Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə143/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   139   140   141   142   143   144   145   146   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-lar,-lər şəkilçisi 
əlavə olunur; məs.:- İki Museyiblər su suvarırlar (Nax.);- İki xa-
tunnar gəlib (Dər.);- Əlli qoyunnarı var (Qaz.);- Dörd dadıxları 
(ayaqları) olana diyillər kürsü (Ş.);- Beş gəlinnər axşama kimi 
qulluxda durur (B.Qk). və s. Bu xüsu- siyyət qədim yazılı abi-
dələrdə və müasir türk dillərində də qeydə alınmışdır. Belə bir-
ləşmələr ayrılıqda deyil, söyləmin tərkibində reallaşır və əsasən 
canlı varlıqları əhatə edir. Fikrimizcə, -lar
2
şəkilçili isimlərin kə-
miyyətini konkretləşdirmək üçün miqdar sayları sonradan əlavə 
olunmuşdur. Miqdar saylarından sonra gələn nümerativ sözlər bu 
xüsusiyyətin fəaliyyət dairəsini məhdudlaşdırmışdır.
İdarə əlaqəsi. İdarə əlaqəsinə görə dialektlər həm ədəbi dil-
dən, həm də bir-birindən fərqlənir. Belə fərqlənmələr qərb ləh-
cəsində (xüsusilə Qazax və ayrım şivələrində), Dərbənd, Şəki, 
Zaqatala, Qax şivələrində daha çox nəzərə çarpır.
Bir halın digər halın əvəzinə işlənməsi, yəni idarə edən sözün, 
ədəbi dildən fərqli olaraq, ismin başqa halını tələb etməsi şivələr-
də geniş yayılmış hadisələrdəndir. Dialektoloji tədqiqatlardan ay-
dın olur ki, halların bir-birini əvəz etməsinin şivə- lərdə 30-yaxın 
tipi vardır:
1. Ədəbi dildə və şivələrin əksəriyyətində soyuqdu, istidu 
feilləri yönlük halı tələb etdiyi halda, Bakı (Türkan, Zirə, Mər-
dəkan, Qala) şivəsində təsirlik halla işlənir; məs.: Məni so:ğdu, 
məni istidü və s. 
2. Ədəbi dildə və şivələrin əksəriyyətində 
söymək, vurmaq 
feilləri təsirlik halı tələb etdiyi halda, bəzi şivələrdə yönlük hal-
la işlənir; məs.: Vəliyə söyürəm (Qar.);- Məndə nə ixtiyar kişiyə 
söyəm (Ağ.);- Qari topa ağacnan vıreydi (Cəl.);- Yekə oğlan- san, 
uşağa söymə (Zən.);- Ata ellə vırma, şıkass olar;- Salman maŋa 
söydü (İm.).


254
255
Bu baxımdan şimal- qərb şivələri istisnalıq təşkil edir. Bu şi-
vələrdə şəxs əvəzlikləri ilə ifadə olunan mübtədaların işlənməsi 
zəruri olur; məs.:- Men çağırdım ca- ma:tın ümum iclasın (Q.);- 
Mən gəlif qapının dalında durdum;- Mən laf cavannı- ğımnan 
pinəçiyəm (Ş.) və s.
Bəzi şivələrdə mübtədalara xəbərə məxsus əlamət qoşu-
lur; məs.:- Buraxma, buraxsaŋız quşdu uçuf gedəjəx`qayıdarmı 
(Qaz.);- Ay bala, inəgdi, danadı, qalıb damda (S.) (29,s.144). 
Xəbər. Dialektlərdə xəbər müxtəlif şəkildə işlənir. Bəzi şi-
vələrdə şəxs şəkilçiləri ixtisar olunur; məs.:- Yaxşi öyüm var, dört 
tərəfi də həsər ba:rı (Ş.);- Cin ayrı, şeytan ayrı (Qub.);- Yayda hər 
yana baxırsan yamyaşıl (S.);- Baxdi gördi ki, qıza bağışdadıği 
üzig (B.);- Sırğa həm adamçındı, həm heyvançın (Şah.);- Malım- 
döylətım həmisi sənə qurban (L.);- Dünənnən yuduxlarım hələm 
şəritdə (Şr.);- Balakişi xəstə, mən xəstə (B.Qk.) və s.
Şivələrdə xəbərin buraxılmasına tez- tez rast gəlinir; məs.: 
Holar Şəkiyə, men bur- ya (Zaq.);- Axşamın xeyrinnən savağın 
şəri: (Ş.);- Yiməgə qoyın əti, çəkməgə sarı tütün yaxşıdı (S.);- Əv-
vəl ta:m, so:ra kalam (B.);- Qoyunun biri keçinin dördi (bərabər-
dir) (Ord.);- Qonağlər gələn kimi çalməğ, oximəğ (L.);- Hə:, nə 
sözü:z (Şr.);- Qonşımız bəxtəvərdü, sağ əli mə:m başıma (Ab.);- 
Girər içəri, baxar düyü, lavaş (B.Qk.) və s.
Bəzən cümlənin xəbəri iş feilləri əvəzinə, elə köməkçi fei-
li ifadə olunur; məs.: -Mən həyət-bacanı eleyim (süpürüm), sen 
beş-altı çörəg elə (Şam.) və s.
Dərbənd və Abşeron şivələrində xəbərin analitik feillərlə ifa-
də olunmasına tez-tez rast gəlinir; məs.:- Mən hər vaxtda Dər-
bəndə gidə uladam, Əli baxa durur; Mən sənü tanımiyə varam 
(Dər.);- Əgəm Suğayta getməli olmuş olsam, gedif baxırsan torba 
qeyirən zo:da (Ab.) və s.
Bəzi şivələrdə feili bağlamalarda əmələ gələn mürəkkəb xə-
bərlər də işləkdir. Ol köməkçi feili xəbər şəkli ilə işlənir, mürək-
kəb feil əmələ gətirir və sual mənası ifadə edir; məs.:- Maşın gəlib 
ola? (B.):- Arxa su gəlir ola? (İs.);- Həsən qoyınnarı gətirdi ola? 
deyilmir; məs.:- Su çəkildiyinə təzədən kənd salıblar və s.
Ədəbi dildə qoşmalarla idarə olunan sözlər şivələrdə çox vaxt 
feillərlə idarə olunur; məs.:- Də:rman kətdilərə işdir hindi (Bs.);- 
Soŋra danıya dağda ayrellər xalxal (Bor.).
Şivələrdə hal şəkilçisindən sonra işlənən so:ra, görə, kimi, 
qədər, dək, can, cən, bəri  qoşmaları bəzən düşür; məs.: Onnan 
kəndin Adı qalıb Daykənd (S.);- Quraxlıx keşdiyinə sudan korrux 
çəkirix`;- Beş- on günə taxıl biçilməlidi (Qub.);- Oğli gedənnən 
bu yorğən döşəydi, onun canidu (L.);-Qoca olduğuma işə getme-
yem (Cəl.);- Yağannıx olduğuna ot çox pitdi;- Saŋa kalağey ala-
jeymış (Qaz.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin