zərf+ədat: cılğı- 1) içərisinə ağartı
yığılan aşılanmış qoyun dərisi (Ağ., Br., Bk., Gəd.)- 2) lap, ta-
mam (Ağd., İs., O., Ş.) və s.
Omonimlər quruluşca sadə, düzəltmə və mürəkkəb olmaqla
bir –birindən fərqlənir; məs.:
sadə: çig- şeh (Dər., Tab.)- üzü yı-
ğılmış süd (Dər.); dəm- 1) divarda olan dəlik- deşik( Nax.)- 2)
nəm, rütubət (F.);
düzəltmə: damazdıx- 1) qatıq mayası (əksər
şivə.)-2) dişi cins heyvan (İm., St., Tov., Cəb.); xamırramax- 1)
tənbəlləşmək (Çən.)- 2) çətinliklə üyütmək (Cəb.)
mürəkkəb:
gəlinbarmağı- 1) yabanı bitki (Göy., Sab., Şam.)- 2) üzüm növü
(B.); qarabatdax- 1) qaraqabaq (B.)- 2) boyun- bağı (Şr.), atqula-
ğı- 1) yaşıd, həmyaş (B.Qk.)- 2) bərabər, qoşa, yanaşı (Qaz.) və s.
Dialektlərdə omonimlər 2-3 üzvlüdür. Qarışıq tipli çoxüzvlü
omonimlər də mövcuddur. Ayrı-ayrı şivələrdə bəlgə sözünün 12 (
qız evinə göndərilən birinci nişan, qola sarınan qalın parça, şaftalı
qaxı, bəhanə, nişan (mərz), gönü aşılamaq üçün maddə, sənəd, ba-
lıq torunun yan iplərinə bağlanan qamış, bitki, hiylə, vasitəçi), binə
sözünün 5 (müvəqqəti yaşayış yeri, qış aylarında kənddən kənarda
malqara saxlanılan yer, bünövrə, vələ qoşulan axırıncı cüt heyvan,
görə), çin sözünün 6 (xalça üçün əyrilmiş ip, qoyunun dizi ilə to-
puğu arasında olan sümük, sıra, dəryaz, dəfə, düz), xır sözünün 7
(bostan, çəltik ləki, çınqıl, vint, paxıl, xırda, bütün) üzvü vardır.
Dialektlərdə
sinonimlər aşağıdakı yollarla əmələ gəlir: 1)si-
nonim cərgə əmələ gətirən sözlərdən biri arxaik olur: suç~günah,
yovurt ~ qatıx, yazı ~çöl (Təb.); becid ~yegin ~yügürmeçə (Ab.)
və s. 2) dialekt sözləri ədəbi dildəki qarşılığı ilə sinonimlik əmələ
gətirir: gilas~ba:li ~bəhli, büvi~ mama ~həmşirə (Ş.), orax ~mən-
gələ, so:ra~boylum (Nax.), xəsis ~misqi ~qeyməz ~malyeməz
~simic, zırrama ~ sarsağ ~səmə ~səfi (Qb.); koma ~tatı~yosma
(Yar.), dəsmal ~təlis, arığ ~ca- nəzi~zeyif~cılız~düşgin (L.) və
s. 3) sinonimlərin tərkibi dialekt və alınma sözlərdən təşkil olu-
nur: bağlama~məfrəş, qonax~müsafir, av~şikar (Təb.), qoltuğaltı
~mühəc- cər ~sürahı, artırma ~seyvan ~seki (Ş.) və s.
Dostları ilə paylaş: |