27. Biri qüvvətli dəlillərə aid deyil: A) qərəzli seçilmiş haşiyələr, aforizm və kəlamlar
B) dəqiq müəyyən edilmiş faktlardan çıxan mülahizələr
C) qanun, nizamnamə və rəhbər sənədlərin müddəaları
D) eksperimentlərin nəticələri və ekspertlərin qərarları
E) statistik ümumiləşdirmələr
28. Biri zəif dəlillərə aid deyil: A) tanınmış nüfuzlu şəxslərin fikirləri və nümunələri
B) qərəzli seçilmiş haşiyələr, aforizm və kəlamlar
C) dinləyicilərə az tanış olan nüfuzlu şəxslərə əsaslanma
D) ehtimallı nəticələr, variantlar, ümumiləşdirmələr
E) səciyyəvi olmayan nümunələr və analogiyalar
29. Biri əsassız dəlillərə aid deyil: A) qanun, nizamnamə və rəhbər sənədlərin müddəaları
B) əsassız ehtimallar, fərziyyələr, gümanlar
C) şübhəli, yoxlanılmamış, hökm qüvvəsini itirmiş mənbələrə istinad edilməsi
D) öncədən verilən söz və vədlər
E) saxtalaşdırılmış faktlara əsaslanan mülahizələr
30. Fikrin xüsusi tonla dinləyiciyə çatdırılması vurğunun hansı növünə aiddir? A) məntiqi vurğu
B) hiss vurğusu
C) sual vurğusu
D) söz vurğusu
E) həyəcanlı vurğu
31. Yanlış variant göstərin: A) Tezis – isbat edilmiş müddəadır, heç bir şərh və izah tələb etmir.
B) Arqument – tezisin həqiqiliyini əsaslandırmağa yardım edən müddəadır.
C) Zəif dəlillər – tənqidə davam gətirə bilməyən dəlillərdir.
D) Tamamilə ifşa edilə bilən dəlillər - əsassız dəlillərdir.
E) Qüvvətli dəlillər – rədd edilə bilməyən, dağıdılması mümkün olmayan dəlillərdir.
32. Hansı variant səhvdir? A) Dil fərdi, nitq isə ümummilli səciyyə daşıyır.
B) Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir.
C) Yazılı nitq ədəbi dilin əsasında yaranır və inkişaf edir.
D) Şifahi nitq danışıq dilinin xüsusiyyətlərini qoruyur.
E) Şifahi nitqdə cümlələr daha çox sadə quruluşda olur.
33. Monoloji nitqin növlərindən biri səhvdir: A) poliloq
B) mühazirə
C) məruzə
D) məlumat
E) çıxış