Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə25/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   21   22   23   24   25   26   27   28   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

Söz vurğusu. Söz vurğusu nitqdə, əsasən, iki vəzifəni yerinə yetirir:
a) sözlərdə forma gözəlliyi yaradır;
b) yeni məna əmələ gətirir.
Bunlardan birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. Əks halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna anlaşılmır. Şifahi nitq üzərində müşahidələr göstərir ki, vurğu səhv vurulanda həm sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də`ymə düşər – dəymədüşə`r, di`mdik – dimdi`k, gö`rməmiş – görməmi`ş, bağla` – ba`ğla, yağsa` – ya`ğsa, qı`zdır – qızdı`r, gülü`n – gü`lün və s. kimi omonimləşmiş sözlər yalnız vurğu vasitəsi ilə fərqlənir. Hər hansı bir alınma sözün, terminin deyilişində yol verilən qüsurlar mühazirəçinin nitqinə xələl gətirir, onun effektini azaldır. Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb edir.
Məntiqi vurğu. Cümlənin ayrı-ayrı hissələri, cümlə üzvləri kommunikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya görə fərqləndiyi kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür kəlmə və ya söz birləşmələrinin digərlərinə nisbətən güclü deyilişi, nəzərə çarpdırılması məntiqi vurğunun vasitəsilə olur. Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir. Məntiqi vurğuya riayət etməyin natiqin ifadəli oxusu, danışığı, mühazirə və söhbətlərində praktik əhəmiyyəti böyükdür. Natiq bu vurğu vasitəsilə oxuduğu hər hansı bir mətndə, eləcə də ifadə etdiyi fikirdə müəyyən sferanı, bir tərəfi – fikrin ən əhəmiyyətli komponentini ayırıb xüsusi tonla dinləyiciyə çatdırmağa çalışır. Məsələn; S.Rüstəmin “Təbrizim” şeirinin bir bəndinə nəzər salaq. Sənin çiçəyinə, gülünə qurban,
Mənə qardaş deyən dilinə qurban.
Vətəninə qurban, elinə qurban,
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim.
Bu şeir parçasının bütün sözlərini eyni tonla, eyni vurğu ilə oxumaq ifadəliliyi təhrif etmək, şeirin bədiiliyini söndürməkdir. Çünki qurban ifadəsi təkrar olunduğuna görə ondan əvvəlki kəlmə xüsusi vurğu ilə deyiləndə misranın bədiiliyi artır, məna dinləyiciyə daha dəqiq çatır, eşidənin hissi coşur, ürəyi riqqətə gəlir. Buna görə də həmin şeirdə fərqləndirilən sözləri nəzərə çarpacaq bir şəkildə tələffüz etmək və mənanı dinləyiciyə dəqiq çatdırmaq lazımdır ki, bu da məntiqi vurğu vasitəsilə mümkün olur. Məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması, danışanın çatdırmaq istədiyi fikir deməkdir. Məsələn, Bakıda sentyabrda havalar həmişə sakit keçir. Burada hər bir sözü məntiqi vurğu altında tələffüz etməklə cümlənin müxtəlif kəlmələrini mənaca başqalarından fərqləndirib, diqqəti ona cəlb etmək olar. Belə məqamlarda hər bir söz mənalı vahid kimi ümumi cümlə sintaqmında seçilir, danışan onu dinləyənə öz səs tonu ilə bir növ göstərir, işarə edir, həmin kəlmə başqaları fonunda ayrılır, seçilir, mənası da qabarıqlaşır. Başqa sözlə, məzmun özünəmüvafiq ifadə formasını, tərzini sözlərin məntiqi vurğu ilə deyilməsində tapır. Məntiqi vurğulu söz bütün hallarda güclü səslə deyilməyə də bilər. Məna yükünü daşıyan sözlər, söz birləşmələri aşağı səslə tələffüz edilib cümlədəki digər sözlərdən fərqləndirilir. Bu haqda Deyl Karnegi yazır: “Siz gözlənilmədən səsinizi aşağı salmaqla, yaxud qaldırmaqla ona nail ola bilərsiniz ki, sizin seçiminizə görə istənilən söz, yaxud ifadə sizin bağınızdakı başqa bitkilər mühitində yaşıl dəfnə ağacının seçildiyi kimi, mətndə də fərqləndirilsin. Demək olar ki, bütün yaxşı natiqlər bu cür hərəkət edirlər”.

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin