Dialekt leksikasında omonim və sinonim sözlər Dialekt leksikasında omonimlər mühüm yer tutur. Sözlərin
ədəbi dildəki və dialektlərdəki mənaları omonimləri əmələ gətirir
və ya omonimlərin hər iki mənası dialektə məxsus olur.
Dialektlərdə omonimlər eyni və ya müxtəlif nitq hissələrinə
aid olur. Eyni nitq hissəsinə aid olan omonimlərin sintaktik və-
zifələri də eyni olur; məs.:
a) isimlə ifadə olunanlar:badax- 1)
camış balası (Qb., Qus., Dər., Xaç.)-2) mis qab (Zaq.)-3) badalaq
(Kr., St., Ham., Qaz.); xələt- 1) üst köynəyi (Gr., X.)- 2) yas ye-
rində yığı- lan pul (Tov.); ox- 1) əkin sahələrini bir- birindən ayı-
ran nişan (Qaz.)- 2) kiçik arx (Qaz.)- 3)ləklərin arasındakı torpaq
yığımı (Göy.);
b) sifətlə ifadə olunanlar: şındır- 1) köhnə (B.,
Lən., S.) – 2) arıq, yağsız (Cəl.); hırsız- 1) güclü, qüvvətli (G.,
X.)- 2) acız, bacarıqsız (Sab.); alacalı- 1) rəngarəng (Ş.)- 2) ögey
(Bər.);
c) zərflə ifadə olunanlar: bitbəbit- 1) olduğu kimi, eynilə
(Ağ., Şş.) – 2) diqqətlə, səylə (Qaz.); ç)
feillə ifadə olunanlar: ağnatmax- 1) diyirləmək (Meğ.)- 2) sürünü aşağı endirmək (F.,
Cəb., Şş.); avazımax- rəngi solmaq (B., Qaz., Qb., G., St., Şam.)-
2) taxılın biçilmə vaxtının keçməsi (Çən.) və s.
Müxtəlif nitq hissələri ilə ifadə olunanlar:
isim+sifət:abdal-
1) bilici (İm., G., St., Şah.)- 2) avara, sərsəri ( St., F.,Cəb.)- 3)
qanacaqsız, mərifətsiz (Şah.); barata- 1) palçıq layı (Nax.)- 2)
köhnə, nimdaş (Cəb.): başdı- 1) köhnə çəki vahidi (Qəb., Ş.) – 2)
dolu (Qaz.,Tov.); 3) bilikli, ağıllı, zəkalı (əksər şivə.);
isim+ zərf: baytal- ikiyaşar dişi at (Qb.)- 2) tənha, yalqız (Çəm.); biğir- 1)
güc qüvvə (B.)- 2) birlikdə, bir yerdə (Cəb., Meğ.) və s.
sifət+ ədat:bedaha- 1) həyasız (Cəb.)- 2) çox, hədsiz (Şəm.);