AZƏrbaycan d L haqqinda



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix21.04.2017
ölçüsü4,51 Kb.
#14973
1   2   3   4   5   6   7   8   9   10   11

 
НАТИГЛИК СЯНЯТИN N SAHƏLƏR  
  Нитги мювъуд  ядяби  нормалара уйьун  (дцзэцн)  олмагла йанашы,  щям  дя дягиг вя  эюзял  (ифадяли)  олан 
адамлар натиг адланырлар. Натиглик мцяййян пешякарлыг тяляб едян сянятдир. 
  Натиглик сяняти дедикдя, щяр шейдян яввял, профессионал фяалиййят сащяси баша дцшцлцр, икинъиси ися щямин 
фяалиййят сащясиндян данышан елм (бuна риторика да дейилир) нязярдя тутулур. 
  Натиглик сянятинин ясас тялябляри ашаьыдакылардан ибарятдир: 
1.
 Дцзэцн, дягиг вя эюзял (ифадяли) данышмаг; 
2.
 Аудиторийанын сявиййясини, xарактерини нязяря алмаг, йяни аудиторийа цчцн анлашыглы олмаг; 
3.
 Нитгин  информасийасына,  ритминя  фикир  вермяк,  щямин  интонасийанын,  ритмин  тялябляриня  уйьун  бядян, 
баш вя ял-гол щярякятляри етмяк; 
4.
 Мцмкцн гядяр йыьъам данышмаг, мятлябдян узаглашараг, динляйиъиляри йормамаг; 
5.
 Нитгя  (чыxыша,  мцщазиряйя  вя  с.)  яввялъядян  щазырлашмаг,  сонра  ися  тящлил  едиб  конкрет  нятиъяляр 
чыxармаг. 
  Натиглик щям бир сянят, щям дя бир елм кими чоxдан формалашмышдыр. Гядим дцнйанын, xцсусиля, антик 
дюврцн  йетирдийи  эюркямли  натигляр  натиглийин  практикасы  иля  мяшьул  олмагла  йанашы,  бцтюв  бир  елми-нязяри 
систем  щазырламышлар.  Платон  (Яфлатун),  Аристотел  (Ярястун),  Демофсен,  Сисерон  вя  с.  антик  натиглийин  ян 
эюркямли нцмайяндяляри олмуşлар. 
Азярбайъанын  тариxи  бойу  бюйцк  натигляри  фяалиййят  эюстярмишляр:  Xятиб  Тябризи,  Низами  Эянъяви, 
Имамяддин  Нясими,  Шащ  Исмайыл  Xятаи,  Молла  Пянащ  Вагиф,  Мирзя  Фятяли  Аxундов,  Няриман  Няриманов, 
Мяммядямин Рясулзадя, Сямяд Вурьун, Микайыл Ряфили, Яли Султанлы, Исмайыл Шыxлы, Шыxяли Гурбанов. 
 
Ейни заманда Азярбайъанда ясрляр бойу натиглийин нязяриййяси иля мяшьул олмуш, бир сыра мцкяммял 
нитг принсипляри мцяййянляшдирилмишдир. 
 
Натиглийин ашаьыдакы сащяляри мювъуддур: 
1.
  Бядии натиглик; 
2.
  Академик натиглик; 

 
56
3.
  Сийаси натиглик; 
4.
  Инзибати-идаря натиглийи; 
5.
  Ишэцзар натиглик. 
 
 
Натиглик  сянятинин  мцщцм  шяртляриндян  бири  ял-гол  щярякятляриндян  -  "жестлярдян"  нитгин  интонасийасына, 
ритминя уйьун шякилдя истифадя етмякдир. Жестляр нитгин тясирлилийини артырыр, она емосионал эцъ верир. 
Анъаг ял-гол щярякятляриндян чоx истифадя етмяк йери эялди-эялмяди ял-гол атмаг, нятиъя етибариля нитгин 
тясирлилийини  артырмаг  явязиня,  азалда  биляр.  Она  эюря  дя  эюркямли  нытг  усталары  щяр  бир  жести  юлчцб-бичир  вя 
онлардан йерли-йериндя истифадя етмяйя чалышырлар. 
Бцтцн  натиглярин  ейни  жест  системиндян  файдаланмасы  мцмкцн  дейил.  Адятян,  щяр  бир  эюркямли  натигин 
юзцнямяxсус жест цслубу олур. 
 
Нитг  просесиндя  цз  язяляляринин  мяналы  щярякяти  (тяяъъцб,  наразылыг,  ещтирам,  севинъ  вя  с.  мцxтялиф 
емосийалар  ифадя  етмяси)  мимика  адланыр.  Ня  ися  данышыб  цзц  щярякятсиз  (мянасыз,  ифадясиз  вя  с.)  саxламаг 
мцмкцн дейил вя тябии ки, мимика нитгин анлашылмасында, мясялян, сюзцн ъидди, йаxуд иронийа иля дейилмясини 
баша дцшмякдя мцщцм рол ойнайыр. 
Мимика васитясиля натиг нитгиня мцяййян емосионаллыг, сюзля ифадяси мцмкцн олмайан чаларлар эятирир. 
Жестля мимика мцкяммял нитгдя бир-бирини тамамлайыр вя ващид псиxоложи акт кими чыxыш едир. Шифащи ядяби 
дил бунларсыз мцмкцн дейил. 
 
NAT QL K SƏNƏT N N SAHƏLƏR   
 
1.  ctimai-siyasi natiqlik 
a) Prezidentlərin inaqurasiya nitqi 
b) Siyasi mövzuda məruzələr 
c) Hər hansı toplantıda hesabat məruzəsi, müzakirədə çıxış, 

 
57
ç) Siyasi mövzuda çıxış (hər hansı bir ölkədə başqa prezidentin çıxışı), 
d)  cmal nitqi - son söz, 
e) Mitinqlərdəki çıxışlar,  
ə
) Siyasi təbliğatçıların nitqi. Şüarlar, qanunvericilik layihələri. Parlament mübahisələri 
2. Diplomatik natiqlik  
a) Xarici işlər nazirlərinin çıxışı 
b) Dövlət başçılarının BMT-də çıxışları 
c) Diplomatik mübahisə. 
3. Akademik natiqlik 
a) Ali məktəblərdə mühazirə oxumaq 
b) Elmi məclisdə (konfransda) mühazirə  
c) Elmi mövzularda kütləvi mühazirə 
ç) Elmi məlumatvermə (elmi hesabat) 
d) Elmi mövzuda mübahisə 
e) Elmi rəy. Dissertasiya müdafiəsi çıxışı. 
4. Məhkəmə natiqliyi 
a) Prokurorun ittiham nitqi 
b) Vəkilin və ya müdafiəçinin nitqi 
c) Müttəhimin cinayət haqqında  çıxışı  
ç) Müttəhimin özünümüdafiə nitqi 
d) Şahidlərin dindirilməsi (nitqi) 
e) Hakimin nitqi - ittiham hökmü. 
5. Məişət natiqliyi 
a) Masa arxasında söylənən təbrik nitqi 
b) Matəm mitinqində nitq (ağılar) 
c) Məişət-müraciət etiketləri 

 
58
ç) Məişət mübahisəsi. 
6. Bədii axşamlardakı nitq 
a) Şair və yazıçı haqqında məruzə - mühazirə-nitq 
b) Şair və yazıçının nitqi. 
7. Səhnə nitqi 
a) Komik aktyorun nitqi 
b) Tragik aktyorun nitqi. 
8. Dini natiqlik 
a) Moüzə və xütbə 
b) Məscid və kilsədə din xadimlərinin nitqi 
c) Surə oxumaq, Quran tapşırmaq, süfrə və ehsan duaları  
ç) Axund və mollaların imamların müsibəti haqqında hüznlü çıxışı, mərsiyə,  
sinəcan. 
9. Hərbi natiqlik 
a) Hərbçiləri-əsgərləri ruhlandırmaq üçün çağırış nitqi 
b) Hərbi and 
c) Hərbi nizamnamənin şərhi 
ç) Komandanların və komandirlərin müxtəlif situasiyalarda çıxışları. 
 

 
59
NAT QL K SƏNƏT N N TAR X NƏ DA R 
 
Öz  tarixi  keçmişinə  görə  çox  qədim  zamanları  əhatə  edən  natiqlik  sənətinin  ilk  rüşeymləri  Misirdə, 
Çində,  daha  sonra  Ərəbistanda  təşəkkül  tapmışdır.  Qədim  zamanlarda  xalqın  böyük  hörmətini  qazanmış 
n
üfuzlu və istedadlı natiqlər Şərq bəlağətini (fikrin, aydın, incə və gözəl ifadə olunması) və fəsahətini (aydın 
dan
ışma  və  ya  fikrin  aydın  ifadəsi) yüksək  səviyyəyə  qaldırmışlar. Lakin sonralar  süquta  uğrayan natiqlik 
sənəti  Avropada  b
öyük  inkişaf  yoluna  qədəm  qoymuşdur.  Öz  inkişaf  və  mədəniyyətinə  görə  həmişə  Şərqə 
borclu olan Avropa bu sənətin də ilk r
üşeymlərini qoca Şərqdən əxz etmişdir. 
Natiqlik  sənəti  Avropada,  x
üsusilə  Qədim  Yunanıstanın  paytaxtı  Afinada  geniş  şəkildə  yayılmağa  və 
inkişaf  etməyə  başlad
ı.  Qədim  Yunanıstanda  incəsənətin  bir  çox  növlərilə  yanaşı  (memarlıq,  poeziya, 
heykəltəraşl
ıq)  ritorika  sənəti  də  yüksəliş  pilləsinə  qədəm  qoyurdu.  Bir  çox  ritorlar  (natiq,  müəllim 
mənalar
ını  ifadə  edir)  meydana  gəlirdi.  Bu  sənət  Afinada  daha  geniş  vüsət  almışdı.  Xüsusilə,  Solonun 
hakimiyyətə  gəlməsi  (B.e.ə.  594-c
ü  il),  apardığı  islahatlar,  borcların  ləğv  edilməsi,  qulların  azad  olunması 
natiqlik  sənətinin  inkişaf
ına  güclü  təkan  verdi.  Bu  islahatlardan  sonra  hər  kəs  hüququnu  müdafiə  etmək 
imkan
ı əldə etdi. Lakin bunu hər adam bacarmadığı üçün məhkəmələrdə xüsusi adamlar fəaliyyət göstərməyə 
başlay
ır ki, onlar da loqoqraflar adlanırdı. 
Natiqlik sənətinin  atas
ı  sayılan məşhur siyasi və ictimai xadim Demosfen bu  dövrdə yetişib  fəaliyyətə 
başlad
ı. 
Natiqlik  sənətini  y
üksəklərə  qaldırmış,  natiqlik  məktəbi  yaratmış  bu  şəxsiyyət  neçə-neçə  ritorların 
yetişməsinə  k
öməklik  göstərmişdir.  Hətta  bir  çox  natiqlər,  müəllimlər  öz  nitqlərini  Demosfenin  təsiri  ilə 
qurmuşdu.  Təsad
üfi  deyil  ki,  vaxtı  ilə  M.P.Siseron  «Kim  Demosfen  kimi  olmaq  istəmirsə,  o,  natiq  deyil» 
fikrini irəli s
ürmüşdür. 
Demosfen bu şan-ş
öhrətə birdən-birə gəlib çatmamışdı. Bu, uzun illərin, gərgin zəhmətin, mübarizə və 
mətin iradənin hesab
ına başa gəlmişdi. Həyata fiziki cəhətdən qüsurlu gələn Demosfen (o, çox əsəbiymiş, «r» 
səsini d
üzgün tələffüz edə bilmirmiş, danışan zaman çiynini çəkirmiş və s.) ilk növbədə bu qüsurları aradan 
qald
ırır. O, dəniz qırağına gedir, ağzına xırda daş atıb, gur səslə nitq söyləyir. Çox çəkmir ki, onun nisbətən 

 
60
yekə dili normal hala d
üşür və pəltəkliyi aradan qalxır. Sonra özündən hündür olan yerdə qılınc asır və çiyni 
üzərində  saxlayır.  Çiynini  atdığı  zaman  qılınca  toxunur.  Qılıncın  verdiyi  ağrı  hesabına  bu  qüsurunu  da 
aradan  qald
ırır.  Nəhayət,  dostu  Satirin  məsləhətilə  səs  tembrindən,  intonasiyadan  düzgün  istifadə 
Demosfenə m
üvəffəqiyyət gətirir.  Əvvəllər qışqıra-qışqıra  danışıb özünü  yoran,  hətta nitqi  yarımçıq  qalan, 
istehzalara,  lağlağ
ı  gülüşlərə  məruz  qalan  Demosfen  inadkarlığı  sayəsində  gözəl  bir  natiqə  çevrilir.  lk 
qələbəsini qohumlar
ı üzərində qazanan Demosfen beş dəfə nitq söyləyir. Bu zaman ona məşhur loqoqraf  sey 
yax
ından köməklik göstərir.  Atasının var-dövlətinə  sahib  çıxmış bu  adamlarla  mübarizə  aparan Demosfen 
ədaləti bərpa edir. Var-d
övləti geri qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. 
Elə həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa 
çalışır. Ömrünün qırx iki ilini bu sənətə həsr 
edir.  B
öyük  nailiyyətlər  əldə  edir.  Hələ  gənc  yaşlarında  loqoqraf  kimi  fəaliyyət  göstərən  Demosfen 
«Malikanəyə ziyan vuran Kallik əleyhinə» və «Cehiz haqq
ında Spudi əleyhinə» adlı məşhur nitqlərini yazır. 
Elə bu d
övrdə natiqlik sənətindən dərs deyib müəllimlik edir. Müəllimlik etdiyi illərdə o, ritorikanın sirlərinə 
dərindən  bələd  olur,  tədqiqat  apar
ır,  əldə  etdiyi  nəticələri  nitqində  müvəffəqiyyətlə  işlətməyə  nail  olur. 
Natiqliyin  tələblərindən  irəli  gələn  prinsipləri  əsas  g
ötürən  Demosfen  onlara  ciddi  əməl  edirdi.  Bu  tələblər 
aşağ
ıdakılardır: 
1) Material
ın toplanması, 
2) Məzmun və formaya uyğun plan tərtib edilməsi, 
3) Ard
ıcıllığın gözlənilməsi 
4) 
Üslubi çalarların işlənməsi, 
5) Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrlərindən d
üzgün istifadə olunması. 
Demosfen b
ütün nitqlərində giriş, əsas hissə, nəticədən istifadə etmiş və nitqini hissələrə bolmüşdür. 
Elm  aləminə  Demosfenin  61  nitqi  və  6  məktubu  məlumdur.  Onlardan  9-u  rus  dilinə  tərc
ümə 
olunmuşdur.  Bu  nitqlər  aras
ında  Esxinin  əleyhinə  yönəlmiş  nitqi  xüsusi  yer  tutur.  Demosfen  Esxinin  çar 
Filipplə olan yax
ın münasibətini güclü tənqid atəşinə tutur və Demosfenin «Esxin Filipplə əməkdaşlıq edirdi, 
bu 
çox  dəhşətdir,  ey  Yer  kürəsi,  ey  Allahlar!  Məgər  bu  doğru  deyil?»  kimi  müraciətləri,  xitabları  kütlənin 
qəlbinə  yol  tap
ırdı.  Bundan  sonra  Demosfen  yazır:  «Mən  ona  görə  səndən  yaxşı  vətəndaş  olmuşam  ki, 

 
61
ham
ıya fayda verən iş görmüşəm, sən isə heç bir təklif irəli sürməmisən, qərar qəbul etməmisən... Əksinə, son 
hadisələr ayd
ınlaşdırdı ki, sən elə işlər görmüsən ki, onları yalnız ən yararsız adamlar, dövlətimizin qəddar 
d
üşmənləri  görə  bilər...  Dövlətimizin  qəddar  düşmənləri  olan  Aristart,  Naksosda,  Aristoley,  Fasosda 
afinal
ıların dostlarını məhkəməyə cəlb etdiyi kimi, Esxin də Afinada Demosfeni ittiham edir». 
Doxsan səhifədən ibarət olan bu nitqdə Demosfen Esxini tam məğlub edir və Xalq Məclisi tərəfindən 
ona verilən «q
ızıl çələng» mükafatının ədalətli olduğunu sübut edir. Demosfenin bu çıxışı Siseron tərəfindən 
lat
ın  dilinə,  daha  sonra  isə  rus  dilinə  (üç  dəfə  1784,  1873,  1887)  tərcümə  olunmuşdur.  Bu  məğlubiyyətin 
səbəblərini  ayd
ınlaşdıran  Esxin,  Demosfeni  «əjdaha»  adlandırmışdır.  Bundan  əlavə,  Demosfenin 
«Ktesifontun  m
üdafiəsi»  adlı  nitqi  də  dövrünün  nadir  incilərindən  sayılırdı.  Esxinin  nitqinin  əleyhinə 
yaz
ılmış bu nitq də suallarla, müraciətlərlə nəzəri cəlb edir. Filippi müdafiə edən Esxinlə mübarizədən qalib 
çıxmış Demosfen çarın özü ilə də mübarizə aparmaqdan çəkinmir. Onun Filippə qarşı söylədiyi nitqlər bir 
ne
çə hissədən ibarətdir. Məsələn, nitqlərinin birində «Bəli sizi gözləyən təhlükə başqa təhlükələrə bənzəmir. 
Ax
ı Filipp bizi sadəcə özünə tabe etmək fikrində deyil, dövlətimizi tamamilə məhv etməyə çalışır». «Dövlətin 
daxilində  fəaliyyət g
östərən düşmənləri əzmədən,  onların havadarları olan xarici  düşmənləri məğlub  etmək 
olmaz».  Mən  vicdanl
ı  vətəndaşın  vəzifəsini  onda  görürəm  ki,  o,  dövləti  xilas  etməyi  gözəl  nitq  soyləyib 
«ş
öhrət  qazanmaqdan  üstün  tutsun».  Demosfenin  Filipp  əleyhinə  yazdığı  silsilə  nitqlər  natiqlik  sənətində 
əvəzolunmaz bir mənbə kimi həmişə diqqət mərkəzində durur. Yorulmaz ictimai-siyasi xadim Demosfen bir 
m
üddət  dövlət  işlərində  çalışmış,  hətta  maliyyə  işlərinə  rəhbərlik  etmişdir.  Afina  divarlarının  bərpasına 
rəhbərlik  edən  27 
üzvdən  biri  olan  Demosfen  tikintiyə  və  yoxsul  kəndlilərə  şəxsi  vəsaitindən  xeyli  pul 
xərcləmişdir. 
Məhz,  bu  fəaliyyətinə  g
örə  Xalq  Məclisi  tərəfindən  “Qızıl  çələng”lə  mükafatlandırılmışdır  (onu  bu 
m
ükafata təqdim edən Ktesifont olmuşdur). Esxin bu mükafatın verilməsinin əleyhinə çıxmışdır. Nəticədə isə 

ır məğlubiyyətə uğramışdır. Vətəni uğrunda canını qurban verən, alovlu natiq Demosfenin olümünə səbəb 
Aleksandr
ın hakimiyyəti illərində xəzinədar işləyən Qapralın Afinaya gəlib sığınacaq alması olur. Bu məsələ 
ilə  əlaqədar  Demosfen  Hiperid  ilə  dostluq  əlaqələrini  kəsir.  Antipatr  və  Aleksandr
ın    anası  Qapralın 
vətəndaşl
ıq qəbul etməsinə etiraz edirlər. Qapral Afinadan qaçır. Demosfen isə məsuliyyətə cəlb olunur. O,  

 
62
doğma    vətənindən    getməyə    məcbur    olur.  Alksandr
ın  olümü  (e.ə.323-cü  il)  Afinalıları  yenidən  üsyana 
qald
ırır. Demosfen də üsyana qoşulur və yenidən Afinaya qayıdır. Lakin Antipatrın hakimiyyətə gəlməsi və 
demokratiyan
ı  boğması,  hər  şeyi  alt-üst  edir.  Hiperid  öldürülür.  Arki  tərəfindən  axtarılan  Demosfen  isə 
Kalavri adas
ındakı Poseydon ibadətgahında tutulur. Düşmənlər inandırmağa çalışır ki, o, əfv olunacaq, heç 
bir cəza 
çəkməyəcək. Demosfen onlara inanmır və bir məktub yazmaq üçün icazə istəyir. Ona icazə verilir. 
Demosfen  isə  qələmində  gizlətdiyi  zəhəri  udur  və  e.ə.  322-ci  ildə  keşməkeşli  həyat
ını  sona  çatdırır. 
Ölümündən yarım  əsrə yaxın bir vaxt keçəndən  sonra  (42  il)  Demosfenə  Afinada  əzəmətli  heykəl qoyulur. 
Üzərində isə «Demosfen, qoy ağlın kimi, səndə elə bir qüdrətli güc yaransın ki, hətta Makedoniyalı Aresin 
özü də yunanları məğlub edə bilməsin» sözləri həkk olunur. 
Ümumiyyətlə,  Yunanıstanda  natiqlik  məktəbinin  yaranmasında  xalq  təxəyyülü,  Homerin  « liada»  və 
«Odisseya» əsərləri, Solonun islahatlar
ı, ölkənin iqtisadi, mədəni, siyasi inkişafı mühüm rol oynamışdır. 
Bu illərdə yetişən və tarixi mənbələrdə yeddi m
üdrik adlanan natiqlərin adı bu gün böyük hörmətlə yad 
edilir.  Kleobu,  Pittak,  Biant,  Periandr,  Xilon,  Solon,  Fales.  Bunlar
ın  içərisində  ən  məşhuru  Solondur. 
Vətənindən didərgin d
üşən Solon bir müddət Misirdə, sonra Kiprdə yaşayır.  lk dəfə Kiprdə Sol şəhərinin 
b
ünövrəsini  qoyur.  Onun  beş  min  adda  yaradıcılıq  məhsulu  miras  qalmışdır.  Səksən  yaşında  ikən  Kiprdə 
vəfat edir. 
Ümumiyyətlə,  yunan  natiqlik  məktəbinin  bir  çox  nümayəndələrindən  Antifont,  Andokit,  Lisi,  sey, 
sokrat,  Demosfen,  Hiperid,  Likurq,  Esxin,  Dinarx və  başqalar
ının  əsərləri  böyük  maraq  doğurur.  Yunan 
natiqlik məktəbinin n
ümayəndələri haqqında dolğun məlumat verən dilşünas Kamil Əliyev onların həyat və 
yarad
ıcılığını  geniş  işıqlandırmağa  nail  olmuşdur.  Adları  qeyd  olunan  nümayəndələrlə  yanaşı  Aristotelin 
natiqlik    sənətinin    nəzəri    əsaslar
ını  elmi  surətdə  əlaqələndirən  məşhur  «Ritorika»  əsəri  böyük  maraq 
doğurur. 
Tisi və Koraks
ı «Ritorika»nın ilk müəllifləri olmuşlar. Afinaya isə «Ritorika»nı Koraksıdan dərs almış 
Qorki gətirmişdir. Daha sonralar «Ritorika» yazmaq, onu dərslik kimi istifadə etmək geniş v
üsət almışdır. 
stər    Yunan
ıstanda,      istərsə    də    Romada  yazılan  «Ritorika»lar  içərisində  Aristotelin,  Siseronun, 
Kvintillian
ın əsərləri daha çox şöhrət qazanmışdır. 

 
63
Hələ  m
üəllimi  Platon  sağ  olarkən  natiqlik  sənətindən  dərs  deyən  Aristotel  şagirdlərə  mühazirənin 
mətnlərini k
öçürməyi tövsiyə  edirdi. Platon öləndən  sonra Aristotel  Afinanı  tərk  edir.  Bir müddət  Filippin 
oğlu Aleksandra dərs deyir. M
üəlliminin mühazirələrilə yanaşı, öz nəzəri  biliyini də mühazirəyə əlavə edir. 
Az vaxtda Aristotel yenidən Afinaya qay
ıdır və oxuduğu mühazirələrin mətnlərini bir yerə toplayıb onları 
təkmilləşdirir.  Natiqlik  sənətinə  yeni  bir  «Ritorika»  qədəm  qoyur.  Aristotelin  yazd
ığı  «Ritorika» 
digərlərindən onunla fərqlənirdi ki, bu əsərdə ilk dəfə olaraq dil, 
üslub, nitq haqqında yeni və orijinal fikirlər 
s
öylənilirdi. Burada 
1) nitqin tərtibi, 
2) natiq 
üçün lazım olan şəxsi keyfiyyətlər, 
3) nitq texnikas
ı, tətbiq olunan vasitələr və s. kitabın əsas məziyyətlərindən biri idi. 
Kitab 
üç hissədən ibarətdir. Birinci hissə dildən, ikinci hissə üslubdan, üçüncü hissə nitqdən bəhs edir. 
Burada 
üsluba  daha  çox  fikir  verən  müəllif  üslubu  nitqin  predmetinə  uyğun  qurmağı  tövsiyə  edirdi. 
Üslubun isə əsas xüsusiyyəti onun aydın olması ilə bağlıdır. 
M
üəllif  aydınlığı,  təbii  və  səlis  danışmağı,  inandırmanı  nitq  üçün  əsas  amil  hesab  edirdi.  Aristotel 
natiqlik sənətinin beş əsas prinsipini x
üsusi olaraq qeyd edirdi: 
1) Material
ın toplanması və hazırlanması; 
2)  Plan  tutulmas
ı,  materialın  məzmun  və  formaya  uyğun  tərtib  edilməsi.  Sübut  və  faktlardan  düzgün 
istifadə olunmas
ı; 
3) Material
ın yadda saxlanması və ardıcıllığın gözlənilməsi; 
4) Nitqdə şifahi şərhin, 
üslubi çalarlığın gözlənilməsi; 
5) Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrindən d
üzgün istifadə olunması. 
Tarixin amans
ızlığına düçar olan Yunanıstan öz siyasi azadlığını itirməklə bərabər, natiqlik sənətini də 
yavaş-yavaş itirməyə başlay
ır. Beləliklə, Avropanın başqa bir ölkəsi estafeti ələ alıb, natiqlik sənətini uğurla 
davam etdirir. Qədim və ulu d
ünyanın başqa bir ölkəsi, Roma bu ağırlığı öz çiyinləri üzərinə alır. 
 
Qədim Romada natiqlik məktəbi 

 
64
 
Roma  natiqlik  məktəbinin  yaranmas
ında  əsas  amilləri  Yunanıstanın  zəifləməsi  və  yüksək  təbəqənin 
ondan 
üz döndərməsi oldu. Romanın güclü inkişafı, Yunanıstanı öz əyalətinə çevirməsi natiqlik məktəbinin 
yaranmas
ına  gətirib  çıxardı.  Roma  natiqlik  məktəbi  yunan  natiqlik  məktəbinə  nisbətən  daha  azad  və 
demokratik  idi.  Əgər  Yunan
ıstanda  yalnız  qullar  nitq  söyləyib  özünü  müdafiə  edirdisə,  Romada  hər  bir 
vətəndaş  bu  h
üquqa  malik  idi.  Lakin  buna  baxmayaraq,  nitqin  priyomları,  məktəblərdə  tədris,  yunan 
ritorlar
ının  əsərləri  bir  mənbə  kimi  Roma  natiqlərinə  öz  təsirini  göstərirdi.  Bu  dövrdə  Romada  Katon, 
Antoni Mark, Qay Qrakx , Tiberi Qrakx və başqa natiqlər yetişmişdi. Tədqiqat
çılar bu natiqlərin əsərlərini 
araşd
ırarkən  bəlli  olub  ki,  bəzi  natiqlərin  əsərləri  tam  şəkildə,  bəzisinin  isə  yaradıcılığından  kiçik,  cüzi  bir 
hissə miras qalm
ışdır. Roma natiqlik sənətinin ən görkəmli nümayəndəsi Mark Tulli Siseron hesab olunur. 
Elm aləmində y
üz beş nitqinin olması haqqında məlumat olan, lakin onlardan  əlli  səkkizinin  bizə  gəlib 
çatması onun haqqında söz deməyə əsas verir. Mark Tulli Siseron ilk nitqini 81-ci ildə, iyirmi yeddi yaşında 
olarkən  s
öyləmişdir.  Bu  nitq  Publinin  mülki  işi  ilə  bağlı  olmuşdur.  kinci  nitqi  isə  Romada  dövlətli 
adamlardan biri olan Sekst Rostsinin 
ölümü ilə əlaqədar olmuşdur. Roma küçələrinin birində qətlə yetirilən 
Rostsinin oğluna da sui-qəsd haz
ırlanır. Təsadüf nəticəsində sağ qalan oğul, qəsdçilər tərəfindən “ata qatili” 
kimi  ittiham  olunur.  O  d
övrün  adlı-sanlı    natiqləri  susduğu  halda  gənc  natiq  Mark  Tulli  Siseron  müdafiə 
nitqi s
öyləyir. Sonra qədim Yunanıstana səfər edir, Antioxun mühazirələrinə qulaq asır və təcrübəsini daha 
da art
ırır. 
Siseron  həm  də  d
övlət  işlərində  çalışıb  xalqın  hörmətini  qazanmışdı.  Dövlət  xəzinəsinə  nəzarətçi  kimi 
rəhbər  vəzifədə 
çalışan  Siseron  xalqa  və  vətəninə  namusla  xidmət  etmişdir.  Siserondan  sonra  bu  vəzifəyə 
gələn Verres xalq
ı soyur, talayırdı. Siseron isə xalqın təkidi ilə onu məhkəməyə verir. Məhkəmə Verresi külli 
miqdarda  pulla  cərimə  edir.  Siseron  sonra  daha  b
öyük  xalq  məclislərində,  yığıncaqlarında  çıxışlar  edib, 
b
öyük hörmət qazanır. Hətta tarixdə böyük sərkərdə kimi tanınan Qney Pompeyin baş komandan seçilməsi 
zaman
ı  nitq  söyləyən  Siseron  danışmağı  özünə  şərəf  bilir.  Xalqın  ona  göstərdiyi  hörməti  yüksək 
qiymətləndirir. 

 
65
Siseron 
öz  siyasi  nitqlərini  64-çü  ildə  konsul  seçiləndən  sonra  söyləməyə  başlayır.  Bu  illər  onun 
yarad
ıcılığının  çiçəklənmə  dövrü  hesab  olunur.  Siyasi  arenada  isə  Siseron  ən  böyük  səhvini  edir.  Lutsi 
Katilian
ın  təşkil  etdiyi  sui-qəsddə  iştirak  edənlərdən  beş  nəfəri  məhkəməsiz  edam  etdirir.  Bu  onun 
d
üşmənlərinin  fəallaşmasına  səbəb  olur.  Katilianın  tərəfdarı  Klodi  xalq  tribunu  seçilir  və  Siserona  qarşı 
h
ücuma  keçir.  Siseron  Romanı  tərk  edir,  Yunanıstana  gəlir.  Onun  evi,  malikanəsi  müsadirə  olunur.  Bir  il 
yeddi  aydan  sonra  Romaya  qay
ıdan  Siseron  evini,  malikanəsini  məhkəmə  vasitəsilə  geri  qaytarır.  Onun 
Romaya  qay
ıtmasına  yaxından  köməklik  edən  nüfuzlu  şəxslərdən  asılı  vəziyyətə  düşür.  Hətta,  Publi  Setsi 
kimi şəxslər haqq
ında müdafiə nitqi də söyləyir. Kiligiyada prokonsul (51-ci ildə) işləyir. Vaxtı qurtaran kimi 
yenə Romaya qay
ıdır. Qalmaqallı Roma yenə Siseronu rahat buraxmır, hakimiyyət uğrunda mübarizə, xalq 
iğtişaşlar
ı məşhur natiqi ağuşuna alır. 
Siseron  Mark  Antoniyə  qarş
ı  cidd-cəhdlə  mübarizə  aparmağa  başlayır,  alovlu  nitqlər  söyləyir.  Böyük 
Demosfenin şərəfinə bu nitqlərini «filippika» adland
ırır. Bu çıxışlar isə ona həyatı bahasına başa gəlir. Mark 
Antoni  hakimiyyətdə  n
üfuzlu  bir  şəxs  kimi  məşhur  olur.  Bu  nüfuzundan  istifadə  edərək  alovlu  natiq, 
vətənpərvər,  d
övlət  xadimi  Siseronun  başını  və  yazı  yazan  sağ  əlini  kəsdirir.  Bu  tarixdə  ən  dəhşətli 
ölümlərdən  biri  idi.  Onun  yazdığı  «Natiq  haqqında»,  «Brut»,  «Natiq»,  məşhur  «Ritorikası»  natiqlik 
sənətində əbədi, həmişəyaşar bir həyat qazand
ı. Roma imperatorluğu natiqlik sənətinin süquta uğramasına 
səbəb oldu. 
Qədim  Yunan
ıstanda  və  Romada  təşəkkül  və  tərəqqi  tapmış,  uzun  tarixi  yol  keçmiş  natiqlik  sənəti 
durğunluq illərini yaşamağa başlay
ır. Bu durğunluq XVIII əsrə qədər davam edir. XVIII əsrdən başlayaraq, 
burjua  z
ülmünə  və  istismara  qarşı  baş  verən  iğtişaşlar,  mitinqlər  natiqlik  sənətinin  inkişafına  təkan  verdi. 
Qərbi Avropadak
ı bu dirçəliş XIX əsrin əvvəllərində daha geniş şəkil almağa başlayır.   Bu illəri tədqiqatçılar 
renessans  d
övrü  adlandırır.  «Renessans»  fransız  sözü  olub,  mədəniyyətin,  ictimai-siyasi  həyatın  oyanması, 
dir
çəlməsi deməkdir.  Xüsusilə, Fransada, Almaniyada,  taliyada, Avstriyada baş verən burjua-demokratik 
inqilablar
ı  bir  çox  natiqlərin  yetişməsinə  səbəb  oldu.  Məsələn,  Fransada  Jerbye,  Koşen,  Tarja,  Jül,  Laşo, 
Favr,  Demanj,  D
üpen,  Almaniyada  Robert  Blyum,  Sikizmund,  Borkheym,  Vilhelm  Volf  kimi  natiqlər 
yetişmişdir.  X
üsusilə,  Fransada  Demosfenin,  Lisinin,  Siseronun  nitqləri  tərcümə  olunub,  öyrənilməyə 

 
66
başlanm
ışdı. Fransada fəaliyyət göstərən andlı məhkəmə prosesi daha geniş vüsət almışdı. Məsələn, Fransa 
ordusunun kapitan
ı  Alfred Dreyfusu vətənə xəyanət üstündə  həbs  edirlər. Məşhur yazıçı  Emil  Zolya  buna 
etiraz
ını bildirərək xalqa və prezidentə müraciət edir. On iki il davam edən bu işi üç natiq - Mornar, Labori, 
Mano  m
üdafiə  edir.  Bu  məhkəmə  natiqliyində  Yunanıstan  natiqlik  məktəbinin  təsiri  açıq-aşkar 
duyulmaqdad
ır.  Fransızlar  da  Yunanlar  kimi  əsas  diqqəti  nitqin  üslubuna,  ardıcıllığına,  aydınlığına, 
dəqiqliyinə, təsirliliyinə, emosionall
ığına verirdilər. Fransa natiqlik məktəbi bir çox ölkələrə müsbət təsirini 
g
östərdi. Almaniyada natiqlik məktəbinin nümayəndəsi Avqust Bebel hamının sevimlisinə çevrilmişdi. Onun 
dərin  məzmunlu  nitqi  xalq
ın  rəğbətini  qazanmışdı.  Bu  sözləri  xalq  seçkilərində  gözəl  və  aydın  çıxışları  ilə 
radikallar
ın qələbəsini təmin edən Vilhelm Volfun da ünvanına söyləmək olar. 
XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişaf
ı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü 
təsir g
östərmişdi. Demosfenin, Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir 
Lomonosov  natiqlik  sənəti  haqq
ında  (1748-ci  il,  «Kratkoe  rukovodstvo  krasnoreçiu»)  yazdığı  əsəri  çap 
etdirdi. Əsərdə yunan «Ritorikas
ı»nın təsiri özünü tam aydınlığı ilə göstərir. Müəllif, natiqin və dinləyicinin 
əhval-ruhiyyəsini  əsas  şərt  kimi  qəbul  edir.  Gertsen,  Stankevi
ç,  Xomyakovun  rəhbərliyi  altında  bir  çox 
dərnəklər  fəaliyyətə  başlay
ır.  Rus  natiqləri  «Ritorika»nı  əzbərləyib,  kor-koranə  öyrənməyin  əleyhinə  çıxır. 
Belinski  yaz
ırdı:  «Əgər  siz  natiq  olmayanlarda  natiqlik  sənəti  haqqında  təsəvvür  yaratmaq,  natiq  olmaq 
istəyənlərə  isə  k
öməklik  göstərmək  istəyirsinizsə,  «Ritorika»  yazmayın,  bütün  xalqların  müxtəlif  dövrlərdə 
fəaliyyət  g
östərmiş  məşhur  natiqlərinin  nitqlərini  toplayın,  bu  natiqlərin  hər  birinin  həyatı  haqqında  geniş 
məlumat  verin,  siz  belə  bir  kitabla  həm  natiqlərə,  həm  də  natiq  olmayanlara  boy
ük  xidmət  göstərirsiniz». 
Rus  natiqlik  məktəbinin  xarakteri 
özündən  əvvəlki  sələflərindən  onunla  fərqlənirdi  ki,  Rusiyada  nitqlər 
k
ütləvi  xarakter  daşıyırdı.  Əvvəlkilərdə  isə  məhkəmə  natiqliyi  hakim  mövqe  tuturdu.  Fəhlə  sinfindən 
S.H.Xolturin,  P.A.Alekseyev,  Q.P.Petrovski,  A.J.Badayev,  .V.Babuşkin  və  digərlərinin  ad
ı  tarixdə  fəhlə-
natiq kimi həkk olunmuşdu. 

 
67
 
HEYDƏR ƏL YEV VƏ N TQ MƏDƏN YYƏT   
N TQ MƏDƏN YYƏT N N MƏQSƏD VƏ VƏZ FƏLƏR   
 
       Nitq  mədəniyyəti    Azərbaycan  dilinin  qayda-qanunlar
ını,  incəliklərini,  özünəməxsus  xüsusiyyətlərini 
öyrənmək üçün zəmin yaradır. Nitq mədəniyyəti mədəni davranmağı və nitq vərdişlərini öyrədir. Ona görə də 
hər  bir  şəxs  nitqini  qurarkən  səslərin  d
üzgün  tələffüzünü,  vurğunun,  intonasiyanın  işlənmə  qaydalarını 
bilməlidir. Bu fənn tələbələrin istər yaz
ılı, istərsə də şifahi nitqinin inkişafı üçün yollar, perspektivlər açır.  
Nitq  mədəniyyəti  ancaq  d
üzgün  danışmaq  bacarığı  deyil,  həm  də  düzgün  yazmaq  vərdişləri  aşılayır, 
məlumatlar
ı rəvan bir dildə çatdırmaq bacarığına yiyələnməyə imkan verir. Bu fənnin ali məktəblərdə tədris 
olunmas
ında əsas məqsəd tələbələrin nitqinin inkişaf etdirilməsindən ibarətdir. 
Nitq  mədəniyyətinin  əsas  vəzifəsi  tələbələri  onun  elmi  əsaslar
ı  ilə  tanış  etmək,  onlara  ədəbi  dil 
normalar
ını öyrətmək, nitqini inkişaf etdirməkdir. 
Nitq  mədəniyyəti  ümumi anlayışdır.  Onu  adi və yüksək mədəni  nitq kimi, nitqlə  dilin münasibəti, nitq 
ünsiyyətinin növləri (monoloq, dialoq, poliloq) və nitq formaları (yazılı və şifahi nitq) baxımından öyrənmək 
olar. 
Adi nitq sadə, ayd
ın, səlis bir nitqdir. hər bir kəs nitqini öz səviyyəsinə uyğun qurur. Adi nitqdən həm 
monoloq, həm dialoq, həm də poliloqda istifadə olunur. 
Y
üksək  mədəni  nitqdə  isə  vəziyyət  bir  qədər  başqadır.  Belə  nitqdə  böyük  tələblər  irəli  sürülür.  Natiq 
y
üksək  danışıq  tərzi  ilə  bərabər,  xüsusi  intonasiya,  dilin  normalarından  (fonetik,  leksik,  qrammatik, 
semantik, sintaktik və s.) ustal
ıqla istifadə edir. O, dinləyiciyə estetik təsir göstərir. Yüksək mədəni nitqdə hər 
bir natiq «se
çmə və əvəzetmə» prinsipindən istifadə etməlidir. Belə nitq dialekt və şivə sözlərdən, loru danışıq 
dilindən, qəliz ərəb, fars, rus, Avropa mənşəli və s. s
özlərdən uzaq olmalıdır. Yüksək mədəni nitqdə yüksək 
mədəniyyət n
ümayiş etdirilməlidir. Yersiz təkrarlar, jestlər mədəni nitqin təsir qüvvəsini azaldır. 
Nitqlə dilin münasibəti. Dil ictimai hadisədir. Dil heç bir sinfə xidmət etmir. Daha ümumi mənada dil 
ünsiyyət  vasitəsidir.  Dil  vasitəsilə  insanlar  bir-birini  başa  düşür,  əlaqə  saxlayır,  fikir  mübadiləsi  aparır.  O, 

 
68
mənəvi  sərvətdir.  Dilin  b
ütün  elmlərə  açar  olması,  onun  başqa  elmlərlə  əlaqəsi,  həmin  elmlərlə  birlikdə 
tədqiq  olunmas
ına  gətirib  çıxarır.  Məsələn,  fəlsəfə,  məntiq,  psixologiya,  ədəbiyyat  və  s.  elmlərlə  əlaqəli 
olmas
ı bəllidir. Lakin  bu  elmlərlə  əlaqəsinə baxmayaraq,  dilin  əsas  tədqiq  obyekti  dilçilikdir.  Məsələyə bu 
bax
ımdan yanaşsaq, onda dilin bir neçə sistemi öz quruluşunda birləşdirməsinin şahidi oluruq. Bu sistemin 
bəzilərini nəzərdən ke
çirək. 
1) Fonetik sistem.  ctimai mənal
ı səslərin bir -birinə   birləşməsi,   fonetik   qanunları, səslərin, fonetik 
hadisələrin 
öyrənilməsini tədqiq edən dilçiliyin bir şöbəsidir. 
2) Semantik sistem - dil vahidlərini məna cəhətdən tədqiq edən sahəsinə deyilir. 
3) Leksikoloji sistem. S
özlərin təklikdə tədqiqi ilə məşğul olan dilçiliyin bir şobəsidir. 
4) Qrammatik sistem s
özlərin quruluşundan və birləşməsindən bəhs edir. Onu da qeyd edək ki, bu sistem 
iki sahəni əhatə edir. A) morfoloji sistem; b) sintaktik sistem. 
Morfoloji sistemə daxil olan s
özlər leksik və qrammatik mənasına görə on bir qrupa ayrılır. Bunlar isə 
nitq hissələri adlan
ır. Nitq hissələri iki qrupa bölünür: 
1.
Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin