuq, 

tikiĢ,  ipəkçilik  və  dağ-mədən  sənayesi  müəssisələri  idi.

83

  Tağıyevin  toxuculuq 



fabriki,  tütün  fabrikləri,  ĢüĢə  və  sement  zavodları,  Ləki  yağ  zavodu,  mexan iki 

zavodlar, dəri mə mu latları zavodları onla rın sırasında idi. 

Azərbaycan  XTġ-nin  bütün  müəssisələri  dovlət  təminatından  çıxarılıb  

təsərrüfat hesabına keçirilərə k "ko mmersiya relsləri" üzərinə qoyulmuĢdu

84



Azərbaycan  XTġ-nin  aparatı  da  yenidən  qurulmuĢdu:  kolleg iyalar, 



Ģöbələr  ləğv  edilmiĢ,  vahid  rəhbərlik  tətbiq  edilmiĢ,  qulluqçular  ixtisar 

olunmuĢdu.  Eyni  za manda  bu  müəssis ələrin  sahələr  üzrə  trestləĢdirilməsinə  

baĢlanmıĢ,  Azəripək,  Azərto xuculuq,  Azərduz,  Azəruntrest  və  s.  kimi  böyük 


88 

 

təsərrüfat birlikləri - trestləri yaradılmıĢdı. 1922-ci ilin martında XTġ tabeliy ində 



on  trest  var  idi

85

.  Trestlərin  yaradılması  ilə  XTġ-nin  iqtisadiyyat  orqanı  kimi 



funksiyaları  da  dəyiĢdi.  XTġ  bütün  müəssisələri  bilavasitə  idarə  edən  orqandan 

trestlərin  təsərrüfat  fəaliyyətini  tənzimləyən  orqana  çevrildi.  1921-c i  ilin  

iyununda  XTġ  dövlət  müəssis ələri  idarəsinə  çevrildi  və  yeni  yaradılmıĢ 

Azərbaycan SSR Sənaye və Ticarət Xalq Ko missarlığına tabe edildi.  

1921-c i  ilin payızından sənaye istehsalının əsas sahələri tədricən dövlət 

təchizatından  çıxarılır  və  təsərrüfat  hesabına  keçməklə  trestləĢdirilirdi.  Belə  ki, 

1922-c i  ilin  a xırlarına  kimi  balıqç ılıq,  ipək  e ma lı  sənayeləri  və  Gədəbəy 

misəritmə zavodu trestləĢdirilmiĢ və təsərrüfat hesabına keçirilmiĢdi

86



Azərbaycanın  iqtisadi  həyatının planlaĢdırılması  məqsədilə  1921-ci ildə 



Dövlət Plan Komitəsi və tərkibinə XTġ-nin sədri ayrı-ayrı Xalq ko missarlıqlarının 

nümayəndələri daxil olan Azərbaycan Ali Ġqtisadi ġurası (AĠġ) yaradıldı. Ali Ġqtisadi 

ġura respublikanın vahid təsərrüfat  planını  mütləq  RSFSR-in  planı  ilə  uzlaĢdırmalı 

idi.  Təsdiqdən  sonra  AĠġ  maddi  və  təsərrüfat  ehtiyatlarının  qeydiyyatına, 

bölüĢdürülməsinə və məqsədəuyğun istifadəsinə nəzarət edirdi. 

Sənaye 


müəssisələrinin, 

respublikanın 

bütün 

təsərrüfatının 



maliyyələĢdirilməsini  ya xĢılaĢ dırmaq  üçün  1921-ci  il  oktyabrın  16-da  Azərbaycan 

MĠK Azərbaycan  Dövlət  Bankının yaradılması  haqqında dekret verdi. Dövlət bankına 

ancaq respublikada pul dövriyyəsini nizamlamaq və qısamüddətli kreditlərin köməyi 

ilə kooperativlər, artellər və baĢqa birliklərin təsərrüfat fəaliyyətinin yaxĢılaĢmasına 

kö mək etmək tapĢırılmıĢdı

87



1924-cü  ilin  aprelində  keçirilmiĢ  pul  islahatı  da  xalq  təsərrüfatının 

bərpasına  kömək  etmək  məqsədi  daĢıyırdı.  Qiy mətdən düĢ müĢ  kağız  pullar  sabit 

valyuta - sovet çervonu ilə əvəz edildi. 

Siyasi  və  iqtisadi  çətinliklər.  YĠS  tətbiq  edilərkən  bütün  müttəfıq 

respublikaların daxili ictimai-siyasi vəziyyəti, xüsusən 1923-1924-cü illərdə olduqca 

mürəkkəb və ziddiyyətli olmuĢdu. 

V.Ġ.Leninin  xəstəliyi  kəskinləĢəndə,  xüsusilə  onun  vəfatından  sonra 

"silahdaĢları"  Ġ.V.Stalin,  L.Trotski,  Q.Zinovyev,  L.Kamenev  və  baĢqaları 

arasında  partiyada  liderlik,  hakimiyyət  uğrunda  mübarizə  q ızıĢdı.   Hələ  1922-ci 

ildən  partiya  MK-nın  katibi  olan  Ġ.V.Stalin  təkbaĢına  hakimiyyətə  yiyələnməyə, 

kolleg ial rəhbərlikdən imtina etməyə çalıĢırdı. O, bu məqsədinə çatmaq üçün bəzən 

liderliyə  can  atanlarla  ittifaq  yaradır,  onlardan  siyasi  mübarizədə  istifadə  edirdi. 

Partiya daxilində yaranmıĢ belə gərgin vəziyyət hər Ģeyə, o cümlədən bütün müttəfiq 

respublikaların, həmçinin Azərbaycan SSR-in iqtisadi həyatına təsir göstərirdi. 

Azərbaycan  partiya  təĢkilatı  daxilində  də  mübarizə  gedirdi.  Partiyada 

hakimiyyət uğrunda, respublika həyatının bütün sahələrinə təsirli nüfuza nail olmaq 

cəhdləri,  kəskin  "millətçilik"  və  "hakim  Ģovinist  dövlətçilik"  təzahürləri  inkiĢaf 



89 

 

edirdi. Azərbaycanda rəhbərlikdə, partiya və hökumət iĢçiləri arasında da belə intriqa, 



çəkiĢmə dərinləĢirdi, millətçilik və Ģovinizm mey illəri özünü göstərirdi.  

Azərbaycan  Kommunist  Partiyasında yaranmıĢ  belə vəziyyət Azərbaycanın 

milli  maraqlarına  etinasızlıq  göstərən  Mərkəzin  amiranə-inzibatçı  cəhdləri  ilə  də 

əsaslı  surətdə  bağlı  idi.  Milli  siyasət  prinsiplərini  təhrif  edən  Stalin  direktivlərinin 

Zaqafqaziyada həyata keçirilməsində canfəĢanlıq edən S.M.Kirov, Q.K.Orconikidze 

və onların baĢqa həmlikirləri burada Mərkəzin direktivlərini Azərbaycanın ictimai-

siyasi  xüsusiyyətlərini  nəzərə  almadan  icra  edirdilər.  RNərimanov  və  onun 

həmfikirləri partiyanın elan olunmuĢ milli siyasət prinsiplərini təhrif edənlərə qarĢı 

qətiyyətlə çıxıĢ edirdilər. 

M.Nərimanovun  bu  məsələ  üzrə  baxıĢları,  etirazları,  onun  1923-cü  ilin  

dekabrında  RK(b)P  MK-ya  Ģəxsən  Ġ.V.Stalinə,  surəti  L.D.Trotskiyə,  K.B.Radekə 

göndərdiyi  "Ucqarlarda  inqilabımızın  tarixinə  dair"  məktubunda  Ģərh 

olunmuĢdu

88

. Bu sənəddə, həmçinin onun bir sıra məktub və Ģifahi müraciətlərində 



Stalinin,  Orconikid zenin  ölkədə  həddən  artıq  "mərkə zləĢdirməyə",  milli  sovet 

Azərbaycanının  "müttəfiq  respublika"  bayrağı  altında  simasızlaĢdırılmasına 

yönəlmiĢ,  onun  milli  dövlət  müstəqilliy ini  heçə  endirən  "diktatorluq" siyasətinə 

etirazı  öz  əksini  tapmıĢdı

89

.  N.Nərimanov  məktubda  Azərbaycanda  yerli  Ģəraitin 



özünəməxsusluğunun  nəzərə  alınması  zərurətini  qeyd  etməklə,  eyni  zamanda 

müttəfiq  respublikaların  bərabərhüquqlu  olmalarına  riayət  edilməsini  tələb  edir, 

Zaqafqaziyada  iqtisadi siyasəti  həyata  keçirərkən Azərbaycan  xalqının  mənafelərinin 

pozulmasını  qətiyyətlə  pisləyirdi.  O,  Azərbaycanın  Zaqafqaziya  Federasiyası 

tərkib ində,  həmçinin  bütün  SSRĠ  daxilində  ölkəyə  Gürcüstan  və  Ermənistandan 

daha çox maddi nemətlər verməsini nəzərə almayaraq büdcə bölgüsündə Azərbaycan 

Respublikasına  ədalətsiz  olaraq  az  vəsait  ayrılması  hallarını  açıqlayırdı.  Bu 

ümumittifaq xəzinəsinə böyük gəlir gətirən Azərbaycan neft sənayesinin timsalında 

özünü xüsusilə nümayiĢ etdirirdi. Bəzən iĢ o yerə çatırdı ki, Azərbaycan kəndlərində 

ağ  neftə  qonĢu  respublikalardakına  nisbətən  daha  yüksək  dövlət  qiyməti 

müəyyənləĢdirilirdi

90

.  N.Nərimanov  yüksək  ixtisas lı  milli  kadrlar  hazırlan masının, 



respublika  həyatının  bütün  sahələrində  Azərbaycan  dövlət  dilinin  rolunun 

yüksəldilməsinin,  kəndlərdə  mədəni-maarif  iĢlərini  geniĢləndirməyin  vacibliyini 

xüsusi nəzərə almağı qeyd edirdi. 

N.Nərimanov  partiya  daxilində  dərinləĢən  dramın  dəhĢətli  təhlükəsini, 

"bolĢevizmin"  məhkumluğunu qabaqcadan  hiss  edərək,  1925-ci  il  yanvarın  28-də 

oğlu  Nəcəfə  ünvanladığı  tamamlanmamıĢ  məktubunda  yazmıĢdı:  "Mən  sosial-

demokrat  idim,  lakin  bu  təĢkilat  getdikcə  daha  çox  idealdan  uzaqlaĢır.  Mən 

bolĢeviklərin  proqramını  xüsusi  inamla  qəbul  etmiĢəm,  belə  ki,  mən  bunda  öz 

məramımın - dünyada köləliyin məhvin in həyata keçməsini görürdü m. 


90 

 

Bəlkə də sən bu sətirləri o xuyan vaxt bolĢevizm olmayacaq (o vaxt oğlu 



Nəcəf  5 yaĢında idi və o,  1943-cü  ildə  Vətən  müharibəsində həlak olub  - məsul 

red.). Ancaq bu o demək deyil ki,  bolĢevizm  la zım deyil.  Bu ona dəlalət  edəcək 

ki,  biz  onu  qoruya  bilməmiĢ,  ona  lazımi  qiy mət  verməmiĢ,  iĢimizə  pis 

yanaĢmıĢıq.  Açıq  demək  lazımd ır:  biz  əldə  etdiyimiz  hakimiyyətdən  o  qədər 

təkəbbürlü  olmuĢuq  ki,  boĢ  iĢlərlə  və  çəkiĢ mələrlə  məĢğul  olaraq,  əsil  iĢi  əldən 

buraxmıĢıq. Hakimiyyət çoxlarını korlayır"

91



N.Nərimanov  öz  həmfikirləri  ilə  AK(b)P  və  BK-nın  rəhbərliyində  çox 

vaxt  Azərbaycan  xalqının  özünəməxsusluğunu,  milli  xüsusiyyətlərini,  əhalisinin 

etnik tərkibini nəzərə almayan, fraksiyaçılıq fəaliyyəti ilə  məĢğul olan "sol qrup" 

adlananlarla  və  "gənc kommunistlər"lə (əvvəllər baĢqa partiyalarda olmuĢ  - məsul 



red.) R.Ə.Axundov, Ə.H.Qarayev, M.D.Hüseynov və baĢqaları ilə də ixt ilafda idi. 

N.Nərimanov  və onun  silahdaĢları  eyni  zamanda,  daĢnak  xilqətli  "erməni 

kommunistlərinə", o vaxt  Bakı Partiya Ko mitəsində katib vəzifəsinə soxula bilmiĢ 

Sarkis  və  Mirzoyanın Ģəxsində  daĢnakçı  "erməni  kommunistləri"nə qarĢı barıĢmaz 

mübarizə  aparırdılar.  Bu  vəzifədə  onlar  maskalanmıĢ  antiAzərbaycan  siyasəti 

yürüdür,  fıtnəkarlıqla  məĢğul  olur,  partiya  üzvləri  sıralarında  "qatı  millətçilik" 

ehtiraslarını, siyasi münaqiĢə və intriqa meyillərini qızıĢdırırdılar. 

N.Nərimanov  V.Ġ.Leninə  müraciətlərində  "daĢnak  kommunistlərin  bütün 

Zaqafqaziyada,  həmçinin  Azərbaycanda  bu  murdar  hərəkətlərinə  son  qoymağı" 

dəfələrlə xahiĢ edirdi

92



Zaqafqaziyada mövcud gərgin ictimai-siyasi vəziyyəti obyektiv təhlil  edib 



həqiqəti  deyən  N.Nərimanovun  siyasi  düĢmənləri  onu  "milli  təmayülçülükdə" 

günahlandırmağa və onun xalq arasındakı yüksək nüfuzunu ləkələməyə çalıĢırdılar. 

Sarkis,  ġarunovskaya  və  onların  əlaltıları  onun  respublika  rəhbərliyindən 

uzaqlaĢdırılmasına nail oldular. Bu xainlər N.Nərimanovun 1922-ci ilin axırı - 1923-

cü  ilin  əvvəlində  SSRĠ  MĠK  sədrlərindən  biri  seçilməsi  Ģansından  hiyləgərcəsinə 

istifadə etdilər və o, bu vəzifədə ömrünün axırına kimi Moskvada iĢləməli oldu. 

1923-cü  ildə  ölkədə  müəyyən  nailiyyətlər  qazanılmasına  ba xmayaraq, 

iqtisadi-sosial  vəziyyət  ağır  olaraq  qalırdı.  Sənayedə  və  kənd  təsərrüfat ında 

müharibədən  əvvəlki  istehsal  səviyyəsinə  hələ  nail  olunmamıĢdı.  ZəhmətkeĢlər 

iqtisadi  çətinliklərlə  ü zləĢirdilər.  ĠĢsizlik  tam  ləğv  edilməmiĢdi,  bunun bir  səbəbi 

fəhlələrin  Ģəhərlərə  qayıtması  prosesinin  sənayenin  bərpasından  daha  sürətlə 

getməsi idi. Kənd əhalisinin artıqlığı da özünü göstərirdi. 1924-cü ilin yazında Bakı, 

Gəncə və ġəki Ģəhərlərində əsasən ixtisassız fəhlə lərdən ibarət 22,6  min nəfər iĢsiz 

var idi


93

Bazar  iqtisadiyyatı  relslərinə  keçid Ģəraitində  xalq  təsərrüfatında  mü xtəlif 



sahələrin bərpa prosesi bərabər sürətdə getmirdi. Azad əmtəə mübadiləsi Ģəraitində 

kəndli  təsərrüfatı  ilə  dövlət  sənayesinin  bərpa  olunması  sürəti  arasında 



91 

 

uyğunsuzluq  1923-cü  ildə  müvəqqəti  satıĢ  böhranı  ilə  nəticələndi.  Bu  böhran  isə 



sənaye  məmulatlarının  yüksək  qiymətləri  ilə  kənd  təsərrüfatı  məhsullarının  aĢağı 

qiymətləri  arasındakı  fərqdə  özünü  göstərirdi.  Qiy mətlər  arasındakı  bu 

uyğunsuzluq "qayçı" adı aldı və o qədər kəskinləĢdi ki, sənaye malları almaq kəndli 

üçün sərfəli  olmadı.  Respublikalarda  ticarət  münasibətlərinin  kifayət qədər  inkiĢaf 

etməməsi, pul təsərrüfatının zəifliyi, sənayedə və xüsusilə ticarətdə yüksək əlavə 

xərclər buna Ģərait yaradırdı. Təsərrüfat aparatını saxlamağın baha  baĢa gəlməsi  və 

baĢqa  böyük  əlavə  xərclər  nəticəsində  sənaye  mallarının  qiyməti  çox  yüksək  idi. 

Həm  də  ticarət  mallarını  öz  əllərində  cəmləĢdirmiĢ  bəzi  orqanlar,  təsərrüfatlar, 

sənaye  trestləri  özlərinin  bazarda  inhisarçı  vəziyyətlərindən  istifadə  edərək, 

qiymət  siyasətini  pozurdular.  SatıĢ  böhranının  əsas  səbəblərindən  biri  də  ondan 

ibarət idi  ki, dövlət sənayesi və ticarəti hələ özü üçün kütləvi kəndli bazarına yol 

aça  bilməmiĢdi.  Dövlət  sənayesi  ilə

 

kəndli  təsərrüfatı  arasına  tacirlər  və 



sələmçilər  girmiĢdilər,  bu  isə  sənaye  və  kəndlilər  arasında  bilavasitə  əlaqə 

yaranmasına  mane  olurdu.  Xüsusi  kapital  dövlət  ticarətinin  və  kooperasiyanın 

lazımi  səviyyədə  olma masından  istifadə  edərək,  bütün  ölkə  üzrə  kənddə  ticarət 

dövriyyəsinin 90 faizə  qədərini öz əlində cəmləmiĢdi. 

Əvvəllər 

çarizmin 

müstəmləkə 

siyasətindən 

ziyan 

görmüĢ 


Zaqafqaziyada  və  baĢqa  milli  rayonlarda  yuxarıda  göstərilən  çətinliklərin  öz 

xüsusiyyətləri  var  idi.  Bu  xüsusiyyətlər  ölkənin  sosial-iqtisadi  geriliyindən  və 

kənd təsərrüfatı istehsalının in kiĢaf səviyyəsinin aĢağı olmasından irəli gəlird i.  

"Qayçı"  özünü  Azərbaycanda  xüsusi  kəskinliklə  göstərirdi.  Məsələn, 

Azərbaycan kəndlisi bir pud buğda əvəzinə 1923-cü  ildə cəmi 3 parça sabun və 

ya 2,5 arĢın çit alırdı, ancaq 1922-ci  ildə isə 5,7 girvənkə sabun və ya 5 arĢın çit 

ala bilird i

94

. Kənd təsərrüfatı məhsulları və sənaye malların ın qiymətləri arasında 



kəskin fərqin güclən məsi barəsində qəzalardan narazılıq məlu matları gəlird i. 

Dövlətin qarĢısında bazar qanunları ilə hesablaĢaraq, onları ə lə almaq və 

tənzimləmək,  sosialist  sənayesi  və  kəndli  təsərrüfatı  arasında  qarĢılıqlı 

münasibətdə  xüsusi  kapitalın  vasitəçiliyin i  məhdudlaĢdırmaq  vəzifəsi  dururdu. 

Xüsusi  kapitalı  bazardan  sıxıĢdırmağın  əsas  metodu;  inzibati  tədbirlər  deyil, 

geniĢ  istehlakçı  kütləsinin  tələbləri  üçün  zəruri  olan  əsas  ərzaqları  öz  əlində 

cəmləĢdirmək  zəminində  dövlət  ticarəti  və  kooperasiyaların  iqtisadi  mövqeyini 

möhkəmləndirmək idi. 

Ġqtisadiyyatda  sosialist  uklad ının  mövqeyinin  möhkəmləndirilməsi, 

kooperasiyanın  və  dövlət  ticarətinin  xüsusi  kapital  üzərində  qələbəsi  bir  sıra 

Ģərtlərin  olması  ilə  təmin  oluna  bilərdi.  On lardan  ən  əsasları  aĢağıdakılar  idi: 

dövlət  sənayesi  ilə  elə  münasibətlər  yaratmaq  ki,  bu  əlaqələrdə  kooperativ  və 

dövlət  təĢkilatları  xüsusiyyətçi  tacirlərə  nisbətən  daha  əlveriĢli  vəziyyətdə 

olsunlar;  sosialist  ukladı  dövlət  kredit  idarələrindən  sözsüz  olaraq  maliyyə 



92 

 

yardımı  alsın;  elə  qiy mət  siyasəti  aparmaq  ki,  əmtəə  istehlakçısı  bütün 



vəziyyətlərdə  bazar  qiy mətindən  ucuz  mal  alsın;  kooperativ  aparatı  kütləvi 

istehlakçının mənafelərinə uyğunlaĢdırılsın və geniĢləndirilsin.  

Bu  Ģərtlərin  yerinə  yetirilməsi  sayəsində  1923-cü  ilin  sonu  kooperativ 

həyatında istehlak cə miyyətlərinin könüllü ü zvlüyə keç məsi kimi vacib hadisə ilə  

əlamətdar  oldu.  Ġstehlak  kooperaiyasının  təcrübəsinə  qəti  olaraq  daxil  edilmiĢ 

könüllü  ü zvlük  p rinsipin i  sosialist  ukladın ın  möhkəmləndirilməsində  fövqəladə 

dərəcədə mühüm rol oynadı və kütlələrdə kooperativ ticarətin üstünlüyünə inam 

yaratdı. 

1924-cü  il  yanvarın  19-da  Azərbaycan  SSR  Xa lq  Ko missarları  Soveti 

ən  zəruri  mallar  olan  ağ  neft,  parça,  qənd,  ĢüĢə  məmulatı  və  sairənin  qiy mətini 

ucuzlaĢdırmaq  barəsində  qərar  qəbul  etdi

95

.  Qiymətlə rin  aĢağı  salın ması  əlavə 



xərclərin  yenidən  xey li  dərəcədə  azald ılması  və  ticarət  sistemində  qoyulan 

əlavələrin  məhdudlaĢdırılması  yolu  ilə  mü mkün  olmuĢdu.  Azərbaycan  kəndinin 

ağ  neftlə  təmin  edilməsi  onu  müqavilə  üzrə  satanların  əlindən  alıb  qəza 

orqanlarına vermək yolu ilə həyata keçirilird i.  

Dövlət  bazar  qiy mətlərin i  qaydaya  salmaq  məqsədilə  1924-cü  ildə 

Azərbaycan Ali Ġqtisadi ġurası nəzdində "Daxili ticarəti tənzimləyən ko missiya" 

(Azdaxticko m) yaradıldı. Qəzalara parça, qənd, duz, ağ neft kimi sənaye malları 

göndərmək üçün tədbirlər görüldü, onlara sabit qiy mətlər qoyuldu

96

. Ət satıĢı ilə 



məĢğul  olan  tacirlərlə  A zdaxticko mda  keçirilmiĢ  xüsusi  müĢavirədə  ətin  

qiymət ini  10-15  fa iz  aza lt maq  barədə  ra zılıq  əldə  edildi.  Xalq  Ko missarları 

Soveti  bahalıqla  mübarizə   üzrə  səlahiyyətli  Ģəxslərdən  ibarət  xüsusi  təsisat  – 

qəza  icraiyyə  ko mitələri  nəzdində  qiy mətləri  azaltmaq  üzrə  ko missiyalar 

yaradılması barədə qərar qəbul etdi

97



1924-cü  ildən  xüsusi  kapitalı  ə mtəə  mübadiləsindən  sıxıĢdırmaq  

məqsədilə  onun  üzərinə  hücu m  baĢlandı.  Bunun  üçün  dövlət  ticarət ini  və 

kooperasiyanı  gücləndirmə k  lazım  id i.  1924-cü  ildə  paylara  əsaslanan  və  500 

min  manat  sərmayəsi  olan  Azərbaycan  ticarət  Ģirkəti  (A zdövtic)  təsis  edildi

98



Təsisçisi respublika höku məti, əsas iĢtirakçılar  isə səhmlərin ço xunu öz əllərində 



cəmləĢdirmiĢ  AXTġ,  Xalq  Torpaq  Ko missarlığ ı,  Xalq  Ərzaq  Ko missarlığ ı,  

Azərbaycan  Xarici  Ticarət  ġirkəti  idi.  Ticarət  dövriyyəsini  tənzimləmək  üçün 

Bakı ticarət b irjası yaradılmıĢdı. 

Ölkədə  təsərrüfat  dövriyyəsinin  gcniĢlənməsi  və  möhkəmlən məsi  baĢ 

verird i.  Bu,  sənaye  və  kənd  təsərrüfatının  bərpa  edilib  möhkə mləndirilməsi 

nəticəsində  ərzağın  artması,  sənaye  mallarının  q iy mətinin  aĢağı  düĢməsi,  kənd 

təsərrüfatı  istehsalında  əmtəə  mallarının  ço xalması  və  kəndlilərin  alıcılıq  

qabiliyyətinin yüksəlməsi ilə bağlı id i. 



93 

 

1924-cü  ildə  ticarət  müəssisələri  sayının  4,8  mindən  12  minə



 

çatması 


Azərbaycan Ģəraitində  bu  prosesin  göstəricisi  idi,  lakin  onların  11,5  mini  xüsusi 

kapitalist bölməsinə aid idi". 

1924-cü ildə xüsusi kapitala yuxarıdan təzyiqlə ciddi zərbə  endirilsə də, o 

hələ də əmtəə mübadiləsində və güclü mövqelərini  qoruyub saxlayırdı. 1924-ci ildə 

respublikada ümumi  əmtəə  mübadiləsinin  45  faizi  onun payına  düĢürdü

100


.  1925-ci 

ildə isə əhali əmtəələrin dəyərinin, demək olar ki, yanya qədərini inkiĢaf etməkdə olan 

xüsusi ticarətdən əldə etmiĢdi

101


Ticarətdə xüsusi kapitalın həlledici rolu onun xırda pərakəndə mübadiləyə 

və  kənd  istehlakçılarına  xidmət  etməyə  tez  uyğunlaĢması  ilə  izah  edilir. 

TopdansatıĢ  ticarətindən  sıxıĢdırılıb  çıxarılan  xüsusi  kapital  pərakəndə  ticarətdə 

mövqeyini  saxlamıĢdı.  1923-1924-cü  illərdə  Azərbaycanın  pərakəndə  ticarətinin 

80 faizi xüsusi kapital sahiblərinin əllərində cəmləĢmiĢdi. 1924/25-ci ildə onun payı 

50 faizə

102


 ensə də, hələ də çox böyük idi. Xüsusi kapital  istehlak kooperasiyasının 

hələ də zəif olmasından istifadə edirdi. 

1923/24-cü  ildə  kooperasiya  Azərbaycan  kənd  əhalisinin  16,5  faizini, 

1924/25-ci  ildə  isə  25  faizini  təchiz  etmiĢdi; bunun çox  his səsi  xüsusi  alverçilə rin  

payına düĢürdü. 

Azərbaycanda  kooperasiya  və  dövlət ticarət  orqanları  bazarı  ələ  keçirmək 

üçün  xüsusi  kapitalla  mübarizə  apararaq,  1925/26-cı  ildə  istehlakçı  təĢkilatların 

ehtiyaclarını təmin et məklə, kəndli  kütlələrini öz nüfuz dairəsinə cəlb etmək iĢində 

ciddi  nailiyyət  qazandılar.  Məsələn,  1925-ci  ilin  əvvəllərində  Nuxa  qəzasında 

kooperasiya  əhali  arasında  böyük  nüfuza  malik  idi.  Xüsusi  sahibkarlar  onlarla 

rəqabət apara bilmədiyi üçün bir çox kəndlərdə öz dükanlarını bağladılar

103


Kənd təsərrüfatını bərpa və inkiĢaf etdirmək üçün yeni orqanlar  yaradılırdı. 

1923-cü  ildə  zəhmətkeĢ  kəndlilərə  kredit  vermək  üçün  kənd  təsərrüfatı  bankı  və 

"Kənd  təsərrüfatına  və  kənd  təsərrüfatı  sənayesinə  Azərbaycan  yardım  komitəsi" 

təĢkil olundu

104


Mərkəzin  Azərbaycandan  daha  çox  pambıq  almağa  xüsusi  marağı  var  idi. 

SSRĠ pamb ıq ko mitəsi bu məqsədlə 1923-cü ildə Azərbaycan pambıq komitəsi ilə 

birlikdə  "Rusiya  -  Azərbaycan  pambıq  Ģirkətini  yaratdı.  Hakim  Mərkəzin  əsas 

niyyəti  Rusiya  toxuculuq  sənayesini  ucuz  xammalla  təmin  etmək  üçün 

Azərbaycanı  özünün pambıq bazalarından birinə çevirmək  idi.  Beləliklə,  kəndliləri 

əkin üçün zəruri olan toxumla təmin etməkdən ötrü sovet dövləti təkcə,

 

1923-



 

cü ildə 


Azərbaycana  toxu m  borcu  kimi  331  min  pud  taxıl  verdi

105


.  RSFSR-dən 

Azərbaycana kotanların və baĢqa kənd təsərrüfatı alətlərin in gətirilməsi  xeyli artdı. 

Respublika  kəndliləri  1923-cü  ildən  1925-ci  ilə  qədər  18  min  yeni  dəmir  kotan 

aldılar


106

.  


94 

 

Təsərrüfat çətinliklərini aradan qaldırmaq tədbirləri vergi sisteminə yenidən 



baxmağı vacib etdi. 1923-cü ildə ərzaq vergisi müəyyənləĢdirildi.  RSFSR-ə nisbətən 

Azərbaycanda vahid kənd təsərrüfatı vergisi on faiz aĢağı qoyulmuĢdu. 

1924-cü  ildə  tətbiq  olunmuĢ  pul  islahatı  xalq  təsərrüfatının  bərpasında 

qarĢıya  çıxan  çətinliklərin  aradan  qaldırılmasına  kö mək  etdi.  Qiymətdən düĢmüĢ 

kağız  pulun  əvəzinə  sabit  pul  -  sovet  çervonu  tətbiq  olundu.  Bu  islahat  ölkənin 

maliyyə vəziyyətini  möhkəmləndirdi.  Zaqafqaziya  pul  niĢanlarının  buraxılıĢı  ləğv 

olundu. O, Ümu mittifaq pulu ilə əvəz edildi. 

1923-1924-cü  illərdə  kənd  təsərrüfatı  və  sənaye  mallarının  qiy mətləri 

arasındakı fərqi aradan qaldırmaq üçün həyata keçirilən  tədbirlər uğurlu oldu və öz 

nəticələrini  verdi.  1924-cü  ilin  ortalarına  yaxın  satıĢ  böhranı  aradan qaldırıldı  və 

iqtisadi  vəziyyət  yaxĢılaĢdı.  1924-cü  ildə  Azərbaycan  qəzalarında  kənd  təsərrüfatı 

məhsullarının  qiymətinin  nizama  salınması  və  təsərrüfat  həyatının  sağlamlaĢması 

prosesi baĢlamıĢdı

107


Azərbaycanda  yeni  iqtisadi  siyasətin  həyata  keçirilməsi  kəndlilərin  öz 

əkinlərini  geniĢləndirmək,  kənd  təsərrüfatı  məhsulları  istehsalını  artırmaq  və  onun 

əmtəə xarakterini yüksəltmək marağını artırdı. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin