Azerbaijan republic western caspian university



Yüklə 97,05 Kb.
tarix10.12.2022
ölçüsü97,05 Kb.
#73701
musa - Kopya (3) - Kopya - Kopya - Kopya






AZERBAIJAN REPUBLIC
WESTERN CASPIAN UNIVERSITY





Faculty: Social and Politcal


Profession: History


Group: 132 T(ing)


Student: Aliyev Nicat


Subject: Source Study


Teacher: Nurlan Nasirov


Topic: “History of Albania” by Moisey Kalankatuklu as a source for the history of Azerbaijan
Mündəricat
Giriş...............................................................................3
Əsər və Yazar Haqqında……………………………………………3
Cavanşirin İmperatora Məktubu……….……………………..5
Xəzərlərin Yürüyüşü…………………......…………..………….…6
Bizans İmperatorunun İrana Gəlməsi..………………………….7
Varaz Trdatın Hakimiyətə gəlməsi...…………..………….…9
Erməni katalikosunun məktubu.......…………..………….10
Xəlifədən Cavab Məktubu.…………...……….…..………….10
Nəticə....................…………………......…………..…………..11
Mənbələr…………………......…………..………….…..............11
Nələr Öyrəndim.....…………………......…………..…………...12

Giriş

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasihüquqi qaynaqlarda, sənədlərdə yaşayır.Multikulturalizm ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir.Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir.


Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının bəndlərində, qanunvericilik aktlarında, fərman və sərəncamlarda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmiş-Dir. Respublikamızda “Multikulturalizm ili”nin elan edilməsi mədəni Müxtəliflik, birgə əməkdaşlıq, inteqrasiya, tolerantlıq və dözümlülük Tendensiyasına diqqətin artırılması ilə müşayət olunur.
Qeyd etmə-Liyik ki, cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə multikultura-Lizmə marağın artması ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə Bağlıdır. Bu mənada İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən Bakı-Da keçirilən və artıq ümumdünya ənənə halını almış “Bakı Beynəlxalq Humanitar Forumu”, “Mədəniyyətlərarası dialoq forumu”, 2008-ci İldə əsası qoyulan “Bakı prosesi” və digər mötəbər beynəlxalq konf-Ranslar xüsusi əhəmiyyət kəsb edir. Bu forumların təşkilində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu var-Dır. Görünən odur ki, müasir dövrdə miqrasiya, terror, müxtəlif döv-Lətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik,tolerantlıq və zorakılıq kimi ziddiyyətlərin həlli məsələsi daha çox aktuallıq kəsb edir və yaxın gələcəkdə də bu məsələlər aktual olaraq qalacaqdır. Bu baxımdan multikulturalizm siyasətinin davam etdiril-məsi müasir cəmiyyətlərdə mədəni inteqrasiyanın və mədəni dəyərlə-rin necə yönləndiriləcəyi ilə bağlı məsələlərdir.Müasir dövrdə hər bir toplumun mədəniyyətinin göstəricisi kimi, müxtəliflik təkzib edilməz fakt olaraq qəbul edilir. Eyni zamanda, bu etiraf müxtəlif mədəniyyətlər arasında sülh və inteqrasiyanın əldə olunma yollarının axtarışında əsas şərtdir. Bu və ya digər ölkələrin mədəni müxtəlifliyinin, müxtəlif tarixi mərhələlərdə mədəniyyətlərin inteqrasiyasının və qarşılıqlı təsirinin dərk olunması üçün lokal mədəniyyətlərin qarşılıqlı təsirlərində fəlsəfə tarixinin, məntiqin, fərdi və universal dialektikanın, eləcə də universal mədəniyyətin, etika və tolerantlığın tərbiyə edilməsinin dərk olunması Məqsədi ilə mənbələrə yenidən nəzər yetirmək lazımdır.Müasir dünyada hər bir xalqın mədəniyyətində multikultu-ralizmin iki fəlsəfi mənası vardır ki, biri birlik, digəri isə müxtəliflik kimi qəbul edilir.
Azərbaycanın mədəni müxtəlifliliyi “Azərbaycançı-lıq” ideologiyasının əsasında formalaşmışdır. Bu ideologiya mədəniy-yətimizin bütün xüsusiyyət və komponentlərini özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyev bu ideologiyada mədəni müxtəlif-iliyin əsaslarını xüsusi olaraq vurğulayıb. Ulu Öndər həmçinin he-sab edirdi ki, qədim Azərbaycanda ayrı-ayrı xalqların özünəməxsus xüsusiyyətlərini müəyyənləşdirmək mümkündür. Çünki, bu xüsusiy-yətlər həmin xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində də öz əksni tapır. Qeyd olunmalıdır ki, həyat tərzi və dini dünya görüşümüzdəki mədəni müxtəliflik ölkəmizdə yaşa-yan xalqların təkcə dini inanclarında deyil, həm də Azərbaycanın mütəfəkkir və filosoflarının yaradıcılığında da əsas prioritet xətt kimi Təzahür edir.
Qədim dövrlərdən bugünə qədər Azərbaycan tarixinin müxtəlif zamanlarında mövcud olmuş mədəni təsirlənməni müşahidə etmək mümkündür və bu proses yalnız İran, Rusiya və Türkiyə Kimi qonşu dövlətlər fenomeni ilə deyil, eləcə də başqa dünya xalqla-rının mədəniyyətləri ilə sıx əlaqəlidir. Burada “təsirlənmə” anlayışının əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.
Çünki, müxtəlif mədəniyyətlə Azərbaycan mədəniyyətinə, Azərbaycan mədəniyyəti isə öz Növbəsində başqa ölkələrin mədəniyyətinə təsir etmişdir.Bu məsələlərin aktuallığı “Azərbaycan multikulturalizmi-nin ədəbi-bədii qaynaqları” ilə yanaşı, həm də “elmi-fəlsəfi və icti-mai-publisistik qaynaqları”nı əhatə edən antologiyada daha aydın əkildə görünür. Xüsusən də, elmi ənənədə qəbul edilmiş mədəni müxtəlifliyin qədim zamanlardan indiki dövrə qədər təsvir edil-məsi böyük əhəmiyyət kəsb edir.
Təqdim olunan antologiyada bütün bu prinsiplər Azərbaycanın orta əsr alim və filosoflarından Bəhmənyar əlAzərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani, Seyid Yəhya Bakuvi, Məhəmməd Füzuli, Fətullah Şirvani və başqalarının yaradıcılı-ğında əks olunmuşdur. İctimai-publisistik kontekstdə multikultural və tolerant ideyalar qabarıq şəkildə XVIII, XIX və XX əsrin əvvəllərində yaşamış filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində daha aydın görünür. Məsələn, Mirzə Kazım bəy müxtəlif millətlərin mədəniyyətini daha yaxşı anlamaq üçün mədəniyyətlərin vəhdəti və eləcə də, onların müqayisəli təhlilləri-nin aparılması zərurəti haqqında söhbət açır. Seyid Əzim Şirva-ni müxtəlif mədəniyyətlərin təmsilçiləri arasında harmoniyanın vacibliyini vurğulayır. Eyni zamanda bu antologiyada A.Bakıxa-novun, M.F.Axundzadənin, Həsən bəy Zərdabinin, Firudin bəy Köçərlinin, Əlibəy Hüseynzadənin, Məhəmmədəmin Rəsulzadə-nin, Ceyhun Hacıbəylinin və başqa ictimai xadimlərin əsərlərin dən hissələr təqdim olunur.
Qeyd edilməlidir ki, multikulturalizm ideyalarının yayılmasında təkcə alimlər və filosoflar deyil, həm də səyyahlar, bu və ya digər səviyyədə əxlaqi və ictimai məsələlərlə maraqlanan publisistlər də böyük rol oynamışdı .Azərbaycan müxtəlif etnosların, konfessiyaların tarixən birgə yaşadıqları məkandır. Bu gün də ölkəmiz tolerant dəyərlərə üstünlük verir və mədəni müxtəlifliyin yaşandığı yer kimi dünyaya səs salmışdır. Bununla belə, aydındır ki, stabilliyi, təhlükəsizliyi və mədəniyyətlərarası Sülhü qorumaq üçün xarici təhdid və təsirlərə də reaksiya vermək lazımdır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmlş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir.
Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm – cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudiyyətidir. Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi cəhətdən əritmək, yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi dövlətlər mövcuddur.Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. Bu məqsədlə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi tərəfindən indiyədək 4 virtual dəyirmi masa təşkil olunmuşdur.
“Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası”, “Multikultural təhlükəsizlik”, “Xarici ölkə universitetlərində “Azərbaycan multikkulturalizmi” fənninin tədrisi: problemlər və perspektivlər”, “Azərbaycana maraq Azərbaycana məhəbbətə çevrilir (Azərbaycan multikulturalizmi yerli və əcnəbi tələbələrin gözü ilə)” mövzusunda olan bu dəyirmi masaların materialları Azərbaycan, rus və ingilis dillərində dərc edilərək ölkə daxilində və xaricdə paylanmışdır.Virtual dəyirmi masalarda Braziliyadan, Amerikadan, İtaliyadan, Litvadan, Bolqarıstandan, Türkiyədən, Rusiyadan, Gürcüstandan, Misirdən, İordaniyadan və başqa ölkələrdən tanınmış alimlər, ictimai xadimlər və tələbələr iştirak etmişlər.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qış və yay məktəbləri layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.
“Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində həyata keçirilmişdir 2016-cı ildə “Azərbaycan multikkulturalizminin qaynaqları” seriyasından “Azərbaycan multikkulturalizminin ədəbi-bədii qaynaqları” kitabı işıq üzü görmüşdür. Kitabda görkəmli Azərbaycan ədiblərinin əsərlərində bədii ifadəsini tapan çoxəsrlik multikultural dəyərlər və tolerantlıq ənənələri öz əksini tapmışdır. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında çıxış edən Prezident İlham Əliyev demişdir: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə olaraq bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu, gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz bu bölgədə öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq.” Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.
Xidmətin əsas məqsəd və məramı ölkəmizdə mövcud olan milli müxtəlifliyin qorunub saxlanması, ölkəmizdəki milli azlıqların hüquq və azadlıqlarının dövlət təminatının, milli azlıqlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi, ölkəmizdəki multikultural mçühitin öyrənilməsi və dünyada təbliği işinin aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə nəzarət etməkdən ibarətdir.Ölkə Prezidenti Dövlət müşavirliyi xidmətinin qarşısına qoyulmuş bu məqsədlərin daha rəvan formada həyata keçirilməsi üçün iki yeni dövlət qurumu yaratmışdır.7 may 2014-cü il tarixində Prezidentin imzaladığı Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yaradıldı. Bilik Fondunun əsas məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdan ibarətdir. Fondun vəzifələri aşağıdakılardır:
2.2.1. Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosialiqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;
2.2.2. Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;
2.2.3. azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;
2.2.4. şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimiinkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;
2.2.5. gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafınadəstək göstərmək;
2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;
2.2.7. Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;
2.2.8. Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənməkvə ictimaiyyətə çatdırmaq; 2.2.9
. Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;
2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bundan əlavə Ölkə Prezidenti 15 may 2014-cüil tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaratmışdır. Mərkəzin əsas məqsədi Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtə- lifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. Multikulturalizm Mərkəzininin vəzifələri aşağıdakılardır:
2.2.1. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mə- dəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;
2.2.2. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək;
2.2.3. Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;
2.2.4. müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;
2.2.5. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək;
2.2.6. aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqtəşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək;
2.2.7. təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütövlüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək;
2.2.8. müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirmək;
2.2.9. Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərə- findən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək;
2.2.10. şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad münasibətlərinin yaranmasında xüsusi xidməti olan görkəmli yerli və xarici ölkə vətəndaşlarının qiymətlən- dirilməsi, təşviq edilməsi mexanizmini hazırlayıb həyata keçirmək;
2.2.11. multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq. “Bakı prosesi”nin yaranma tarixi
“Bakı prosesi” – mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bir təşəbbüsdür. Bu təşəbbüsü Azərbaycan Prezidenti cənab İlham Əliyev 2008-ci il 2-3 dekabr tarixində Bakıda Avropa və ona qonşu regionların mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilmiş konfransında irəli sürmüşdür. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur.
Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyulmuşdur. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər və tövsiyələr “Bakı prosesi”nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur. Azərbaycanı dünyada multikultur ölkə kimi tanıtmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən yaradılan
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. Əvvəlcə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşıladı.Tədrisinə başlanacaq fənlər yeni olduğundan bu fənləri tələbələrə çatdıracaq müəllimlərin hazırlığını da öz üzərinə götürən Mərkəz ölkəmizin tanınmış alimləri və xaricdən dəvət etdiyi mütəxəssislərlə birgə müntəzəm treninqlərə başladı. Treninqlər zamanı mütəxəssislər dinləyicilərə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədris proqramlarının əsasında mühazirələr oxuyur, onları lazımi dərs materialları ilə təmin edir və sonda imtahanda onların biliklərini yoxlayırlar. İmtahandan uğurla keçənlərə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən sertifikat verilir. Treninqlərdə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris edəcək müəllimlərin hazırlanması bu sahədəki hazırkı tələbatı müəyyən dərəcədə qarşılaya bilib. Hazırda 7 xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Bu ali məktəblər Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, İvan Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Ural Federal Universitetinin Yekaterinburq filialı (Yekaterinburq, Rusiya Federasiyası), Litva Pedaqoji Universiteti, Praqa Karlov Universiteti (Çex Respublikası), Roma Sapienza Universiteti (İtaliya) və Belarus Dövlət Universiteti var.

Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir.


Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub.Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşağında yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması, burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olmuşdur.
Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək, ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olmuşdur.Burada dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir.Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixə malik Şəki şəhərinin yaxınlığında yerləşir.Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açıldı. Azərbaycan əhalisinin 96 faizini islam, qalanını isə xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir.
Respublikamızda 600-ə yaxın dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığlyeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədir. Multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər meydana çıxır ki, bu da bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Bu gün Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür.Azərbaycan dünyəvi müsəlman ölkəsidir.İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, ənənələrimizə və köklərimizə böyük hörmətlə yanaşırıq. Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğunda multikulturalizm elementləridir.
Qeyd edək ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix və adətənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu.Bununla yanaşı, Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi.Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.
Ümummilli Lider Heydər Əliyevin atdığı düşünülmüş və qətiyyətli addımları, milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı Azərbaycanda tolerantlığın və multikulturalizm ənənələrinin yenidən bərpa olunmasına, onun daha da inkişaf etdirilməsinə gətirib çıxardı.Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim edərək səsləndirdiyi "milliyətindən, irqindən, dilindən və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respubilikasının bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır", "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu çox yüksək qiymətləndiririk və daim qoruyub saxlamalıyıq" kimi fikirlər Azərbaycanın multikultural mədəniyyətinin yüksəlməsini təmin edərək, onu keyfiyyətcə yeni bir müstəviyə daşıdı. Ulu Öndər Heydər Əliyev bununla, ilk növbədə multikulturalizm modelinin assimilyasiya və izolyasiya kimi digər siyasi modellərdən üstün olduğunu və bunun qorunmsının vacibliyini bütün dünyaya göstərmişdir. Bunun bariz nümunəsi isə Ümummilli Liderin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Bununla bağlı "Bərabərlik hüququ" (maddə 25, bənd 3), "Milli mənsubiyyət hüququ" (maddə 44, bəndlər 1, 2), "Ana dilindən istifadə hüququ" (maddə 45, bəndlər 1, 2) və digər maddələri göstərmək mümkündür. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü.
Ulu Öndər etnik millətçiliyə alternativ kimi, bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd edirdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən və irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu Öndərin dediyi kimi, həqiqətən də, "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır". Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir.
Bunun göstəricisi olaraq hazırda Azərbaycan Respublikasında əhalinin 10 faizə qədərini ləzgilər, ermənilər, ruslar, talışlar, avarlar, türklər, tatarlar, tatlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, kürdlər, qrızlar, udinlər, Xınalıq sakinləri və digər millətlər təşkil edir. Onlar heç bir təzyiqə və ayrı-seçkiliyə məruz qalmadan, hər kəslə eyni hüquqlara malik olmaqla, tam sərbəst şəkildə yaşayırlar. Bununla belə bir aydın siyasi həqiqət aktuallaşır. Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim etdi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.Dövlətimizin başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi, "Multikulturalizmin müasir dünyada alternativi yoxdur.
Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır.Bu, ayrı-seçkilikdir, irqçilikdir,ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir". Ölkəmizdəki tolerantlıq mühiti əsasında duran mühüm amillərdən danışarkən, ilk növbədə siyasi sabitliyi, sosial və iqtisadi inkişafı qeyd etmək vacibdir. Prezident İlham Əliyevin apardığı davamlı siyasət nəticəsində multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzinə çevrilmişdir. Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O, daima ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Məhz bu siyasi xəttin nəticəsi kimi, Azərbaycan Prezidentinin göstərişi ilə ölkəmizin 26 noyabr 2009-cu il tarixli qanunla "Mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqinə dair" UNESCO Konvensiyasına qoşulmasını göstərmək olar. Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri isə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir.Artıq ənənəyə çevrilmiş bu forumlarda etdiyi çıxışlarında Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirməklə, təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir.
Belə bir siyasi kontekstdə Prezident İlham Əliyev 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirinin xidmətini yaratdı. Bu gün bu xidmət ölkənin ideoloji həyatının önəmli istiqamətlərini əlaqəli şəkildə öyrənən, obyektiv səbəbdən özünü göstərən müəyyən boşluqların doldurulmasını təmin edən vacib bir orqan kimi fəaliyyətini qurmaqdadır. Eyni zamanda, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etmək məqsədilə dövlət başçısının qərarı ilə 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı.
Multikulturalizm sahəsində dünyanın aparıcı mütəxəssislərinin, görkəmli ictimai və siyasi xadimlərinin Bakıda beynəlxalq səviyyədə belə bir mərkəzin açılmasını son dərəcə yüksək qiymətləndirmələri, məhz Azərbaycanın bu gün dünya multikulturalizminin mərkəzinə çevrilməsi reallığını aydın şəkildə nümayiş etdirir. Beləliklə, qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı.Əvvəlcə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq, Təhsil Nazirliyində təsdiq olundu.Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı və ilkin mərhələdə 10-a yaxın universitet təklifi müsbət qarşıladı. Bununla yanaşı, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdir. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan multikulturalizm modeli pozitiv sosial təzahür kimi cəmiyyətin inkişafı üçün münbit şərait yaradıb, etnik münaqişələrin qarşısını alıb və müxtəlif xalqlar arasında etimadı möhkəmlədib.
Eyni zamanda, cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmiş bu model artıq dünya ölkələri üçün məqbul inkişaf nümunəsinə çevrilmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dinlər və mədəniyyətlərarası dialoqun təminatçısıdır Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi var. Bu gün Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Fondun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur. Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESCOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu digər dinlərə də xüsusi diqqət ayırır.
Onun rəhbərliyi ilə fond Luvr Muzeyində islam Mədəniyyəti Bölməsinin təşkilində, Romada katakombaların bərpasında, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq və Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirak edir. Hətta bu il fevralın 23-də fondun bərpa etdiyi Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışı da olub. Bu da Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Bundan başqa, Mehriban xanım Əliyevanın rəhbərliyi altında fond bir-birinin ardınca davamlı olaraq mühüm layihələr həyata keçirir, onun təşəbbüsü ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama", "Azərbaycan - tolerantlıq məkanı" layihələrini xüsusi qeyd etmək olar. Dünya ictimaiyyəti, görkəmli şəxsiyyətlər və sıradan insanlar bu qəbildən olan tədbirlərin keçirilməsini, orada mədəniyyətlərarası dialoqun inkişafına həsr olunmuş məsələlərin müzakirə olunmasını və ən əsası, gerçəkləşdirilməsini böyük rəğbətlə qarşılayırlar. Bir sözlə, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olmaqdadır.Multikultural prinsiplər Azərbaycan kimi kiçik, amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik prinsipləri qədər vacib və zəruridir. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevirmişdir.Azərbaycan multikulturalizminin siyasi banisi Ulu Öndərin arzularından biri də elə bu idi.

NƏ ÖYRƏNDİM?

Multikulturalizm Azərbaycan xalqı və dövləti üçün yaşam tərzidir.Var olduğu gündən multikulturalizm və tolerantlıq siyasəti yürüdən Azərbaycan dövləti hər bir dinə və şəxsə hörmətlə yanaşmağı onları digərlərindən ayırmamağı insanlara aşılayır.Və dövlətimiz tərəfindən qəbul edilmiş qanun və sərəncamlar bu siyasətin hansı səviyyədə həyata keçirildiyinin sübutudur.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR:


1.AZƏRBAYCAN MULTİKULTURALİZMİ
2.AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ELMİ
3.MULTİKULTURALİZMƏ GİRİŞ
4.İNTERNET RESURSLARI
Yüklə 97,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin