Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə63/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   59   60   61   62   63   64   65   66   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Yerlik hal
Azərbaycan dili şivələrində yerlik halın qrammatik əlaməti 
kimi- da,-də şəkilçisi sabitləşmişdir; məs.: buzoyda, murtdada, 
inəx’də, aloyda, dəyədə (Qaz.), dovada, lo: da “bəla”, eşmə-
“çöl”, sülümdə “nərdivan” (B.), ağaşda, hovlada “halva”, 
siyəzəndə “kisə”, cəvizdə (Nax.) miyandada “kənd xidmətçisi”, 
sazda “qamış”, ləmpədə “tavan”, həyvədə (Ş.).
da, - də ən qədim hal şəkilçilərindəndir. Türk dillərinin ilkin 
yazılı abidələrində - ta, - tə şəkilçisi ilə paralel işlənmişdir. Bütün 
dövrlərdə sabitliyini qoruyub saxlasa da, türk dillərinin diferen-
siasından sonra müstəqil inkişaf yoluna qədəm qoymuş, ayrı-ayrı 
müasir türk dillərində - la, - lo, - za, - zo, - sa, - so, - na, - no inno- 
vasiyaları meydana çıxmışdır. Tədricən yerlik halın semantikası 
konkretləşmişdir. Əvvəllər istiqamət, çıxış nöqtəsi, yer, zaman 
bildirmişdirsə, müasir dövrdə yalnız yer məzmunu ifadə edir. 
(Ağbis, Sarılı, Xəştab, Şatarız, Canbar, Günqışlaq), Gədəbəy 
(Şınıx), Şərur (Şahbulaq), Cəlilabad (Şıxlar), Kəlbəcər (Çəpli, 
İlyaslı, Seyidlər), Laçın (Mişni, Qarıqışlaq, Sonasar) şivələrində 
həmin mövqedə y ünsürü işlənir; məs.: arpıyı, buğduyu, daneyi, 
murtdoyu, üşşüyü (Qaz.), köprüyü, pəyyi, çatıyı, murtduyu (Tov.), 
haravıyı, tuleyi, piltiyi, darıyı, qardaşağayı, dəviyi (K.), qəpi-
yi, usduyu, ütüyü (Zən.), qapıyı, baltıyı, keçiyi, torvuyu (Gəd.), 
lampayı, qaleyi, düəyi, kəmrəyi “təzək”, dayçayı (B.), baltayı, 
dəhrayı, çeşniyi “şəkil”, çərəkəyi “təsbeh”, qırayı “paltar asan” 
(Muğ.), kişiyi, qonuyuçömçöyü (Şəm.), darıyı, ta-
raqqıyı “fişəng” sərçiyi, toyçuyu, cücüyü (Səd.), çatıyı, arabıyı, 
qapıyı (L.)
M.Kaşğarinin lüğətində saitlə bitən sözlərin təsirlik halında - 
y şəkilçisinin işlənməsi ilə rastlaşırıq; məs.: - ol tewey çökürdü “o 
dəvəni çökürdi” (MK, II c., s.84).
-
4
şəkilçisi “Kitabi-Dədə Qorqud” abidəsindən başlayaraq 
XVIII yüzilliyə qədər ədəbi dilimizdə işlək olmuş, sonra öz mövqe-
yini - 
4
şəkilçisinə verməli olmuşdur; məs.:- Aydır: “Buŋlu qoca 
ilə Yapağlu qocayı Dəpəgözə verüŋ aşın pişürsün!” - dedi;- Şöylə 
çalayım səni mağara divarına kim, quyruğun mağarayı yağlasun! - 
dedi (KDQ, s.99, 101);- Cavidannaməyi gətir gil ələ; Ta biləsən ki, 
nəsnə candır söz (Nəsimi, s.51);- Səndə bu həvəs yox isə bu qapuyı 
qaxma (Qazi Bürhanəddin, s.70);- Bu dənli xəznəyi bağışlayan kim 
(Dastan Əhməd Hərami, s.27);- Zari qılıb qamçıyı urdi ata (Y.Məd-
dah, s.156);- Züleyxayı bu vəchilə tən edüb eyblədilər (Zərir, s.19);- 
Bixəbərlər şərbəti-rahət bilirlər badeyi, Biz həkimi-vəqtiz, onu tök-
müşüz, qan bilmişiz (Füzuli, s.32).
XVIII yuzillikdən sonra - şəkilçisi Azərbaycan dilində 
arxaikləşmiş dialekt səviyyəsinə enmiş, türk və qaqauz dillərində 
isə ədəbi dildə qədim mövqeyini saxlamışdır. Bu şəkilçi qədim 
özbək dilində işlənsə də, tədqiqatçılar bunu oğuz dilinin təsiri ilə 
izah edirlər.
Azərbaycan ədəbi dilində və şivələrin əksəriyyətində təsir-
lik halda bitişdirici - n samitindən istifadə olunur, lakin istisna 


108
109
lində qorunub saxlanmasını (mağan “mənə”, sağan “sənə”), həmçi-
nin istiqamət məzmunlu qədim tapa (Orxon-Yenisey abidələrində 
işlənmişdir) qoşmasının noqay dilində tabağan, tatar dilində taban, 
qazax dilində taman, özbək dilində tomon şəklində eyni məzmun-
da işlənməsini əsas götürürlər (182,s.84). V.Banq çıxışlıq halın 
dan//-tan şəkilçisinin yerlik hal forması ilə əlaqəsinə etiraz edir və 
adın qoşmasının inkişafı ilə yaranması fikrini irəli sürür (202,s.9). 
Lakin uyğur abidələrində çıxışlıq hal şəkilçisi - (-dın) ilə “adın” 
qoşmasının yanaşı işlənməsi bu fikri təkzib edir. Bu, hal şəkilçi-
sinin qoşmadan əvvəl yaranmasını və onların müxtəlif semantika-
lı olmasını göstərir: Azu olardın adın “Məgər onlardan başqa…” 
(92,s.146). A.Qaben türk dillərində məkani halların əsasında da-
yanan - t - k - n samitlərinin məkan məzmunu bildirməsini göstə-
rir: alt, altin - aldin “qabaq”, ast “aşağı” art “arxa”, orun “yer”, 
orta “orta”, üst “yuxarı”, yan, yak “tərəf” (217,s.46). A.M.Şerbaka 
görə, çıxış hal şəkilçisinin prototipi tayin - tayan “dayanmaq” fei-
li bağlamasıdır. Bu formanın qısalması nəticəsində tayin>tin>tiŋ
tayan>ta: n>tan və ya sonuncu hecanın düşməsilə ta:yin - tayan 
>ta: > -ta şəkilçiləri əmələ gəlmişdir (197,s.47). Alimin qənaətinə 
əsasən, yerlik hal şəkilçisi - da//-ta, çıxışlıq halın - dan//-tan forma-
sından törəmişdir. Halbuki ən qədim türk yazılı abidələrində - da//
ta şəkilçisinin çıxışlıq məzmunu da ifadə etməsi onun qədimliyinə 
dəlalət edir.
Q.İ.Ramstedt, K.Kərimov və başqa türkoloqlar çıxışlıq hal 
şəkilçisinin mənşəyində yan sözünün dayandığını göstərirlər. Q.İ.
Ramstedt Tonyukuk abidəsindən çıxış edərək (oğuzdantan, bə-
ridənyən, yırdantayan) da+ yan “tərəf” birləşməsinin qısalaraq 
dan şəklinə düşməsini qeyd etmişdir (177,s.43). K.Kərimovun 
fikrincə, da +yan birləşməsində - da “yer” mənası ifadə edən ya 
sözündən və yan “tərəf” sözlərindən əmələ gəlmişdir: yan - dan 
- nan (159,s.15). J.Deniyə görə, hər iki hal şəkilçisi müstəqil mə-
nalı - dan “bərabər, tən” sözündən nəşət etmişdir (160,s.98).
Yuxarıda qeyd olunan araşdırmaları ümumiləşdirərək iki 
mühakimə yürütmək mümkündür: 1) - dan şəkilçisi məkan 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin