Əkinçiliyə aid sözlər: ana arx, qol arxları, başqov ”zəminin
baş tərəfindəki arx”, mora ”ən kiçik arx”, boğma ”suyun qabağı-
nı tutmaq”, xəko suyu ”birinci suvarma” təzo suyu, dilab ”ikin-
ci suvarma”, lənkov, çiçəx` suyu ”üçüncü suvarma” dənov, dəno
”dördüncü suvarma”, kərdi ”soğan ləki”, tirə ”ləkin kənarları”,
armaza ”suvarma şırımları” (Nax.).
Ev əşyalarının adları: bayda, kükü qabı, ləyən, simavər, çəkə
”aşsüzən”, kəpgir, gilxizan, güyüm, qazança, qablama, mis qab-
lama, roh qablama, cam, nimçə, teşt, mejmeji, bulut, goduş ”su
qabı”, ət goduşu, məlağa ”çömçə”, sini, lüleyin, çini qab, mis
tava, dal ”vedrə”, tavax ”çörək saxlanan yer” ərsin ”dəmir qab”
və s.(Təb.)
Qaramal adları: ağbaş, ağtəpəl, balaşələli, böyük şələli, bu-
ğabasar, qaraçıl, qətdəl, qızılyelin, qırabuynuz, qısır, dilən, döy-
lət, dölçə, dunux, düyə, ətyelin, ya-zabuğa, kəzi, kəvə, kələbuğa,
kələkə, korməmə, malbuğa, oğursax, oyşarı , sargız, sivri, sığır-
boğan, sığırbuğa, talxa, teytey, tulambuynuz, haqqıyatına, haça-
dırnaq və s. (Gəncəbasar)
Xalq təqviminə aid sözlər: böyüx` çillə, kiçix` çillə, xədir
(böyük çillənin axırıncı 4 günü ilə kiçik çillənin əvvəlinci 4 günü),
yunqıxma (yazın 2-ci ayı), vədə (qışın son 17 günü), yalançı çər-
şənbə, xəbərçi çərşənbə, axır və ya gül çərşənbə, süt güni (3-cü
gün), tək güni, duz güni (Təb.), oğlaxqıran, leysan ayı, cilas ayı,
qorabi- şən ay, quyruxdoğan ay, xəzan ayları, qo:s çilla, bo:g
çilla, çiçik çilla (Ord.).
Tikililər və onun hissələrinə aid sözlər: ayna ”qapının xonça-
sı”, barata ”palçıq lay”, vərdic ”tir”, qapı ”damsız eyvan”, dərbəçə
”balaca qapı” işkil ”taxta cəftə”, yanav ”qapının iki tayı”, yandamı,
kəlləlix` ”qapının başı”, kalafa ”üstü açıq dam”, pərdi ”tavanın tax-
taları”, him ”özül”, küflə ”təndirə hava yolu” (Nax.) və s.
arasında ortaq leksika meydana çıxmışdır. Azərbaycan və Tür-
kiyə Türkcəsi arasında həm ədəbi dil, həm də dialekt səviyyəsin-
də ortaq leksika mövcuddur. Azərbaycan dili dialektləri ilə türk
ədəbi dili arasında ortaq sözlər leksikanın ad, əlamət, keyfiyyət
və hərəkət bildirən söz qrupla- rını əhatə edir; məs.:anaxtar (Br.)-
anahtar (türk) “açar”, çapa (Gəd., Kəl.)- çapa “kətmən), man-
dal (Gr., Ord.)- mandal (türk) “cəftə”, alaca (Təb.)- alaca (türk)
“parça növü”, setrə ( Cəl.) “astarsız pencək”- setre (türk) “pen-
cək formasında olan geyim”, ağırramax (Cəb.,Şəm.) – ağırlamak
(türk) “qonağı hörmətlə qəbul etmək”, baylamax (Baş.)- bayıl-
mak (türk) “özündən getmək, ürəyi keçmək”, boğazdamax (Daş.)
“boğazından tutub kəsmək”- boğazlamak (türk) “heyvan kəsmək,
qurban kəsmək” və s.( 95,s. 17-20)
Azərbaycan və türk dillərinin dialektləri arasında ortaq sözlər:
ağababa (Təb.)- ağa (Akçaşehir, Çalılı)”baba, böyük qardaş”,
adax (Ağc., Ağ., G., Şş.)-adak ( Tokat) “uşağın ilk addımları”,
azman ( Ord., Zən., Br,, F.)- azman (Afyon Karahisar) “beş yaşı-
nı keçmiş davar” , çətən ( Nax.)- çeten (Eskişehr, Trabzon) “qa-
mışdan divar, çubuqdan tikilən yer”, daban (B.Qk.,Qaz.)- da-
ban (İçel) “dəyirman daşının altına qoyulan dəmir hissə”, dadaş
(Ord.) - dadaş (Ardahan, Qars) “böyük qardaş”, dənnəməx` ( Ağ-
c.,Br.,Şəm.,Şş.)- dennemek (Eskişehr) “yığmaq, toplamaq” və s.
Azərbaycan dilinin qərb və türk dilinin Qars şivələri arasın-
da da ortaq sözlər çoxluq təşkil edir: aba (Cəb.,Təb., Şəm.)- ebe
(Qars) “ana”, lələ (əksər şivə.)- lele/ leleş (Qars) “ata, baba, bö-
yük qardaş”, sığır ( Ağ., Göy., İs., Q., Şş., Ş.)- sığır (Qars) “inək,
naxır”, mədəx`( Br., Ş.)- medeh (Qars) “camış balası”, xizər (Cul.,
Şr.)- hızar (Qars)“böyük mişar”,qaramat (Br.,Gəd., Kr.,Yar.)-
qaramat (Qars) “dərdli, qəmli”, tezməg (Bs.)- tezdəmək (Qars)
“qaçmaq, tələsmək”, döşürməx` (Çən.)- döyşürmək (Qars) “yığ-
maq, toplamaq” və s. (67,s. 15-17)
Dialektlərin lüğət tərkibi müxtəlif tematik qruplara bölünür.
Maldarlığa, əkinçiliyə, bağçılığa, toxuculuğa, xalq təqviminə,
292
293
deyəsən (Qaz., Tov., Şəm.);
Dostları ilə paylaş: |