Arayış
ŞTAMP yeri
Həqiqətən, Ağayev Məmmədhəsən Qulam oğlu
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
Qaz-Neft Mədən fakültəsinin II kursunda oxuyur.
Arayış Qusar rayon Hərbi Komissarlığına təqdim etmək üçün verilir.
Universitetin rektoru: (imza) A.A.S.
Qaz-nef Mədən fakültəsinin dekanı:(imza) A.A.S.
Nümunə:
Arayış
ŞTAMP yeri
Həqiqətən Məmmədov İlham Cavanşir oğlu
1990-cı ilin mart ayından Suraxanı rayonundakı
3 nömrəli xəstəxanada həkim işləyir.
Arayış Suraxanı Rayon İcra Hakimiyyətinə Təqdim etmək üçün verilir.
Baş həkim: C.D.Abbasov
4. BİLDİRİŞ. Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır:
1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır;
2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır;
3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir;
4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir;
5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir;
6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
Nümunə:
Bildiriş
Tələbələrin nəzərinə!
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əyani şöbəsində II yarımilin dərsləri 15 fevral 2017-ci il tarixdən başlanacaq.
Tədris hissəsi
5. ELAN
2020-ci il fevral ayının 21-də saat 11.00-da akt zalında "Ana dili"nə həsr olunmuş tədbir keçiriləcək.
"Azərbaycan dili" kafedrası
6. ƏRİZƏ. İdarə və ya təşkilat başçısına müəyyən bir xahiş və ya şikayət üçün edilən rəsmi müraciətdir. Ərizəçi öz müraciətində idarə və ya təşkilatdan nəyi xahiş etdiyini və ya nədən şikayətçi olduğunu müxtəsər və yığcam şəkildə göstərməlidir. Ərizənin sonunda tarix və imza qoyulmalıdır.
Nümunə:
Dostları ilə paylaş: |