Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 0,81 Mb.
səhifə45/57
tarix27.12.2023
ölçüsü0,81 Mb.
#200430
1   ...   41   42   43   44   45   46   47   48   ...   57
Az rbaycan dili haqq nda mumi m lumat (1)

Vətəninə qurban, elinə qurban,
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim.
Bu şeir parçasının bütün sözlərini eyni tonla, eyni vurğu ilə oxumaq ifadəliliyi təhrif etmək, şeirin bədiiliyini söndürməkdir. Çünki qurban ifadəsi təkrar olunduğuna görə ondan əvvəlki kəlmə xüsusi vurğu ilə deyiləndə misranın bədiiliyi artır, məna dinləyiciyə daha dəqiq çatır, eşidənin hissi coşur, ürəyi riqqətə gəlir. Buna görə də həmin şeirdə fərqləndirilən sözləri nəzərə çarpacaq bir şəkildə tələffüz etmək və mənanı dinləyiciyə dəqiq çatdırmaq lazımdır ki, bu da məntiqi vurğu vasitəsilə mümkün olur. Əgər birinci sətirdəki sənin, qurban, ikinci sətirdəki mənə, deyən və s. sözləri növbə ilə məntiqi vurğu altında desək, onda şeir əvvəlki təbiiliyini, gözəlliyini tam itirər, bu bədii parça adi söz yığımı səviyyəsinə enər.
Məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması, danışanın çatdırmaq istədiyi fikir deməkdir. Məsələn,
1. Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm)
2. Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm)
3. Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm)
4. Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm).
Burada hər bir sözü məntiqi vurğu altında tələffüz etməklə cümlənin müxtəlif kəlmələrini mənaca başqalarından fərqləndirib, diqqəti ona cəlb etmək olar.
Həyəcanlı vurğu. Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı (emfatik) vurğudur. Məntiqi vurğu ilə danışan şəxsin əvvəlcədən xüsusiləşmiş halda nəzərdə tutduğu məna ifadə olunur. Həyəcanlı vurğu ilə isə daha çox danışıq prosesində yaranan duyğular, hiss-həyəcan ifadə olunur . Bu zaman sözün bir səsi – saiti, yaxud samiti daha gərgin, daha güclü və uzadılaraq tələffüz edilir. Dilçilikdə həyəcanlı vurğunun iki şəklindən bəhs olunur: a) samitin həyəcanlı tələffüzü; b) saitin həyəcanlı deyilməsi.
Sait-samit quruluşlu sözlərdə sonda gələn samit və sait güclü (iki-üç qat şiddətli) deyilməklə həyəcanlı vurğu yaranır, sözün məna sferasında danışanın bəhs etdiyi əşya və ya hadisəyə münasibətinə uyğun dəyişmə baş verir. Məsələn; of, ay, uf və s. nidalar yazıldığı kimi tələffüz edildikdə həyəcan, hiss bildirir, lakin samitlər qoşalaşdırıldıqda, üçləşdirildikdə əmələ gələn, dərk edilən məna artıq sadəcə nida deyil, həyəcanlı vurğunun oyatdığı təəssüratdır. Bu daha dərin, güclü və təsirlidir. Həmin sözləri ayrılıqda və cümlədə həyəcanlı vurğu ilə söyləməklə sözlərin şifahi nitqdə nə qədər yeni-yeni əlamətlər qazandığının şahidi oluruq. Off, ayy, axx, uff və s. nidaların yaratdığı təsirə, məna çalarına diqqət edək:
Of... zəhər qoxuyur onun havası (S.V.)
Bu misrada of nidasının samiti həyəcanlı vurğu ilə deyildikdə (off), samit qoşalaşdığından sözdə yeni (sətiraltı) məna yaranır.
Samit – sait – samit strukturlu sözlərin son samitinin həyəcanlı vurğu ilə tələffüzü geniş şəkildə işlənir. Məsələn; sus (suss), vur (vurr) və s. “Vur (vurr) ki, görüm vuran əlin var olsun. Qacarın başına dünya dar olsun” (S.Vurğun).
Vay (vayy), vay (vayy) nə yaman müşkülə düşdü işim, allah! (Sabir).
Müşahidələr göstərir ki, Azərbaycan dilində, əsasən, c, r, s, ş, y, z, v kimi samitlər daha çox belə effekt yaradır. Hətta ikihecalı sözlərdə də tələffüz zamanı həmin sözlər qoşalaşaraq həyəcanlı vurğunu əmələ gətirir. Məsələn; yavaş (yavvaş), qısa (qıssa), azar (azzar), gözəl (gözzəl), hamı (hammı), dərin (dərrin), qəşəng (qəşşəng). Çox qəşəng (qəşşəng), dedim, lap ürəyimdən tikan çıxdı. Çox gözəl (gözzəl) iş görmüşəm. Bu cümlələrdə qəşəng sözündəki ş, gözəl sözündəki z səslərinin qoşa tələffüzü fikrin, mənanın daha dolğun, emosional ifadəsi üçün bir vasitəyə çevrilir.

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin