Qohumluq əlaqələrini bildirən sözlər iki qrupa bölünür:
1) qan qohumluğu ilə bağlı sözlər: ana, öyəana, ciyi, ənnə
(Ş.), ciji/ciyi, adiy (Zaq.), abay (Q.), nənə, aba (Təb.),ata, dədə,
öyəata (Ş.),dədə, qağa, əmi, aba (Qaz.), ata, aba (Qb.), qardaş,
lələ, qədeş (B.), qardaş, çuçey, didey (Zaq.), qərdəş, dadaş (Təb.),
bibi, büvü, mama, əmə, həmşirə (Ş.), əmmə (Təb.), bibi, mama
(əksər şivə.), xala, adiy (Zaq.), baba, bava, ulu baba (Ş.), baba
(atanın atası), qoca baba (ananın atası) (Zaq., Q.), böüy baba
(atanın atası), ağacan (ananın atası) (Təb.), nənə, nenə (B.), cicə
(İr.), böynənə, böüynənə (Təb., Lən.) və s.
2) nigah qohumluğu ilə bağlı sözlər: arvat, xatın (Ş.), qayın,
qeyin (B.), ini (Ş.), kürəkən, göy, yeznə (əksər şivə.), giyov (Qb.),
əmi arvadı, betele, bada (Zaq.), dayıdostı, dayıxatını (Q.), bibi
oğlu, mama oğlu və s.
Köhnə həyat şəraiti, təsərrüfat fəaliyyəti və məişətlə bağ-
lı sözlər şivələrdə mühafizə olunmuşdur. Belə sözlərin sırasına
təsərrüfat alətlərinin, ölçü və çəki vahidlərinin, il, ay və gün adları
daxildir:
Alət adları: xış, cüt, ulama, cəhrə, kirgirə (Qaz.), əldegirmanı
(B.), şadara (Qaz., G., Qar.) və s.
Köhnə çəki və ölçü vahidlərinin adları: batman, tağar, istil,
uruf, arva (ağırlıq ölçüsü), çərəx`, qulac (Qaz.), çanax, daqqa
(Zaq., Q.), çanax (1kq), put (15,5 kq.), xəlvər (ton), girvənkə
(400q.), istil (300q.) tağar, ağaş, arşın (1m.10 sm.), batman (Təb-
riz batmanı 5 kq, Qərədağ batmanı 6 kq, Tehran batmanı 3kq),
misqal (4q.) (Təb.) və s.
Köhnə təsərrüfatla bağlı olan,islam dini ilə əlaqədar gün
290
291
məişət əşyalarına, tikililər və onların hissələrinə, təbii şəraitə və
s. aid sözlər lüğət tərkibinin əsasını təşkil edir.
Dostları ilə paylaş: |