Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA


Biri monoloji nitqə aid deyil



Yüklə 56,78 Kb.
səhifə2/25
tarix09.05.2023
ölçüsü56,78 Kb.
#109956
1   2   3   4   5   6   7   8   9   ...   25
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (testlər)

10. Biri monoloji nitqə aid deyil:
A) müsahibə
B) məlumat
C) mühazirə
D) məruzə
E) çıxış
11. Hansı variant işgüzar ünsiyyətin vəzifələrinə aid deyil?
1) saxtalaşdırılmış faktlara əsaslanan mülahizələr
2) insanların bir-birini dərk etməsi
3) qarşılıqlı fəaliyyətin təşkili
4) şəxsiyyətlərarası münasibətlərin formalaşması
5) həmsöhbətindəki qorxu hissini aradan qaldırmaq
A) 1, 5
B) 2, 3
C) 2, 4
D) 3, 5
E) 1, 4
12. Elmi üslubu onsuz təsəvvür etmək olmaz:
A) terminsiz
B) arxaizmlərsiz
C) ümumişlək xarakterli sözlərsiz
D) məcazsız
E) standart formasız
13. Üslubları bir-birindən fərqləndirir:
A) tarixi inkişaf prosesində müəyyənləşmiş əlamətləri
B) ədəbi dilə aid olmaları
C) ahəngdarlığı və nitqin səlisliyi
D) cəmiyyətə xidmət etmələri
E) normaya tabe olmaları
14. Bunlardan biri ünsiyyət üslubuna təsir edən amillərdir:
A) auditoriyanın tərkibi və psixoloji peşəkarlıq
B) passivlik
C) diskussiyanın təşkili
D) ciddiyyət, tələbkarlıq
E) aqressivlik
15. Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodlarından biri yanlış verilmişdir:
A) şikayət
B) təlqinetmə
C) məcburetmə
D) inandırma
E) təqlidetmə
16. Yalnız ikisi işgüzar sənədə daxildir:
1) etibarnamə
2) sərəncam
3) bəyanat
4) nota
5) tərcümeyi-hal
A) 1, 5
B) 1, 3
C) 3, 4
D) 2, 5
E) 2, 4
17. Kommunikasiya vasitələri hansılardır?
A) verbal və qeyri-verbal
B) mexaniki və təbii
C) makro və mikro
D) sosial və nitqlə bağlı olan
E) məntiqi və mexaniki
18. Birinin izahı düzgün verilməyib:
A) Təvazökarlıq – uğurları ilə qürrələnmək və bunu qarşı tərəfə hiss etdirmək.
B) Ədəblilik – özünün istənilən situasiyada, xüsusən mübahisə və münaqişələr zamanı ədəb qaydaları çərçivəsində aparmağı bacarmaq.
C) Dəqiqlik – həyat fəaliyyətində istənilən formada verilmiş vədlərin və öhdəliklərin dəqiq şəkildə yerinə yetirilməsi.
D) Nəzakətlilik – insanlara və onların ləyaqətinə hörmətli münasibətin bir növ ifadəsidir.
E) Xeyirxahlıq – başqa adamı narahatlıq və xoşagəlməzlikdən xilas etmək, diqqət, qayğı və hörmət göstərmək.

Yüklə 56,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin