Adlıq hal əşyanın adını, ümumilik və qeyri-müəyyənlik bilid-
rir: - əşyanın adını bildirməsi; məs.: - Taxılı piçif dərz bağle:rıx,
yerin içində pəncə (otuz dərz taxıl) pəncəle:rik ki, sümbülü yağış
görməsin (Qaz.); Sənə elə bir ələngə (yoğun çubuq) çəkərəm ki,
qoşmasının formalaşmasında iştirak etmişidr ki, həmin qoşmalar
da birgəlik- alət halının funksiyasını daşıyır” (30,s.219).
Qədim alət halın - ınşəkilçisinin yiyəlik halın analogiyası liə
feillərlə idarə əsasında meydana çıxmasını güman etmək olar. -
ın şəkilçili sözlər (yiyəlik hal) adlarla əlaqələndiyindən, feillər-
lə idarə alət halı passiv mövqeyə keçirmiş və nəticədə öz yerini
başqa formalara verməli olmuşdur.
Qədim yönlük - istiqamət halın - ğaru şəkilçisi Lerik və Ağdam
şivələrində “dişğarı”, Zaqatala şivəsində “tişqarı”, İraq türkman-
larının şivəsində “tişarı” sözündə qalmışdır. - ğaru şəkilçisi bəzi
türk dillərində, o cümlədən də Azərbaycan dilində arxaikləşmiş,
öz məna və funksiyasını itirərək sözün tərkibində rudiment kimi
qalmışdır. Lerik və Ağdam şivələrində həmin söz - ğaru şəkilçi-
sindən sonra - ya şəkilçisi qəbul edərək, istiqamət bildirir; məs.:
Nənon çağırey dışğaruya /dışğaruvə qal (27,s.58); - Otur evdə
dişğarıya çıxma, so:xdu (ADDL, s.146). İraq türkmanlarının şi-
vəsində isə şəkilçi - arı şəklində mühafizə olunmuş və qədim mə-
nasını saxlamışdır; məs.: - Öncə siz boynunuzdakı gərdənliyi ti- şarı atın, taki sizə kömləgi atım; - Gülzar incili sehir anaxtarı olan
gərdənliyi tişarı atar, kömləgi alar; - Çirçilpaq Gülzar geyinir və
tişarı çıxır (59a,s.149). Azərbaycan dili şivələrində “cücərmək”
mənasında işlənən dişərmax (Ş.), dişərməg (Kr., Sab., S., Şr.),
dişərti (Qf.) sözünün tərkibində - ər şəklinə düşmüşdür.
- ğaru şəkilçisi digər türk dillərində də eyni inkişaf yolu keç-
mişdir: taşkarı (özbək), tışkarı (tatar), tıskarı (Qaraqalpaq), dış- kar (qumuq), tasxar (xakas), taşqar (Tuva), dışarı (türk), tışkara (şor) və s.