Söz sonunda samit düşümü:
t
səsinin düşümü: dos, dəs, vax, üs (əksər şivə.), dürüs, bəd-
bax, xoşbax (Təb.), ıras, öypərəs (Qaz.), tax, havax, behiş (Çən.,-
Meğ.) və s.
r səsinin düşümü: diyi, yiyi, işdiyi, bi qədə, bi az (Ş.), bi, hə
“hər”, oğədə, əyə, məyə, maldı, yoldı, aldıla, tapalla, yazacaxla
(Təb.), gəlillə, bildilə, görəllə, ula, malla, egə “əgər”, maşınna,
doxdurra (Dər.), toyuxla, uşaxla, daşla, deyillə, yedilə, qaşdıla
(Meğ.) və s.
v səsinin düşməsi: yalo:, buzo:, oxlo:, küso:, bülo:(Qb.),
pito” bütöv”, pilo (Ş.)
Söz köklərində samitlərin qoşalaşması türk dillərinə xas olan
fonetik hadisələrdəndir. Bu hadisə Azərbaycan şivələrində həm
kar, həm də cingiltili samitləri əhatə edir:
m
səsinin qoşalaşması: hammı, həmməşə, həmmiyyətli
(Təb.), əmmi, yummaq (İt.), çommax (Qaz.), yummurta (Q.), təm-
miz (Muğ.), hammar (Meğ.) və s.
r
səsinin qoşalaşması: qarranquş, kərrə (Qaz., Cəb.), kərrə,
xəsərrət (Çən.), harrın (Muğ.), arrı, darrı, qarrı, irri, çürrük (İt.),
yarrığan (Cəb.) və s.
z
səsinin qoşalaşması: uzzun (Muğ.), təzzə, əzzəl (Zaq.), qəz-
zəb (Təb.) və s.
t
səsinin qoşalaşması: tüttəx`, battax (Qaz., Cəb.), ottuz (Təb.
Şah., İt.).
ç səsinin qoşalaşması: qoççağ (B..Nax., Ş.), kiççix’ (Qaz.),
iççalat (Çən.), neççə (T.) və s.
ş səsinin qoşalaşması: aşşağı (Qaz., Şah.), doşşan (Tov.),
başşax (Təb., Meğ.).
s səsinin qoşalaşması: qıssa, kəssəx`(Təb.), kössüv, ussu “su”
(İt.) və s.
l səsinin qoşalaşması: illaş “əlac” (Nax.), allın “alın”, dəlli,
dəllük “dəlik”, pallıt (İt.), çallaş “çalış” (Ş.), fəsəlli (Zaq.) və s.
j səsinin qoşalaşması: nəjjəx`”nazik” (Qaz.), hojjət (Çən.).
94
95
şivəsində tarixi forma və mənasını mühafizə etmişdir; məs.: sə-
dəfiŋ “düymə”, çöykürüŋ “tikan”, daşqırıŋ “daş qırıntısı”, quzu-
nuŋ , sürünüŋ (Çəm., K.), atanıŋ , qonşunuŋ , körpünüŋ , gədəniŋ
(Gəd.), iytikəniŋ “itburnu”, təniŋ“heyvanların doğum yeri”, tut-
manıŋ “qovunun növü”, büvünüŋ , dumbuzuŋ “yumruq” (Qaz.),
masatıŋ “bıçaqitiləyən daş”, murdarıŋ “canavar”, bulqarıŋ “qar
topası”, tuncunuŋ “düyə” (Br.), atanıŋ , yeriŋ , köçüŋ (Şəm.), atıŋ ,
işiŋ , qoluŋ , üzüŋ (İm.).
— ıŋ
4
şəkilçisi Orxon-Yenisey abidələrindən müasir dövrü-
müzə qədər türk dillərində işlək olmuş, Azərbaycan və türk dil-
lərində dialekt səviyyəsində, türk dillərinin əksəriyyətində ta-
rixi mövqeyi saxlanmışdır: kağanıŋ , bodunıŋ “xalq”, sabıŋ “söz
nitq”, iliŋ “el” (Orxon), atanıŋ , bəgüŋ , buğanıŋ , çobanıŋ , yigidiŋ
(KDQ), malıŋ , sultanıŋ , şahuŋ, kilidiŋ (Dastan-Əhməd Hərami).
Gecənüŋ keçmiş idi bir ülüşü, Ol nigaruŋ ussı getdi ol zəman
(Y.Məddah s.47); dilbəriŋ , çəməniŋ , cəmalıŋ , dodağıŋ (Nəsimi),
zülfiŋ , İmranıŋ , Xətainiŋ , yüzüŋ , ayağıŋ (Xətai), toprağıŋ , yarıŋ ,
azğıŋ , gözüŋ (F.) və s
— ın, - in, - un, - ün. Şivələrin əksəriyyətində yiyəlik hal dörd-
variantlı - ın
4
, - nın
4
şəkilçisi ilə ifadə olunur; məs.: çobanın, hətə-
lin “toxunma ayaqqabı” odunun, qavumun “qohum”, luxmanın,
keçinin (Q.), şapqanın, suvun, Əjdərin, yolun (Qk.), yazının “çöl”,
xaşanın, tilənin “pambıq xəstəliyi”, tuğun “bayraq”, ünün “səs”,
gözün (Zən.) qardaşın, qonağın, şəlitin “paltar asılan ip”, əlin,
otun, çölün, atanın, nənənin (Ağc.), qacağın “qarğıdalının göv-
dəsi”, xızanın “uşaq”, ceyin “tayfa”, toyun “nağara”, şurun “səs”,
mövüzün “qurudulmuş üzüm”, pazının “şəkər çuğunduru”, qəvrə-
nin “bıçaq itiləyən alət” (Nax.), daqarın “istiot”, damın “tövlə”,
zəngəlin “keçə ayaqqabı”, tuğun “süpürgə”, ininin “qayın”, kükü-
nün (Ş.), mındağın “budaq”, tühəgin, sayquşun “bayquş”, üzün
“qaymaq”, sırsıranın, billənin “şirniyyat” (Muğ.) və s.
Göyçay (Potu, Çayarxı, Ərəbcəbirli, Şahsultanlı, Alxasava,
Alpout, Ləkçılpaq, Məlikkənd, Qızılağac) və Ağdaş şivələrində
İsim
Hal kateqoriyası
Azərbaycan ədəbi dilində və şivələrində ismin halları morfo-
loji cəhətdən tam formalaşmış, hər bir hal özünəməxsus şəkilçi ilə
ifadə olunur. Şivələrdə qədim hal formaları qorunub saxlansa da,
inkişaf prosesində innovasiyalar meydana çıxmış, miqrasiyalarla
bağlı yaranmış hal formaları dar arealda izoqloss yaratmışdır. Hal
formalarını aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür:
1) Müasir ədəbi dilə uyğun hal formaları. Bunu ədəbi dilin dia-
lektə təsiri kimi izah etmək düzgün olmazdı. Həmin forma-
lar tarixən dialektdə mövcud olmuş, tədricən fəallaşmışdır.
2) Tarixən ədəbi dildə işlənmiş, indi dialekt həddinə enmiş qədim
formalar. Belə formaların bir qismi fonetik tərkibini olduğu
kimi saxlamış, digər qismi isə dəyişmişdir. Qədim tayfa dillə-
rinin müasir dövrdə mühafizə elədiyi özünəməxsus qrammatik
şəkilçilər də bu qrupa daxildir (Ayrım şivəsində olduğu kimi).
3) Əsas şəkilçidən törəmiş variantlar. Hal formalarının variant-
ları təsadüfi xarakter daşımayıb uzun müddət dialekt nitqin-
də sabitləşmiş, şivələrin spesifik xüsusiyyətlərinə çevril-
mişdir. Onlar tələffüz vərdişi ilə əlaqədar meydana çıxır və
tədricən işləklik qazanır.
4) Arxaik hal formaları. Buraya qədim yazılı abidələrdə işlən-
miş, lakin halların qrammatik və semantik cəhətdən konk-
retləşməsi prosesində ədəbi dildə və şivələrdə istifadədən
qalmış formalar daxildir. Onların yerini müxtəlif sintaktik
və morfoloji vasitələr tutmuş, sözlərin tərkibində qalıq kimi
qalmışdır. Buna nümunə olaraq, qədim alət və istiqamət hal-
ların qrammatik əlamətini göstərmək olar.
Dostları ilə paylaş: |