Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə60/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   56   57   58   59   60   61   62   63   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Yönlük hal
Oğuz qrupu türk dillərində, həmçinin Azərbaycan dilində və 
şivələrində yönlük halın qrammatik əlaməti kimi- a, - ə,- ya, - 
 şəkilçisi formalaşmışdır. Saitlə bitən sözlərdə bitişdirici y sa-
miti əlavə olunur; məs.: toza, şəlitə “paltar asılan ip”, dolama-
ca “yüyürük”, yaxınkeşə “boşqab”, məzəndə “kömürçü baltası”, 
yandamıya “anbar”, mavrıya, lüvəyə “yuva”, mələyə “taxtabiti”, 
məkəyə, “qarğıdalı” və s.
Cəlilabad, Dərbənd (Rukəl, Vəlikənd, Xilipənci, Səlik, Nüg-
di), Lənkəran, Bakı (İçərişəhər, Bayırşəhər, Əmircan, Bülbülə, 
Hövsan, Türkan) və Lerik şivələrində yönlük hal şəkilçisinin incə 
velyar ŋ səsi, qıpçaq tipli türk dillərində isə q (ğ) səsi üstün ol-
muşdur (192, s.15). M.Şirəliyev sonralar bu fikrini inkişaf et-
dirərək göstərmişdir ki, nq//nğ səsinin parçalanması ilə oğuz tipli 
türk dillərində q ünsürünə, qıpçaq tipli türk dillərində ğ ünsürünə 
üstünlük verilmişdir (91,s.5).
Yiyəlik halda - ıq
4
şəkilçisinin ŋ - q səsuyğunluğu əsasında 
yaranması ehtimalı daha inandırıcıdır. Velyar ŋ səsi k, q səsləri 
ilə eyni məxrəcli olduğundan qədim türk yazılı abidələrində də 
n>q əvəzlənməsi özünü büruzə verir; məs.: Türk budunıq atı, küsi 
yox bolmazun tiyin… “Türk xalqının adı, şöhrəti yox olmasın 
deyə” (KT, Böyük mətn, 25-ci sətir); Bunça isiq, küçiq bir tükqə-
ru sakınmatı” Bunca işini, gücün verdiyini düşünmədi (KT, Kiçik 
mətn, 10-cu sətir).
Qədim türk dilində ŋ - q/ğ səsuyğunluğu yalnız şəkilçilərdə 
deyil, söz köklərində mövcudluğunu A.V.Qaben də göstərmişdir; 
məs.: aŋim>əqim “kısımlı”, aŋin>aqin “çiyin”, əŋir > əqir “mü-
hasirə etmək” (217,s.39).
İbn Mühənna lüğətində “tarla siçanı” mənasında işlənən kelenü 
sözü M.Kaşğarinin lüğətində keleğü şəklindədir. Həmin söz Tür-
kiyə Türkcəsində delenği /gelenki formasında işlənir (203,s.18). 
n - q uyğunluğu müasir qazax və qaraçay - balkar dillərində işlək-
dir: anaqız, ataqız və s. Yakut dilinin dialektlərində ŋ/nq - q uy-
ğunluğu müşahidə edilmişdir; məs.: üŋex>üqex, külŋeli>külqeri 
(222,s.84). Bu səsuyğunluğu daha çox əvəzliklərdə saxlanmışdır; 
məs.: mağan, sağan (qazax, Qaraqalpaq), meqe, seqe (Altay), 
mağa, sağa (qumuq, noqay, şor, xakas), mağa /məğə, sağa//səğə, 
oğa (Azərb. şivələri).
- ık, - ik, - uk, - ük. Bu şəkilçiyə yiyəlik halda yalnız ayrım 
şivəsində rast gəlinmişdir; məs: arvadık, atık, torvanık, qanık 
“qayanın” - ık
4
şəkilçisi əvəzliklərin hallanmasında da özünü 
göstərir. M.İslamov ikinci və üçüncü şəxs əvəzliklərinin, E.Əzi-
zov həmin əvəzliklərlə yanaşı, birinci şəxs əvəzliklərinin də - ık 
yiyəlik hal şəkilçisi qəbul etməsini göstərmişlər; məs.: mənik, sə-
nik, onuk, bizik, sizik ( 62,s.30; 40,s. 170). M.İslamov şəkilçinin 


102
103
xerne “onun qızına”(168,s.316). Xorasan türkcəsində üçüncü 
şəxs mənsubiyyət şəkilçili isimlərin yönlük halında - ya şəkilçisi 
də qeydə alınmışdır: məs.: aliya (211,s.163).
Ümumiyyətlə, - a, - ə yönlük halın ən qədim formasıdır. - ya, - 
na isə onun variantlarıdır. İntervokal mövqedə - y bitişdirici samit 
kimi meydana çıxır, - n isə mənsubiyyətli hallanmanın elementidir.
Yuxarıda qeyd olunduğu kimi, türk dillərinin ən qədim yazılı 
abidələrində hər iki forma paralel işlənmişdir. Sadə hallanmadakı 
- ğa//gə, mənsubiyyətli hallanmadakı - a, - ə formasından üstün 
mövqedə olmuşdur. Sonralar yiyəlik halda olduğu kimi, mənsu-
biyyətli hallanmadan sadə hallanmaya keçmişdir. Çox güman ki, 
ilkin orta əsrlərdə - a danışıq faktı kimi fəal olmuş, sonra oğuz 
tayfalarının dilində normalaşmışdır.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin