Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə52/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   48   49   50   51   52   53   54   55   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

İmza: Nərgiz Məmmədova
06 iyun 2014
9. İZAHAT "İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.
Nümunə:
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetin "Qaz-Neft Mədən"
fakültəsinin dekanı A.A.S.-ə
fakültənin II kurs 239.18 qrup
nümayəndəsi Nuru Hacı oğlu Əhmədovdan
İzahat
29 noyabr 2018-cı il tarixdə ikinci növbənin üçüncü saatında (saat 1700 -da) biz 441 nömrəli auditoriyada pedaqogika dərsi keçərkən pəncərə açıq olduğundan qəfildən əsən güclü külək təzyiqlə içəri daxil oldu, çərçivəyə möhkəm bərkidilməmiş qapını vurub qırdı. Bu hadisədə tələbələrimizin birbaşa günahı yoxdur. Bunu həmin vaxt bizə dərs deyən baş müəllim Əli Məmmədov da təsdiq edə bilər.
İmza:Əhmədov N. H
30.01.2018
10. PROTOKOL. İclaslarda, konfranslarda və s. kimi ictimai yerlərdə müəyyən hadisəni, faktı, qəbul olunmuş qərarı özündə əks etdirən əməli yazı növüdür. Protokol quruluşuna görə sadə və mürəkkəb olur. Sadə protokol geniş müzakirə aparılmayan kiçik yığıncaqlarda yazılır. Bu, əsasən, “eşidildi” və “qərara alındı” bölmələrindən ibarət olur.
Mürəkkəb protokollarda “eşidildi” və “qərara alındı” sərlövhəsi ilə verilmiş bölmələrin arasında çıxış edənlərin soyadı, hər çıxışın qısa məzmunu, məruzəçiyə verilən suallar, alınan cavablar və s. qeyd olunur. Bu cür protokolda müzakirə zamanı irəli sürülən fikirlərin ən mühüm məsələləri qısa şəkildə öz əksini tapır.
Nümunə:
P R O T O K O L (mürəkkəb forma)
10 sentyabr 2012-ci ildə 36 saylı məktəbdə valideyn iclası keçirildi. İştirak etdi: 110 nəfər valideyn, 12 sinif rəhbəri, məktəb rəhbərliyi, məktəb şurasının sədri H.Quliyev, 53 saylı mənzil-istismar idarəsinin rəisi K.İbrahimov, sahə polis müvəkkili Q.Tahirov.
Sədr: P.Babaxanov
Katib: K.Verdiyeva

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin