114
115
Əlbəttə, bu xüsusiyyəti bütün hallara aid etmək mümkün de-
yildir. Şivələrdə hal şəkilçilərinin əvəzlənməsinin qalmasını do-
ğuran müxtəlif səbəblər vardır. Ümumi olaraq, qeyd edə bilərik
ki, şivələrdə feillə idarənin müasir şəklindən fərqli qədim cəhət-
lərin qorunub saxlanması, eləcə də qoşmalarla idarənin dəyişmə-
si, inversiya hadisəsinin geniş yayılması ilə isimlə feil arasındakı
əlaqənin zəifləməsi hal formalarının qrammatik və məna cəhət-
dən əvəzlənməsini meydana çıxarır.
Adlıq hal yiyəlik hal mövqeyində; məs.: -
Vəzir gördüklərinin
hammısını şah da gördü (Qaz.); -
Kız oğlan
kozu düşdü, cibinnən
bir qeder “yaylıq” saldı yüzüna kol
koy düşsün (Zaq.); -
Oğlan
yazığı gəlib genə saldı öz surətinə (Nax.) və s.
Qədim abidələrdə: məs.:
Bodun boğazı tok erti “Xalqın bo-
ğazı tox idi” (Tonyukuk, cənub tərəf, 8-ci sətir); Çit yabanıŋ yer-
də Kaşuk taş bal “Sərhədin yabanı yerində Kaşuk daş balbalı”
(Yenisey, 34-cü abidə); Bizin
tenqrimiz edqüsi redni tiyür “Bizim
tanrımızın yaxşılığı cəvahirdir, deyirlər (Manixey poeziyası, 3-cü
mətn); Sürdi
həlalı yanına gəldi; Beyrək
Aruz qaqdığın burada
bildi (KDQ, s.82, 124);
Can əlimdən bənim ol qurtaramı (Dasta-
ni-Əhməd Hərami, s.69). Gecə-gündüz
mən onun hicrində yan-
maqdır işim (Xətai, s.66);
Bən yaxşı canum oynar isə zülfi yolına
(Q.Bürhanəddin, s.77);
Məktəb içində bular bir-birin (Y.Məddah,
s.150) və s. Bu xüsusiyyət digər türk dillərində (175,s.114), “Əs-
rarnamə” abidəsində (57,s.84-86), Kişvərinin “Divan”da da qey-
də alınmışdır.
Qədim bulqar kitabələrində əksər
məqamlarda yiyəlik hal
formal əlamətsiz işlənir; məs.:
Usman hiri
Harmas belüwi “Os-
man(ın) qızı Harmas(ın) məzar daşı (220,s.37).
Adlıq hal yönlük hal mövqeyində; məs.: - Mən bu iki diviziyanı
vətən kömək etmək üçün yığıram (Laç.); - Dağ getdi,
aran getdi
(Şəm.); - Özümə gora
mal baxıram (Bl.); - Görmürənmi
kişi bir söz
də:ndə özünnən çıxır (K.); - Sənə gələn ağrı
mənciyəz gəlsin (Q.).
Adlıq halın yönlük halı əvəz etməsi özbək və noqay dillərində,
türkmən dilinin sakar dialektində də mövcuddur:
Kolxoz kirmaü
əyağa durammasan (Qb.); - Öyə
ləmpə (tavan) vurdurasıyux, hey-
lə qaltdı, taxda tapbırux (Ş.); - Getdim gördüm, bir
diringə (toy)
var ki, gəl görəsən (B.) və s.
- zaman bildirməsi; məs.: - Onun üstün qar basır, qalır yaza,
yaz vaxtında açırıx üsdüni; - Buğdanı
payız bir dəfə suvarardıx,
onnan so:ra malalardıx (Nax.); -
Payız köçəndə dənin çıvığını qə:-
da
Qış yer don olor, buz olor (Qaz.);
- Yaz herix’ elirdix’, payız səperdix›, çüt qoşordux öküzdərı (Br.)
- qeyri - müəyyənlik bildirməsi; məs.: - Qız allaha duva eliyər
ki, qapı açilsin bi çölə çıxsın (Ş.); - Mal bu yolnan geder aradan
keçer (Qaz.); - Yarnax qazıf qartofu orə: töküllər də üsdünü tor-
paxle:llar (Zb.) və s.
- məkan bildirməsi; məs.: - İrəva (lobya əkmək üçün hazır-
lanan yer) düzəldəruğ, pəxləni əkəduğ, u yaxşi uladu (Qb.); - İki
tirə (lək) soğan ehmişdıx, hunnan un puta kimi soğan qazdıx (Ş.);
- Bu biri il köşdüg qışdağa; gördig ki, yatağ dolıb yımırteynən,
atleteg gətirdig, yımırtalari çəkdig qırağa (B.) və s.
Adlıq hal həmçinin başqa halların mənasını da ifadə edir.
Tarixən qədim olan bu xüsusiyyət türk dillərinin qrammatik qu-
ruluşunun inkişafı ilə tədricən məhdudlaşsa da, şivələrdə davam
etməkdədir. V.Aslanov bunu hal şəkilçilərinin formalaşması döv-
rünün əlaməti kimi izah edir: “Türk sistemli dillərdəki hal kateqo-
riyası, şübhəsiz, ayrı-ayrı sözlərin sözdüzəldici və sözdəyişdirici
şəkilçilər halına düşdüyü dövrdən təşəkkül tapmağa başlamışdır.
Məşhur türkoloqlardan O.Botlinq, K.Qrönberq və Q.İ.Ramstedt
göstərirlər ki, hələ qədim dövrlərdə türk sistemli dillərdə sözdə-
yişdirici şəkilçilərin o qədər də inkişaf etmədiyi bir dövrdə qey-
ri-müəyyən hal (adlıq) müasir dillərdə mövcud olan bütün halla-
rın mənasını ifadə edə bilirdi (7,s.101),
M. Qıpçaq adlıq halın digər halları, xüsusilə də yiyəlik və tə-
sirlik halları əvəz etməsini halların meydana çıxmadığı dövrün
qalığı kimi şərh edir, abidələrdə və müasir türk dillərində relikt
şəklində saxlanmasını göstərmişdir (167,s.72).