Təsirlik hal
Azərbaycan ədəbi dilində və onun şivələrində təsirlik halın
əsas qrammatik əlaməti –ı,-i,-u,-i şəkilçisidir. Bu şəkilçi şivələrdə
eyni kəmiyyətdə yayılmamışdır. Buna görə şivələri üç qrupa böl-
mək mümkündür:
1) Qazax, Zəngilan, Qax, Mingəçevir ətrafı, Ağcabədi, Kar-
vansaray, Zəngibasar, Qarakilsə, Muğan (Ağaməmmədli,
Quruzma, Təzəkənd), Naxçıvan (Qaraçus, Qoşa Dizə, Ko-
lanı) şivələrində təsirlik hal şəkilçisi dördvariantlıdır (ı, -
i, - u, - ü); məs.: sajı, coravı, çəkici, yurdu, südü (Qaz.),
qatığı, sə:ngi, quzunu, düyünü (Zən.), uşağı, qağanı, otu,
çölü (Min.), luxmanı, hətəli “toxunma ayaqqabı”, qudunu
“böyrək”, gülü (Q.), paltarı, şəliti “paltar asılan ip”, dum-
buzu, yü:rüyü (Ağc.), pıxarını, də:zi, qutu “tumurcuq”, sö-
güdü (Muğ.), xamranı “xəmir mayası”, xırı “daş qırıntıları”,
çəlvəri “ocaq daşı”, kolusu “papağı”, çöykürü “tikanı” (K.),
şapqanı, bağırdələni “sünbüllü ot”, tomsunu “tala” (Qk.)
hovlanı “halvanı”, əvi, buzovu, övü, düyünü (Nax.).
2) Naxçıvan, Quba, İsmayıllı, Cəlilabad (bəzi şivələr), Təbriz,
İmişli (Arazqırağı şivələri), Şəki, Ağcabədi (bəzi şivələr)
şivələrində dodaqlanan saitli sözlər təsirlik halda - ı, - i
variantı ə(yə) qalın variantını da təmsil edir; məs.: arvadə, bə-
zarə, quyyə (Cəl.), almayə, qapuyə, qutuyə (Dər.), lampiyə, bo-
biyə, dayyə (B.), potuğə, baliğə, uşağə, buğlamiyə (Lən.), bax-
çiyə, zəvodə, odınə (L.) və s.
Yönlük halın ən qədim ifadə vasitələrindən olan, - a, - ə şəkil-
çisi oğuz dillərində tarixi forma, məna və vəzifələrini saxlamış-
dır. Həmin forma türk yazılı abidələrində - ğa, - gə şəkilçisi ilə
müvazi şəkildə işlənmiş, daha çox mənsubiyyət şəkilçili sözlərə
əlavə olunmuşdur; məs.: Şandun balıka, Taluy ügüzgə təgürtim
“Şandun şəhərinə, Dəniz çayına çatdırdım”, Kağanıma ötünip
sülətdim “Xaqanıma müraciət edib qoşun çəkdirdim” (Tonyu-
kuk abidəsi 18-19-cu sətir);- yaylığ tağıma ağınap yaylayup turur
“Yaylaq dağıma qalxıb yaylayır dururam”; - Turunaya kuş tüşnə-
kinqə konmış tuymatın tozka ilinmiş “Durna quşu düşərgəsinə
qonmuş, duymadın” (Irk bitiq, 94, 96-cı sətirlər), oğluma, kön-
lüma, dostina (Kutadqu biliq, 27, 99, 130), sultanima, boynuma,
köksüma (qədim özbək dili), ol meninğ közüme sakadı “O mənim
gözümə xəyal kimi göründü” (MK, III c., s. 268); - Xanlarxanı
oğlana bəklig verdi, təxt verdi; - Ərəbəyə möhkəm orğanla sardı-
lar (KDQ, s.41, 116).
Azərbaycan dili şivələrində yönlük halın qədim - ka//qa//ğa//
şəkilçisi şəxs əvəzliklərinin tərkibində qalmışdır: manqa//manğa,
mənqə, sanqa//sanğa, sənqə, onqa//onğa//unqa//unğa, honğa. Bu
şəkilçi oğuz dilləri üçün səciyyəvi olmayıb, qıpçaq dillərinə xas
xüsusiyyət hesab edilir.
Müasir qıpçaq dillərində sadə hallanmada - qa, - qe, - ka, - kə
işlənsə də, mənsubiyyət şəkilçili isimlərdə - a, - e şəkilçisindən is-
tifadə olunur; məs.: kızıma “qızıma”, kızına “qızına” və s. (tatar).
Bakının Nardaran kənd şivəsində saitlə bitən isimlər yönlük
halda - ya əvəzinə - na şəkilçisi qəbul edir; məs.: babana, kosana,
hamına; - Hamına mənnən salam - dua di (65,s.10). Sadə hal-
lanmada Xorasan türkcəsində (-na, - ne), çuvaş dilində isə həm
sadə, həm də mənsubiyyətli hallanmada - na, - ne şəkilçisindən
istifadə olunur: kişinə (211,s.35), laşana “ata”, enene “inəyə”,
104
105
Biz də bu formanı təsirlik halın ən qədim şəkli hesab edirik -
ı, - i şəkilçisi ərəb yazı ənənəsindən əvvəl türk dillərində mövcud
olmuş, sonra ərəb dilinin təsiri ilə yazıda mövqeyi möhkəmlən-
miş, bu, orta əsr türk yazılı abidələrinə sirayət etmişdir. Şəkilçi-
nin dodaq variantları isə ahəng qanununun tələbi ilə dildə təzahür
etmişdir.
3) Bakı, Təbriz, Muğan, Quba (saitlə bitən sözlərdə), Göyçay,
İsmayıllı (saitlə bitən sözlərdə), Dərbənd, Lənkəran, Ağca-
bədi (Yastıyol kənd şivəsi), Meğri (Nüvədi) şivələrində tə-
sirlik hal şəkilçisi bir variantda - i, - ni şəklində öz əksini
tapmışdır; məs.: samani, qərdeşi//qədeşi, lampani, sui, öyi,
Dostları ilə paylaş: |