toyği (B.), çamuri “palçıq”, çubuği “papiros”, arşıni “ölçü
vahidi”, yovurti (Təb.), qoyıni, quyıni, touği, üzügi, basa-
niqomişi (Muğ.), qapıni, kürpini, quyuni (Qb.),
daği, ağaci, qutıni, saşiuşaği, qapuni, lampani,
xatuni, yuxuni (Dər.), halaği, ləki, potuği, quyini, istili “göl-
məçə”, kolazi “qayıq” (Lən.), daşi, oti, çöli, yuxuni (Ağc.)
ati, tuxlını, tülkini (Meğ.).
Göründüyü kimi, - i (-ni) şəkilçisi əsasən şimal-şərq və keçid
şivələrini əhatə edir. Bu forma Azərbaycan dilində söz sonunda
baş verən “incələşmə” hadisəsinin komponenti kimi çıxış edir.
“İncələşmə” hadisəsinin yaranmasında coğrafi amillər, substrat
təsirlər nəzərə alınsa da, dilimizin daxili inkişaf prosesinin təza-
hürüdür. E.Əzizov haqlı olaraq, bu hadisəni belə mənalandırır:
“Ekstralinqvistik amillər türk dillərindən biri kimi Azərbaycan
dilində qalınlıq ahəngindən incəlik ahənginə inkişaf meylini, di-
lin mövcud potensial imkanını müəyyən dərəcədə fəallaşdırmış-
dır” (40.s.147).
Azərbaycan dili şivələrində təsirlik halla bağlı daha bir fərq-
li xüsusiyyət nəzərə çarpır. Şivələrin əksəriyyətində saitlə bitən
sözlərdən sonra bitişdirici n samiti işləndiyi halda, Qazax, Tovuz,
Şəmkir, Sədərək, Bakı (Hökməli, Qobu, Güzdək, Corat, Xırda-
lan, Xocahəsən), Muğan (Kürkəndi, Beşdəli), Cəbrayıl (Böyük
Mərcanlı, Hovuslu, Sofulu), Karvansaray, Qarakilsə, Zəngilan
şəkilçisi qəbul edir; məs.: əlovı//həlovı, qoyini, quzuni, buğ-
danı (Nax.); doşanı, bülbüli, topi, göli (Qb.), oxlo:nı, düm-
büli “bel” (İs.), arabanı, yaxanı, dəvəni, yuxunı, ütüni (Cəl.),
tuluğı, yunı, otı, kürki, güni (Təb.), oxlo:nı, buzo:nı, üzümi,
öküzi (İm.), suçunı, qohımı, üzüyi, güyümi (Ağc.), quzunı,
bi:lonı, kö:söni, güzgüni, qarqlo:şi “qaranquş” küküni (Ş.).
Göytürk yazılı abidələrində də təsirlik halın damaq variantına,
- ın, - in, - n, - nı, - ni rast gəlirik, - nı, - ni şəkilçisi daha çox əvəz-
liklərdən sonra işlənmişdir: bunı (KT, Kiçik mətn, 13), anı, bizni
(Tonyukuk, 10, 30) və s. M.Kaşğarinin lüğətində təsirlik halda -
ığ ilə - nı, - ni, - n şəkilçiləri paralel işlənmişdir. - nı, - ni şəkilçisi
həm isimlərdə, həm də əvəzliklərdə təsirlik halı ifadə etmişdir.
M.Kaşğari sonu saitlə bitən sözlərdən sonra - nı, - ni şəkilçisinin
işlənməsinin oğuz və qıpçaqlara xas olmasını göstərmişdir: - Biz-
ni taba ne elük “bizi nə cür tapdın?”, - it keyikni kowdu “it ovu
qovdu”, - ol takagunı yolturdı “o toyuğu yoldurdu” (MK, I c.,
s.94; II c., s.16, III c. s.97).
Orta əsrlər yazılı abidələrində də təsirlik hal şəkilçisinin damaq
variantının üstünlüyü nəzərə çarpır; məs.: - Eşək yüki eşərək; - Ağ
qoyunı görənlər içi dolu yağ sanur (Oğuznamə, s.25, 45). “Kita-
bi-Dədə Qorqud” abidəsində də şəkilçinin damaq variantı dodaq
variantını əvəz edir; məs.: - Çəkdi qopuzı əlindən aldı; Gödəsi
adam, dəpəsində bir gözi var; - Qazan bəg ordusunı, oğlanını - uşa-
ğını, xəzinəsini aldı, gerü döndi altun təxtində (KDQ, s. 114, 99,
50); Ver qızını tacirə sözümi al, Sözünü sııdır- madı, Sağ-salamat
canunı bundan ilət, Axşam oldı ol qalanı qaçdılar (Y.Məddah. s.50).
Bəzi alimlər təsirlik hal şəkilçisinin iki variantda işlənməsini
ərəb əlifbasında saitlərin azlığı ilə əlaqələndirirlər. Ş.Xəlilov bu
fikrə etiraz edərək yazır: “Dörd cür yazılan bu şəkilçilərin (ı: nı)
fonetik variantlarının azlığı ərəb əlifbasının xətasından daha çox,
XV əsr ədəbi dilimizin dialekt əsasından irəli gəlmişdir. Təsadüfi
deyildir ki, tarixən (XIII-XVIII əsrlər) ədəbi dilimizin əsasında
dayanmış Şərq və Cənub dialektlərində bu gün də təsirlik hal öz
ifadəsini - ı//-i; - nı, - ni şəkilçilərində tapır (66,s.55).
106
107
olaraq, nə və su sözlərinin təsirlik hallarında y ünsürü (nəyi, suyu)
saxlanılır. Qərbi Azərbaycan şivələrində isə bunun əksinə olaraq,
suyu əvəzinə suni işlənir.
Türkologiyada - yı şəkiləçisinin mənşəyi n - y səsuyğunluğu
ilə müəyyən olunur. V.A.Boqoroditskinin fikrinə görə, - yi şəkil-
çisinin əmələ gəlməsində damaq saitləri əsas olmuşdur. Söz sa-
mitlə bitərsə - i, saitlə bitərsə - yi şəkilçisi əlavə olunur (dəvəyi), y
keçid samiti əsasın saitinin incə olduğunu təsdiqləyir (125,s.155).
Q.Ramstedt isə - y elementinin meydana çıxmasını - i şəkilçisi-
nin uzun tələffüzü ilə bağlayır. “…təsirlik halda da qədim dövrdə
sait uzun tələffüz olunmuşdur: i: - yi:. Qədim dövrdə həmçinin
şəkilçilər qoşalaşmışdır: - iyi, - i: yi və sonrakı prosesdə iki sait
arasında - q bitişdirici samiti meydana çıxmışdır” (177,s.37). Biz
də əksər türkoloqların - y - nın bitişdirici samit olması fikrini mü-
dafiə edir və buna onu əlavə edirik ki, - y ünsürü n- y uyğunlüğü
əsasında oğuz - səlcuq dilində yönlük halın analoji ekvivalenti
kimi meydana çıxmışdır. Təsirlik halın mənsubiyyət məzmunu ilə
bağlı olması - n samitinin üstünlük qazanmasına, y ünsürünün
arxaikləşməsinə təkan vermişdir.
Dostları ilə paylaş: |