Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə70/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   66   67   68   69   70   71   72   73   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Yönlük hal əsas mənası ilə yanaşı, konkret aşağıdakı məna 
çalarları ifadə edir:
— istiqamət bildirir; məs.:- Bir gün o:çi Pirim oa gidədi o: o:-
liyadi (Qb.); — Mirzə bəy miner Quşcu kəndinə:ler (Qaz.); - Mə-
lix’məmməd də gəlir çıxır öylərinə (Tov.);- Götürür uşağı təndirə 
atır (Ş.) və s.
— hərəkətin obyektini bildirir; məs.:- Didim üşağa süd ver, 
üşağı atdı çaya (Ş.);- Düşdilər yola, gəzdilər, dolandılar, düşdilər 


122
123
Bu xüsusiyyət müasir türk dillərinin şivələri üçün səciyyəvi-
dir. Mərkəzi və qərbi Anadolu rayonlarının şivələrində təsirlik hal 
- a, qismən də - e şəkilçisi ilə düzəlir (127,s.247). Çuvaş dilində 
də yönlük və təsirlik hallar öz ifadəsini - a/- e, - na/ - ne şəkilçi-
sində tapmışdır. Qaqauz dilində sonu k ilə bitən sözlərdə yön-
lük və təsirlik hallar formal cəhətdən eyniyyət təşkil edir: sokaa 
“küçəyə, küçəni”, inaa “inəyə, inəyi” və s.
Yönlük hal yerlik hal mövqeyində: məs.: -Üş qardaş gediflər 
bir quyunun başına irasd oluflar (Tov.); - Gelip oturullar istalavo-
ya (İm.); - Tamam kəndə olannar gəlmişdi mə:m toyuma (Təb.); 
Məçitə uturup ad qazanıp (Q.); - Mən olərin üstə rəhbər olmişəm 
(Lən.); - Gamış suya yatıf, ulax toza ağnayır (Ağc.); - Sizin sayə-
nıza biz də gedif gördux Bakini (Ş.); - namərd vəzir padşahın 
libasına onun şəklində gəlir (İt.) və s.
Qədim abidələrdə; məs.: Önrə Kıtayda, bəriyə Tabğaçda, ku-
rıya Kurdanta, yıraya Oğuzda eki-üç bin sümiz, kəltəçimiz, bar 
mu nə ança ötüntim “Şərqdə Kıtayda, cənubda Tabğaçda, qərbdə 
Kurdanda, şimalda Oğuzda iki-üç min qoşunu- muz var, gələcə-
yik (deyiblər), buna sözün varmı? (Tonyukuk, cənub tərəf, 14-cü 
sətir); İdil yerimə bengü balbal “İdil yerimdə əbədi balbal (Yeni-
sey, 36-cı abidə); - Qədim bulqar dilinə aid mətnlərdə yönlük və 
yerlik hallar eyni qrammatik formaya malikdir; məs.: sıwne “su-
yuna”, vacne “başında” (220,s.8). Bir quru çayın üzərinə bir köpri 
yapdırmışdı; Sən sağ ol, xanım, Beyrək həqqə vasil oldı, “mənim 
qanım Aruza qalmasun” - dedi (KDQ, s.79, 125); Gəlib şəhr ucu-
na bir yerə qondu; Qızı gizlədilər saza (Dastani-Əhməd Hərami, 
s.53,74); Aşiq olan yar yolına yanə gərək- dür (Q.Bürhanəddin, 
s.49); Giribən çadırlara oturdular (Y.Məddah, s.153); Eylə sanur 
kim, uyur təxti - Süleyman üstünə (Kişvəri, s.308); Qul gərək ta-
nıda öz doğruluğun həq yoluna (Xətai, s.50); Aşiqlərə gizli qal-
madı hal (Füzuli, s.26).
Türk dilinin Qars dialektində (Lale gendi çadırna yatdı), öz-
bək dilinin Səmərqənd - Buxara şivələr qrupunda və karaim dilin-
də də yönlük hal yerlik halı əvəz edir (126,s.64;171,s.163).
var, iksi də var gəlsin (Təb.); -Mənim atama on uşak vardi (Zaq., 
Q.) (89,s. 289).
Qədim abidələrdə: məs.: Ben tenri elimkə elçisi ertim, altı bağ 
bodunka bəg ertim “Mən müqəddəs elimə elçi idim, altı qəbiləli 
xalqın bəyi idim (Yenisey, 1-ci abidə).
Yönlük hal təsirlik hal mövqeyində; məs.: - Bu, ceyrana vura-
dı (Dər.); - Dədəm mə: kor dedi, hər gələn adama vır dedi (Təb.); 
Maŋa kim bə:nər (bəyənər), kim gələr? (Laç.); - Döymə qapıma 
barmağnan, döyəllər qapua: toxmağnan (Ş.); - Mən saŋa inan-
derəm ki, bizim bu kətdən keçif gederdi dağa gedən (Qaz.); - Vur-
mışam ezinə (özünü) düz utusun (Q.) və s.
M.Şirəliyev Bakının Mərdəkan, Qala, Türkan və Zirə kənd şi-
vələrindəki bu xüsusiyyəti fars-tat dilinin təsiri kimi izah edir və 
marksizm-leninizm klassiklərinin bu barədəki fikrini xatırlatmağı 
lazım bilir: “F.Engels bu haqda belə qeyd edir: “Mən fars dilini öy-
rənməkdən ötrü özüm üçün maksimum üç həftə qoymuşam, çünki 
bu mənə nə qədər məlumdursa, yeganə bir dildir ki, burada mənə 
ilə məni arasında ziddiyyət yoxdur, çünki yönlük və təsirlik halı 
burada həmişə bir-birinin eynidir (90.s.143). Fars-tat dilinin təsi-
rini Bakının yuxarıda adları çəkilən şivələrində tez-tez işlədilən 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin