Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə141/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   137   138   139   140   141   142   143   144   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Söz birləşmələri
Təyini söz birləşmələri. Ədəbi dildə olduğu kimi, şivələr-
də də təyini söz birləşmələrinin 3 növü var: 
1) I növ təyini söz 
birləşmələri. Bu söz birləşmələri digərlərinə nisbətən qədimdir. 
Belə birləşmələrdə hər iki tərəfin morfoloji əlaməti olmur. Kom-
ponentləri müxtəlif nitq hissələri ilə ifadə olunur; məs.: qoççağ 
oğlan, bayır şə:r, axsağ fərə, girdə kişmiş (B.), girdoul yemiş, 


250
251
Sintaktik əlaqələr
 
Şivələrdə tabelilik əlaqəsinin 3 növü var: uzlaşma, idarə, ya-
naşma. Əksər şivələrdə əsas sözlə asılı söz şəxsə və kəmiyyətə 
görə bir-biri ilə uzlaşır; məs.: mən yazı- ram, sən yazırsan, o yazır 
(G.), mən getdim, sən getdün, o getdi, biz getdük, siz get- düz, 
olar getdi (B.) və s.
Bəzi şivələrdə, o cümlədən də Şamaxı, Ağdaş və Qaxın bəzi 
kənd şivələrində şəxsə görə uzlaşma pozulur, yəni asılı söz şəxs 
şəkilçisi qəbul etmir; məs.: mən (sən, o, biz, siz, olar) alatdı 
(Ağd.); men (sen, ho, biz, siz, holar) ala varqan (Q.) və s. 
Mənsubiyyət kateqoriyasında sahib şəxslə mənsub əşya ara-
sında uzlaşma əsasən gözlənilir; məs.: mənim qızım, sənin qızın, 
onun qızı (Qar.) və s. Ədəbi danışıq dilində və şivələrin əksəriy-
yətində mənsub əşya I və II şəxs cəmlə ifadə olunan sahib şəxs-
lə uzlaşmır; məs.: bizim küçə, süzün məhlə və s. Zaqatala, Qax, 
Dərbənd, Balakən, Cəlilabad və Lerik şivələrində hər üç şəxsdə 
şəxsə görə uzlaşma pozulur; məs.: menin/meni (senin/seni, onun/
onu, bizin, sizin, onların) qız (Zaq.). Bu xüsusiyyət qədim yazılı
abidərdə və müasir türk dillərində də mövcuddur; məs.: bizin sü 
(Orxon abidə), bizim el (KDQ) və s.
Qax (İlisu kənd şivəsi) və Dərbənd şivələrində mənsub əşya
bütün şəxslər üzrə III şəxs mənsubiyyət şəkilçisi qəbul edərək, I 
və II şəxslərdə uzlaşma yaratmır; məs.: menin (senin, onun, bizin, 
sizin, oların) atası (Q.) və s. Bu xüsusiyyətə karaim dilində də 
təsadüf olunur.
Şivələrdə kəmiyyətə görə uzlaşmanın olub-olmaması mübtə-
danın meydanda olmaması ilə bağlıdır. Cümlədə mübtəda olma-
dıqda şivələrdə onun tək və cəmliyi xəbərdə əks olunur; məs.:- 
Atı mindilər, yola tüşdülər (Tov.);- Duruf gediflər ordan aşa: 
(G.) və s. Əksər şivələrdə mübtədanın ifadə vasitəsindən asılı 
olmayaraq, xəbər kəmiyyətcə təkdə olur; məs.:- Ollar çatdı getdi 
(Ş.);- Eşiyə çıxıf görər kin, dağdan adamnar gələr (Dm.) və s. Az 
hallarda mübtəda ilə xəbər kəmiyyətə görə uzlaşır; məs.:-İnəklər 
- birinci komponentin şəkilçisinin düşməsi: məs.: öy içi, üz-
bülər hamsı, ağ un əpbəyi, Musabey yeri (Ş.), olər hərəsi, yol 
içində, qardaşdar ikisi, işdərimiz hamsı (Qub.), daysı qızı, əmsi 
oğli, atasi öyi (B.), uşaxlar üçü, qo:yunnar beşi, bullar hamsı 
(Çən.), bacılar üçü, işdər hamısı (Zən.), ev dalı, qətirrər (qatır) 
hərəsi, kənd qıraği (Cəl.), atdar üçü, qardaşdar hamısı, bıllar ha-
mısı (Cəb.) və s.
- birinci komponentin bəzi şivələrdə ixtisar olunması; məs.:- 
Bizdeydilər hamısı;Hər ikisi orada mərc qoydular (Cəl.);- Yaxa-
 təmizdir (Şah.);- Torpaxları bərəkətlidi;- Heç ürəyimə yatmır 
(Cəb.) və s.
- komponentlərin yerdəyişməsi, ikinci komponentin birinci-
dən əvvəl işlənməsi; məs.: Hamsı savaddıdı qardaşların (Ş.);- 
Üsd- başı tamam toz içindeydi gədənin (Qub.);- Axşam uladu, 
indi diyədi xatunu munun (Dər.);- Sapax gilasda olur, deyrik sa-
pağınnan tut gilasın üz (Şah.);- Balasın atın tapdım (Cəl.) və s.
- ikinci komponentinin şəkilçisiz işlənməsi. Bu xüsusiyyət bi-
rinci komponenti şəxs əvəzlikləri ilə ifadə olunan birləşmələrdə 
özünü gstərir; məs.: Noxuda mə:m qonax vardı;- Bizim adam çal-
tiynən çox məşğuldu binədən (Ş.);- Sənün dayi gəldi;- Mənin var 
un min qoyin (Dər.);- Sənun qız bu yil məkdəbə girəcəg (L.) və s. 
- hər iki komponentin şəkilçisiz işlənməsi; məs.:- Bu dağlarda 
il on iki ayda qar tabbağ olur (Çən.), uşağlar hammı, gecə qaran-
nığ, axşam xeyir, sabah şər (Cəl.).
- II və III növ təyini söz birləşmələrinin ikinci tərəfinin ikiqat 
mənsubiyyət şəkilçisi qəbul etməsi; məs.: - Həddi- buluğa çatana 
qol pulusu olardı (Ş.);- Arvat- darın çöl işisi çoxdı (İm.),-Camatın 
çoxusu bağa köçüb hindi (Ağd.);- Hesabdar pammığı qalxoççıla-
rın əmək günüsünə bölür (S.);- Yol pulusu olmadı uşa:n şə:rə get-
məyə (Qub.) və s. Bu xüsusiyyət cənub ləhcəsi və keçid şivələri 
üçün xarakterikdir, daha çox il, dal, iy, gün və s. sözlərində baş 
verir. 


252
253
3. Ədəbi dildə və şivələrin əksəriyyətində gizlənmək, dalda-
lanmaq feilləri yerlik halı tələb etdiyi halda, bəzi şivələrdə yön-
lük halla işlənir; məs.:- İdris öyə gizdənif (G.);- Pəyyə daldalan-
dıx dünən gejə (K.) və s. 
4. Ədəbi dildə və şivələrin əksəriyyətində gəlmək
 feili çıxışlıq 
halı tələb etdiyi halda, Laçın (Qorçu, Şəlvə kənd şivələrində) və 
Zəngilan şivələrində yerlik halla işlənir; məs.:- Şuşada gəlləm;
Bacada baxıram (Laç.);- Meşədə səs gəlirdi (Zən.).
5. Ədəbi dildə 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin