3. Üzrxahlıq söz və ifadələri: Bağışlayın; Üzr istəyirəm; Narahat etdiyimə görə üzr istəyirəm; Sizə zəhmət verdim; Allah sizdən razı qalsın (olsun)!; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s.
4. Təşəkkür etmə: Təşəkkür edirəm; Təşəkkürlər! Hər şey üçün minnətdaram! Allah (sizdən) razı olsun! Allah sizi (səni) bizə çox görməsin! Çox sağ ol! Diqqətinizə görə minnətdaram!; Əziyyət çəkməyin! Qulluğunuzda olum (olaq); Əgər mümkünsə; Zəhmət olmasa; Çox şadam! Etiraz etmirəm! Bağışlayın, mən sizinlə razı deyiləm; İcazə verin deyim; Səbr edin; Bir qədər səbrli olun; Özünüzü ələ alın; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Yaxşı yol!; İşiniz avand olsun! Buyurun soruşun; Mənim üçün xoşdur; Bağışlayın, vaxtınızı aldım; Deyəsən, sizi yordum! və s.