Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə71/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   67   68   69   70   71   72   73   74   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

məni so:ğdu, məni istidu cümlələrinə aid etmək olar. Yönlük və 
təsirlik halların bir-birini əvəz etməsi Azərbaycan dilində təsirli 
və təsirsiz feillərlə münasibətdə reallaşır; hər iki hal eyni obyekt 
və məna bildirir; məs.: Ceyranı güllələdi və ya Ceyrana güllə atdı; 
Divarı rənglədilər və ya Divara rəng çəkdilər və s. Şivələrdə isə 
bu hadisə hər iki feil növü ilə əlaqədə üzə çıxır. Bu hadisənin in-
tensivliyini daha çox inversiya hadisəsinin nəticəsi hesab etmək 
olar. Söz sırasının dəyişkənliyi ilə isimlə aid olduğu söz arasındakı 
əlaqə zəifləyir və bununla da hal şəkilçiləri əvəzlənir.
Qədim abidələrdə; məs.: Beq yağıka pusdu “Bəy düşməni 
pusdu” (MK, II c., s.10); Qazana çağırıb “Mərə qavat, sən mə-
nim qırımımsan, sən gəl bərü!” dedi; Həm “oğlın gəldi” deyü 
Aruza muştladı (KDQ, s.100, 126); Qamusu atdan aşağı endilər 
(Y.Məddah, s.153).


124
125
Qazana gəlmədilər, ədavət eylədilər; Əlbətdə, tayım Aruz mana 
gəlsün - dedi; Qazan bəgə gəldilər, sarıqların yerə urdılar (KQD, 
s.123, 125); Bu gəz sultan durub gəldi qızına (Dastani-Əhməd 
Hərami, s.38); Qamusı mana gəlürlər qəm yemə (Əsrar-namə); 
Ağlayu atalarına gəldilər (Zərif, s.220) və s. Maraqlıdır ki, bu 
hadisə müasir türk ədəbi dilində norma səviyyəsindədir; məs.: 
Cevdet babasının tüfengini alıp Ömere gitti.
Müasir Azərbaycan ədəbi dilində bir sıra qoşmaların ifadə et-
diyi mənalar şivələrdə yönlük halla bildirilir:
— ilə qoşmasını əvəz edir; məs.: - Küzürüyü dört yannan 
çəpərə örəllər (Br.).
— ötrü qoşmasını əvəz edir; məs.: - Sovxozda bir Jora buğa 
varıydı, hamı inəyni o:n yanna aparırdı sürdürməyə (Qard.)
üçün qoşmasını əvəz edir; məs.: — Sonra danıya dağda ay-
rellər xalxal (Br.); -Şan qoymağ isde:rəm oğluma (Qaz.);-İbaris 
vəl gəzir sürməyə (Qard.); - Də:rman kalxozçulara işdi: r hindi 
(Muğ.); - Sonra pütün buraları ojağa kəsdilər, yox elədilər (Dm.); 
- Gəti uşağa bir partal salyassın (Ş.) və s.
Yönlük halın qrammatik forması - a (-ya) yer, istiqamət məz-
mununda sabitləşsə də, onun semantikasında səbəb, məqsəd mə-
nasının olması da aydınlaşır. Tunqus dilinin dialektlərində yönlük 
hal - qa, - ha, - ka şəkilçiləri ilə əmələ gəlir. Həmin qrupa daxil 
olan even dilində isə “qa” ünsürü “üçün” mənası bildirir (177, 
s.41).
— görə qoşmasını əvəz edir; məs.: -Hənfeydi adı, so:ra Qaraş 
oldı, qara oldığına (Muğ.); - Şavalıt ağacı çox olduğuna una (kən-
də) Şavalıt deyifdilər (Ş.); - Yağış yağdığına hava sərindi (İm.); 
- Neçə illərəcan biz işgəncə çəx’dix’ orda, Cəmşidin bırda olma-
ğına (Təb.).
Zaqatala və Dmanisi şivələrində ötrü//ötəri qoşması yönlük hal-
lı məsdərlərlə işlənir; məs.: - İneg almağa ötəri getmişdıx bazara 
(Zaq.); - Qız getdi bulağa usuyu doldurmağa: ötrü (Dm.) və s.
Ədəbi dildə və bəzi şivələrdə sarı, tərəf qoşmaları yönlük hal-
la idarə olunur. Bir sıra şivələrdə yönlük hal şəkilçisi ismə deyil, 
Yönlük hal çıxışlıq hal mövqeyində; məs.: - Qıymatdı söz da-
nışana xoşum qəli həməvvax (Gəd.); - Paltarı şəlitə asmışdım 
(Ağc.); - Bayrama xoşım gəlir; - Mə:m o mə:llimə xoşım gəlir 
(S.) və s.
Qədim abidələrdə; məs.: Türk bodun kanın bolmayın Tabğaç-
ka adırıltı, kanlantı “Xanı olmayan türk xalqı Tabğaçdan ayrıldı, 
xanlandı (Tonyukuk, qərb tərəf, 2-ci sətir), Tenri ilimkə bökmə-
dim “Mən müqəddəs elimdən doymadım. (Yenisey, 3-cü abidə) 
Kuydakı kunçuyımğa adırıldım “Saraydakı xanımımdan ayrıldım 
(Yenisey, 6-cı abidə); Kıv kolur biz yaruk tenqrilərkə “Səadət 
dilərik biz nurlu tanrılardan” (Manixey poeziyası, 2-ci mətn); 
Karı öküz balduka korkmaz “Yaşlı öküz baltadan qorxmaz” (MK, 
III c., s.422); Bayındır xanın bəxşişin öginə dökdi. Xana küsdi 
(KDQ, s.105); Sordi ana ki, səbamisən sən? (Xətai, s.9); Hər kim 
sorar olsa Qeysə bir raz (Füzuli, s.25).
Yönlük halın hər üç halın mövqeyində çıxış etməsi qədim 
və orta əsrlər türk yazılı abidələrində intensiv şəkildə olmuşdur. 
Orxon-Yenisey, M.Kaşğarinin “Divan”ı, Kitabi-Dədə Qorqud
Şühədənamə, Əsrarnamə, Dastani-Əhməd Hərami kimi möh-
təşəm abidələrdə, klassiklərin əsərlərində yönlük halın semantik 
yükü ağır olmuş, ədəbi dildə qrammatik normaların sabitləşməsi 
ilə bir sıra mənalardan azad olmuş və XVIII əsrdən sonra əvvəlki 
mövqeyini folklor nümunələrində və şivələrdə saxlamışdır.
Yönlük halın yiyəlik halı əvəz etməsi digər hallardan fərqli 
şikildə baş verir. Üçüncü növ söz birləşməsinin ikinci tərəfindəki 
“yan” sözü düşür, birinci tərəfdəki isim yönlük hal şəkilçisi qəbul 
edir; məs.: - Uşağı götirdilər apardı haman uzağ vilayətdə olan dos-
sına (Sab.); - Paç:ccax əzənçiyə geyif Müseyivin sirini una söyliyir 
(Ş.); - Kişi burdan da getdi, getdi çatdı haman şirə (G.) və s.
Bu xüsusiyyət yazılı abidələrimiz üçün də yad deyildir; məs.: 
Beş yegirmi yaşımda tabğaç kanka bardım “On beş yaşımda Ta-
bğaç xanının yanına getdim”, Ərdəmin üçün il arada Kara kan-
ka barıpan “İgidliyin üçün el arasında Qara xanın yanına gedib” 
(Yenisey, 11 və 30-cu mətnlər). İttifaqı cəmi Taş Oğuz bəgləri 


126
127
hər biriniz bir qurban eyləyiniz (Şühədanamə); Evi sarı eylədi ani 
rəvan (Əmani) və s.
Təsirlik hal yerlik hal mövqeyində; məs.: - Biz helə yazı-yayı 
işliyrıx, qışı oturuf yiyirıx (Ş.); - Payızı əkeller, sonra da alasını 
çəkellər toxoynan (Qaz.) və s.
Təsirlik hal çıxışlıq hal mövqeyində; məs.: - Bi kəndin adami 
var şə:rdə, oni bi i:rmi dana bağlir gətirir qoyır şə:rdə (Təb.).
Qədim abidələrdə; məs.: Beyrəgin saqqalını bərk tutdı, bəg-
lərə baqdı (KDQ, s.125).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin