45. İşgüzar sənədlər rəsmi sənədlərə nisbətən………. A) həcmcə kiçik olur.
B) daha çox hüquqi məzmun daşıyır.
C) daha çox bədii olur.
D) daha çox tarixi səciyyə daşıyır.
E) termin sıxlığına malik olur.
46. Biri publisistik üsluba aid ola bilməz: A) elmi monoqrafiyaların dili
B) radio və televiziyanın dili
C) qəzet dili
D) elmi-kütləvi kitabların dili
E) mətbuat dili
47. Elmi üslub nədir? A) elmi əsərlərin dili
B) sadə cümlələrin çox işləndiyi üslub
C) yalnız dərsliklərin yazıldığı dil
D) mücərrəd və çətin anlaşılan dil
E) qəzet və jurnalların üslubu
48. “Norma” sözünün dilçilikdə ifadə etdiyi məna hansıdır? 1) tənzimləyici 2) ölçü, miqdar 3) kəmiyyət, çəki 4) dərəcə, əlamət 5) miqdar, kəmiyyət 6) məcburi qayda A) 1, 6
B) 2, 4
C) 4, 5
D) 3, 5
E) 1, 3
49. Düzgün variant göstərin: A) Monoloji nitq verbal ünsiyyət növlərindən biridir.
B) Dialoq ədəbi-fəlsəfi janr kimi ilk dəfə Hindistanda formalaşıb.
C) “Poliloq” və “dialoq” termin kimi qətiyyən uyğun anlayışlar deyil.
D) Dialoq qeyri-verbal ünsiyyət növlərindən biridir.
E) Dialoq üçün həmsöhbətlərin danışan və dinləyən rollarını dəyişmək mümkün deyil.
50. Nəzakətliliyin əksi nədir? A) kobudluq
B) konkretlik
C) xeyirxahlıq
D) mötəbərlik
E) dəqiqlik
51. Axşam idi, gecəquşu oxurdu, Adaxlı qız bəy corabın toxurdu… Şeir parçasında hansı norma pozulub? orfoqrafik
leksik
orfoepik
fonetik
ədəbi
52. Elmi üsluba aid hansı fikir düzgündür? A) Hər elmin özünəməxsus terminologiyası vardır.
B) Elmi üslubda nitq normalarına əməl edilməyə də bilər.
C) Elmi üslubda çoxmənalı sözlərdən geniş istifadə olunur.
D) Modallıq bildirən sözlərə yer verilmir.
E) Elmi üslubda daha çox sadə cümlələrdən istifadə olunur.