Sadəlik dedikdə heç də bəsitlik, ibtidailik nəzərdə tutulmur. Sadə nitq hər cür sünilikdən, yalançı pafosdan, qondarma ifadələrdən, təmtəraqdan uzaq nitqdir. Məzmunsuz bəzək-düzək əslində fikir yoxsulluğundan irəli gəlir.
2. Nitqin təmizliyi. Ədəbi dilin tələblərinə cavab verməyən, istifadəsi məsləhət bilinməyən dil vahidlərinin (sözlər, ifadələr, frazeoloji tərkiblər, mürəkkəb sintaktik konstruksiyalar v s.) işlədilməsinə yol verilməməlidir. Nitqin estetik cəhətdən gözəlliyi natiqin savadlı və zəngin təfəkkürü ilə bağlı olduğu kimi, nitqin təmizliyi də danışanın dili, mədəniyyəti və tərbiyəsi ilə əlaqədardır. Mədəni, təhsilli və zəngin dünyagörüşə malik insanlar, şübhəsiz ki, öz nitqlərini tərbiyə etmədən ünsiyyətə tətbiq etmirlər. Bu isə həmin insanların ailədə, işdə və ümumiyyətlə, cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olmasına şans verir.
Dostları ilə paylaş: |