Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə12/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   8   9   10   11   12   13   14   15   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Ritorika və üslubiyyat
Dilin üslublarının hamısının ən yüksək zirvəsində üslubi ritorika dayanır. Buna görə də ritorikanın digər növləri arasında üslubiyyatın rolu xüsusi ilə danılmazdır.
Ritorika və estetika
Estetika termini da mənşəcə yunan dilinə aid olub aisthetikos sözündəndir. Mənası hiss edilən, həssas deməkdir. XVII əsrdən başlayaraq müstəqil fəlsəfi anlayış kimi işlənməkdədir. XX əsrdə estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi də işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər şeyin öz yerində olmasını tələb edir. Insanın estetik tərbiyəsi dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində isə estetika etika ilə vəhdətdə götürülür.
Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur. Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur. Estetika geniş mənada gözəllik aləmi dekəkdir. Əgər, ritorun nitqi bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar gözlənilmişdir.
Ritorika və psixologiya
“Dilçiliyə giriş” fənnindən məlumdur ki, dilçiliklə (dillə) psixologiya bir-biri ilə sıx əlaqədardır. Psixologiya insanların səciyyəvi xäsusiyyətlərini öyrənir. Bu elm insanların (hətta heyvanların) fəaliyyətini və davranışnı öyrənir.
Qədim zamanlarda psixologiya ruh haqqında elm kimi dəyərləndirilirdi. XIX əsrdə artıq müstəqil elm kimi formalaşdı.
İnsan nitqi (dili) bilavasitə təfəkkür ilə bağlı olduğu üçün psixologiya ilə də bağlıdır. Təfəkkür insanın dili ilə psixologiyasının birləşdiyi nöqtədir. İnsan düşünəndə və danışanda onun bütün beyin qabığı fəaliyyətdə olur. Bu prosesdə nitq mərkəzi xüsusi fəaliyyətdə olmalıdır ki, səs siqnallarını analiz edərək onu mənalandıra bilsin. Bu proses həm dinləmə, həm də danışma zamanı fəal surətdə davam edir. İnsan danışıq zamanı hansı psixi prosesin təsiri altında olması həlledici rola malikdir. Əgər ritor müsbət emosiyaların təsiri altındadırsa, onda onun psixolinqvistik mexanizmi açıq olur, nəticədə nitqi gözəl olur. Əksinə, mənfi emosiyaların təsiri altında olduqda psixolinqvistik mexanizmi sanki bağlı olur. Bu vaxt hər bir adam bildiyini də danışa bilmir. Bunu hər bir adam öz şəxsi həyatında dəfələrlə smaqdaıı çıxarmışdır ki, bildiyini danışa bilmir. Məssələn, başına bədbəxt hadisə gəlmiş heç bir natiq, heç bir mövzunu şövqlə danışa bilməz. Və yaxud, ritorun çıxışının yaxşı məqamında bir qeyri-adi hadisə baş versə, o nitqini əvvəlki kimi davam etdirə bilməyəcək.
Bundan əlavə, ritor qarşısında çıxış etdiyi auditoriyasının psixologiyasını da bilməlidir (nəzərə almalıdır).

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin