K LÇ LƏR
NÜMUNƏLƏR
-ım, -im, -um, -üm, -m
qardaşım, dərsim, anam
-ımız,-imiz,-umuz,-
ümüz, -mız4
qardaşımız,dərsimiz,ana-
mız
-ın,-in,-un,-ün,-n
qardaşın, dərsin, anan
-ınız,-iniz,-unuz,-ünüz,-
nız, -niz,-nuz,-nüz
qardaşınız, dərsiniz,
ananız
III şəxs tək
III şəxs cəm
-ı,-i,-u,-ü;
-sı,-si, -su, -sü (-yı,-
yi,-yu,-yü)
qardaşı, dərsi,
anası, mövqeyi
Sual 16.Sifət barədə məlumat yazın
.
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət cümlədə ismə aid olub
onu müxtəlif cəhətdən təyin edir: qara kəmər, şirin söhbət, dəhşətli insan, ağacdakı quş. Necə?
nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlərin leksik mənaca aşağıdakı növləri var:
1. Rəng bildirən sifətlər: göy, qırmızı, yaşıl və s.
2. Dad bildirən sifətlər: şirin, turş, acı, dadlı və s.
3. Keyfiyyət bildirən sifətlər: yaxşı, pis, çalışqan və s.
4. Əlamət (görkəm) bildirən sifətlər: gözəl, kök, nurani və s.
5. Forma bildirən sifətlər: uzun, əyri, incə, badamı və s.
6. Həcm bildirən sifətlər: böyük, kiçik, enli və s.
14
Sual 17. Sifətin quruluşca növləri və müqayisə dərəcələri haqqında yazın.
Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur:
Sadə sifətlər
Sadə sifətlər quruluşca bir kökdən ibarətdir: qara, sarı, uzaq, yaxın,gözəl.
Düzə ltmə sifə tlə r
Düzəltmə sifətlər, əsasən, isim və fellərdən düzəlir. Elə buna görə də sifətlər
düzəlmə yoluna görə iki yerə bölünür: isimdən düzələn sifətlər, feldən düzələn
sifətlər.
simdə n sifə t düzə ldə n şə kilçilə r:
-lı
4
dadlı, duzlu, həvəsli, güllü və s.
-sız
4
dadsız, duzsuz, həvəssiz, gülsüz və s.
-ı
4
badamı, qəhvəyi, gümüşü, armudu və s.
-i(vi) tarixi, tibbi, hərbi, inqilabi, tərbiyəvi və s.
-cıl
4
zarafatcıl, ölümcül, yuxucul, işcil və s.
-dakı
2
ağacdakı, həyətdəki, irəlidəki və s.
Feldə n sifə t düzə ldə n şə kilçilə r:
-ağan
2
; qaçağan, güləyən və s.
-ar
2
(r) axar (su), oxşar (hadisə) və s.
-qan
2
çalışqan, döyüşkən və s.
-ğın
4
azğın, əzgin, vurğun, düzgün (sonu cingiltili samitlərlə bitən fellərə
qoşulur) və s.
-qın
4
satqın, kəskin, tutqun, küskün (sonu kar samitlə bitən
fellərə qoşulur) və s.
-ıq
4
,
açıq, sökük, uçuq və s.
Mürə kkə b sifə tlə r
Mürəkkəb sifətlər iki və ya daha artıq sözün birləşməsindən yaranan sifətlərdir. Mürəkkəb
sifətlər bitişik və ya defıslə yazılır: enlikürək, gözəl-göyçək, bığıburma, şirin-şirin və s. Bu cür
sifətlərin yaranma yolları müxtəlifdir:
1.
Sadə sifətlə sadə ismin birləşməsi ilə: şirindil, qarayaxa;
2.
Bir sadə və bir düzəltmə sözün birləşməsi ilə: enlikürək, məqsədyönlü;
15
3.
ki düzəltmə sifətin birləşməsi ilə: soyuqqanlı, açıqürəkli;
4.
Mənsubiyyət şəkilçili sözün iştirakı ilə: ürəyiaçıq, sözübütöv;
5.
Sadə və ya düzəltmə sözlərin təkrarı ilə: qırıq-qırıq, qara-qara;
6.
"ba" və "a" bitişdiricilərinin köməyi ilə: cürbəcür, növbənöv, rəngarəng;
7.
Biri və ya heç biri ayrılıqda işlənə bilməyən sifətlərin birləşməsi ilə: əzik-üzük, dəlmə-
deşik;
8.
Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli, qocalı-cavanlı;
9.
"Qeyri" sözü və sifətin birləşməsi ilə: qeyri-müəyyən, qeyri-insani.
Sifə tin özünə mə xsus xüsusiyyə tlə rində n biri də onun də rə cə bildirmə sidir. Əşyalar
ə
lamət və keyfiyyət azlığı və çoxluğu ilə bir-birindən fərqlənir. Buna görə də əşyaların əlamət
və keyfiyyəti nisbi olaraq üç dərəcə üzrə müəyyənləşdirilir:
Azaltma də rə cə si Adi də rə cə Çoxaltma də rə cə si
göytəhər
göy
gömgöy
1.
Sifə tin adi də rə cə si
Sifətin adi dərəcəsi əşyanın keyfiyyət və ya əlamətinin normada olduğunu bildirir. Azaltma
və çoxaltma dərəcələri adi dərəcə əsasında formalaşır: sarı, yaşıl, qırmızı, kiçik. Adi dərəcənin
xüsusi şəkilçisi yoxdur.
Heç də bütün sifətlər dərəcənin morfoloji əlamətini qəbul edə bilmir, həmişə adi dərəcədə
olurlar:
•
Düzətmə və mürəkkəb sifətlərin əksəriyyəti: duzlu, sınıq, süzgün, daxili, güləyən,
qaraqaş, qaragöz, qaraqabaq və s.
•
Bəzi sadə sifətlər: kal, qalın, mehriban, kar, ağır, kobud
•
Alınma sifətlərin bir çoxu: etnik, fizioloji, tibbi.
2.
Sifə tin azaltma də rə cə si
Sifətin azaltma dərəcəsi əlamət və keyfiyyətin adi dərəcədən, yəni normadan az olduğunu
bildirir. Bu üsulla yaranan sifətlər formaca dəyişir, yəni adi dərəcədə olan sifətlərə şəkilçilər
artırılır: qaraşın, sarışın, uzunsov, dəlisov, sarımtıl, ağımtıl
Sintaktik üsulla azaltma dərəcəsi təhər, kəm, ala, açıq sözlərinin köməyi ilə düzəlir. Təhər
və kəm sözləri ilə düzələn sifətlər bitişik, ala və açıq sözü ilə düzələnlər defislə yazılır.
3.
Sifə tin çoxaltma də rə cə si
Ə
lamətin adi dərəcədən çox olduğunu bildirən dərəcəyə sifətin çoxaltma dərəcəsi deyilir:
Çoxaltma dərəcəsi də iki üsulla yaranır:
l.Morfoloji üsulla:
a)Adi dərəcədə olan sifətin sonuna -ca
2
şəkilçisi artırmaqla: zorbaca, yaxşıca. stisna:
16
balaca
adi dərəcədədir.
b)Adi dərəcədə olan sifətin əvvəlinə onun ilk hecası artırılır, lakin bu zaman hecanın son
samiti m, p, r, s samitlərindən biri ilə əvəz olunur: Əgər həmin heca saitlə bitirsə, bu
samitlərdən biri sadəcə olaraq hecaya qoşulur: gö-m-göy, do-s-doğma, qı-p-qırmızı, tə-r-
təmiz. Ağappağ sözü bu üsulla yaransa da, göründüyü kimi, bir az fərqlidir.
2. Sintaktik üsulla
Adi dərəcədə olan sifətlərin əvvəlinə lap, daha, ən, olduqca ədatları, tünd sözü və ya düm
hissəciyi artırılır: ən gözəl, lap qırmızı, tünd-göy, dümağ.
Sual 18.Sifətin cümlədə rolu nədən ibarətdir?
Sifətin cümlədəki birinci sintaktik vəzifəsi izah etdiyi sözdən əvvəl gəlməsi-təyin
olmasıdır, lakin bəzən elə olur ki, sifət isimləşərək həm ismin, həm də sifətin vəzifələrini
daşıyır:
Sifət təyin kimi: Bayağı (necə?) mahnı
Sifət xəbər kimi: Mənim dostum üzgündür. (necədir?)
Sifət
mübtəda
kimi:
Qoca
(kim?)
birdən
dilləndi.
Sifət tamamlıq kimi: Arxadakını (hansını?, nəyi?)mən aparacağam.
Sifət zərf kimi:
Sə nsiz (necə) yaşaya bilmirəm.
Bəzən sifətlər cümlədə ismin rolunda çıxış edə bilir. Bu zaman sifət sifətə məxsus
xüsusiyyətlərini itirərək isimləşir, amma morfoloji baxımdan sifət olaraq qalır: Gözəl qızlar,
gözəllər. Sifət isimləşərkən aşağıdakı xüsusiyyətlərini itirir:
1.
Əlamət və ya keyfiyyət bildirməsini;
2
. Sifətin suallarına cavab verməsini;
3
. Təyin olma xüsusiyyətini;
4
. simdən əvvəl gəlmə xüsusiyyətini.
Sifə t isimləşə rkə n aş ağ ıdakı xüsusiyyə tlə ri qazanır:
l. Ad bildirmək: gid gəldi.
2
. Cümlənin mübtəda və tamamlığı olmaq: Dahilər yanılmırlar. Dəlidən ağıllı söz.
3
. Hallanır: şirin, şirinin, şirinə, şirini, şirində, şirindən
4
. Cəmlənir: cavanlar, yaxşılar
Mənsubiyyətə görə dəyişmək: qaragözüm, qaragözün. simsiz işlənmə xüsusiyyətini:
oğ rular, də lilə r.
QEYD: Ümumiyyə tlə , sifə t aid olduğ u isimsiz iş lə nə rsə , isimləş miş hesab edilir. stisna
olaraq, birbaşa xəbərlik şəkilçisi qəbul edərək cümlənin xəbəri olduqda isimləşməyə də bilər:
Bizi xilas edən bu igiddir (kimdir?)- simləşmişdir. Mənim dostum igiddir (necədir)-
17
cümləsində isə dostun keyfıyyəti vurğulandığı üçün isimləşmiş hesab edilmir. Lakin sifət ismə
aid şəkilçidən sonra xəbər vəzifəsində çıxış edərsə, isimləşmiş sifət hesab olunur. Məs.: Bunlar
bizim qəhrəmanlardır.Sifət isimləşsə belə, morfoloji təhlil zamanı sifət kimi götürülür.
Azaltma və çoxaltma dərəcəsinin şəkilçilərini qəbul etmiş sifətlər sadə sifətlərdir.
Sual19.Say haqqında ümumi məlumat yazın.
sim əşyanın adını, sifət isə onun əlamətini bildirir. Əşyanın miqdarını və ya sırasını
da əsas nitq hissəsi olan say bildirir. Say neçə?, nə qədər? neçənci? suallarına cavab verir.
Sayla sifət arasındakı oxşar cəhətlər: Hər ikisi isimlə bağlı
olur: igid oğul, beş uşaq.
Hər ikisi isimdən əvvəl gəlir: igid oğul, beş uşaq.
•
Hər ikisi isimləşə bilir: igidlər, beşincilər.
•
Hər ikisi ədatla işlənə bilir: lap gözəl, lap çox.
•
Hər ikisi, əsasən, cümlədə təyin vəzifəsində çıxış edir: yaxşı adam, üç rəng
•
Hər ikisi quruluşca sadə, düzəltmə, mürəkkəb olur.
•
Hər ikisi "hansı?" sualına cavab verə bilir: Birinci (hansı?)adam, bugünkü (hansı?) hadisə
Qeyd: Əgər isim eyni zamanda həm say, həm də sifətlə işlənərsə, o zaman say sifətdən əvvəl
işlənir: üç böyük bina.
Sayla sifə tin fə rqli cə hə tlə ri:
•
Say əşyanın miqdarını, sifət əşyanın əlamətini bildirir.
•
Düzəltmə say, əsasən, saylardan, düzəltmə sifət isə müxtəlif nitq hissələrindən yaranır.
• Saylardan sonra gələn isimlər, adətən, cəmlənə bilmir (10 adam), sifətdən sonra
gələn isimlər isə cəmlənə bilir (özəl insanlar).
Sual 20. Sayın quruluş ca və mə naca növlə ri barə də mə lumat yazın .
Saylar quruluş ca üç yerə bölünür: sadə, düzəltmə, mürəkkəb.
Sadə saylar yalnız bir kökdən ibarət olur: beş, az, xeyli, çox, üç.
Düzə ltmə saylar isə -ıncı
4
, -lu, -acıq, -larca
2
, -larla
2
şəkilçiləri vasitəsi ilə düzəlir:
Məsələn: birinci, yüzlərlə, minlərcə, çoxlu, azacıq.
Mürəkkəb saylar yazılışına görə iki cür olur:
1. defislə yazılanlar: üç-dörd, əlli-altmış
2. ayrı yazılanlar: ikidə bir, on beş, bir qədər
Sayların mənaca aşağıdakı növləri var:
I Miqdar sayları
Miqdar sayları mənaca üç yerə bölünür: müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar
sayları, kə sr sayları.
1.
Müə yyə n miqdar sayları:
18
•
Əşyanın konkret sayını bildirir. beş bina.
•
Müəyyən miqdar sayı, adətən, neçə? nə qədər?suallarına cavab verir.
•
Quruluşca sadə və mürəkkəb (tərkibi) olur: beş, üç, on beş, əlli iki.
•
Dilimizdə quruluşca sadə olan 23 miqdar sayı var.
• Müəyyən miqdar sayından sonra gələn isim həmişə təkdə olur: iki
kompyuter, bir vərəq.
•
Müəyyən miqdar sayı yazıda həm rəqəmlə (5), həm də hərflə (beş) yazıla bilir.
•
Müəyyən miqdar sayı ilə isim arasında çox vaxt numerativ sözlər işlənir: beş nəfər kişi, üç
baş qoyun, iki dənə kitab, üç sap mirvari. Bu nümunələrdə nəfər, baş, dənə, sap sözləri
numerativ sözlərdir. Aşağıdakı sözlər də numerativ söz kimi işlənə bilir: tikə, ədəd, çimdik,
stə kan, otaq, cüt, də st, qab vedrə , kilo, qram, metr, litr, top, vaqon, göz, kasa, sap
və s.
2.
Qeyri-müə yyə n miqdar sayları
• Qeyri-müəyyən miqdar sayları əşyanın təxmini miqdarını bildirir və yalnız nə qədər?
sualına cavab verir. Məs: az, çox, bir az, bir qədər, bir sıra, az-çox, çoxlu, azacıq, minlərlə,
yüzlərcə, xeyli, beş-altı, bir çox və s.
•
Qeyri-müəyyən miqdar sayları quruluşca sadə, düzəltmə və mürəkkəb olur: az,
azacıq, üç-dörd.
•
Az, çox sayları ədatla işlənə bilir: ə n az maş ın, lap çox insan.
Bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə olur: bir çox məktəblər.
• Çox, onlarla, yüzlərcə saylarından sonra gələn isimlər həm təkdə, həm
də cəmdə işlənə bilər: onlarla müəllim, onlarla müəllimlər.
Yerdə qalan qeyri-müəyyən miqdar saylarından sonra gələn isim həmişə təkdə olur.
3.
Kəsr sayları
Kəsr sayları tamın hissəsini və ya tam və hissəni bildirir: üçdə bir, üç tam onda dörd.
•
Kəsr sayları nə qədər?, neçə hissə? suallarına cavab verir.
•
Bu saylar müəyyən miqdar sayları və -da
2
hal şəkilçisinin köməyi ilə yaranır.
•
Kəsr sayları, adətən, mənsubiyyət şəkilçisi ilə birlikdə işlənir.
•
Qeyd: Kəsr sayları rəqəmlərlə yazılanda vergüldən də istifadə olunur: 3,5
II Sıra sayları
Sıra sayları əşyanın sırasını bildirir: birinci sinif, axırıncı mərtəbə.
•
Sıra sayları, əsasən, neçənci?, mətndə isə bəzən də hansı? sualına cavab verir.
•
Sıra saylarından sonra gələn isim cəmdə də ola bilər, təkdə də: 10-cu sinif, 10-cu
siniflər.
•
Sıra sayları, əsasən, müəyyən miqdar saylarına, əvvəl, axır, son zərflərinə və filan
ə
vəzliyinə -ıncı
4
şəkilçisi artırmaqla yaranır: ikinci, axırınci, sonuncu. Sonu saitlə bitən
sözlərdə -ncı
4
kimi yazılır: yeddinci, altıncı. Sıra saylarının müxtəlif yazı formaları var:
birinci; 1-ci; I; 1.; 1)
19
Sual 21. Felin təsriflənən formaları, əmr və xəbər şəkilləri barədə məlumat yazın.
Fellər iki böyük qrupa ayrılır:
1. Tə sriflə nə n formalar. 2. Tə sriflə nmə yə n formalar.
Felin şəxsə, kəmiyyətə və zamana görə dəyişən formalarına təsriflənən
formalar deyilir. Felin tə sriflə nə n formalarına felin şə killə ri daxildir.
Felin şə killə ri danış an şə xsin görülə n işə münasibə tini bildirir. Danışanın
münasibətinə görə işin icrası: a) tələb oluna bilər, b) arzu edilə bilər; c) vacib sayılar; d)
müəyyən şərtlə bağlı olar; e) müəyyən bir vaxtda müəyyən şəxs tərəfindən yerinə
yetirilə bilər və s. Bütün bunlar fel şəkillərinin məzmununu təşkil edir. Dilimizdə felin 6
şə
kli vardır: 1) əmr şəkli, 2) xəbər şəkli, 3) arzu şəkli, 4) lazım şəkli, 5) vacib şəkli, 6) şərt
şə
kli.
Ə mr, xahiş , mə slə hə t, tə klif, nə sihə t və s. bildirə n fel şə klinə felin ə mr şə kli deyilir.
Ə
mr şəklinin xüsusi şəkilçisi yoxdur. O, felin kökünə və ya başlanğıc formasına
şə
xs
şə
kilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir. Məs: qal -ım, qal, qal -sın, qal- aq,
qal-ın, qal-sın(lar)
və s.
Əmr şəkli zamanlara görə dəyişmir. Amma felin bu şəklinin məzmununda indiki
yaxud gələcək zaman anlayışı olur.
Felin xə bə r şə kli işin nə zaman və neçənci şəxs tərəfindən həyata keçirildiyini (və
ya keçirilmədiyini) bildirir. Felin xəbər şəklinin xüsusi qrammatik əlaməti olmur,
zaman və şə xs şə kilçilə ri ilə düzəlir.Yəni xəbər şəklində fellər zamana və şəxsə görə
dəyişir. Dilimizdə felin üç zamanı var: keçmiş, indiki və gələcək zamanlar. Keçmiş
zaman iki cür olur: şühudi keçmiş və nəqli keçmiş.
Şühudi keçmiş hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir və
-dı
4
şə
kilçisi ilə düzəlir. şin neçənci şəxs tərəfindən yerinə yetirildiyini göstərmək
məqsədilə fellərə müvafiq şəxs şəkilçiləri artırılır. Məs: tut-du-m, tut-du-n, tut-du,tut-
du-q, tut-du-nuz, tut-du-lar
və s.
Nə qli keçmiş zaman keçmişdə icra edilmiş iş, hərəkət haqqında nəql etmək yolu
ilə məlumat verir. Nəqli keçmiş zaman -mış
4
şəkilçisi ilə düzəlir. Məs: yaz-mış-am, yaz-
mış -san, yaz-mış -dır; yaz-mış -ıq, yaz-mış -sınız, yaz -mış -lar
və s. Şifahi nitqdə II şəxsin
təkində və cəmində -mış
4
şəkilçisinin son samiti düşür. Məs: sat-mış-san əvəzinə sat-
mı-san, sat-mış -sınız
yerinə sat-mı-sınız. Nəqli keçmiş II və III şəxsdə -ıb
4
şəkilçisi
vasitəsilə də əmələ gəlir. Məs: al-ıb-san, al-ıb-(dır),al-ıb-sınız, al-ıb-lar.
ndiki zaman hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir. ndiki zaman
fellərə -ır
4
şəkilçisini artırmaqla düzəlir. Məs.: yaz-ır, qorx-ur, və s. Fellər indiki
zamanın inkarına görə dəyişəndə inkar şəkilçisinin (-ma, -mə) saiti düşür. Məs: bil-m-
ir-ə m
, gör-m-ür.
Gələcək zaman işin gələcəkdə icra ediləcəyini bildirir. ki cür olur: qəti gələcək,
qeyri-qəti gələcək.
Qə ti gə lə cə k zaman felə -acaq
2
şəkilçisini artırmaqla düzəlir. Məs: qalacağ am,
qalacaqsan,qalacaq, qalacağ ıq, qalacaqsınız, qalacaqlar.
-Acaq
2
şə
kilçili felə saitlə
başlanan şəxs şəkilçiləri artırdıqda q samiti ğ, k samiti isə y samitinə keçir; məs.: ya-
tacağam, siləcəyəm
və s.
Qeyri-qə ti gə lə cə k zaman felə -ar
2
şə
kilçisini artırmaqla düzəlir, məs.: tap-ar,bil-
ə
r
və s. Fellər qeyri-qəti gələcək zamanın inkarı üzrə dəyişdikdə inkar şəkilçisinin saiti
20
düşür. II və III şəxsdə isə r səsi z səsinə keçir. Məs.: dur-m-ar-am (I şəxs),dur-m-az-san
(II şəxs), dur-m-az (III şəxs).
Sual 22. Felin arzu, vacib, lazım və şərt şəkilləri barədə nə bilirsiniz?
Felin arzu şəkli işin gələcəkdə icrasının arzu edildiyini bildirir. Arzu şəkli felə --a
2
şə
kilçisinin artırılması ilə düzəlir. Məs: yaz-a-m, yaz-a-san, yaz-a, yaz-a-q, yaz-a-sınız,
yaz-a-lar . Fel saitlə qurtararsa, şəkilçinin əvvəlinə y samiti əlavə edilir, məsələn: saxla-
ya, gözlə -yə .
Arzu şəklində feldən əvvəl çox vaxt gərək, kaş sözlərindən biri işlədilir,
məsələn: gərək (kaş) bil-ə-m, gərək (kaş) gəl-ə-siniz və.
Arzu şəklinin şəkilçisi ilə felin əmr şəklinin I şəxs cəminin şəxs şəkilçisi –aq;
- ək bəzən cümlədə qarışdırılır. Bunları yalnız cümlənin üslubundan müəyyən etmək
olar. Kaş oxu-y-a-q: burada -a arzu şəklinin şəkilçisi, -q isə xəbərlik şəkilçisidir, gəl
Dostları ilə paylaş: |