Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə27/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   23   24   25   26   27   28   29   30   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

Nitq fasiləsi. İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbədə, nitqdə normal fasiləyə əməl olunmalıdır. Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zamanı eşitdiklərini mənimsəyir, “həzm” edir, sonrakı fikri tutmaq üçün diqqətini səfərbərliyə alır. Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Nitq tənəffüsü nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir. Nitq fasiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir. Danışan bu fasilənin köməkliyi ilə ifadə edəcəyi fikri dinləyicinin diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Fasilə cümlədə vahid məna bütövlüyündə birləşən qrupları həm ayırır, həm də birləşdirir. Buna görə də ona əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir. Məsələn; Çalış, öhdəliyi vaxtında yerinə yetir. Burada bölgü bildirən fasilə (çalış sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir. Yaxud oxusan, əlaçı olarsan cümləsində məntiqi fasilə (oxusan sözündən sonra) cümlənin iki hissəsini (oxusan və əlaçı olarsan) vahid bir məna bütövlüyündə birləşdirir. Fasilənin birləşdirmə funksiyası onun ayırma funksiyasından üstündür. O, nitqə axıcılıq verir, onun təbii oxunaqlığını təmin edir. Bu fasilənin köməyi ilə biz sözdən nitqin məntiqi cəhətdən daha canlı olan digər formasına – sözlərin birləşməsinə keçirik. Fasilə bizim üçün fikrimizi təshih etmək, səhvlərin qarşısını almaqdan ötrü qoruyucu rolunu oynayır. Fasiləsiz, daha doğrusu, məntiqi aydınlığa malik olmayan nitq mənasızdır. Fasilə mövzunun mənasından, danışanın bəhs etdiyi məsələyə münasibətdən doğmalı, bu zaman yaranan sükut nitqdən daha təsirli, daha məzmunlu olmalıdır.

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin