Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə149/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   145   146   147   148   149   150   151   152   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Həmcins təyinlər. Şivələrdə həmcins təyinli sadə cümlələrə 
az kəmiyyətdə təsadüf olunur; məs.:- Süfrəyə daddı, ləzzətdi 
yeməklər düzüldü, hamı başdadı ye- məyi ( Nax.);- Nay adam o 
adama deyirik ki, çox yüksək, yaxşı, əliaçıx, verimli adam (Qaz.);- 
Toydan üş- dörd gün qavax oğlan öyü qız öyünə om put un, dörd- 
beş erkəy, səysən kilo düyü, bir put şəkər, bir kilo çay, bir dəs qıza 
paltar aparır, bu olur ağamət aparmax (Br.);- Gedirdim, diyirdi 
ki, filankəs , beş kəllə qət gətirə- cəksən, üş qoyun gətirəcəksən, 
məsələn, üş put qaysi- kişmiş gəti (Sab.);- Küçük prins qumsal və 
avadansız çöllərdə yorulmuş, aclıq və susuzluqdan öləcək sıra-
lar- da bir su başına olaşır (İt.) və s. 
Həmcins zərfliklər. Şivələrdə həmcins yer zərflikləri digər 
məna növləri ilə müqayisədə geniş yayılmışdır; məs.:- Hindi lam-
poçkalar yanır gözəl, yaxşı (Nax.); 
Həmcins zaman zərflikləri: 
Bu yazın, bu may ayının i:rmi beşində köçərdix`, sent yabrın bi-
rində köçərdix` arana (Qaz.);- Tüşəndə üş gündə, dörd gündə bi 
kərəm, ay ranın, şorun çıxardıruğ (Şir.);- Beş il, altı il oxuyurdu 
adam, yazmağı da bilmirdi (Ş.);- Beş gün, altı gün qalır, sora ça-
ğardırıx tökürüx` gölün qırağına- təmiz ye rə;-Beşcə gün, onca 
gün su olmadısa , baş açan vaxdısa, puça olur çəltix` (Ş.) və s. 
Bəzən 
həmcins yer zərflikli cümlələrdə xəbərlər də eyni kə-
miyyətdə işlənir; məs.:- Baküyə getmişəm, Naxçıvana getmişəm, 
Tiflisə getmişəm, Ağdama getmi- şəm ( Nax.);- So:ra payızda 
unun almasun dərib u bağun, məsələn, ambarı ulan ambara 
tükərdi, ulmıyan şüşəyə tükərdi;- Nügədidən vardı xuzayun, Baki-
dən gələr di, Urusyətdən gələrdi (Qb.) və s.
Bəzi cümlələrdə həmcins zərfliklərin kəmiyyəti qədər ol 
köməkçi feili işlənir; məs.:- Yarımsümbül buğda Küküdə olur
İremeşində olur, Qışlaxlarda olur, Kömür də olur, Gicəzurda olur, 
keçilidə olur, Külüsdə də olur (Nax.);- Qışda yer doŋ olor, qar 
olor, buz olor (Qaz.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin