Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə65/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   61   62   63   64   65   66   67   68   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Arxaik hal formaları
- ın, - in. Qədim alət halın –ın,-in şəkilçisi arxaikləşmiş, dildə 
onun yerini birlə, ilə qoşması tutmuşdur. Azərbaycan ədəbi dilin-
də XX əsrin ortalarından etibarən halların sırasından çıxarılsa da, 
müasir qazax, qaraçay - balkar, xakas, şor, çuvaş və yakut dillə-
rində alət hal ədəbi dil səviyyəsində saxlanılır. Bəzi türk dillərin-
də və şivələrində, o cümlədən də Azərbaycan dili şivələrində alət 
halın qədim - ın, - in şəkilçisi daha çox zaman bildirən sözlərin 
tərkibində qorunub saxlanmış və zərf yaradıcılığına xidmət edir; 
məs.: - Yayı burda qalmışdım; - Payızı malımız elə irəmələrdolor 
(Şəm.); - Qışın köçüf gedillər qoyunu qışdaxda bəsde:llər; - Yazın 
qayıdıf gəlif ova (alaçıq) quruf orda yaşayıllar; - Bırda yanvarı, 
fevralı havalar çox sərt keçir (Qk., K., Zb.) və s.
Ən qədim türk yazılı abidələrində birgəlik mənası alət halın 
-ın, - in şəkilçisi və birle qoşması ilə ifadə edilmişdir; məs.: - Ka-
nım kağan yiti yəqirmi erin taşıkmıs “Xan atam on yeddi döyüşçü 
ilə sərhədi aşmış” (KT, şərq tərəfi, 11-ci sətir); - Bu yirdə olu-
rup tabğaç bodun birlə tüzəltim “Bu yerdə oturub tabğaç xalqı ilə 
düzəlt- dim” (KT, cənub tərəfi, 4-cü sətir). Tədricən birlə qoşma-
sının fəallığının artması ilə alət halın birgəlik semantikası arxaik-
ləşmişdir. Azərbaycan dili şivələrində - ın, - in şəkilçisi bununla 
bağlı adverbiallaşmış sözlərin tərkibində qalmışdır.


112
113
semantika ikinci sayılır. Lakin halları ayrılıqda götürülmüş sin-
taktik və ya semantik xüsusiyyətlərə görə müəyyənləşdirmək
qruplara bölmək mümkün deyildir. Adlıq, yiyəlik və təsir- lik 
hallar qeyri-müəyyənlik bildirməsinə görə bir-birinə oxşayırsa, 
digər semantik və sintaktik əlamətlərinə görə fərqlənir. Yönlük, 
yerlik və çıxışlıq hallar eyni sintaktik funksiyada çıxış edir, lakin 
yönlük hal istiqamət, yerlik hal yer, çıxışlıq hal başlanğıc yeri 
bildirməklə bir-birindən fərqli səciyyəvilik kəsb edir. Buna görə 
də hal paradiqmasında hər iki mühüm əlamət vəhdət təşkil edir. 
Türkologiyada ənənəvi olaraq, hallar qrammatik - semantik xü-
susiyyətlərinə görə, iki qrupa bölünür: qrammatik (adlıq, yiyəlik, 
təsirlik) və məkani (yönlük, yerlik, çıxışlıq) hallar. Qrammatik 
halların müəyyənləşməsində sintaktik xüsusiyyətlər, məkani hal-
larda isə semantika əsas götürülmüşdür (148,s.51). Bu bölgü şərti 
xarakter daşıyır. Əvvələn, bütün hallar qrammatik xüsusiyyətlərə 
malik olduğundan türkologiyada məkani halları “məkani-qram-
matik hallar” adlandırmaq meyli də vardır (100,s.142). Lakin bu 
da məsələnin tam elmi həlli demək deyildir. Yönlük hal iki qrup 
arasında aralıq mövqe tutur. “Yönlük hal həm vasitəli obyekt və 
məqsəd (qrammatik mənası), həm də hərəkətin icrasının son yeri-
ni (məkan mənası) bildirir (147,s.54-55). Buna baxmayaraq, yön-
lük hal məkani hallara daxil edilir. Eyni vəziyyət təsirlik halda da 
nəzərə çarpır: “Azərbaycan dilində sözün lüğəvi mənası ilə əlaqə-
dar olaraq, ismin hallarının hamısı, birində qüvvətli, o birində zəif 
olmaqla, bu mənanı ifadə edə bilir. Tam qrammatik adlandırılan, 
müstəqil obyekt bildirən təsirlik hal, şəhəri gəzdim cümləsində 
məkan mənalıdır (87,s.236). Şivələrdə qrammatik halların mə-
kani və ya məkani halların qrammatik halların mövqeyində iş-
lənməsini nəzərə almasaq, bu bölgünün şivələrin tədqiqinə tətbiq 
olunması məqsədəuyğundur.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin