Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA


Natiqin çıxışının sonunda istifadə etdiyi metodlardan biri yanlışdır



Yüklə 56,78 Kb.
səhifə8/25
tarix09.05.2023
ölçüsü56,78 Kb.
#109956
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (testlər)

60. Natiqin çıxışının sonunda istifadə etdiyi metodlardan biri yanlışdır:
A) “Mən nitqimi bitirirəm” demək
B) kulminasiya yaratmaq
C) dinləyicilərə xoş sözlər söyləmək
D) fəaliyyətə çağırmaq
E) müvafiq poetik misraları söyləmək
61. Üslublardan biri funksional üslublara aid deyil:
A) fərdi üslub
B) bədii üslub
C) elmi üslub
D) publisistik üslub
E) rəsmi-işgüzar üslub
62. İntonasiyanı yazıda nə əvəz edir?
A) durğu işarələri
B) söz birləşmələri
C) tələffüz
D) söz
E) cümlə
63. Nitq fəaliyyətinin üç mühüm istiqamətini seçin:
A) məzmunluluq, ifadəlilik, sövqedicilik
B) sövqedicilik, məzmunluluq, dəqiqlik
C) məzmunluluq, dəqiqlik, ifadəlilik
D) nəzakətlilik, məzmunluluq, dəqiqlik
E) səmimilik, təhrikedicilik, ifadəlilik
64. “Ona müvəffəqiyyət uğuru arzu edirəm” cümləsində hansı norma pozulmuşdur?
A) leksik
B) fonetik
C) orfoepik
D) qrammatik
E) orfoqrafik
65. İntonasiya nədir?
A) akustik vasitə
B) ləng hərəkət
C) cəldlik
D) cəsurluq
E) kobudluq
66. Hansı variant ünsiyyətin vasitələrinə aid deyil?
A) susmaq
B) mülahizə
C) nitq
D) sual
E) replika
67. Korporativ sözü aşağıdakı sözlərdən biri ilə işlədilmir:
A) korporativ monoloq
B) korporativ ünsiyyət
C) korporativ işgüzar rabitə
D) korporativ idarəetmə
E) korporativ mədəniyyət
68. İşgüzar ünsiyyətin başlıca vəzifələri hansı variantda düzgün verilmişdir?
1) qarşılıqlı fəaliyyətin təşkili
2) şikayət və ərizələri araşdırmaq
3) münaqişələrin qarşısını almaq və onları həll etmək
4) insanların bir-birini dərk etməsi
A) 1, 4
B) 3
C) 2, 4
D) 4
E) 1, 2
69. Hansı variant səhvdir?
A) Məntiqlilik inandırıcılığın sinonimidir.
B) Quruluşuna görə sübut və dəlillər bir-birindən fərqlənmir.
C) Dəlillərə söykənən dialoq və monoloqun başlanğıc məntəqəsi tezisdir.
D) Monoloq bir nəfərin danışığıdır.
E) Poliloq bir neçə şəxs arasında söhbət deməkdir.

Yüklə 56,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin