278
279
aşağadu (Qb.);- Gördim, yuxarıdan su tökülir, gördim göbələkdü
(O.);- Dalağım sanjdı, gedib dij durmayajax (Şam.);- Mən ona
söz de:rəm, o anqut qalıf, cavaf vermer heç (Br.);- Tükançı hamı-
ya xavar verif, çoxlu mal gəlif təzə (Çən.) və s.
Bakı şivəsində tamamlıq budaq cümləsinin mürəkkəb bağla-
yıcı (nə ki, hası ki) ilə başlayan tipinə rast gəlinir; məs.:- Nə ki
vardı, danışdı;- Ha:sı ki gül aşdı, ona daha su verməzzər (B.).
Karvansaray və Çənbərək şivələrində baş cümlənin xəbəri
dedi feili ilə ifadə olunduqda təkrar olunur; məs.:- Məcit de:r-
de:r kin, ma: köme:ləmillər;- Xalam de:r- de:r kin, özdəri bilir,
həncəri yole:zillər kessinner (Çən.) və s. Bu şivələrdə baş cüm-
lənin təkrarına da rast gəlinir. Belə cümlələrdə baş cümlə ixtisar
olunarsa, cümlənin mənası dəyişmir; məs.:- Qoruxçu xavar ve-
rif kin, çovannara bildirin ki, dağa haylasın qoynu z(d)a, quzuyu
z(d)a (Çən.) və s.
Dostları ilə paylaş: