N TQ N ZƏNG NL Y . Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və
təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az
təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o
qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal
verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin
yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır.
Nitqin zənginliyini və ya kasıblığını obyektiv mühakimə etmək üçün mətnin statistik təhlili, eyni üslubda
yazan müxtəlif müəlliflərdən götürülmüş mətnlərin müqayisəsi aparılmalıdır.
Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi
üslubda isə zəifdir.
Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. nsan
təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə
almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji
birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və s.-dən məharətlə istifadə etməyi
bacarmalıdır.
127
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən
fikirlər, onlara münasibət uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik
olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün
istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri,
xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz
olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman
maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə,
həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.
N TQ N AYDINLIĞI. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Nitqin düzgünlüyü
fikrin aydın ifadəsinin ilkin şərti sayılır. nsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub
onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar,
dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar.
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi,
normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq tembrlə deyilməsi, rəqəmlərin
ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi,
söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət
üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, deməli natiq öz məqsədinə çata bilməmişdir. Nitqin
aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata
malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək
üçün müvafiq dil vasitələri də tapa bilər. Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də
128
ə
traflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə
olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir
sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy
Köçərli nitqin aydınlığını təfəkkürün düzgün işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir: “Bizim yəqinimizdir ki,
dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün
olur”.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların
tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl
gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti
templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya
axırı “udulur”, səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri dəyişdirilmiş sözlər mənə
ağzının yerində qulağı, qulağın yerində barmağı olan adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı
ə
zilmiş adam kimidir. Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf və
hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya diş, kəsilmiş qulaq və bu kimi şikəstliklər təsirini
bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın
üstünə düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız palçığı və çiskinini təsəvvürümə gətirirəm” .
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca “dictio” sözündən alınmışdır, mənası
sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı
nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi,
qavranılmasını o dərəcədə təmin edir.
N TQ N FADƏL L Y . Nitqin ifadəliliyi ünsiyyət mühiti ilə dilin struktur sahələri və üslub sistemi ilə
şə
rtlənir. fadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlilik imkanlarını duyub
qiymətləndirməklə əlaqədardır. Adi sözlərdən qurulmuş epitet, metafora, metonimiya, sinekdoxa və məcazlar
ifadəliliyi, bədiililiyi gücləndirən vasitələrdir.
129
Nitq düzgün, dəqiq, təmiz, məntiqi olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. Ünsiyyətin
yaranmasında ifadəlilik kateqoriyası böyük əhəmiyyət kəsb edir.
fadəlilik dilin əsas kateqoriyalarından biridir və geniş diapazona malikdir. Bu genişlik həm onun
ə
mələgəlmə mənbələrinin rəngarəngliyindən, həm də təzahüretmə xarakterinin mürəkkəbliyindən irəli gəlir.
fadəlilik kateqoriyasının nitqdə təzahürü son dərəcə mürəkkəbdir. fadəlilik nitqdə nə cür gəldi, kor-koranə
deyil, müəyyən dil qanun-qaydaları, nitqin formaları, funksional üslublar, janr növləri, hətta ayrı-ayrı fərdi
üslubların xarakterinə müvafiq özünü göstərir.
fadəlilik kateqoriyasının təzahüretmə səciyyəsi ən əvvəl nitqin yazılı və şifahi formalarda çıxış etməsi ilə
bağlıdır. Şübhəsiz, nitqin hər iki formasında ifadəlilik keyfiyyəti dilin bütün sistemlərinin iştirakı sayəsində
mümkünləşir. Lakin yazılı nitqdən fərqli dialoq və monoloqlardan ibarət olan şifahi nitq səslənən nitq olduğuna
görə, burada ifadəliliyin meydana çıxması üçün daha geniş imkanlar açılır. Burada müxtəlif xarakterli dil vahidləri
ilə yanaşı, insanın psixoloji-fizioloji sistemi və səs cihazı da fəaliyyətdədir. Nəfəs, səs, diksiya və s. anlayışlardan
ibarət olan bu səs cihazı müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət şəraitində
reallaşdırır. Səs cihazı intonasiya, vurğu, pauza, orfoepiya, temp, ritm, tembr, mimika, hərəkət kimi anlayışlarla
birləşib, nitqin texnikası adlı bir sahəni təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub,
ş
ifahi nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir.
fadəlilik ifadəli olma, yaxşı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qanun-qaydalarına
yaxşı bələdlilik, fikrin ifadəsində onlardan məqsədəuyğun istifadə edə bilmək bacarığı ilə bağlıdır. Nitq vərdişlərini
möhkəmləndirmək üçün sistematik məşğul olmaq lazımdır. fadəli nitq üçün bacarıq və vərdiş əsas şərtdir. fadəli
nitqi dinləyənlər onu asanlıqla qavrayır və mənimsəyirlər, yaddaşlarında uzun müddət qalır. Mükalimələrin
ə
vvəlində, ortasında və sonunda eyni sözlərin təkrarı, qoşa sözlərin işlədilməsi, nitqdə ədəbi tələffüz normalarına
düzgün əməl olunması, danışıqda fasilə və durğulardan düzgün istifadə kimi cəhətlər nitqin ahəngdarlığına müsbət
təsir göstərir, musiqililiyini gücləndirir.
Nitq düzgün, təmiz, məntiqli olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. fadəlilik dilin əsas
kateqoriyalarından biridir. fadəlilik keyfiyyətinin əmələ gəlməsində dilin bütün sistemləri iştirak edir: fonetika,
leksika, semantika, qrammatika, intonasiya, üslubiyyat.
130
fadəliliyin müxtəlif tipləri var. Bunun üç əsas şərtini göstərmək olar: ilk şərtlərdən biri ünsiyyət mühitidir.
Müəllimin nitqinin ifadəliliyi siyasi natiqin və ya diplomatın, vəkilin məhkəmədəki ifadəliliyindən, məruzəçinin
nitqinin ifadəliliyindən fərqlənir. kinci əsas şərt dilin struktur sahəsidir, tələffüz, leksik, sözyaratma, morfoloji və
sintaktik normalarla, intonasiya ilə bağlıdır. Üçüncü şərt üslubi ifadəlilikdir.
Nitqin ifadəli olması müəyyən şərtlərlə bağlıdır: birincisi, ayrı-ayrı şəxslərin nitqinin ifadəliliyi təfəkkürün
müstəqilliyi, nitq müəllifinin şüurlu fəaliyyəti ilə əlaqədardır. kinci şərt nitq müəllifinin hazırlığıdır. Danışan və
ya yazan bilməlidir ki, nə haqda danışır, yazır və ya onun danışdığını və yazdığını kim bilməlidir. Belə olmasa, nitq
söyləyənin danışığı dinləyicilərə maraqsız görünəcək. Üçüncü şərt dili yaxşı bilmək və onun ifadəlilik imkanı ilə
ə
laqədardır. Dil haqqında belə bilik elmin köməyi olmadan əldə edilə bilməz. Buna görə də səsləri, vurğunu,
sözləri, cümlə üzvlərini, intonasiyanı bilmək vacibdir. Dördüncü şərt dilin üslublarını bilməklə bağlıdır: bədii,
elmi, işgüzar, publisistik, danışıq-məişət və s. Bu üslubların hər birində ayrı-ayrı söz qruplarından, dil
vasitələrindən istifadə edilir. Beşinci şərt nitq vərdişlərinə sistematik və şüurlu münasibətdir. Əsas vasitə nümunəvi
mətnin diqqətlə oxunuşu, bədii, elmi, publisistik və s. üslublarda ifadəli danışmağı bacaran adamların nitqini
dinləməkdir. Öz nitqinə nəzarət etməyi öyrənmək lazımdır. Hər bir adamın öz-özünü nəzarət etmək vərdişinə
yiyələnməsi vacibdir. Altıncı şərt beşinci ilə əlaqədardır. Müəllif nitqi şüurlu, məqsədlidir. Yeddinci şərt ayrı-ayrı
adamların iradə, istək və şüurundan asılı olmayaraq obyektivdir. Nitqin əsas mənbələrindən biri leksikadır.
Íèòãèí èôàäÿëèéè åéíè çàìàíäà îíóí åêñïðåññèâëèéè, åìîñèîíàëëûüû èëÿ ÿëàãÿäàðäûð. Åêñïðåññèâëèê þçö
åìîñèîíàëëûã âÿ îáðàçëûëûãëà áèðëèêäÿ òÿçàùöð åäèð. Åêñïðåññèâëèéè éàðàòìàã ñèíîíèìëÿðèí èøëÿäèëìÿñè ÿñàñыíäà
àïàðûëûð.
Åìîñèîíàëëûã, åêñïðåññèâëèê âÿ îáðàçëûëûã éàõûí àíëàéûøëàðäûð, îíëàðà ïàòåòèê ÷ûõûøëàðäà, ãûçüûí âÿ cîøãóí
íèòãëÿðäÿ ðàñò ýÿëèðèê. Åêñïðåññèâëèê äèëèí áöòöí ñÿâèééÿëÿðèíäÿ ìöõòÿëèô èôàäÿ âàñèòÿëÿðè èëÿ éàðàíûð.
Åìîñèîíàëëûã òþðÿäÿí ÿñàñ äèë âàùèäëÿðè àøàüûäàêûëàðäûð:
1)
Ùèññè ùàëëàðû èôàäÿ åäÿí ñþçëÿð (òÿÿññöô, ùåéô, éàõøû êè âÿ ñ.)
131
2)
Ôèêðÿ äàíûøàíûí åìîñèîíàë ìöíàñèáÿòèíè áèëäèðÿí ñþçëÿð (àôÿðèí, éàøà, âàð îë; éàðàìàç, àë÷àã, øÿðÿôñèç âÿ
ñ.)
3)
Åìîñèîíàë ãèéìÿòëÿíäèðèжè ñèíîíèìëÿð («ýåòìÿê» ÿâÿçèíÿ «ýþòöðöëìÿê», «äàáàí àëûá ãà÷ìàã», «ÿêèëìÿê»,
«àðàäàí ÷ûõìàã»; «þëìÿê» ÿâÿçèíÿ «ýÿáÿðìÿê», «жÿùÿííÿìÿ âàñèë îëìàã» âÿ ñ.).
4)
Ìÿжàçè ìÿíàëû ñþçëÿð;
5)
Åìîñèîíàëëûã áèëäèðÿí íèäàëàð âÿ ÿäàòëàð (ùåéùàò, ÿôñóñ, àé ýÿëäè ùà! âÿ ñ.) Åìîñèîíàëëûã éàðàäàí ñþç âÿ
èôàäÿëÿð жöìëÿäÿ þçöíö ìöõòÿëèô ÷àëàðëû åìîñèîíàë áîéàëàð øÿêëèíäÿ ýþñòÿðèð.
N TQ N MƏNT QL L Y . Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən
hökm, fikir məntiqə əsaslandığı üçün “məntiqi nitq” adlanır. Məntiqlilik nitqin ən mühüm keyfiyyətidir. Elmi
informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi
kimlərdəsə şübhə doğurmur.
Nitqin məntiqiliyi həm də onun kompozisiyası ilə tamamlanır. Bu danışandan bir neçə vacib şərti gözləməyi
tələb edir.
1.
Mümkün olduğu halda öz fikrini yığcam ifadə etməyi;
2.
Fikrini çatdırarkən dinləyicinin diqqətini nitqin predmetinə yönəltməyi.
Kommunikativlik keyfiyyəti kimi məntiqlilik dəqiqliklə əlaqədardır. Onların ümumi cəhətləri çoxdur. Bunlar
nitqin konkret aktında birgə çıxış edir. Qarşılıqlı əlaqə onlar arasındakı fərqi aradan qaldırır. Dəqiqlik mətnin
mənasını, nitqin semantik bütövlüyü və toplusuna münasibəti qiymətləndirir, məntiqlilik isə nitqin semantik
strukturu və onun təşkili ilə səciyyələnir. Dəqiqlik kimi, məntiqlilik nitqin əlverişliliyi, hərəkiliyi və uyğunluğu
kimi keyfiyyətləri formalaşmasının bazasıdır.
Məntiqliliyin qanunauyğun şərtləri var. Onlar, əsasən, ikidir: dilxarici və dildaxili (linqvistik). Məntiqliliyin
dilxarici şərti mühakimənin məntiqinə yiyələnmək, normaların prinsiplərinə uyğun düzgün düşüncə, yeni həqiqət
132
axtarmaqla, dildaxili şərt isə mənanın bağlılığına təsir göstərən və nitqin strukturunun elementlərinə zidd olmama,
dil vasitələrini bilməklə bağlıdır. kinci şərt kommunikativ nitq səviyyəsində hərəkətlə əlaqədardır.
Düşüncənin məntiqliliyi daxili nitq prosesində həyata keçir, onun nəticəsi sonralar ünsiyyət zamanı zahiri
nitqə çevrilir.
Deyilmə səviyyəsində qanunauyğunluğun şərtləri: birinci, bir sözün digər sözlərlə əlaqəsində ziddilik
olmamalıdır, ikinci, nitqin məntiqi olmasının vacib şərtlərindən biri də cümlədə sözlərin sırasıdır, üçüncü şərt onun
leksik əlaqələrinin bəzi cəhətləri, məntiqi əlaqənin və deyilmənin hissələri arasında münasibətin vacib ifadə
vasitəsi kimi köməkçi nitq hissələridir.
Mətnin məntiqi təşkilinin bütövlüyü və möhkəmliyi, bir nitq hissəsinin digərinə keçməsinin aydın ifadə
olunması nitqin məhdud bütovlükdə daxili sabitliyinə və tamamlanmasına kömək edə bilər. Belə bütövlük barədə
Platon gözəl demişdir: «Hər nitq canlı varlıq təsiri bağışlamalıddır, elə tərtib olunmalıdır ki, sanki varlıqdır. Onun
bədəni, başı və ayaqları ilə birgə olmalıdır. Belə ki, gövdə və əl-ayaq bir birinə yaraşmalı və bütövlüyə uyğun
gəlməlidir».
Məntiqlilik elmi nitqin ən mühüm keyfiyyətlərindən biridir. Elmi nitqin müxtəlif formaları elmi axtarışların
məntiqi haqqında məlumat vermək və yeni elmi biliyin nitqdə formalaşdırılması kimi mövcuddur. Yeni elmi
informasiya aydın olmalıdır ki, onu başqa adamlar dərk edə bilsinlər, onun düzgünlüyü və həqiqiliyi qəbul edilsin.
Elmi nitqin əsas janrları məqalə, məruzə, mühazirə, monoqrafiyadır.
Bədii nitqdə məntiqlilik xüsusi səciyyəlidir. Burada düzgün təfəkkürün qanunları gözlənilməlidir. Bədii
mətndə, sözsüz, ardıcıllıq, izahın ziddiyyətsizliyi, deyilən fikirlər arasındakı əlaqə aydın ifadə olunmalıdır. Lakin
məntiqlilik meyarı bədii fikrin ifadəolunma tələblərini çətinləşdirir. Bədii nitqdə məntiqlilik daxili birlik kimi
mövcuddur, daha doğrusu, iki görkəmli müəllifin qarşılıqlı əlaqəsidir. Konkret ədəbi janr şəraitində gerçəkliyin
ə
ksi və bədii ideyanın ifadəsidir.
Bir-biri ilə qarşılıqlı əlaqədar olan üç mənbəyi nəzərə almaq lazımdır: gerçəkliyin məntiqi, fikrin məntiqi və
nitqin məntiqi. Ziddiyyət gerçəkliyin dialektik məntiqinə daxildir. Bu, nitqin təşəkkülü, müəyyən şəklə salınması
ilə ölçülür. Nitq deyimində, əsərlərdə fikrin məntiqliliyi birbaşa, açıq və ardıcıllıqla ifadə olunmalıdır. Fikrin
məntiqliliyi deyəndə gerçəklik obyektlərinin, faktlarının əksinin düzgünlüyü nəzərdə tutulur. Onların əlaqəsi
133
ümumi-fərdi, səbəb-nəticə, uyğunluq-fərqlənmə, mahiyyət-görünüş, məzmun-forma, tabelilik-tabesizlik və s.
gümanlara, dəlillərə əsaslanır. Müəllif bədii əsərində, Belinskinin sözləri ilə desək, «sübut etmir, amma göstərir,
daha dəqiq göstərməklə sübut edir».
N TQ N AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı
gözlənilməklə materialın alçaq tondan başlayaraq , uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin
dəyişməsi, dinləyiciləri özünə cəlbetmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü
üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə
tutulur.
Estetikakın ən mühüm kateqoriyalarından biri də ahəngdarlıqdır. Estetika ədəbli, incə, mülayim, hazırcavab
və bədii-emosional müxtəliflikdir. Nitqdə ahəngdarlıq deyəndə nitqin uyğunluğu, səlisliyi, gözəlliyi başa düşülür.
Ahəngdarlığı təmin edən xüsusiyyətlər bunlardır: 1. Azərbaycan sözləri üçün açıq hecalar səciyyəvidir. Açıq
hecalar yüksək intonasiya ilə tələffüz olunur. Bu da, şübhəsiz, nitqin ahəngdarlığına, uyğunluğuna, axıcı və
musiqili olmasına təsir göstərir. 2. Azərbaycan sözlərində saitlər, sonor və cingiltili samitlər işlənmə tezliyinə və
kəmiyyətinə görə fərqlənir. 3. Ahəng qanununun nitqin uyarlığında rolu böyükdür. 4. Cümlədə eyniköklü üzvlərin
ardıcıl sıralanması nitqin ahəngdarlığına imkan yaradır. K.S.Stanislavskinin dediyi kimi, “danışıq, şeir özü də
musiqi kimidir, mahnıdır. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır. Skripka kimi səslənməlidir, taxtaya
dəyən noxud kimi taqqıldamamalıdır”.
N TQ N DƏQ QL Y . Dəqiqlik nitqin ilk və əsas şərtidir. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və
təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göztəricisidir. Dəqiq söz işlətmə
dilin leksik sistemində olan sözlərin semantikasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional
üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım
olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.
134
N TQ N YIĞCAMLIĞI. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin
qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə,
uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz
sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b)
çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq”
( slamın prinsiplərindən).
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də
yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı
bacarmalıdır.
Fikri əhatə etməklə qısa demək bacarığı istedad əlamətidir. stedadla bağlı olan yığcamlıq söz söyləyəndən
deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı,
məlum olanları yenidən xatırlatmamalı, başqalarını yormamağı tələb edir.
Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir. Yığcamlıq məzmunu
dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş, sözlər az, məna dərin olmalıdır. Babalarımız həmişə
yığcamlığı gözləmiş, uzunçuluğa, yoruculuğa qarşı mübarizə aparmışlar. Məsələn, “uzun sözün qısası” (Atalar
sözü), mənası genişdir, qafiyəsi dar.
Yığcamlıq nitqin bəzəyidir, təsirliliyidir. «Yığcamlıq nitqi qüvvətləndirir. Elə ifadələr var ki, günəş şüalarına
bənzəyir, nə qədər çox olursa, o qədər şiddətlə yandırır» (H.Suit); «Yığcamlıq ağlın bacısıdır» (A.P.Çexov).
F KR N SADƏL Y . Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq
hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan, ibarəçilikdən, əllaməçilikdən uzaq
nitqdir. « fadə nə qədər gözəl olarsa, fikir və hisslər o qədər zərif olar» (D.N.Pisaryev).
Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıqlıq və cümlənin qısalığı əsas şərtdir. Vaxtilə Flober yazırdı:
«Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? - Ən qısa cümlədir».
135
“Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun
aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi,
ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunu mümkün qədər
sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların
mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir.
Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və
xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun.
Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu,
yabançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin
günəşi, kadr potensialı və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır.
N TQ N MÜNAS BL Y . Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq
məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s.
görə müxtəlif şəkildə təzahür edir.
Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim
və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış
edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?,
tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; xtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?;
Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək
fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən, səviyyəsindən və s. asılı olaraq nitqdəki
sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.
136
Íèòãèí ìöíàñèáëèéè ö÷öí ìèñàëëàð âÿ ñèòàòëàð åëÿ ñå÷èëìÿëèäèð êè, êîíêðåò äèë ñèòóàñèéàëàðûíûí, ÿäÿáè
öñëóáëàðûí, çÿðóðè ñþç âÿ èôàäÿëÿðèí èøëÿäèëìÿ ãàíóíàóéüóíëóüó íÿçÿðÿ àëûíñûí.
Íèòãèí ìöíàñèáëèéèíè øÿðòëÿíäèðÿí àìèëëÿð è÷ÿðèñèíäÿ àøàüûäàêûëàð äàùà þíÿìëèäèð: 1) Ìþâçóíóí (ôèêðèí)
ìÿçìóíóíà óéüóí äèë ìàòåðèàëûíûí ñå÷èëìÿñè; 2) Äèë âàñèòÿëÿðèíèí íèòãèí ìÿãàì âÿ øÿðàèòèíÿ óéüóíëóüó; 3) Íèòã
öñëóáóíäàí àñûëû îëàðàã äèë âàñèòÿëÿðèíèí ìÿãñÿäÿóéüóíëóüó; 4) Äèë ìàòåðèàëûíûí íàòèãèí øÿõñèééÿòèíÿ, éàøûíà,
ñàâàäûíà, äöíéàýþðöøöíÿ, ñÿíÿòèíÿ óéüóíëóüó.
Dostları ilə paylaş: |