AZƏrbaycan d L haqqinda



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix21.04.2017
ölçüsü4,51 Kb.
#14973
1   2   3   4   5   6   7   8   9   10   11

N TQ N ZƏNG NL Y . Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir. Nitqdə müxtəlif və 
təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləşdirir. Nitqdə eyni işarələr və işarələr həlqəsi nə qədər az 
təkrarlanarsa, nitq o qədər qazanar, zəngin olar. Bu, o deməkdir ki, dil strukturu nə qədər zəngin olarsa, nitq də o 
qədər zəngin olacaq. Nitqdə eyni dil ünsürlərinin yersiz təkrarlanması, eyni konstruksiya və formaların dalbadal 
verilməsi, düzülməsi, şablon ifadə vasitələrinə tez-tez müraciət nitqi zənginləşdirmir. Əksinə, bu, nitqin 
yoxsulluğu, kasıblığı deməkdir. Eyni cür danışıq tərzi, monoton intonasiya dinləyiciləri yorur, nitqi korlayır. 
Nitqin zənginliyini və ya kasıblığını obyektiv mühakimə etmək üçün mətnin statistik təhlili, eyni üslubda 
yazan müxtəlif müəlliflərdən götürülmüş mətnlərin müqayisəsi aparılmalıdır.  
Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir. Lakin bədii və publisistik üslublarda nitq zəngin, elmi 
üslubda isə zəifdir. 
 
Nitqin  zənginliyi  üçün  başlıca  meyar  danışanın  (yazanın)  geniş  söz  ehtiyatına  malik  olmasıdır.  nsan 
təfəkkürünün  hüdudu  sonsuzdur,  dildə  sözlərin  miqdarı  bununla  nisbətdə  məhduddur.  Natiq  bu  cəhəti  nəzərə 
almalı,  hər  hansı  bir  mətləbi  aşkarlayarkən  daha  münasib  sözlərdən  –  sinonimlərdən,  antonimlərdən,  frazeoloji 
birləşmələr  və  ibarələrdən,  digər  məcazlardan,  intonasiya,  üslubi  vasitələr  və  s.-dən  məharətlə  istifadə  etməyi 
bacarmalıdır. 

 
127
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən 
fikirlər,  onlara  münasibət    uyğun  səs  tərtibatı,  avazla  verilə  bilsin,  nitq  rəngarəng  intonasiya  çalarlarına    malik 
olsun,  danışan  intonasiya  elementlərindən  (məntiqi  vurğu,  nitq  fasiləsi,  nitq  tonu,  səsin  tembri  və  s.)  düzgün 
istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, 
xitablar,  ara  sözlər,  ara  cümlələr  və  s.  sintaktik  quruluşların  özünəmüvafiq  formada,  təbii  şəkildə  tələffüz 
olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır. 
Nitq  zənginliyinin  başlıca  əlamətlərindən  biri  də  onun  məzmun  cəhətdən  dolğunluğudur.  Nitq  o  zaman 
maraqla  dinlənilir  ki,  haqqında  bəhs  olunan  məsələ  yeni  olsun,  həm  də  hərtərəfli  şəkildə,  sübutlarla,  dəlillərlə, 
həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin. 
 
N TQ N AYDINLIĞI. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Nitqin düzgünlüyü 
fikrin  aydın   ifadəsinin ilkin  şərti  sayılır.  nsan  ifadə  edəcəyi mövzu  haqqında  mükəmməl  məlumata  malik olub 
onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, 
dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar.  
Nitqin  aydınlığı  tələffüzlə  sıx  bağlıdır.  Dil  səsləri  öz  məxrəcində  deyilməsə,  hecanın  tələffüzdən  düşməsi, 
normal  intonasiyaya  əməl  olunmaması,  bütün  cümlələrin  ya  yüksək,  ya  da  alçaq  tembrlə  deyilməsi,  rəqəmlərin 
ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi, 
söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir.  
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət 
üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, deməli  natiq  öz məqsədinə çata bilməmişdir. Nitqin 
aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata 
malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək 
üçün müvafiq dil vasitələri də tapa  bilər.  Bəhs olunan mövzular, hadisələr, əhvalatlar və s. barədə dərin, həm də 

 
128
ə
traflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir, onların şərhində heç bir dolaşıqlıq, zidd fikirlər müşahidə 
olunmur. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir 
sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər. Firudin bəy 
Köçərli nitqin aydınlığını təfəkkürün düzgün  işləməsi, fikrin düzgünlüyü ilə əlaqələndirir: “Bizim yəqinimizdir ki, 
dili dolaşıq şəxsin fikri də dolaşıqdır. Doğru və salamat fikirli adamların kəlamı həmişə aydın, açıq və düzgün 
olur”. 
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların 
tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun  intonasiyaya əməl olunmaması və s.  də nitqin aydınlığına xələl 
gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti 
templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya 
axırı “udulur”, səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri dəyişdirilmiş sözlər mənə 
ağzının yerində qulağı, qulağın yerində barmağı olan adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı 
ə
zilmiş adam kimidir. Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf və 
hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya   diş, kəsilmiş qulaq və bu kimi şikəstliklər təsirini 
bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın 
üstünə düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız  palçığı və çiskinini təsəvvürümə gətirirəm” . 
Nitqin  aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca “dictio” sözündən alınmışdır, mənası 
sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı 
nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, 
qavranılmasını o dərəcədə təmin edir.   
 
N TQ N  FADƏL L Y .  Nitqin  ifadəliliyi  ünsiyyət  mühiti  ilə  dilin  struktur  sahələri  və  üslub  sistemi  ilə 
şə
rtlənir.  fadəli nitq təfəkkürlə, müraciət olunan şəxslə və dili yaxşı bilməklə onun ifadəlilik imkanlarını duyub 
qiymətləndirməklə  əlaqədardır.  Adi  sözlərdən  qurulmuş  epitet,  metafora,  metonimiya,  sinekdoxa  və  məcazlar 
ifadəliliyi, bədiililiyi gücləndirən vasitələrdir.  

 
129
Nitq düzgün, dəqiq, təmiz, məntiqi olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır. Ünsiyyətin 
yaranmasında ifadəlilik kateqoriyası böyük əhəmiyyət kəsb edir. 
  fadəlilik dilin əsas kateqoriyalarından biridir və geniş diapazona malikdir. Bu genişlik həm onun 
ə
mələgəlmə mənbələrinin rəngarəngliyindən, həm də təzahüretmə xarakterinin mürəkkəbliyindən irəli gəlir. 
       fadəlilik  kateqoriyasının nitqdə təzahürü son dərəcə mürəkkəbdir.  fadəlilik nitqdə nə cür gəldi, kor-koranə 
deyil, müəyyən dil qanun-qaydaları, nitqin formaları, funksional üslublar, janr növləri, hətta ayrı-ayrı fərdi 
üslubların xarakterinə müvafiq özünü göstərir. 
      fadəlilik kateqoriyasının təzahüretmə səciyyəsi ən əvvəl nitqin yazılı və şifahi formalarda çıxış etməsi ilə 
bağlıdır. Şübhəsiz, nitqin hər iki formasında ifadəlilik keyfiyyəti dilin bütün sistemlərinin iştirakı sayəsində 
mümkünləşir. Lakin yazılı nitqdən fərqli dialoq və monoloqlardan ibarət olan şifahi nitq səslənən nitq olduğuna 
görə, burada ifadəliliyin meydana çıxması üçün daha geniş imkanlar açılır. Burada müxtəlif xarakterli dil vahidləri 
ilə yanaşı, insanın psixoloji-fizioloji sistemi və səs cihazı da fəaliyyətdədir. Nəfəs, səs, diksiya və s. anlayışlardan 
ibarət olan bu səs cihazı müəyyən qaydalar və vərdişlərin məcmusu vasitəsilə dili konkret ünsiyyət şəraitində 
reallaşdırır. Səs cihazı intonasiya, vurğu, pauza, orfoepiya, temp, ritm, tembr, mimika, hərəkət kimi anlayışlarla 
birləşib, nitqin texnikası adlı bir sahəni təşkil edir. Həmin sahə nitq mədəniyyətinin əsas bölmələrindən biri olub, 
ş
ifahi nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir. 
fadəlilik ifadəli olma, yaxşı və aydın ifadə etmək deməkdir. Bu, dilin söz xəzinəsinə, onun qanun-qaydalarına 
yaxşı bələdlilik, fikrin ifadəsində onlardan məqsədəuyğun istifadə edə bilmək bacarığı ilə bağlıdır. Nitq vərdişlərini 
möhkəmləndirmək üçün sistematik məşğul olmaq lazımdır.  fadəli nitq üçün bacarıq və vərdiş əsas şərtdir.  fadəli 
nitqi dinləyənlər onu asanlıqla qavrayır və mənimsəyirlər, yaddaşlarında uzun müddət qalır. Mükalimələrin 
ə
vvəlində, ortasında və sonunda  eyni sözlərin təkrarı, qoşa sözlərin işlədilməsi, nitqdə ədəbi tələffüz normalarına 
düzgün əməl olunması, danışıqda fasilə və durğulardan düzgün istifadə kimi cəhətlər nitqin ahəngdarlığına müsbət 
təsir göstərir, musiqililiyini gücləndirir. 
Nitq düzgün, təmiz, məntiqli olmaqla yanaşı, həm də mənalı, təsirli və ifadəli olmalıdır.  fadəlilik dilin əsas 
kateqoriyalarından biridir.  fadəlilik keyfiyyətinin əmələ gəlməsində dilin bütün sistemləri iştirak edir: fonetika, 
leksika, semantika, qrammatika, intonasiya, üslubiyyat. 

 
130
fadəliliyin müxtəlif tipləri var. Bunun üç əsas şərtini göstərmək olar: ilk şərtlərdən biri ünsiyyət mühitidir. 
Müəllimin nitqinin ifadəliliyi siyasi natiqin və ya diplomatın, vəkilin məhkəmədəki ifadəliliyindən, məruzəçinin 
nitqinin ifadəliliyindən fərqlənir.  kinci əsas şərt dilin struktur sahəsidir, tələffüz, leksik, sözyaratma, morfoloji və 
sintaktik normalarla, intonasiya ilə bağlıdır. Üçüncü şərt üslubi ifadəlilikdir. 
Nitqin ifadəli olması müəyyən şərtlərlə bağlıdır: birincisi, ayrı-ayrı şəxslərin nitqinin ifadəliliyi təfəkkürün 
müstəqilliyi, nitq müəllifinin şüurlu fəaliyyəti ilə əlaqədardır.  kinci şərt  nitq müəllifinin hazırlığıdır. Danışan və 
ya yazan bilməlidir ki, nə haqda danışır, yazır və ya onun danışdığını və yazdığını kim bilməlidir. Belə olmasa, nitq 
söyləyənin danışığı dinləyicilərə maraqsız görünəcək.  Üçüncü şərt dili yaxşı bilmək və onun ifadəlilik imkanı ilə 
ə
laqədardır. Dil haqqında belə bilik elmin köməyi olmadan əldə edilə bilməz. Buna görə də səsləri, vurğunu, 
sözləri, cümlə üzvlərini, intonasiyanı bilmək vacibdir. Dördüncü şərt dilin üslublarını bilməklə bağlıdır: bədii, 
elmi, işgüzar, publisistik, danışıq-məişət və s. Bu üslubların hər birində ayrı-ayrı söz qruplarından, dil 
vasitələrindən istifadə edilir. Beşinci şərt nitq vərdişlərinə sistematik və şüurlu münasibətdir. Əsas vasitə nümunəvi 
mətnin diqqətlə oxunuşu, bədii, elmi, publisistik və s. üslublarda ifadəli danışmağı bacaran adamların nitqini 
dinləməkdir. Öz nitqinə nəzarət etməyi öyrənmək lazımdır. Hər bir adamın öz-özünü nəzarət etmək vərdişinə 
yiyələnməsi vacibdir. Altıncı şərt beşinci ilə əlaqədardır. Müəllif nitqi şüurlu, məqsədlidir. Yeddinci şərt ayrı-ayrı 
adamların iradə, istək və şüurundan asılı olmayaraq obyektivdir. Nitqin əsas mənbələrindən biri  leksikadır.  
Íèòãèí  èôàäÿëèéè  åéíè  çàìàíäà  îíóí  åêñïðåññèâëèéè,  åìîñèîíàëëûüû  èëÿ  ÿëàãÿäàðäûð.  Åêñïðåññèâëèê  þçö 
åìîñèîíàëëûã âÿ îáðàçëûëûãëà áèðëèêäÿ òÿçàùöð åäèð. Åêñïðåññèâëèéè éàðàòìàã ñèíîíèìëÿðèí èøëÿäèëìÿñè ÿñàñыíäà 
àïàðûëûð. 
 
Åìîñèîíàëëûã, åêñïðåññèâëèê âÿ îáðàçëûëûã éàõûí àíëàéûøëàðäûð, îíëàðà ïàòåòèê ÷ûõûøëàðäà, ãûçüûí âÿ cîøãóí 
íèòãëÿðäÿ ðàñò ýÿëèðèê. Åêñïðåññèâëèê äèëèí áöòöí ñÿâèééÿëÿðèíäÿ ìöõòÿëèô èôàäÿ âàñèòÿëÿðè èëÿ éàðàíûð. 
Åìîñèîíàëëûã òþðÿäÿí ÿñàñ äèë âàùèäëÿðè àøàüûäàêûëàðäûð: 
1)
  Ùèññè ùàëëàðû èôàäÿ åäÿí ñþçëÿð (òÿÿññöô, ùåéô, éàõøû êè âÿ ñ.) 

 
131
2)
  Ôèêðÿ äàíûøàíûí åìîñèîíàë ìöíàñèáÿòèíè áèëäèðÿí ñþçëÿð (àôÿðèí, éàøà, âàð îë; éàðàìàç, àë÷àã, øÿðÿôñèç âÿ 
ñ.) 
3)
  Åìîñèîíàë  ãèéìÿòëÿíäèðèжè  ñèíîíèìëÿð  («ýåòìÿê»  ÿâÿçèíÿ  «ýþòöðöëìÿê»,  «äàáàí  àëûá  ãà÷ìàã»,  «ÿêèëìÿê», 
«àðàäàí ÷ûõìàã»; «þëìÿê» ÿâÿçèíÿ «ýÿáÿðìÿê», «жÿùÿííÿìÿ âàñèë îëìàã» âÿ ñ.). 
4)
  Ìÿжàçè ìÿíàëû ñþçëÿð; 
5)
  Åìîñèîíàëëûã áèëäèðÿí íèäàëàð âÿ ÿäàòëàð (ùåéùàò, ÿôñóñ, àé ýÿëäè ùà! âÿ ñ.) Åìîñèîíàëëûã éàðàäàí ñþç âÿ 
èôàäÿëÿð жöìëÿäÿ þçöíö ìöõòÿëèô ÷àëàðëû åìîñèîíàë áîéàëàð øÿêëèíäÿ ýþñòÿðèð. 
 
 
        N TQ N MƏNT QL L Y . Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən  
hökm, fikir məntiqə əsaslandığı üçün “məntiqi nitq” adlanır. Məntiqlilik nitqin ən mühüm keyfiyyətidir. Elmi 
informasiya məntiqə əsaslanır, insanlar onu dərk etməkdə çətinlik çəksələr də, fikrin düzgünlüyü və həqiqiliyi 
kimlərdəsə şübhə doğurmur.  
Nitqin məntiqiliyi həm də onun kompozisiyası ilə tamamlanır. Bu danışandan bir neçə vacib şərti gözləməyi 
tələb edir. 
1.
  Mümkün olduğu halda öz  fikrini yığcam ifadə etməyi; 
2.
  Fikrini çatdırarkən dinləyicinin diqqətini nitqin  predmetinə yönəltməyi. 
Kommunikativlik keyfiyyəti kimi məntiqlilik dəqiqliklə əlaqədardır. Onların ümumi cəhətləri çoxdur. Bunlar 
nitqin konkret aktında birgə çıxış edir. Qarşılıqlı əlaqə onlar arasındakı fərqi aradan qaldırır. Dəqiqlik mətnin 
mənasını, nitqin semantik bütövlüyü və toplusuna münasibəti qiymətləndirir, məntiqlilik isə nitqin semantik 
strukturu və onun təşkili ilə səciyyələnir. Dəqiqlik kimi, məntiqlilik nitqin əlverişliliyi, hərəkiliyi və uyğunluğu 
kimi keyfiyyətləri formalaşmasının bazasıdır. 
Məntiqliliyin qanunauyğun şərtləri var. Onlar, əsasən, ikidir: dilxarici və dildaxili (linqvistik). Məntiqliliyin 
dilxarici şərti mühakimənin məntiqinə yiyələnmək, normaların prinsiplərinə uyğun düzgün düşüncə, yeni həqiqət 

 
132
axtarmaqla, dildaxili şərt isə mənanın bağlılığına təsir göstərən və nitqin strukturunun elementlərinə zidd olmama, 
dil vasitələrini bilməklə bağlıdır.  kinci şərt kommunikativ nitq səviyyəsində hərəkətlə əlaqədardır. 
Düşüncənin məntiqliliyi daxili nitq prosesində həyata keçir, onun nəticəsi sonralar ünsiyyət zamanı zahiri 
nitqə çevrilir. 
Deyilmə səviyyəsində qanunauyğunluğun şərtləri: birinci, bir sözün digər sözlərlə əlaqəsində ziddilik 
olmamalıdır, ikinci, nitqin məntiqi olmasının vacib şərtlərindən biri də cümlədə sözlərin sırasıdır, üçüncü şərt onun 
leksik əlaqələrinin bəzi cəhətləri, məntiqi əlaqənin və deyilmənin hissələri arasında münasibətin vacib ifadə 
vasitəsi kimi köməkçi nitq hissələridir. 
Mətnin məntiqi təşkilinin bütövlüyü və möhkəmliyi, bir nitq hissəsinin digərinə keçməsinin aydın ifadə 
olunması nitqin məhdud bütovlükdə daxili sabitliyinə və tamamlanmasına kömək edə bilər. Belə bütövlük barədə 
Platon gözəl demişdir: «Hər nitq canlı varlıq təsiri bağışlamalıddır, elə tərtib olunmalıdır ki, sanki varlıqdır. Onun 
bədəni, başı və ayaqları ilə birgə olmalıdır. Belə ki, gövdə və əl-ayaq bir birinə yaraşmalı və bütövlüyə uyğun 
gəlməlidir». 
Məntiqlilik elmi nitqin ən mühüm keyfiyyətlərindən biridir. Elmi nitqin müxtəlif formaları elmi axtarışların  
məntiqi haqqında məlumat vermək və yeni elmi biliyin nitqdə formalaşdırılması kimi mövcuddur. Yeni elmi 
informasiya aydın olmalıdır ki, onu başqa adamlar dərk edə bilsinlər, onun düzgünlüyü və həqiqiliyi qəbul edilsin. 
Elmi nitqin əsas janrları məqalə, məruzə, mühazirə, monoqrafiyadır. 
Bədii nitqdə məntiqlilik xüsusi səciyyəlidir. Burada düzgün təfəkkürün qanunları gözlənilməlidir. Bədii 
mətndə, sözsüz, ardıcıllıq, izahın ziddiyyətsizliyi, deyilən fikirlər arasındakı əlaqə  aydın ifadə olunmalıdır. Lakin 
məntiqlilik meyarı bədii fikrin ifadəolunma tələblərini çətinləşdirir. Bədii nitqdə məntiqlilik daxili birlik kimi 
mövcuddur, daha doğrusu, iki görkəmli müəllifin qarşılıqlı əlaqəsidir. Konkret ədəbi janr şəraitində gerçəkliyin 
ə
ksi və bədii ideyanın ifadəsidir. 
Bir-biri ilə qarşılıqlı əlaqədar olan üç mənbəyi nəzərə almaq lazımdır: gerçəkliyin məntiqi, fikrin məntiqi və 
nitqin məntiqi. Ziddiyyət gerçəkliyin dialektik məntiqinə daxildir. Bu, nitqin təşəkkülü, müəyyən şəklə salınması 
ilə ölçülür. Nitq deyimində, əsərlərdə fikrin məntiqliliyi birbaşa, açıq və ardıcıllıqla ifadə olunmalıdır. Fikrin 
məntiqliliyi deyəndə gerçəklik obyektlərinin, faktlarının əksinin düzgünlüyü nəzərdə tutulur. Onların əlaqəsi 

 
133
ümumi-fərdi, səbəb-nəticə, uyğunluq-fərqlənmə, mahiyyət-görünüş, məzmun-forma, tabelilik-tabesizlik və s. 
gümanlara, dəlillərə əsaslanır. Müəllif bədii əsərində, Belinskinin sözləri ilə desək, «sübut etmir, amma göstərir, 
daha dəqiq göstərməklə sübut edir». 
 
N TQ N AHƏNGDARLIĞI.  Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlığı 
gözlənilməklə materialın alçaq tondan başlayaraq , uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin 
dəyişməsi, dinləyiciləri özünə cəlbetmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü 
üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə 
tutulur.  
Estetikakın ən mühüm kateqoriyalarından biri də ahəngdarlıqdır. Estetika ədəbli, incə, mülayim, hazırcavab 
və bədii-emosional müxtəliflikdir. Nitqdə ahəngdarlıq deyəndə nitqin uyğunluğu, səlisliyi, gözəlliyi başa düşülür. 
Ahəngdarlığı təmin edən xüsusiyyətlər bunlardır: 1. Azərbaycan sözləri üçün açıq hecalar səciyyəvidir. Açıq 
hecalar yüksək intonasiya ilə tələffüz olunur. Bu da, şübhəsiz, nitqin ahəngdarlığına, uyğunluğuna, axıcı və 
musiqili olmasına təsir göstərir. 2. Azərbaycan sözlərində saitlər, sonor və cingiltili samitlər işlənmə tezliyinə və 
kəmiyyətinə görə fərqlənir. 3. Ahəng qanununun nitqin uyarlığında rolu böyükdür. 4. Cümlədə eyniköklü üzvlərin 
ardıcıl sıralanması nitqin ahəngdarlığına imkan yaradır. K.S.Stanislavskinin dediyi kimi, “danışıq, şeir özü də 
musiqi kimidir, mahnıdır. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır. Skripka kimi səslənməlidir, taxtaya 
dəyən noxud kimi taqqıldamamalıdır”.  
 
N TQ N DƏQ QL Y . Dəqiqlik nitqin ilk və əsas şərtidir. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və 
təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göztəricisidir. Dəqiq söz işlətmə 
dilin leksik sistemində olan sözlərin semantikasını, sinonimliyi, çoxmənalılığı, terminləri, müxtəlif funksional 
üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım 
olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir.  

 
134
N TQ N YIĞCAMLIĞI.  Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin  
qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. 
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, 
uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz 
sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) 
çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” 
( slamın prinsiplərindən). 
 
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də 
yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı 
bacarmalıdır. 
Fikri əhatə etməklə qısa demək bacarığı istedad əlamətidir.  stedadla bağlı olan yığcamlıq söz söyləyəndən 
deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, 
məlum olanları yenidən xatırlatmamalı, başqalarını yormamağı tələb edir.  
Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir. Yığcamlıq məzmunu 
dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş, sözlər az, məna dərin olmalıdır. Babalarımız həmişə 
yığcamlığı gözləmiş, uzunçuluğa, yoruculuğa qarşı mübarizə aparmışlar. Məsələn,  “uzun sözün qısası” (Atalar  
sözü),  mənası  genişdir, qafiyəsi dar.  
Yığcamlıq nitqin bəzəyidir, təsirliliyidir. «Yığcamlıq nitqi qüvvətləndirir. Elə ifadələr var ki, günəş şüalarına 
bənzəyir, nə qədər çox olursa, o qədər şiddətlə yandırır» (H.Suit); «Yığcamlıq ağlın bacısıdır» (A.P.Çexov).  
 
F KR N SADƏL Y . Nitqin aydın, asan, anlaşıqlı, düzgün olması tez başa düşülməsinin rəhnidir. Sadə nitq 
hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan, ibarəçilikdən, əllaməçilikdən uzaq 
nitqdir. « fadə nə qədər gözəl olarsa, fikir və hisslər o qədər zərif olar» (D.N.Pisaryev). 
Nitqin sadəliyi üçün yığcamlıq, aydınlıq, anlaşıqlıq və cümlənin qısalığı əsas şərtdir. Vaxtilə Flober yazırdı: 
«Əgər cümləni qısaltmaq mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı cümlə? - Ən qısa cümlədir».  

 
135
 “Dil nə  qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun 
aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, 
ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən qaçmaq, məzmunu mümkün qədər 
sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların 
mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. 
Nitqin  sadəliyi  tələb  edir  ki,  orada  işlədilən  bütün  sözlər  dinləyicilərin  (auditoriyanın)  ümumi  səviyyəsinə  və 
xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. 
Dinləyicilərin  ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu, 
yabançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən  (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin 
günəşi, kadr potensialı və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır.  
 
N TQ N  MÜNAS BL Y   .  Dil  ünsiyyəti  müxtəlif  şəraitdə,  müxtəlif  tərzdə  və  məzmunda  olur.  Nitq 
məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə  və s. 
görə müxtəlif şəkildə təzahür edir. 
Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim 
və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya  vasitəsilə çıxış 
edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?:  uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, 
tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?;  xtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; 
Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək 
fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən, səviyyəsindən və s. asılı olaraq nitqdəki 
sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur. 

 
136
Íèòãèí ìöíàñèáëèéè ö÷öí ìèñàëëàð âÿ ñèòàòëàð åëÿ ñå÷èëìÿëèäèð êè, êîíêðåò äèë ñèòóàñèéàëàðûíûí, ÿäÿáè 
öñëóáëàðûí, çÿðóðè ñþç âÿ èôàäÿëÿðèí èøëÿäèëìÿ ãàíóíàóéüóíëóüó íÿçÿðÿ àëûíñûí. 
Íèòãèí ìöíàñèáëèéèíè øÿðòëÿíäèðÿí àìèëëÿð è÷ÿðèñèíäÿ àøàüûäàêûëàð äàùà þíÿìëèäèð: 1) Ìþâçóíóí (ôèêðèí) 
ìÿçìóíóíà óéüóí äèë ìàòåðèàëûíûí ñå÷èëìÿñè; 2) Äèë âàñèòÿëÿðèíèí íèòãèí ìÿãàì âÿ øÿðàèòèíÿ óéüóíëóüó; 3) Íèòã 
öñëóáóíäàí àñûëû îëàðàã äèë âàñèòÿëÿðèíèí ìÿãñÿäÿóéüóíëóüó; 4) Äèë ìàòåðèàëûíûí íàòèãèí øÿõñèééÿòèíÿ, éàøûíà, 
ñàâàäûíà, äöíéàýþðöøöíÿ, ñÿíÿòèíÿ óéüóíëóüó. 
 
Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin