-çi variantı geniş yayılmışdır; məs.:
Söz yaradıcılığı
Hər bir dilin lüğət tərkibinin zənginləşməsində söz yaradı-
cılığı əsas rol oynayır. İstər ədəbi dildə, istərsə də dialektlərdə
müxtəlif üsullarla yeni sözlər yaranır. Dialektlərdə yeni sözlər üç
üsulla əmələ gəlir: 1) morfoloji, 2) sintaktik, 3) leksik Dialekt-
lərdə söz yaradıcılığında morfoloji üsul digərləri ilə müqayisədə
üstünlüyə malıkdir. Müxtəlif leksik şəkilçilərin vasitəsilə yara-
nan yeni sözlər dialektlərin lüğət tərkibini daha da zənginləşdirir.
Ədəbi dillə eyniyyət təşkil edən leksik şəkilçilər söz yaradıcılı-
ğında aktiv, yalnız dialektlərə xas olanlar isə passiv mövqe tu-
tur. Belə şəkilçilər arealına görə də bir- birindən fərqlənir. Ədəbi
dildə işlənənlər əksər dialektlərdə, digərləri isə bir və ya bir neçə
şivədə yayılmışdır. Ədəbi dildə olduğu kimi dialektlərdə də lek-
sik şəkilçilərin iki növü vardır: 1) ad düzəldən şəkilçilər, 2) feil
düzəldən şəkilçilər
Ad düzəldən şəkilçilər
-anax/- ənəx`/-nax. Bu şəkilçi isim, sifət və feillərə qoşularaq
əlamətin və hərəkətin nəticəsinin adını bildirən sözlər əmələ gə-
tirir; məs.: sızanax, biçənəx`, yığnax ”yığıncaq”, bicənəx` “bic”
(Ş.), boğanağ, doğanağ, kökənək “quş adı”, turşənək (Muğ.),
bərkənəx`”bərk yer”, eşənəx` ”eşilmiş yer”, görənəx` ”dəcəl
uşaq”( Çən.), əkənəx`”əkin sahəsi”, sağanax, tozanax (Xoc., Xv.)
və s.
- acax /-əcəx` şəkilçisi feillərə qoşularaq substantiv və atri-
butiv isimlər əmələ gətirir; məs.: buracax “ucu haça ağac”, tuta-
cax “isti qabı tutmaq üçün alət”, çırpacaq “qoz, tut çırpmaq üçün
ağac”, keçinəcəx`” yaşayış” (Ş.), tutacax, çırpacax, çəkəcəx`
(Nax.), oturacax “stul”, çapacax “üstündə ət çapılan kötük”, so-
ğacax “ suyun sətini dəyişmək üçün əlverişli yer” (K.), yatacax,
302
303
(Təb.) və s.
Dostları ilə paylaş: |