98
99
Türk dilinin Anadolu (Bartına, Zonquldak) və Kastomonlu
şivələrində, Xalac dialektində -
iy şəkilçisi isimlərdə müşahidə
olunmuşdur; məs.: -
Padşahıy bi o:lu varmış; -
Sarayıy qarşisin-
da da bi çeşmə varmış (127,s.242),
haviy “evin”,
babasınıy oğli
(204,s.24).
Yiyəlik halın son iki forması (-
yın
4
, - iy) ŋ - y səslərinin uy-
ğunluğu əsasında meydana çıxmışdır. Dil arxası, yumşaq damaq
samiti (velyar ŋ) əmələ gəlmə yerinə görə
k, q samitləri (dil önü
- ditarxası n samiti isə t, d samitləri ilə) ilə eyni məxrəcə malikdir.
Dialekt fonetikasında ŋ səsi
v samiti kimi daralaraq
y səsinə
də keçə bilir. Adi
n səsi velyar ŋ səsindən fizioloji-akustik təbiə-
tinə görə, fərqləndiyindən, onun
y səsinə keçməsi, demək olar ki,
mümkün deyildir. Türk tayfa dilləri arasında ŋ - y səsuyğunlu-
ğunu M.Kaşğari də qeyd etmişdir. O, göstərir ki, arqu və bulqar-
ların
ŋ ilə söylədii kəlmələri digər türklər
y ilə tələffüz edirlər;
məs.:
koŋ - koy “qoyun”,
kaŋak - kayak “qaymaq”,
kaŋda-kayda
“harada”,
kayu “hanı” (MK, I c., s.383; III c., s.140, 173, 218).
B.Serebrennikov və N.Hacıyeva ŋ - y səs uyğunluğunun ğ səsi-
nin vasitəsilə (
n >ğ>y) baş verməsini sübut edirlər:
səŋük//süŋək
“sümük”,
seyek (qazax, tatar),
süyek (qumuq),
müŋüz “buynuz”,
meyiz (qazax),
müyüz (qumuq) (182, s.70).
-
ıq, - iq, - uq, - üq. Şəmkir (Dəllər, Düyərli, Tatar, Zəyəm)
və Basarkeçər (Məzrə kəndi) şivələrində
yiyəlik halda isim və
əvəzliklər - ıq
4
(samitlə bitən sözlərdə), -
nıq
4
(saitlə bitən söz-
lərdə) şəkilçisini qəbul edir; məs.: -
Atıq əlində bir sa: tdıx yoldu;
-
Dəyəniq (alaçıq) ağaşdarını mən verrəm; -
Körpünüq üsdündə
yaman səs-küy var (Şəm.), -
Onuq əlinnən köçəşmədix’ < köçə
bilmədik; -
Dəniziq qıra: na çoxlu daş - dəmbə ə: tirdix’› (Bk.).
Hər iki şivənin tədqiqatçılarının fikrincə, -
ıq
4
şəkilçisinin tər-
kibindəki q ünsürü qədim
“nq” birləşməsinin tərkib hissələrinə
parçalanması nəticəsində meydana çıxmışdır (141, s.8;63,s.73).
Alimlər M.Şirəliyevin velyar ŋ səsinin mənşəyi barədə fikrinə
əsaslanmışlar.
Onun fikrinə görə, velyar ŋ səsinin qədim şəkli
nq//nğ -nın parçalanması nəticəsində
oğuz tipli türk dillərində
Təbriz şivələrində və mənsubiyyətli hallanmada işlənməsi bu fik-
ri şübhə altına alır.
Bu şəkilçinin mənşəyinə iki mövqedən yanaşmaq olar; yiyəlik
hal şəkilçisinin sonuncu
n səsi düşmüş variantı və ya qədim for-
manın izi kimi izah etmək olar. Qədim və müasir dillərdə, eləcə
də şivələrdə bu şəkilçi daha çox sonu
n və saitlə bitən sözlərdə
təzahür edir. Bu da
n səsindən sonra saitin burunlaşmasına səbəb
olur
və nəticədə - i/ni/ forması meydana çıxır.
- yın, - yin, - yun, - yün. Qarakilsə (Ərəfsə kənd şivəsi), Zən-
gilan (Şatarız və Ağbis kənd şivələri), Dmanisi, Qardabani, Cə-
lilabad (Şıxlar kənd şivəsi) şivələrində sonu saitlə bitən sözlərdə
yiyəlik hal şəkilçisi -
yın, - yin, - yun, - yün şəklində olur; məs.:
Ərəfsiyin, Ağciyin, anayın, quzuyun (Qk.),
danayın, quzuyun,
çömçüyün (Zən.),
almeyin, təpeyin, torbuyun (Dm.),
qağeyin
“qardaş”,
dəreyin, torbeyin (Cəl.),
taviyin, dəriyin “dərə”,
düyü-
yün “düyə” (Qard.) və s.
-
yin şəkilçisi qaqauz və türk dillərində də qeydə alınmışdır
(197,s.30). Krım-tatar
dilində yiyəlik halda - yun (yın) şəkilçi
məhdud dairədə yayılmışdır( 178, s.186). Çuvaş dilində isə sonu
i saiti ilə bitən sözlər yiyəlik halda tam -
yen formasını qəbul edir
(168,s.64).
- iy. Təbriz şivəsində sonu samitlə bitən isimlərdə nəzərə çar-
pır; məs.: - O
kəndiy adamlari muharibədən so:ra gəliplə; Hamma
o
nənəlığıy uşaxlari bizim kimin xoşbəx dəyil; - Bizim
kimiy sə-
mimi dəyillə və s.
Bu şəkilçi şimal - şərq şivələrində və İraq türkmanlarının şi-
vəsində şəxs əvəzliklərinin yiyəlik halında işlənir; məs.: -
Sənüy
atoy adı nədi?; -
Onuy işin mən bilmərəm (L.);
səniy, biziy (İt.)
(62,s.32).
Müasir türk və türkmən (Xasarlı şivəsi)
dillərinin Xorasan
(Xasar şivəsi) türkcəsinin bəzi şivələrində şəxs əvəzliklərində
qeydə alınmışdır; məs.:
səniy (215, s.121),
məniy, səniy, onıy
(200,s.250),
manuy (205,s.161).
100
101
mənşəyini belə əsaslandırır: - ık, - ik, - uk, - ük şəkilçisinin ikinci
tərkib hissəsi olan
k səsi nq fonemində başqa bir tarixi inkişafın
nəticəsidir. Burada qədim
nq//nğ səsindən
n səsi düşmüş və qalan
q/ğ səsi karlaşaraq
k samitinə çevrilmişdir. Çünki cingiltili
q sə-
sinin karlaşaraq
k səsinə çevrilməsi ayrım şivəsinin əsas fonetik
xüsusiyyətlərindəndir (62,s.30-31). Gədəbəy şivəsinin tədqiqat-
çısı B.Sadıqov başqa türk dillərində hələlik müşahidə olunmayan
bu xüsusiyyəti qıpçaq əlaməti hesab edir (86,s.15-16).
Yuxarıdakı şərhlərdə
nq hərfbirləşməsinin velyar ŋ səsinin
tələffüz şəkli olmasına işarə eləmişik. -
ık
4
şəkilçisindəki
k ünsü-
rünün də
n- q səsuyğunluğu vasitəsilə dialekt nitqinə yol tapmış-
dır. Bu şəkilçi ayrım şivəsində - ıŋ şəkilçisi ilə paralel işlənərək
məhdud arealda saxlanmışdır. - ık şəkilçisinin geniş yayılmaması
dilarxası, partlayan, kar -
k səsinin fonetik təbiətindən və dilimi-
zin fonetik sisteminə yad olmasından irəli gəlir. Azərbaycan dili
şivələrində -
k səsinə
q səsi (qərb qrupu şivələri),
k səsi (Zaqa-
tala - Qax) və x səsləri uyğundur.
Orxon-Yenisey mətnlərində,
M.Kaşğarinin lüğətində və müasir oğuz qrupu dillərində söz so-
nunda
k səsinin (konak “ev”, uşak, yarak) üstünlüyü qədim türk
xüsusiyyəti olmasını göstərir. Bunun qədim xüsusiyyətləri müha-
fizə edən ayrım şivəsində qalması da təbii haldır. ŋ//nq - k səs uy-
ğunluğu yakut dilinin şivələrində məhdud dairədə saxlanmışdır:
məs.: эриэнгэс> эриэккэс (222,s.84).
Dostları ilə paylaş: