Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə26/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   22   23   24   25   26   27   28   29   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

5. Nitqin zənginliyi.
Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır.
Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni genişləndirməkdir. Diktor, aktyor, söz ustaları, natiqlərin və başqalarının danışıqlarını müntəzəm olaraq dinləmək, sözlərin, ifadələrin, cümlələrin ifadə tərzinə diqqət yetirmək, nitqin bu baxımdan məziyyətlərini mənimsəmək yolu ilə lüğəti genişləndirmək və zənginləşdirmək olar.
Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir. Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi söz ehtiyatının artırılmasına səbəb olur. Natiq (mühazirəçi, müəllim) nitqində mənası onun özü üçün naməlum və ya az məlum olan bir dənə də söz, termin işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası və geniş izahı ilə bağlı sorğu kitablarına – lüğətlərə, ensiklopediyalara və s. baxmaq, mühazirə mətnində müəyyən qeydlər aparmaq məsləhət görülür.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin