Azerbacan dialektologiyasi-2019. indd


)II növ təyini söz birləşmələrinin



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə140/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   136   137   138   139   140   141   142   143   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

2)II növ təyini söz birləşmələrinin birinci tərəfi şəkilçisiz 
olur, ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edir; məs.: su bərə-
si, qirəmit karxanası, Qızdar qalası (Ş.), qız yiyəsi, pammıx sahə-
si, xorız banı (Muğ.) və s. 
Əsasən Zaqatala, Qax, Balakən şivələrində, qismən də Şəki, 
Zəngilan, Muğan, Dərbənd və Tabasaran şivələrində II növ təyini 
söz birləşmələrinin ikinci tərəfi şəkilçisiz işlənir, formaca I növ 
birləşmələrə uyğun gəlir; məs.: baxcə dərə, uyezd nəcəlnix`(Ş.), 
qalxoz idarə, çöl yer, boğaz ağrı, dağ ara, iş gün (Zaq., Q.), pişig 
bala, qoz halva, əl dəsmal, bulağ su, əl mişar, dağ keçi, yər alma 
(Dər.), boğəz ağri, toy pılov, Nəği bıləğ (L.), dağ yol, dərgez yara 
(Yar.), qoz ləpə, duz torba (Zən.) və s.
3) III növ təyini söz birləşmələrinin birinci tərəfi yiyəlik hal, 
ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edir; məs.: öyün qapsı, 
qızun atası (B., Qb.), mənim gözüm, sənin gözün, onun gözü (qərb 
ləhcəsi), söybətin binası, taxılın yeri, qoynun irəngi, quynun suyi 
(Muğ.) və s. Belə birləşmələr şivələrdə müxtəlif şəkildə işlənir: 
Sintaksis 
Dialekt sintaksisi dialektologiyanın az tədqiq olunan sahələ-
rindəndir. Bunun da əsas səbəbi fonetika və morfologiya ilə 
müqayisədə dialektlərdə sintaktik fərqlərin məhdud arealda yayıl-
masıdır. Dialektlərdə sintaktik fərqlər daha çox təyini söz birləş-
mələrində, uzlaşma və idarə əlaqələrində, söz sırasında, mübtəda 
və xəbərin işlən- məsimdə, sual cümlələrində meydana çıxır. İn-
diyə qədər dialekt sintaksisinə dair ayrıca tədqiqat əsəri yazılmış 
(M.Cəfərzadə. Azərbaycan dilinin dialekt sintaksisi. Bakı, 2016),
ayrı-ayrı dialektlərə aid yazılmış tədqiqat işlərinə və monoqra-
fiyalarda fərqli sintaktik xüsusiyyətlərdən də bəhs olunmuşdur. 
Sintaktik xüsusiyyətlərlə bağlı dialekt fərqlərinin aşağıdakı şəkil-
də qruplaşdırmaq mümkündür:
1) İkinci və üçüncü növ təyini söz birləşmələrinin məhəlli 
formalarının işlənməsi 
2) Şəxsə və kəmiyyətə görə uzlaşma əlaqəsinin pozulması
3) İdarə əlaqəsində ədəbi dildən fərqli cəhətlərin işləkliyi
4) Xəbərin müxtəlif vasitələrlə ifadə olunması
5) Cülmə üzvlərinin sırasının pozulması
6) Sual cümlələrinin ayrı-ayrı şivələrdə fərqli formada yayılması
7) Spesifik ara sözlərin səciyyəviliyi

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin