Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


Azərbaycanda vergi sisteminin səmərəliliyinin



Yüklə 169,19 Kb.
səhifə14/21
tarix02.01.2022
ölçüsü169,19 Kb.
#46141
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
AZ rbaycan respublikasi t HS l naziRL Y

2.4. Azərbaycanda vergi sisteminin səmərəliliyinin

qiymətləndirilməsi və onun təhlili
Vergitutma sahəsində ölkə iqtisadiyyatının fəaliyyət xüsusiyyətlərinin qiymətləndirilməsinin daha obyektiv üsullarından biri də müxtəlif vergi sistemlərinin, həmçinin onların inkişaf dinamikasının müqayisəli təhlilinə imkan verən bir sıra göstəricilərin müəyyən edilməsi sayılır. Belə mühüm göstəricilərə vergi sisteminin elastikliyi və dayanıqlığı əmsallarını aid etmək olar.

Vergi sisteminin elastikliyini xarakterizə edən əmsallar müəyyən dövr ərzində vergi daxilolmalarının həcminin nisbi dəyişməsini ÜDM-un həcminin nisbi dəyişməsi ilə müqayisə etməklə təyin olunur. Bu əmsallar ÜDM-un həcmi 1% dəyişdikdə vergi daxilolmalarının həcminin nə qədər dəyişdiyini xarakterizə edir. Vergi sisteminin elastiklik əmsalının dayanıqlıq əmsalından prinsipial fərqi ondadır ki, bu əmsallardan birincisi sabit vergi sistemi şəraitində (vergi dərəcələri sabit qalır və vergitutma bazaları dəyişmir). İkincisi isə mövcud vergilərdə dəyişiklikləri və yeni vergilərin daxil edilməsini nəzərdə tutur. Elastiklik əmsalının kəmiyyətinin aşağı olması və yaxud əksinə, vahiddən əhəmiyyətlə dərəcədə yüksək olması milli vergi sistemində ciddi dəyişikliklərin aparılmasını zəruri edir.

Elastiklik və dayanıqlılıq əmsallarını bütövlükdə ölkənin vergi sistemi üzrə, həmçinin ayrı-ayrı vergi növləri üzrə də hesablamaq mümkündür.

Son illərdə Azərbaycan Respublikasının vergi sistemində həyata keçirilən məqsədyönlü dəyişikliklər onun elastikliyinin kəmiyyət qiymətləndirilməsini qeyri-mümkün etmişdir. Bunun da əsas səbəbi vergi dərcələrinin və vergitutma bazalarının dəyişməsini nəzərə alan düzəliş əmsallarının tətbiqi zərurətindən irəli gəlir. Əsas vergi növləri üzrə vergitutma şərtlərinin daim və tez-tez dəyişməsi şəraitində düzəliş əmsallarının müəyyən edilməsi praktiki olaraq qeyri-mümkündür. Belə ki, bir vergi növü üzrə verginin dərəcəsinin və vergitutma bazasının dəyişməsi digər vergilərin vergitutmabazasına öz əhəmiyyətli təsirini göstərir. Məsələn, alkoqollu içkilərə və tütün məmulatlarına tətbiq olunan aksizin dərəcəsinin artırılması həmin məhsullara tələbin strukturunu dəyişir. Bu da son nəticədə əlavə dəyər vergisinin və mənfəət vergisinin vergitutma bazasının dəyişməsinə səbəb olur. Bununla yanaşı, vergi sisteminin dayanıqlığı göstəricisini tam şəkildə qiymətləndirmək mümkündür.

Bu məqsədlə 2004-2010-cu illər üzrə respublikamızda istehlak qiymətlərinin toplu indeksi nəzərə alınmaqla hasil olunan ÜDM-un həcmi ilə vergi daxilolmaları arasındakı asılılığın dinamikası təhlil olunmuş, Microsoft Excell operatorunda qeyd olunan asılılığın xarakteri müəyyənləşdirilmiş və məlum olmuşdur ki, bu asılılıq üstlü funksiya şəklindədir:

(2.9)

burada, y – vergi daxilolmalarının məbləği, x isə ÜDM-un həcmini göstərir.

(2.9) tənliyinin xətti-loqorifmik analoqu

(2.10)
şəklindədir.

lny=yı, lna=aılnx=xıişarələrini qəbul edək və onları (2.10) tənliyində yerinə yazmaqla

(2.11)

xətti reqressiya təhlilini alırıq.




Yüklə 169,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin