Azerbacan dialektologiyasi-2019. indd


Növ anlayışı bildirən sözlər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə167/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   163   164   165   166   167   168   169   170   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Növ anlayışı bildirən sözlər
Şivələrin lüğət tərkibində növ anlayışı bildirən sözlər çoxluq 
təşkil edir.Yəni ümumi adlardan əlavə, şivələrdə təbiət hadisələri-
nin, alətlərin, heyvanların rənginə, yaşına və yerişinə, meyvələrin 
formasına və dadına görə müxtəlif adları geniş yayılmışdır:
At adları: qara yeriş, qurt yeriş, yorğa, qarayorğa, çortağan, 
ağyal, ayğır, alapaça axaltəkə, alaça, bədöy, bozdəmir, qaranal, 
qaşqa, qulan, dayça, dilbaz, dördəm, zərgül, zilan, yavı, yezidi, 
kəkkir, kəmər, kəhər, kürən, göydəmir, laqqır, löhrəm, maydan, 
minək, mor, saqqar, siyirmə, xəfgir və s.
Araba və hissələrinin adları: dördçarxlı, dulğu ”araba təkə-
rində topun üstünə keçirilən dəmir halqa”, kirşə ”təkərsiz araba”, 
kötük ”təkərin üstünə qoyulan ağac”, ləgər ”arabanın böyük təkə-
ri”, ox, paz ”qırın oxa keçirilən hissəsinə vurulan ağac”, sapılca 
”arabada dayanacağın keçirildiyi dəmir hissə”, taytəkər, tir ”ara-
banın təkə- rinə bərkidilən ağac”, top ”arabada oxun keçirildiyi 
və təkərin fırlandığı hissə”, uzanacax ”arabanın qolu”, şaraban 
”araba növü”, şiragül ”arabanın sağ və sol tərəfindəki ağac çər-
çüvə”, çornu ”arabada arxa və qabaq təkərləri birləşdirən ağac”
(Gəncəbasar)
Şivələrin əhatə etdiyi ərazinin iqtisadiyyatından asılı olaraq, 
dialekt sözləri coğrafi cəhətdən müxtəlif şəkildə yayılmışdır. 


288
289
və ay adlarının əksəriyyəti şivələrdə artıq işlənmir. Yalnız dini 
adət-ənələrlə bağlı ramazan, məhərrəm və şaban adları şivələrdə 
işləkliyini saxlamışdır.
Qədim türk sözləri. Dialekt leksikası daim inkişaf edir,yeni 
sözlər hesabına zənginləşir. Cəmiyyətin dəyişməsi, yeni texnika-
nın kəşfi, yeni təsərrüfat formalarının əmələ gəlməsi ilə əlaqədar 
dialektlərin lüğət tərkibində neologizmlər işləklik qazanır. Bu-
nunla yanaşı, bəzi sözlərin fəaliyyət dairəsi daralır. Qədim türk 
sözlərinin bir qismi ədəbi dildə arxaikləşsə də, şivələrdə məhdud 
arealda fəaliyyətini davam etdirir. Şivələrdəki qədim türk sözləri-
nin bir hissəsi ilkin formasını və semantikasını olduğu kimi sax-
lamış, əksəriyyətinin tərkibində dəyişiklik baş vermişdir. Fonetik 
tərkibinə və mənasına görə, qədim türk sözləri aşağıdakı şəkildə 
qruplaşdırılır: 
1) İlkin mənasını və fonetik tərkibini saxlayan sözlər: aba 
“ata, ana” ( M.Kaşğari) - aba ”ana”(Təb., Q.), aba ”ata” (Ord., 
Zən., Qub., Dm.), aydır ( KDQ, Nəsimi, Xətai )- ay ”demək” 
(F.), baba “ata” ( KDQ) -baba ”ata” (Təb., Dm.), bava “ata” 
( Qaz., Bər.), becid “ tez, cəld” ( KDQ), becid ”tez, cəld“ (B., 
Şam., Ord., Qb.), bejit “ tez” (Qaz., Ay.), döşürdi (KDQ)- döşür 
”yığmaq, dənləmək” (Tov., Şəm., Mar., Təb.), sayradı ”ötdü, 
oxudu” (M.Kaşğari)- sayramaq/ sayrımax “ötmək, oxumaq” 
(Gəd.) və s.
2) İlkin mənasını saxlamaqla fonetik dəyişikliyə uğrayan 
sözlər: arığ (qədim abidələrdə)- arı (Qar.) ”təmiz”, sab (qədim 
abidələrdə)- səb (Q.) ”söz, nitq”, çöz- mək (KDQ.)- çözdəmək/ 
çözələməx`(Ağ.,Bər.,Tov.,Br.,Şah.,Cəb.,Kəl.), çözələmək ( Şam., 
Şir., Sab.) ”azmaq, uzatmaq”, küdəgü ( qədim abidələr)- gəv/ 
giyəv (Şr.), giyəv (Cul.), giyo:/ giyov (Qb.), göy (Qaz., Tov., Dm., 
Göy.) ”kürəkən” və s.
Azərbaycan dilinin lüğət tərkibi qohum türk dilləri ilə əlaqədə 
formalaşdığından dialektlər ilə müasir türk dilləri və dialektləri 
 təbehlər (Qb., Şir.), tirələr, oymaxlar (Ağ.), bəzəlli (F.), kök, tağ, 
toxum (Qaz., Ş.), tayfa, bölük (Nax.), göbəx`,tirə, oymax, uşax, 
tayfa-tırıx (Təb.) sözləri işlənməkdədir. Belə sözlərin arealı şi-
vələrdə məhdudlaşmış, daha çox məhlə, uşağ sözləri ilə əvəz 
olunmuşdur.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin