19. Qrammatik normanın pozulması sayılmır:
A) durğu işarələrinin düzgün qoyulmaması
B) şəkilçilərin yerində düzgün işlədilməməsi
C) uzlaşma əlaqəsinin pozulması
D) söz sırasının pozulması
E) miqdar sayından sonra gələn ismin cəmdə işlənməsi
20. Yazılı nitqin əlaməti kimi verilənlərdən səhv variantı seçin:
A) Yazılı nitq məişət üslubu əsasında yaranır və inkişaf edir.
B) Yazılı nitqdə elmin, texnikanın, siyasətin və digər sahələrin terminləri işlənir.
C) Yazılı nitq istənilən bir məlumatın nəsildən-nəslə ötürülməsində körpü rolunu oynayır.
D) Yazılı nitqdə durğu işarələrindən istifadə olunur.
E) Yazılı nitq yazılır və oxunur.
21. Jest və mimikanı kommunikasiyanın hansı növünə aid etmək olar?
A) qeyri-verbal
B) verbal
C) informasiya mübadiləsi
D) distansiya
E) açıq ünsiyyət
22. “Jest” termininin izahı hansı cavabda daha dəqiq göstərilib?
A) Əl-qol hərəkətlərindən mənalı istifadə etməkdir.
B) Nitqin keyfiyyətinə təsir göstərən amildir.
C) Düzgün nitqə verilın şərtlərdən biridir.
D) Üz əzələlərinin mənalı hərəkətidir.
E) Razılıq bildirən nitq etiketidir.
23. Ünsiyyətin ekspressiv-mimik vasitələri hansılardır?
1) təbəssüm
2) tərs baxış
3) başqa adamlara yaxınlaşma və uzaqlaşma
4) mimika
5) poza
6) əl və bədən hərəkətləri
7) etiraz
A) 1, 2, 4, 6
B) 3, 6, 7
C) 2, 5, 6, 7
D) 3, 4, 7
E) 1, 3, 4
24. Dialoji nitq daha çox hansı üslubda özünü göstərir:
A) məişət
B) fərdi
C) bədii
D) publisistik
E) rəsmi-işgüzar
25. Dialoji nitqin formaları hansılardır?
A) makrodialoq və mikrodialoq
B) müsahibə və məruzə
C) söhbət və ya danışıq
D) monoloji və müzakirə
E) sual-cavab və müsahisə
26. Makrodialoq hansı əsərlərdə özünü göstərir?
A) dram
B) hekayə
C) təmsil
D) lətifə
E) povest
Dostları ilə paylaş: |