Azerbacan dialektologiyasi-2019. indd


) bir və ya bir qrup şivənin sözlərindən ibarət lüğətlər



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə174/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   170   171   172   173   174   175   176   177   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

) bir və ya bir qrup şivənin sözlərindən ibarət lüğətlər
2017- ci ildə “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğə-
ti” nəşr olunmuşdur. Lüğətdə Nax- çıvan Muxtar Respublikası-
nın 200-ə yaxın yaşayış məntəqəsindən toplanmış beş min söz 
əhatə olunmuşdur. Burada sözlərin mənası yalnız Azərbaycan 
dilində verilmiş, çoxmənalı sözlər, omonimlər, sinonimlər xü-
susi işarələrlə fərqləndirilmiş, hər bir sözə aid kənd şivələrindən 
seçilmiş cümlə- nümunələr verilmişdir. Bu lüğətdə ilk dəfə dia-
lekt sözlərinə aid cümlələr kənd şivələri üzrə verilmişdir. İ.Bay-
ramovun “Qərbi Azərbaycan şivələrinin leksikası” kitabını Qərbi 
Azərbaycan şivələrinin lüğəti hesab etmək olar. Bu lüğətdə böl-
gənin dialekt sözləri digər şivələrlə müqayisə edilmişdir. Lakin 
sözlərə aid cümlələr verilməmişdir. 1979- cu ildə Tokiyoda K. 
Haneda və Ə.Gəncəli tərəfindən Təbriz dialektinin lüğəti tərtib 
olunmuşdur. Lüğətdə ədəbi dildə işlənən sözlərin tələffüz forma-
ları və spesifik sözlərin mənaları verilmişdir. V.Vüqarlının “So-
ğanlıq kənd şivəsinin lüğəti” (1999) bir kənd şivəsini əhatə edir. 
M.Çobanovun “Borçalı şivələrinin leksikası” (1998), Ə.Ələkbər-
linin “Qərbi Azərbaycan dialektoloji lüğəti” (2009), A.Bayramov 
və A.Bayramovanın “Ağbaba şivəsinin sözlüyü” və s. bu qəbil-
dən olan lüğətlərdir.
c) 
dialektoloji omonimlər və frazeologizmlər lüğəti. 2003-
cü ildə S.Behbudovun “Azərbaycan dili şivələrinin omonimlər 
lüğəti”və 2011- ci ildə “Azərbaycan dili şivələrinin frazeoloji lü-
ğəti” çap olunmuşdur. 
ç) 
sahə dialektoloji lüğətləri. 2000- ci ildə Z.Xasiyevin 
“Heyvandarlıq və əkinçilik terminləri” lüğəti nəşr olunmuşdur. 
Lüğətdə qərb şivələrində işlənən sözlər əhatə olunmuşdur. Lüğət-
də eyni məna ifadə edən sinonimlərdən əlifba sırasına görə biri-
nin mənası göstərilmiş, digərləri isə birinci sözə baxdırılmışdır: 


300
301
bürüncəx`, savacax “ suyun istiqamətini başqa səmtə çevirmək 
üçün yer”, təfcəx` “ beldə ayaq qoyulan yer” (Qb.) və s. Quba 
şivəsində bu şəkilçinin- 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin