Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə69/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   65   66   67   68   69   70   71   72   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

yiyəlik hal aşağıdakı mənalara 
malikdir:
— müəyyənlik bildirir; məs.:- So:ra gəlif ağacin dibinə qızıl 
ühləriynən dəvə kərvanı gəlif yatar (Ş.);- Mən ölənnən so:ra ola-
rın davası iki qardaş bir-biriynən düşmiyə (Muğ.);- Birinci Xuray 
ulub kəndin qibləsində (Qb.); - Həkim di:r ki, arvadun naxoşlu-
ğunun dərmani armuddur (B.) və s.
— sahiblik bildirir;- Urdan həyvanun kəlləsinə güllə vuradı 
(Qb.); - Mirzə atının başını çəker əyləner (Qaz.);- Mövün dibinin 
torpağı gərəx› bir az nəm torpağınnan basdırırıx (Nax.) və s.
— qeyri-müəyyənlik bildirir; məs.: - Dedi ki, bir xan öyündə 
qonağ oldum (Br.); - O birisi cür də belə olur: cırcıp şüvünü uzu-
nuna yarırlar, yarılan yerə peyvast ağajın qabığına vırıllar (Nax.); 
Kət koxasi de:r kin bu pə:livanı kim aşıra bilər (Qk.); - Biz arvad 
damına girəni adam bilməz (Q.) və s.
Yiyəlik hal qədim dövrlərdən bu xüsusiyyəti daşımışdır; məs.: 
Kişi ara kirdim “xalq arasına girdim” (MK, I c., s.87); At ayağı 
külük, ozan dili çevik olur (KDQ, s.36).
Bu cəhətdən türkmən dilinin sakar dialekti Azərbaycan dili 
şivələri ilə uyğunluq təşkil edir; məs.: o:va arası “obanın arası” 
(169.s.123).
— bütöv və ya bütövün bir hissəsini bildirir; məs.: - Üç qız-
davam etmişdir (75,s.197).
Qədimdə olduğu kimi, müasir özbək dilində sarı qoşması ad-
lıq hallı sözlərə qoşulur (101,s.104).Xakas və şor dillərində, sarı 
qoşması yönlük hal şəkilçisinə çevrilmişdir: - saarı, - zaarı (şor); 
- sar, - ser, - zar, - zer (xakas).
təki//təkin qoşması. Şivələrdə bu qoşma adlıq hallı isimlərlə 
oxşama, bənzətmə məna çalarları bildirir və təki//teki//təkin va-
riantlarında çıxış edir; məs.: - De:r kin, o otaxlar təkin belə otax-
lar səndə yoxdu (Qaz.); - Ağzınnan tökülüy bal teki söz (Ş.); - 
İlanqılçığın qaqası soğan ekəlikdə olur, soğan təkin olur (Nax.).
Bu qoşmanın şivələrdəki forması və semantikası qədim şək-
linə uyğundur. Tarixi yazılı mənbələrdə təki//təkin qoşması bən-
zətmə ifadə edərkən yiyəlik halla yanaşı, adlıq halla da işlən-
mişdir; məs.:- Babək tək bəslədim daim gözümdə xali hindunı 
(Nəsimi);- Hər zaman divana tək dağlara düşdüm biqərar. El lalə 
təki piyalə nüşan (Xətai). 
kimi//kimin qoşması. Bənzətmə mənasında iki variantda ya-
yılmışdır; məs.: - Osman kimin oturuf duşman kimin baxan yar 
(Ş.); - No:lub una cəvair kimi qızdu (B.) və s.
— ilə (-nan, - nən) qoşması. Birgəlik məzmununda müxtə-
lif variantlarda işlənir; məs.: - Otu kərəntiynən piçerəm (Qaz.) - 
Orağnan biçillər, əlnən bafa bağliyillər (Ş.);- Corabı milnən toxı-
yarduğ ayağımıza giyməgə (Muğ.); - Gülşəni gəmnən döyürüx’ 
(Nax.) və s.
Azərbaycan ədəbi dilində ilə qoşması müəyyən yiyəlik halda 
olan əvəzliklərlə işlənir. Təbriz şivəsində şəxs əvəzlikləri adlıq 
halda “ilə” qoşması ilə də işlənə bilir; məs.: Sə:r tezdən obaş-
dannan sən ilə gərəx› gedəm üs kəndə və s. Buna M.Şəhriyarın 
dilində tez-tez rast gəlinir:
Mən cəhənnəmdə də baş yasdığa qoysam sən ilə
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim (Şəhriyar, s.91)
— üçün//çün qoşması. Səbəb, məqsəd məzmunlu üçün qoş-
ması adlıq hallı isimlərlə, yiyəlik hallı əvəzliklərlə işlənir; məs.: 
- Uşağlarçün dəfdər gəldi, qələm gəldi, kitab gəldi məkdəbə 


120
121
axşama (B.);- Mə:llim, dünən mən məxtəvə gəli:m(Qk.); - Meşiyə oduna edirəm (Şam.) və s.
— hərəkətin son nöqtəsini bildirir; məs.:- Məhəmməd şa: 
muni apardi qoydi məkdəbə; - Bu bir il köşdüg qışdağa (B.);- 
Həmin şeyləri yığıllar xonçiyə aparıllar qız öyinə (Nax.); - Oğlan 
öyünnən qız öyünə gedər elçi (Q.) və s.
— səbəb və məqsəd bildirir; məs.: - Didi karabaşlarına ket, 
narrı bağdan bir dəstə çubux getirin karın (qarını) dokmağa (Zaq.); 
- Deyir ki, gedirəm baxtımı tapbağa (G.) və s.
— oxşama, bənzətmə bildirir; məs.: - Hamısı özünə oxşardı 
(Nax.); - Kimsə atnan gəler, də:sən qavaxdə:lən Mirziyə oxşor 
(Qaz.) və s.
— dəyər, qiymət, ölçü bildirir; məs.: - Cedir üzüy alır, şirni 
alır, qənd alır, yaylığ alır, beş metrə ətləz alır (Ord.);- İgirmi ma:-
ta aldım (B.) və s.
— vaxt bildirir; məs.: - Bir aylığa gedib (B.); - İ:rmi günə 
gəldi dəryanın qırağına (G.) və s.
— vaxtın son mərhələsini bildirir; məs.: - Hamma axşama bi 
ağaca çatdım (Sab.); - Ala-torannan işdərdix’ zingiriyə (qaranlıq 
düşənə) qədər boşdamazdılar (Çəm.);-Sabahsına alan aldı, ühləri 
tutdux düşdüx’ yola (Cul.) və s.
Yönlük hal semantik baxımdan çoxcəhətlidir. Bunu yönlük 
halın qrammatik əlamətinin digər halların əvəz etməsində də gör-
mək olar:
Yönlük hal adlıq hal mövqeyində; məs.: - Mən bu qün ova get-
mağa isdəyirəm (Zaq.);-Qayıdıf gedif deyif kin, şah sağ olsun, bir 
qapı döyü, hamsında nişana var (Br.);-Sağ olsun, mını saxlayan 
arvada, hindiyəcən saxleyıb (Şam.) və s.
Qədim abidələrdə; məs.: Tenri elimkə başda bəgimkə bökmə-
dim, sizimə kırk yaşımda kaçdım “Müqəddəs elimdən başda bə-
yim (olmaqla) doymadım (Yenisey, 16-cı abidə).
Yönlük halın qrammatik formasının yiyəlik halı əvəz etməsi
Təbriz, Zaqatala və Qax şivələrində mənsubiyyət şəkilçili sözlər-
dən sonra baş verir; məs.:-Həsən ağa:n olğuna toyidi öydə bi də 
darın biri gəldi (Dm.);- Bir də xavar tutdux kun uşaqların beşi sı-
nıxıf da (gizlənib) meşədə qalıb (Zb); - Tüşüfdü iki yüz qoyunun 
əllisi can qalmamışdı (Br.) və s.
— məkan bildirir; məs.: — Gəler andır yatağın dalınnan eşer 
(Br.);- Burdan Hacı Qurbanın öynü yandırdılar (Ş.) və s.
— insanlar arasında qohumluq münasibətləri bildirir; məs.:- 
Məlix’məmməd bəyin qızına de:r ki, get bir xançal, bir qılış gəti 
(Tov.);- Anasiynən bu qonşi arvadı gedəllər qızın anasına - sənin 
qızu:n dədəsinə diyərsən ki, isseyirux, o da ərnə deyər (Sab.) və s.
Bildiyimiz kimi, yiyəlik hal digər hallardan fərqli olaraq, 
isimlərlə idarə olunur. Xüsusilə birləşmə daxilində təzahür etmə-
si digər halların mövqeyində çıxış etməsini məhdudlaşdırmışdır. 
Lakin şivələrdə az da olsa, yiyəlik halın digər halları əvəz etmə-
sinə rast gəlinir:
Yiyəlik hal yönlük hal mövqeyində; məs.: - Mən də atamın 
müfəssəl hammını yığdım təziyə tuttum (Təb.).
Qədim abidələrdə; məs.: Yüz ər kadaşım uyarım üçün yüz 
ərən (ə) lik öküzün təgdük üçün adırıldım “Yüz igid dostum güc-
lü olduğu üçün, yüz ərən əlli öküzə hücum etdiyi üçün ayrıldım 
(Yenisey, 10-cu abidə);
Yiyəlik hal təsirlik hal mövqeyində; məs.:- Yüzlərlə inəgin qo-
yıb mə:nkini aparıb, colma-cocuqlari ac qoyıb (İs.);-Sənin vəzir-
rərin menin masxara eliyib, cibimə belə şey doldurublar (Zaq.); 
- Əmma hindi sö:bətdərin yarımçılıq qaldi (Təb.).
Qədim abidələrdə; məs.: Üç oğlanımın ulğaturu umadım “Üç 
oğlanımı böyütməyi bacarmadım” (Yenisey, 47-ci abidə)

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin