AZƏrbaycan d L və n tq məDƏn yy


Qoşmalar sözlərə qoşularaq aşağıdakı məna çalarlarını  yaradır:                                                                1.   l



Yüklə 470,19 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix21.04.2017
ölçüsü470,19 Kb.
#14974
1   2   3   4   5   6   7

        Qoşmalar sözlərə qoşularaq aşağıdakı məna çalarlarını  yaradır: 

                                                             

1.   lə (-la

2

) qoşması adlıq halda olan isimlərə və yiyəlik halda işlənən əvəzliklərə 

qoşularaq, birgəlik, vasitə mənası bildirir. Məs.: Arzu ilə imtahana hazırlaşırıq. Səninlə 



işim var. Telefonla danışıram. 

2. Kimi, qədər, tək, ca



2

 qoşmaları adlıq hallı isimlər və yiyəlik halda olan əvəzliklərlə 

birlikdə bənzətmə, müqayisə mənası yaradır: Təyyarə quş kimi uçurdu. Səni heç kə

mənimtək  sevə bilməz. 

3. Üçün qoşması da adlıq və yiyəlik hallı sözlərlə işlənərək səbəb, məqsəd mənası 

ə

mələ gətirir: Kitabı Əli üçün gətirmişəm. Sənin üçün darıxıram. 



4. Kimi, qədər, -dək, can

2

 qoşmaları yönlük  halda işlənən sözlərə qoşulduqda  



məsafə, bəzən də zaman mənası bildirir. Məs.: evə kimi, kəndəcən, səhərə qədər və s. 

5. Sarı, tərəf, doğru, qarşı qoşmaları yönlük halda olan sözlərə artırıldıqda istiqaməmənası ifadə 

edir: bağa tərəf, küləyə qarşı, evə doğru, kəndə sarı və s. 

6. Dair, aid, xas, məxsus qoşmaları yönlük hallı sözlərlə işlənərək aidlik bildirir: Sənə aid ki-



tabları apar. Konfransda fəlsəfəyə dair mühazirələr dinlənildi. 

7. Görəəsasən qoşmaları da yönlük hallı sözlərə qoşularaq istinad mənası əmələ gətirir: Qərara 

ə

sasən onlara güzəşt ediləcək. Direktorun tapşırığına görə şöbədə yoxlama aparırdıq.

 Görə 

qoşması səbəb, məqsəd mənası da bildirir: Bura sənə görə gəlmişəm.  

8. Əvvəl, qabaq, sonra, bəri qoşmaları çıxışlıq halda olan sözlərə artırılıraq zaman 

mənası ifadə edir. Məs.: Mən Orxandan sonra (əvvəl,qabaq) gəldim.2007-ci ildən bəri 

ölkəmizdə çoxlu dəyişikliklər baş verib. 

9.Başqa, savayı, özgə, qeyri, ayrı qoşmaları çıxışlıq halda işlənən sözlərlə birlikdə 



fərqləndirmə mənası əmələ gətirir:  Nərgizdən başqa (qeyri, savayı, özgə) heş kəsdərsi 

öyrənməmişdi. 

10. Ötrü qoşmaları çıxışlıq hallı sözlərə qoşularaq, səbəb, məqsəd mənası yaradır: Ana 



uşaqlarından ötrü özünü oda-közə atar.  

 


26 

 

        Qoşmalardan  -tək,- dək,- can



2

,- ca

2

 qoşulduğu sözlərə bitişik yazılır.  lə qoşması 

həm bitişik (-la, -lə şəklində), həm də ayrı yazılır. Qalan qoşmalar qoşulduğu sözlərdən 

ayrı yazılır.  

        Qoşmalar içərisində başqa nitq hissələri ilə ortaq sözlər vardır. Tərəf sözü isim və 

qoşma kimi işlənə bilir. Məs.: Bu tərəf şərqdir (isim). Sağa tərəf get (qoşma). 

        Doğru, qabaq sözləri sifət, zərf və qoşma kimi işlənir: Qabaq sıralar boşdur 

(sifət). Qabağa bax (zərf). Bizdən qabaq gələn yoxdur (qoşma). 

        Sarı sözü sifər, fel və qoşma kimi işlənir: Sarı qələmi mənə ver (sifət). Yaramı 



sarı (fel). Maşın mənə sarı gəlirdi (qoşma).  

 

   

Sual  28.  Bağlayıcıların növləri və bağlayıcılarda vergülün işlədilməsi qaydaları 

hansılardir? 

                                                           

        Bağlayıcı  –  cümlə  üzvləri  və  ya  cümlələr  arasında  əlaqə  yaradan,  onları 

qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir. Sintaktik funksiyasına 

görə bağlayıcılar iki yerə bölünür: tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları. 

        Tabesizlik bağlayıcıları həm  sadə cümlədə,  həm  də  tabesiz  mürəkkəb cümlələrdə 

işlənir, başqa sözlə, sadə cümlələrin həmcins uzvlərini, tabesiz mürəkkəb cümlələrin isə 

tərkib hissələrini əlaqələndirir. 

       Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-

birinə bağlayır. 

         Tabesizlik bağlayıcıları bərabərhüquqlu tərəflər, tabelilik bağlayıcıları isə biri 

müstəqil, o biri asılı olan tərəflər arasında işlənir.  



        Tabesizlik bağlayıcılarının aşağıdakı qrammatik məna növləri var: 

        1. Birləşdirmə  bağlayıcıları:  və, ilə (-la

2

). Həsən və Akif  kəndə gedəcəklər. Onun 

getməyi ilə qayıtmağı bir oldu.   

 

        lə bağlayıcısı yalnız bəzi həmcins üzvləri bir-biri ilə əlaqələndirir. Həmcins 

xəbərlər və təbesiz mürəkkəb cümlələrin tərəfləri arasında işlənmir.  

         lə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Bağlayıcı kimi işlənəndə onu 

və bağlayıcısı ilə əvəz etmək olur. 

        2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki, isə, fəqət. Mə

danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi, amma özünü bilməməzliyə vurdu.

 

        3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, 



istər, istərsə də. Gah danışır, gah gülür.  stər bəstəkar ol, istər rəssam ol. 

       4. ştirak  bağlayıcıları:  həm,  həm  də,  həm  də  ki,  o  cümlədən,  hətta,  habelə



həmçinin, -da

2

. Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı, hətta Cahan xala da 

məclisə gəlmişdi.

 

        5.  nkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur.         



        6. Aydınlaşdırma bağlayıcılar: yəni, məsələn. Bakının zəngin sərvəti, yəni nefti 

var. O,bir çox şairlərin, məsələn, Füzulinin şeirlərini əzbər bilir. 

        Tabelilik bağlayıcılarının mənaca növləri  bunlardır: 

       1. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məs.: Evə gəlib

 

çatmışdıq  ki,  işıqlar 



söndü. Hamı narazı idi, belə ki, müdirlə dil tapa bilmirdilər.

 

27 

 

       2.  Səbəb  bağlayıcıları:  çünki,  ona  görə  ki,  buna  görə  də,  ona  görə  də,  onun 



üçün  ki,  ondan ötrü  ki  və s.  Məs.:  Oxumadım,  çünki  vaxtım  yox  idi.  Mən təyinatımı 

kəndə aldım, ona görə ki orada müəllimə ehtiyac var. 

       3.Güzəşt  bağlayıcıları:  həənd,  həənd  ki  və  s.  Məs.:  Həənd  dünyanı 

qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər (Henrix Heyne).

 

       4.Şərt bağlayıcıları: əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. 

Məs.: Əgər sinəmizlə cəbhə yarmasaq... Madam ki gəlmir, demək, bizi saymır. 

       Cümlədə təkrarlanan həm, ya, gah, nə və s. bağlayıcılardan  əvvəl (birincidən  

başqa) vergül işarəsi qoyulur. Məs.: O həm oxuyur, həm də işləyirdi. 

       Amma, ancaq, lakin bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Göy guruldadı, 

amma yağış yağmadı. 

       

Təkrarlanan da,də  bağlayıcısından sonra (axırıncıdan başqa) vergül qoyulur: Tatar 



da, özbək də, uyğur da türkdilli xalqlardır.  

       Mürəkkəb cümlələrdə işlənən çünki, ona görə ki, ona görə də və s. 

bağlayıcılarından əvvəl vergül qoyulur: Körpə heç cür sakitləşmirdi, çünki qulağı 

ağrıyırdı

.                                                      



       Ki bağlayıcısı həmişə tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir, ayrı 

yazılır, ondan sonra vergül qoyulur.  

 

  Sual 29.  Ədatların məna növləri  və onların  başqa  nitq hissələrində

fərqləndirilməsi barədə  qısa məlumat yazın. 

 

 Ədat sözlərin və cümlələrin təsir qüvvəsini artıran köməkçi nitq hissəsidir. 



 Məgər  bunu  sizə  deməmişdik?-  cümləsində  məgər  ədatı  bütövlükdə  cümlənin  təsir 

gücünü artırır. Sən ki belə deyildin cümləsində ki ədatı səsözünün təsir gücünü artırır. 

 Ədatlar  söz  və  ya  cümlələrin  mənasını  qüvvətləndirməyə  xidmət  etdiyi  üçün  onları 



cümlədən çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz, həmin məna yalnız bir qədər 

zəifləyə bilər. Ən gözəl qız gəlsin -Gözəl qız gəlsin. 

 Ədatların  qrammatik  mənası  söz  və  cümlələrin  təsir  gücünü  artırmağa  xidmət 



etməsidir. 

Ə

datların mənaca növləri aşağıdakılardır: 



1.

  Qüvvətləndirici ədatlar: ən, lap, daha, axı, hətta, artıq, -ca

2

, da, də, ha, düz bir, 

ki,  necə,  nə,  belə,  olduqca,  hələ.  Məs.:  Lap  başımı  itirmişəm.  Sən  bunu  desə

belə, heç kəs razı olmayacaq. Deməlisən ha. 

 

2.

  Dəqiqləşdirici  ədatlar:  elə,  məhz,  əsl.  Məs.:  Elə  mən  də  bunu  istəyirdim.  Əsl 

mən deyəndir. Məhz Oqtay bu rolu oynaya bilər. 

3.  Məhdudlaşdırıcı  ədatlar:  ancaq,  təkcə,  tək,  bircə,  yalnız,  bir.  Məs.: 

Məsələdən yalnız mən xəbərdar idim. Ancaq sən ona kömək edə bilərsən.

 

4.



 Sual  ədatları:  bəs,  məgər,  bəyəm,  yəni,  -mı

4

,  ki.  Məs.:  Yəni  sən  heç  atanı 

şünmürsən? Məgər belə də iş olar? Bəs mən bunu niyə bilmirəm?

 

5.

 Əmr  ədatları:  di,  qoy,  bax,  gəl,  gör,  görün,  gəlin,  gəlsənə,  ha,  -sana





.  Məs: 

Almayın hal Bax, gözləsin ha. Gəl belə edə

və s. 


28 

 

6.



 Arzu ədatları: kaş, gərək, kaş ki, təki, barı, bircə, bir. Məs.: Təki sən səslə məni. 

Kaş ki səni görəydim. Bircə yaz tez gəlsəydi.

 

7.



 Təsdiq və inkar ədatlarıhə, yox, bəli, xeyr, heç, əsla. Məs.: Hə, mən razıyam. Heç 

elə şey yoxdur 

və s. 


 

 

Ə

datların digər nitq hissələrindən fərqləndirilməsi barəsində danışarkən qisaca 



onu  deməliyik  ki,  ədatların  bəziləri  başqa  nitq  hissələri  ilə  omonim  olur.  Belə 

hallarda bu və ya  digər sözün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirmək 

üçün onun cümlədəki roluna, məna və vəzifələrinə fıkir vermək lazımdır. 

1. nəki, da, də, ancaq, hətta, yəni sözləri həm bağlayıcı, həm də ədat kimi islənir. 

Məs.:  Həsən  də  gəlmişdi.  Bəziləri,  yəni  məsələni  bilməyənlər  susurdular  -  bağlayıcı; 



Ağacları sula da. Yəni sən bunu bilmirsən?

- ədat. 


2.-ca,  tək  sözləri  qoşma  və  ədat  kimi  çıxış  edir.  Məs.:  Dəryaca  ağlın  olsa...  Quştə

uçurdu-qoşma. Bircə manat pulumuz vardı. Tək sən mənə kömək edə bilərsən.-ədat



3.



 Düz, əsl, tək, artıq sözləri sifət və ədat kimi işlənir. Məs.: Düz yanımda dayandı. Əsl 

mən  deyəndir.  Artıq  bu  məsələ  bizi  çox  narahat  etmişdir

—ədat.  Düz  sözə  nə  deyə 



bilərik. Əsl müəllim vətənpərvər olmalıdır. Artıq kitabları aparın-

sifət. 


4.

 Bax,  gəl,  gör,  qoy,  gəlsənə  və  s.  sözlər  fel  və  ədat  olur.  Qoy  sözünü  desin.  Gəl 

birlikdə oxuyaq—ədat. Çantanı yerinə qoy. Evə tez gəl-fel. 



5.

 Təkcə, yalnız, tək, artıq sözləri zərf və ədat kimi işlənir: Kəndə yalnız gəlmişdi. Qız 

tək yaşayırdı 

-zərf. Yalnız  sən mənə kömək edə bilərsən. Tək sənə inanıram-ədat 



        Ədatların əksəriyyəti sözdən ayrı yazılır. Sual bildirən -

4

ə

mr bildirən -sana



2

qüvvətləndirmə bildirən -ca ədatları şəkilçiləşdiyi  üçün sözlərə bitişik yazılır. Məs.: 



Bunu dedinmi? Oxusana. Bircə manat pulum qalıb.

 –mı


sual ədatı -da, -də 

bağlayıcısından (və ya ədatından) sonra ayrı yazılır. Sən də mi belə düşünürsən? 

   Sual 30. Modal sözlər və nida haqqında yazın

 

        Modal sözlər danışanın ifadə etdiyi fıkrə münasibət bildirən köməkçi nitq 



hissəsidir. Modal sözlərin mənaca aşağıdakı növləri var: 

1.  Təsdiq  (yəqinlik)  bildirənlər:  əlbəttə,  şəksiz,  şübhəsiz  (ki),  doğrusu, 

doğrudur,doğrudan  da,  həqiqətən,  düzü,  sözsüz  və  s.  Məs.:  Əlbəttə  ki,  göz  ürəyin 

aynasıdır.Şübhəsiz, əmək insan xarakterini müəyyən edə bilər. 

2.

 Güman və şübhə bildirənlər: bəlkə (də), giiman (ki), ehtimal ki, yəqin (ki), 

deyəsən, görünür, olsun ki, olmaya və s. Məs.:  Olmaya, sən bizsiz getmək  

fikrindəsən?Görünür, onlar işin ciddüiyini hələ yaxşı anlamırlar. 

 

3.

 Nəticə  (ümumiləşdirmə)  bildirənlər:  axır  ki,  deməli,  ümumiyyətlə,  beləliklə, 



xülasə, nəhayət, bir sözlə, tutaq ki, demək, yaxşı, müxtəsəvə s. Məs.: Yaxşı, indi biz 

hara gedirik? Demək, sən məndən bunları gizlədirdin. Xülasə, hamımız getməliyik.

 

4.



 Sıra  və ardıcıllıq bildirənlər:  əvvəla, birincisi, ikincisi  və  s.  Məs.:  Birincisi,  mə

özüm istəmirdim, ikincisi, bunun sənə aidiyyəti yoxdur.

 

5.



 Fikrin mənbəyini bildirənlər: məncə, səncə, fikrimizcə, bizcə, zənnimcə, mənə görə 

və s. Məs.:  Fikrimizcə, bu xəmir hələ çox su aparacaq. 



6.

 Təəssüf  bildirənlər:  təəssüf  ki,  heyif  ki,  əfsus  ki  və  s.  Məs.:  Heyif  ki,  biz  onu 

vaxtında tanıya bilmədik. Təəssüf ki, səŞuşanı görməmisən.

 

29 

 

7.Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki və s. Məs.: Sanki 



onun üstünə bir qazan isti su tökdülər. 

        Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin  əvvəlində, ortasında 

və sonunda işlənə bilir.  

        Görünür, deyəsən, demək, deməli, demə, görəsən və s. sözlər həm fel, həm də 

modal söz kimi, xülasə sözü isim və modal söz, yaxşı-sifət, zərf və modal söz kimi 

işlənə bilər. 



         Nida danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. 

Nidalar  insanın  müxtəlif  hisslərinin,   hadisələrə  emosional  münasibətinin ifadəsidir. 

Nidaların müxtəlif məna növləri var: 

1.

 Sevinc, heyranlıq bildirənlərbəh-bəh, of, ura, paho, oxqay, ay can ay can Məs.: 



Paho! Ay salam, xoş gördük.

 

2.



 Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. 

Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər.  

3.

 Çağırış bildirənlər: ey, ay, ya, hey, a, ehey. Məs.: A bala, bir bura gəl. Ehey atlılar, 



xan evinə gedərsiz..

4.



 Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xox və s. Məs.: Xox, qorxdum səndən. Xa-

xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.

 

5.



 Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh və s. Məs.: Ah, keçdi artıq o günlər. Of, 

ə

llərin qurusun, cəllad.

 

        Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan 



sonra, ortada gəldikdə hər iki tərəfindən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur. 

         Çağırış  nidaları  olan  ay,  a,  ya  tək  işlənmir,  onlardan  sonra  xitab  gəlir  və  vergül 

xitabdan sonra qoyulur. Məs.: Ay uşaq, bura gəl. A kişi, bu nə işdi edirsən? Ey nidası 

həm  xitabla, həm  də  tək işlənir.  Tək  işlənəndə  ondan sonra  vergül  qoyulur.  Məs.: Ey, 



mənə kömək edin.

 

        Nidalar da bəzən omonimlik yaradır. Məs.: Vay, sən nə etdin? ─ nida; 



Kəndimizdə vay düşdü─isim. Ay ana, gəl gedək ─ nida; Bir ay otuz gündür ─isim və s. 

 


Yüklə 470,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin